International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə459/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   455   456   457   458   459   460   461   462   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1714

  

27-28 April 2018, Baku, Azerbaijan

 

mövqeyinə  keçdi.  Daladye  hökumətində  kommunist  və  sosialistlər  təmsil  olunmadılar.  Radikalların  sağ 

qanadına daxil olan nümayəndələrlə yanaşı hökumətdə demokratik alians və başqa sağ mərkəzi qüvvələr 

təmsil olunmuşdular. Demokratik aliansdan olan Pol Reyno ədliyyə naziri, sonra isə maliyyə naziri oldu. 

Xarici  işlər  naziri  faşistpərəst  Jorj  Bonne  oldu.  Birgə  fəaliyyəti  üçün  az  da  olsa  imkan  yaratmaq  üçün 

kommunist  deputatlar  Daladye  hökumətinin  lehinə  səs  verdilər.  Hökumətin  atdığı  ilk  addımlar  onu 

göstərirdi ki, bu hökumət Xalq Cəbhəsinin proqramını yerinə yetirmək əzmində deyil. Frankın kursu 10% 

aşağı düşdü, bütün dövlət vergiləri 8% artdı. 

Bu  dövrdə  Fransanın  hakim  dairələrində  daxili  və  xarici  siyasətdə  2  baxış  yarandı  ki,  onlardan  biri 

faşizmi  Fransa  üçün  təhlükə  hesab  edir,  İngiltərə  və  ABŞ-la  sazişçiliyi  müdafiə  edirdi.  Almaniya  ilə 

toqquşmanın labüdlüyünü əsas götürən bu qüvvələr məğlubiyyətdən yaxa qurtarmaq üçün SSRİ ilə birgə 

fəaliyyət göstərilməsinin tərəfdarı idilər. İkinci qrup – iri burjuaziya Almaniya və İtaliyaya meyl edirdilər. 

Xalq  Cəbhəsinin  fəaliyyəti  bolşevizmin  qələbəsinə  gətirib  çıxaracaqdı  və  “ancaq  faşizm  kapitalizm 

quruluşunu  xilas  edə  bilər”  söyləyirdilər.  Burjua  dairələrində  “Hitler  Xalq  Cəbhəsindən  yaxşıdır!”  şüarı 

yarandı.  Onlar çalışırdılar ki,  müstəmləkə  məsələlərində Hitlerə güzəştə gedilsin və ona Şərqi Avropada 

geniş əl-qol açmağa imkan verilsin. Bu məqsədə nail olmaq üçün ikinci qrup tərəfdarları qarşılıqlı yardım 

haqqında Sovet-Fransa  müqaviləsindən imtina etməsinə hazır idilər. Faşistpərəst qüvvələrə həsəd aparan 

Laval, Veyqan və marşal Peten faşist Almaniyası ilə əlaqələrin genişləndirilməsinin tərəfdarları idilər. 

Daladye hökuməti hakimiyyətə gəldikdən sonra faşist Almaniyasının yeni işğalçılıq əməliyyatları ilə 

qarşılaşdı.  Almaniya  Avstriyadan  sonra  Çexslovakiyanı  tutmaq  istəyirdi.  Bunun  üçün  bəhanə  Sudet 

vilayətində yaşayan almanların hüquqlarının tapdalanması oldu. 

Berlin  muxtariyyat  şüarı  ilə  çıxış  etsə  də,  Çexslovakiya  buna  razı  olmadı.  SSRİ  Çexslovakiya  ilə 

müqaviləyə sadiq qalsa da, İngiltərə, Fransa və Amerika bunu etmədilər. Fransa hökuməti isə ancaq yalnız 

sözdə Fransa-Çexslovakiya müqaviləsinə sadiq qalacağını bildirdi. İngiltərə və Fransanın mövqeyini bilən 

SSRİ çex prezidenti  Benişə  bildirdi  ki, əgər  yardım üçün  müraciət olsa,  SSRİ  kömək  göstərəcək.  Beniş 

Fransa və İngiltərənin mövqeyini bilmədən SSRİ-yə müraciət etməyə cəsarət etmədi. 

Sudet vilayətindəki faşistlərin qiyamını çex hökuməti çətinliklə yatırdı. İngiltərə və Fransa bildirdi ki, 

50%-dən yuxarı almanlar yaşayan çex əraziləri Almaniyaya verilmək üçün hazırdırlar. SSRİ bildirdi ki, o, 

Çexiyaya yardım göstərəcək, lakin çex hökuməti bundan imtina etdi. 

1938-ci il sentyabrın  21-də  Fransa  və  İngiltərə  Çexslovakiyaya ultimatum  verərək  Sudet  vilayətinin 

Almaniyaya  verilməsini  tələb  etdilər.  1938-ci  il  sentyabrın  28-dən  29-na  keçən  gecə  Münhendə  Hitler, 

Çemberlen,  Daladye  və  Mussolini  görüşərək  Münhen  sazişini  imzaladılar.  Almaniya  Sudet  vilayətinə 

yiyələndi və Çexslovakiyadan tələb edildi ki, Polşa və macar azlıqları məsələsini nizama salsın. 

Beləliklə, İngiltərə və Fransa faşist Almaniyasına şərqə hücum planlarının həyata keçirilməsinə imkan 

yaratdı. İngiltərə, Amerika və Fransa hakim dairələri Münhen sazişini bəyəndilər. Həmin ölkələrin mətbuat 

orqanlarında  Münhen  sazişi  sülhün  qələbəsi  kimi  qiymətləndirildi.  Çexslovakiyanı  Almaniyaya  hədiyyə 

edən İngiltərə və Fransa bu qənaətdə idilər ki, Almaniyanı qərbə hücum etməkdən çəkindirəcəklər. 

Münhen  sazişi  imzalandıqdan  bir  gün  sonra,  yəni  sentyabrın  30-da  Hitlerlə  Çemberlen  İngiltərə-

Almaniya bəyannaməsini imzaladılar. Bu sənəd mahiyyətcə hücum etməmək paktı idi. 

1938-ci  il  dekabrın  6-sı  faşist  Almaniyasının  xarici  işlər  naziri  Ribbentrop  Parisdə  səfərdə  olarkən 

hücum  etməmək  haqqında  Fransa  ilə  Almaniya  arasında  bəyannamə  imzaladılar.  Həmin  sənəddə  qeyd 

edilirdi  ki,  hər  2  dövlət  sülh  və  qonşuluq  münasibətlərinə  əməl  edəcək,  həmçinin  Fransa  ilə  Almaniya 

arasında  heç  vaxt  həll  edilməmiş  ərazi  məsələləri  olmayacaq.  Ribbentrop  təsdiq  edirdi  ki,  Fransa  ilə 

Almaniya arasında möhkəm saziş o zaman imzalana bilər ki, Fransa Almaniyanın təsiri altındakı ərazilərə 

hörmətlə  yanaşsın.  Faşist  Almaniyası  ilə  razılığa  gələn  Daladye  hökuməti  digər  faşist  ölkələri  ilə  də 

əlaqələrini yaxşılaşdırmağa çalışırdı. 

1938-ci ildə Fransa İtaliya tərəfdən Efiopiyanın işğalını rəsmi surətdə tanıdı. 1939-cu ilin fevralında 

Fransa  hökuməti  İspaniya  Respublikası  ilə  əlaqələri  kəsərək  general  Frankonun  hakimiyyətini  tanıdı. 

Franko rejimində Fransanın səfiri irticaçı marşal Peten oldu. Daladye bu nəticəyə gəldi ki, o, faşist ölkələri 

ilə əlaqələri nizama sala bilib. Lakin baş nazir bu fikirdə tam yanılmışdı. 

1939-cu il martın 15-də faşist Almaniyası bütün Çexslovakiyanı, martın 22-si isə Litvanı, Klayped də 

daxil  olmaqla  Memel  vilayətini  işğal  etdi.  1939-cu  il  aprelin  7-də  İtaliya  Albaniyaya  hücum  edərək  onu 

işğal  etdi.  Hələ  aprelin  3-ü  Hitler  Polşaya  hücum  haqqında  məxfi  plana  imza  atdı.  Vəziyyətin  belə 

kəskinləşdiyini  görən  Fransa  və  İngiltərə  nota  mübadiləsi  nəticəsində  bildirdilər  ki,  əgər  onlar  hücuma 

məruz qalarlarsa, bir-birinə yardım edəcəklər. Öz növbəsində 1939-cu il mayın 22-də Almaniya ilə İtaliya 

arasında “Polad pakt” imzalandı. 

Beləliklə, alman-italyan blokuna qarşı İngiltərə-Fransa koalisiyası qarşı-qarşıya durdu. 



Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   455   456   457   458   459   460   461   462   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə