International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə461/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   457   458   459   460   461   462   463   464   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1717

  

27-28 April 2018, Baku, Azerbaijan

 

Türkdünyasının azadlıq və istiqlalına həsr etmiş Məmməd Sadıq Aran istər Xalq Cümhuriyyəti dövründə 

deputat olduğu vaxt, istərsə də onun süqutundan sonrakı dövrlərdə mübarizələrlə dolu bir həyat yaşamışdır. 

O, bu mübarizədə həm görkəmli siyasi xadim, həm də yaradıcı şəxsiyyət kimi iştirak etmişdir.  

Sadıq Cəmih oğlu  Axundzadə 1898-ci ildə  Zəngəzur qəzasının  Qarakilsə nahiyəsinin indiki  Sisyan 

rayonunun Urut kəndində ruhani ailəsində anadan olmuşdur.Onun babası Qafqaz Şeyxülislamı,atası molla 

Cəmih  bəy  isə  o  dövrün  tanınmış  ziyalılarından  idi.O,  ilk  təhsilini  atasının  kənd  uşaqları  üçün  tikdirdiyi 

xüsusi məktəbdə,sonranahiyə mərkəzi Qarakilsədə ibtidai təhsil almış,daha sonra isə Naxçıvan şəhərindəki 

səkkizillik  məktəbdə  təhsilini  davam  etdirmişdir.  Hələ  uşaq  yaşlarından  ədəbiyyata  maraq  gostərən 

Məmməd  Sadıq  ədəbi  yaradıcılığa  Naxçıvanda  oxuyarkən  yazdığı  satirik  şeirlərlə  başlamışdır.Şeirləri 

“Açıq söz”də  və “Füyuzat”da çap olunmuşdur. Bu şeirlərin nəşri ilə Məmməd Sadığın ağrılı-acılı ömrü 

başlamış və bu acı onun bütün ömrü boyu davam etmişdir. Lakin buna baxmayaraq, o, öz əqidəsi, amalı və 

məqsədinə sadiq qalmış, heç bir haqsızlıq onun iradını qıra bilməmişdir.  

Məmməd Sadıq Naxçıvan səkkizillik məktəbini bitirdikdən sonra polisin təqibindən yaxa qurtarmaq 

məqsədilə  İrana  qaçmış,1914-cü  ilin  əvvəllərindən  Marağa  şəhərində  yaşamışdır.O,Marağada  bir  ibtidai 

məktəb açmış və orada müəllimlik etmişdir.1916-cı ildə Osmanlı imperatorluğu cihad elan edir. Məmməd 

Sadıq cihadın müddəalarını yaymaq məqsədilə yenidən Qafqaza dönür,aylarla Qafqazın müxtəlif yerlərini 

dolaşır. 

1917-ci  ildə  Məmməd  Sadıq  Gorusa  qayıdır.Orada  bir  məktəb  açır  və  türk  uşaqlarının  təlimi  ilə 

məşğul olur.1917-ci il inqilabından sonra həmin mahalda türklərə qarşıermənilərin başladıqları xəyanətkar 

əmələ qarşı Naxçıvana gedib,oradan Türkiyənin yardımını təmin edir. 

“1918-ci ilin dekabrında Azərbaycan Parlamentinə deputat seçilmiş, Azərbaycan Milli Parlamentinə 

Zəngəzurdan seçilən yeganə nümayəndə olub” [2,196].Bundan başqa,o,Müsavat Partiyasının mühacirlərlə 

əlaqədar olan  komissiyasının üzvü  vəzifəsində çalışıb.1920-ci ildə  27 aprel istilasından sonra o,Müsavat 

Partiyasının  Qarabağda  yaradılmış  gizli  təşkilatının  sədri  seçilir.Buna  görə  də  davamlı  təqiblərə  məruz 

qalır.1921-ci ilin ikinci yarısında Müsavat Partiyası tərəfindən Türkiyəyə göndərilir və İstanbulda dövlət 

nümayəndələri  ilə  görüşlər  keçirir.Azərbaycana  qayıdan  vaxt  Batumidə  həbs  edilir.İki  il  ərzində  Tiflisdə 

“ÇK”-nın  zindanlarında  ağır  işgəncələrə  məruz  qalan  Məmməd  Sadıq  məhkəmə  prosesində  özünü  ruhi 

xəstə kimi qələmə verir və həbsdən azad edilir. 

1923-cü ilin sonlarına kimi gizli Müsavat Partiyasının sıralarında fəaliyətini davam etdirən Məmməd 

Sadıq yenidən İrana qaçmaq məcburiyətində qalır və 1924-cü ilin yanvarında oradan Türkiyəyə gedir. 

1924-cü  ildən  Məmməd  Sadığın  həyatının  yeni  dövrü  başlamışdır.Müsavat  Partiyasının  Xarici 

Bürosunun qərarı ilə  mədəniyyət  komissiyasının nəzdində Azəri Türk  Gənclər  Birliyi  yaradılır  və həmin 

birliyin sədri seçilir.Birliyin əsas məqsədi – gəncləri təşkilatlandırmaq,onlarda milli ruhun yüksəldilməsinə 

nail olmaq, həmdə ehtiyac hiss edən üzvlərinə yardım göstərməkdən ibarət olub. 

Bu vaxtdan etibarən M.S.Aranın mübarizəsi yalnız Azərbaycanıdeyil, bütün türk ellərini əhatə edir. 

“1929-cu ildə mühacirlərarası ixtilafları dərinləşdirən əsas məsələlərdən biri də “Milli vərəq” məsələsi 

idi. 1932-ci ildən “Yeni Qafqaz” jurnalını M.Ə.Rəsulzadə ilə birlikdə nəşr etdirir. Bununla yanaşı, 1928-

1931-ci illər arasında “Azəri Türk” jurnalını, 1928-ci ildə isə “Yaşıl Yarpaq” jurnalını nəşr etdirmişdir”. [4, 

206].Hər iki jurnalın sahibi və  məsul  müdiri olmuş, həmin dərgilərdə  müxtəlif ictimai, siyasi, publisistik 

mövzularla  çıxış  etmişdir.Bu  illərdə  o,  Azərbaycan  istiqlalı  uğrunda  mübarizə  apardığına  görə  “Aran” 

təxəllüsünü qəbul etmişdir.  

1932-ci ildə Finlandiyada  yaşayan türklərin dəvəti ilə oraya  gedir  və oradakı türk uşaqlarının təlim-

tərbiyəsi ilə məşğul olur. O, eyni zamanda, türk və fin dillərində “Yeni Turan” adlı qəzet nəşr edir, həmin 

qəzetin də amalı türkçülük, türk-rus mücadiləsi və həmin mücadilənin tarixi kökləri və s. olmuşdur. 

Orada İdil-Ural bölgəsindən olan Türklərin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bir məktəb açmış və 

həmin  məktəbin  müdiri  olmuşdur.  Aran  Finlandiyanın  Helsinki  və  Tampere  şəhərlərində  həm  pedoqoji, 

həm də ictimai fəaliyyətini davam etdirmişdir. Bu gün də Kazan bölgəsindən oraya köçmüş türklər yaşayır, 

ticarət əsas məşğuliyyətləri olduğundan iqtisadi durumları orta vəziyyətdədir. Bunun nəticəsidir ki, mədəni 

inkişafa önəm verirlər. “Yeni Turan” qəzetinin redaktoru Məmməd Sadıq Aran olsa da, qəzətin maliyyə 

xərcləri Finlandiya vətəndaşı olan Abdullah Əhsən və İbrahim Arefullanın öhdəçiliyində olmuşdur. 

Baş redaktor M.S.Aran olmaqla türklərdən ibarət redaksiya heyəti yaratmışdır. S.Tekin, Kızıl Arslan, 

F.Özdemir, Fəzilət Niyazi, Coşkun, Murad Baha, Y.Oğuz, Əhməd Can kimi imzalar bir daha sübut edir, 

“Türklük-Rusluq mücadiləsi” adlı siyasi-publisistik əsəri də həmin qəzetdə nəşr olunmuşdur.  

1934-cü ildən Məmməd Sadıq təkrarən İstanbula qayıdaraq Azəri Türk Gənclər Birliyində fəaliyyətini 

davam  etdirir.  1936-cı  ildə  isə  fars  və  rus  dillərini  mükəmməl  bildiyindən  “Cumhuriyyət”  və  “Ulus” 



Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   457   458   459   460   461   462   463   464   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə