International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə452/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   448   449   450   451   452   453   454   455   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1703

  

27-28 April 2018, Baku, Azerbaijan

 

əməkdar elm xadimi, professor M. Topçubaşov, prof. Fuad Əfəndiyev və prof. Məlikməmməd Məlikovun 

arxa  cəbhədə  elmi  fəaliyyətinin  çox  böyük  olduğunu  vurğulayan  müəllif,  eyni  zamanda,  neft  yataqlarını 

öyrənən  geoloq  və  mineraloqların  adlarını  çəkir,  onların  əməyinə  yüksək  qiymət  verildiyini  göstərir. 

Bunlara  misal  Mirəli  Qaşqay,  Şamil  Əzizbəyov,  Heydər  Əfəndiyev,  Cəbrayıl  Süleymanov,  Şirəli 

Məmmədov və digərlərini adlarını qeyd edir,onların səmərələşdirici elmi təklif və kəşflərinin arxa cəbhədə 

böyük  əhəmiyyətini  göstərmişdir.  Burada  müəllif  energetika  sahəsində  elmi  müəssisələrin  fəaliyyətinə 

ümumi qiymət vermişdir.  

Qeyd edilən əsərdə müəllif müharibə illərində akad. Yusif Məmmədəliyevin rəhbərliyi altında həyata 

keçirilən  neftin  tədqiqinə  aid  elmi  işlərin  SSRİ  hərbi  hava  qüvvələrinin  döyüş  qabiliyyətinin  və 

keyfiyyətinin artmasına təsirini nəzərə çatdırmış,  keyfiyyətli döyüş texnikası üçün  yanacaq  məhsullarının 

istehsalının  böyük  əhəmiyyətini  qeyd  etmişdir.Y.Məmmədəliyevin  rəhbərliyi  ilə  qazolin  zavodlarının  və 

qaz istehsalının artmasının arxa cəbhədə sənaye, ön cəbhədə döyüş texnikasına təsirini qeyd edən müəllif 

ona  Stalin  mükafatının  verildiyini  bildirir  [2,32].  Müharibə  illərində  Azərbaycan  Neft  Elmi  Tədqiqat 

İnstitutunda çalışan kadrların- Əli Quliyev və Yusif Məmmədəliyevin sürtgü yağları istehsalı ilə məşğul 

olmaları,  kənd  təsərrüfatı  sahəsində  Cəbrayıl  Hüseynov,  Bala  Ağayev,  Mirzəyev  və  İmam  Mustafayev 

kimi alimlərin yeni elmi fəaliyyətlərinin arxa cəbhədə böyük uğurlara səbəb olması göstərilmişdir. Sonda 

müəllif  keçmiş  SSRİ  mədəniyyət  işçilərinin  müharibə  illərində  ön  cəbhədə  vətənpərvərlik  ruhunda 

çıxışlarına toxunmuş, S. Vurğunun və Bülbülün ön və arxa cəbhədə fəaliyyətini qeyd etmişdir. Bununla 

müəllif adı çəkilən əsərdə Azərbaycanın arxa cəbhədə fəaliyyətini keçmiş SSRİ-də yaşayan xalqların əmək 

qəhrəmanlığının təsiri prizmasından təhlil edir.  

1941-1945-ci illər müharibəsində arxa cəbhədə böyük fədakarlıq göstərərək yüksək elmi nailiyyətlər 

əldə edən azərbaycanlı alimlər haqqında son dövrlərdə də araşdırmalar aparılmışdır. Belə araşdırmalardan 

biri  tarix  elmləri  doktoru  Zemfira  Hacıyevanın  2010-cu  ildə  nəşr  etdirdiyi  "Azərbaycan  alimləri  İkinci 

Dünya müharibəsi illərində" adlı əsərdir. Çoxsaylı arxiv materialları əsasında yazılmış bu əsərdə yer alan 

faktların əksəriyyəti Azərbaycan sovet tarixşünaslığında az rast gəlinmişdir.Müəllif II Dünya Müharibəsi 

iştirakçısı olmuş Azərbaycan alimlərindən yazmaqla yanaşı müharibə dövründə arxa cəbhədə elm və təhsil 

sahəsində kəşf və ixtiraları ilə Sovet İttifaqında elmə, texnikaya, hərbi sənayeyə və istehsala səmərələşdirici 

yeniliklər gətirən azərbaycanlı alimlər haqqında geniş məlumat vermişdir. Əsərdə qeyd olunur ki, düşmən 

üzərində  ümumi  qələbəyə  Azərbaycan  xalqının  verdiyi  töhfə  lazımınca  qiymətləndirilməmişdir:  Bakıya 

qəhrəman  şəhər  fəxri  adı  verilməmişdir.  Müəllif  əlavə  edir  ki,  arxa  cəbhədə  çalışanların  təşəbbüskarlığı 

sayəsində neftin davamlı hasilatı və emalı təmin edilir, silah, döyüş sursatı və mərmilərin yeni növlərinin 

istehsalı  uğurla  mənimsənilirdi[3,6].Hərbi  zavod  və  neftayırma  zavodlarının  işlərinin  şücaəti  əsərdə  yer 

almış, arxa cəbhədə Azərbaycan elm adamlarının fəaliyyətinə yüksək qiymət verilmişdir. 

Arxa  cəbhədə  yaralılara  və  qospitallarda  müalicə  alanlara  Azərbaycan  alim  cərrahlarının  fədakar 

əməyinə  toxunan  müəllif  Mirəsədulla  Mirqasımov,  Mustafa  Topçubaşov,  Cəlil  Hüseynov  və  başqaları 

haqqında ətraflı  məlumat  vermişdir. Qeyd  olunur  ki,  müharibə illərində 441  mindən çox  yaralı və xəstə 

müalicə olunmuş,onlardan 70 faizi sağalıb yenidən ön cəbhəyə qayıtmışdır[3,28].Naftalan neftindən uğurla 

istifadə  və  Bakıdakı  Qanköçürmə  İnstitutunun  işçilərinin  əhəmiyyətinə  toxunulmuşdur.  Neft  sahəsində 

böyük irəliləyişlər edən akademik Y.Məmmədəliyev, Rüstəm İsmayılov, kimya sahəsində Şıxbala Əliyev, 

Soltan  Mehdiyev  və  digər  yer  və  texnika  elmləri  sahəsində  fərqlənən  arxa  cəbhənin  qəhrəman  alimləri 

barədə  yazılmışdır.Arxa  cəbhədə  yüngül,  toxuculuq  və  yeyinti  sənayesinin  ön  cəbhə  üçün  hərbi  sifariş 

olunan  məhsullar  istehsal  istehsal  etdiyi  göstərilir.  Müəllif  yazır  ki,  müharibənin  əvvəllərində  bu 

müəssisələr 30-a yaxın hərbi məhsullar : şinel,yay geyimi, qulaqlı papaq, alt paltarı, əsgər ayaqqabısı, kürk, 

jilet,əlcək,qoşqu  ləvazimatı,  texniki  parça,  böyük  ölçülü  iplik,  ayaqqabı,  sap,  hiqroskopik  pambıq, 

cərrahiyədə  tətbiq  dilən  ipək  və  digər  mallar  istehsal  edirdi[3,45].Əsərin  sonunda  azərbaycanlı  alimlərin 

müharibə  illərində  dövlət  əhəmiyyətli  50-dən  çox  işin  həyata  keçirilməsinə  görə  aldıqları  dövlət 

mükafatları və ön cəbhəyə verilmiş yardımlardan bəhs edilmişdir. 

Tarixçi  Zemfira  Hacıyeva  digər  əsərində  Azərbaycan  sovet  tarixşünaslığında  öz  əksini  tapmayan 

akademik  Y.  Məmmədəliyevin  rəhbərliyi  altında  yaradılmış  "Molotov  kokteyli"  adlanan  partlayıcı 

maddədən yazmışdır. Müəllif yazır ki, Alman ordusu üzərində Sovet İttifaqının qələbəsində tank əleyhinə 

qarışığın  kəşfinin  çox  böyük  əhəmiyyəti  oldu.  Onun  tərkibi  Y.  Məmmədəliyev  tərəfindən  toluolun  - 

partlayıcı maddə üçün xammalın- əldə edilməsi işlənib hazırlandı (4.,səh.33). Əsərin müəllifi əlavə edir ki, 

qeyd  olunan  partlayıcı  maddəni  Britaniyanın  Baş  naziri  U.Çörçill  "Molotov  kokteyli"  adlandırmışdır.Bu 

kəşf barədə ona SSRİ Xarici İşlər Naziri V. Molotov məlumat vermişdir. Qeyd olunan əsərdə alimin SSRİ 



Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   448   449   450   451   452   453   454   455   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə