International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə455/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   451   452   453   454   455   456   457   458   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1707

  

27-28 April 2018, Baku, Azerbaijan

 

təşkil  edirdi.  [11].  Möhtəşəm  Porta  tərəfindən  cavabsız  qalmayan  erməni  iddiası  məsələni  çətinləşdirdi. 

Britaniyanın baş konsolu Polkovnik Vilson yazırdı ki, erməni patriarxı tərəfindən təqdim olunan rəqəmlər 

şübhəsiz yanlışdı və həqiqi rəqəmlər çox ehtimal ki, Sivasın erməni yepiskopunun təqdim etdiyi rəqəmlərlə 

Abedin Paşa və Bəkir Paşanın təqdim etdiyi rəqəmlər arasındadır.Bu rəqəmlər isə xristian və müsəlman 

əhalinin bir-birinə 1-3.7-ə olan nisbətinin göstəricisidir. [12]. 

1884-cü  ildə  Nerses  Varjabedyanın  ölümündən  sonra  1885-ci  ildə  Ərzurum  Yepikopu  Harutyun 

Vehabedyan  patrik  seçilir.  Vehabedyan,  Mıgırdiç  Hırimyan  və  Nerses  Varjabedyanın  siyasətini  davam 

etdirmiş və Türkiyə ermənilərinin vəziyyətinin islah edilməsi üçün Avropadan ümüd gözləmənin faydasız 

olduğunu  hesab  edirdi.  Harutyun  Vehabedyanın  Patriarxlığı  dövründə  erməni  inqilab  komitələri 

təşkilatlarını  genişlətmiş,  Avropa  və  Amerikanı  şühələnməyə  vadar  etmişlərdir.  Erməni  millətçiliyi 

muxtariyyət tələb edən kilsənin fəaliyyətinə arxalanan ihtilalçı hərəkata çevrilmişdi. [13; 90] 

Bu  hadisələrin  ardınca  1887-ci  ildə  erməni  Avetis  Nazarbekyan  Cenevrədə  marksist-sosialist 

prinsiplərinə əsaslanan “Hıncak” adlı təşkilat yaratdı. 1890-cı ildə isə Tiflisdə millətçi-sosialist prinsipləri 

əsasında  Erməni  İnqilabi  Federasiyası  -  Daşnaksütyun  yaradıldı.  Onun  təsisçiləri  Kristapor  Mikaelim, 

Stepan Zartan və Simon Zavaryan idilər. Təşkilatlar yaradılandan sonra Osmanlıda ermənilərin ardı-ardına 

başlatdığı üsyanlar və terror hadisələrinə “erməni qətliyyamı” donu geydirilmişdir. 

1892-ci  ildə  Britaniya  hökumətində  qəflətən  Salisburonun  Qlədstoun  ilə  əvəzlənməsi  səxsi,  dini  və 

siyasi səbəblərdən türklərə dərin nifrət bəsləyən ingilis baş nazirinin şəxsində ermənilərə geniş beynəlxalq 

dəstək verən və onların “ağrı-acısının” hər yerdə yayılmasını təmin edən etibarlı bir tərəfdaş tapmaq imkanı 

verdi. Məhz, elə həmin dövrdə Londonda Lord  Braysın erməni  komitəsi  yaradıldı.  Lord Brays  I  Dünya 

Müharibəsi dövründə ermənilərin təbliğat sənədi olan “Mavi kitab”ı nəşr etdirmişdir. Beləliklə, beynəlxalq 

rəyi manipulyasiya edə biləcək geniş əməliyyat vasitələri də əl altında idi. Bu dövrdən etibarən bir-birinin 

ardınca qiyam və nümayişlər baş verir.  



Nəticə 

Osmanlı  imperiyasının  dağılmasını  arzu  edən  Avropa  dövlətləri  dövlətin  zəifləməsindən  istifadə 

edərək  planlarını  həyata  keçirməyə  çalışırdı.  İngiltərə  siyasi  maraqlarını  reallaşdırmaq  məqsədilə 

ermənilərdən  alət  kimi  istifadə  edir.  Ermənilər  də  çoxdan  arzusunda  olduqları  müstəqil  dövlət  yaratmaq 

planlarını  kilsə  vasitəsilə  həyata  keçirmək  üçün  İngiltərə  ilə  əlaqə  yaradır.  Bu  planları  həyata  keçirmək 

üçün kilsə və din amili başlıca rol oynayırdı. 1863-cü ildə “Nizamname-i Millet-i Ermeniyan” sənədinin 

qəbul  edilməsi  ermənilərin  atdığı  ilk  addımoldu.  Bu  sənəd  Osmanlı  imperiyaında  yaşayan  ermənilərə 

müstəqil  qərarlar  vermə  imkanı  yaratdı.  Ikinci  addım,  Berlin  konfransında  ermənilərlə  bağlı  islahat 

layihəsinin  qəbul  edilməsi  oldu.  Bu  layihə  vasitəsilə  ingilislər  hər  fürsətdə  Osmanlı  dövlətinə  təzyiq 

göstərirdilər.  Bir  müddət  sonra  isə  qərb  dövlətlərinin  köməyi  ilə  erməni-terror  təşkilatlarının  yaradılmaı 

Osmanlıdaardı-ardına  baş  verən  və  “erməni  qətliyyamı”  donu  geydirilən  üsyanlar  və  terror  hadisələrinə 

səbəb olur. 



 

ƏDƏBİYYAT 

1. 


Davut Kılıç, Osmanlı İdaresinde Ermeniler Arasındaki Dini ve Siyasi Mücadeleler, Ankara, 2000. 

2. 


Islahat Fermanı’nın metni. Enver Ziya Karal, Osmanlı Tarihi, C.V, Ankara, 1983. 

3. 


Y.Çark. Türk türk devleti hizmetinde ermeniler , 1453 – 1953.İstambul, 1953. 

4. 


Sedat Laçıner, “Ermeni kimlik bunalımı ve Güç politikasının Bir ürünü olarak Ermeni sorunu, 2023, İki bin iyirmi üç Dergisi, 

15 Nisan 2002, No12” 

5. 

Armenian atrocities: a compilation of views, Ministry of Foreign Affairs, Ankara 1999.  



6. 

Bilâl N. Şimşir, British Documents On Ottoman Armenians (1856-1880), Vol. I , Ankara 19R2, s. 173, Belge Nu. 69. 

7. 

Bilal N. Şimşir. British Documents on Ottoman Armenians Volume II (1880-1890) TTK, Ankara 1989.doc. No14 



8. 

Bilal N. Şimşir. British Documents on Ottoman Armenians Volume II (1880-1890) TTK, Ankara 1989.Doc.No.20 

9. 

Bilal N. Şimşir. British Documents on Ottoman Armenians Volume II (1880-1890) TTK, Ankara 1989.Doc.No 21. 



10. 

Bilal N. Şimşir. British Documents on Ottoman Armenians Volume II (1880-1890) TTK, Ankara 1989.Doc.No.23 

11. 

Bilal N. Şimşir. British Documents on Ottoman Armenians Volume II (1880-1890) TTK, Ankara 1989.Doc.no 21/3 



12. 

Bilal N. Şimşir. British Documents on Ottoman Armenians Volume II (1880-1890) TTK, Ankara 1989.Doc.No 31/1 

13 

Louise Nalbandian, The Armenian Revolutionary Movement. The Development of Armenian Political Parties through the 



Nineteenth Century, University of Califomia Press, Berkeley ve Los Angeles 1963. 

14. 


Jason Goodwin “Lords of the Horizons: A History of the Ottoman Empire”, “Azbuka-Atticus”, 2013. 

15. 


The National Archives, Turkey, 17 (1877), part II,No.78, p.88-89; Bilal Şimşir, British Documents on Ottoman Armenians, 

V.I, Ankara, 1989. 

 

 



Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   451   452   453   454   455   456   457   458   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə