International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə451/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   447   448   449   450   451   452   453   454   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1702

  

27-28 April 2018, Baku, Azerbaijan

 

yüksək məhsuldarlığa nail olan təsərrüfat təcrübələri, Cəbrayıl Hüseynovun kartofçuluq sahəsində uğurları, 

pambıq üzrə mütəxəssislərimizin yenilikləri, şəkər çuğunduru sahəsində dos. Şəfibəyov və prof. N. Malov, 

yağlı  bitkilər  üzrə  mütəxəssislər  Y.  Ağazadənin  kauçuklu  bitkilər  əkilməsi,  Qədimov  və  Əzimovun 

naftalandan müalicə kimi istifadə metodlarını işləyib hazırlamaları əsərdə vurğulanmışdır [1,19].Müharibə 

illərində hərbi qospital və xəstəxanada gərgin işləyən və hərbi tibb sahəsində yeni dərman və cihazlar tətbiq 

edən  prof.  M.  Topçubaşov,  prof.  M.Mirqasımov,  prof.  İ.Şirokoqorov,  Hüseyn  Əliyev  və  başqalarının 

xidmətlərini  arxa  cəbhədə  necə  əhəmiyyət  göstərdiyi  qeyd  olunmuşdur.  Azərbaycan  tibb  işçilərinin 

müharibə  illərində  tətbiq  etdikləri  naftalan  və  gecə  gündüz  yaralılara  xidməti,  əczaçılıq  sahəsində 

çalışanların fəaliyyətinin keçmiş SSRİ miqyasında mühüm əhəmiyyət kəsb etdiyi göstərilib.  

Müəllif  azərbaycanlı  alimlərin  arxa  cəbhədə  istər  təbliğat,  istərsə  də  əmək  fəaliyyətinə  toxunmuş, 

azərbaycanlı  müəllimlərin  tədris  prosesində  yanılmadan  uğurla  çalışmasını  göstərmişdir.  Ali  məktəb 

müəllimlərinin  tələbələr  və  gənc  kadrların  yetişdirilməsi  fəaliyyətini  qeyd  edən  müəllif  Elmlər 

Akademiyasının  elmi  işçilərinin  hərbi  vətənvərlik  ruhunda  yazılmış  əsərlərini  göstərir,tarix  muzeyinin 

əməkdaşlarının hərbi mövzuda sərgilər təşkil etməsi, ədiblərin bu ruhda elmi əsər və məqalə yazmalarının 

arxa  cəbhənin  fəaliyyətinə  təsirini  qeyd  etmişdir.  Arxa  cəbhədə  müharibə  illərində  ictimai  elmlərin 

qarşısında  böyük  vəzifələr  qoyulduğu  göstərilmiş,iqtisadçıların  yeni  kadrların  yetişdirilməsi  və  iqtisadi 

sahələrin  idarə  edilməsinin  əhəmiyyəti  qeyd  olunmuşdur.  Arxa  cəbhədə  fəaliyyət  göstərən  azərbaycanlı 

elm və təhsil sahəsinin əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirən müəllif bütün bunları"kommu-

nist partiyasının uğuru" kimi dəyərləndirmişdir. SSRİ-də yaşayan "xalqların müdafiəsi və sosializmin faşist 

imperialistlərindən  müdafiəsi"  əsərdə  göstərilmişdir.Müəllif  Azərbaycan  alimlərinin  uğurlarının  izahını 

"marksist-leninist inkişaf qanunları" prizmasından vermişdir. Ümumi məlumat verilməsinə baxmayaraq bu 

kiçik  əsər  müharibə  dövründə  arxa  cəbhədə  Azərbaycandakı  elmi  kadrların  fəaliyyəti  haqqında  təsəvvür 

yaradır və 1941-1945-ci illərdə xalqımızın arxa cəbhədə qəhrəmanlığından bəhs edir.  

Arxa cəbhədə Azərbaycan  xalqının xidmətlərinə  C.  Hüseynovun  1958-ci ildə  nəşr  etdirdiyi "Böyük 

Vətən Müharibəsi illərində sovet  xalqının  əmək qəhrəmanlığı" əsərində rast  gəlinmişdir. Əsərin  müxtəlif 

yerlərində  müəllif  Azərbaycan  xalqının  müharibə  illərində  cəbhə  üçün  fədakarlığını  təsvir 

etmiş,Azərbaycan  iqtisadiyyatının  müxtəlif  sahələrində  çalışanların  fəaliyyətinə  dövrün  siyasi 

prizmasından  qiymət  vermişdir.Müəllif  neft  sənayesndə  çalışan  azərbaycanlı  fəhlələrin  yeni  neft 

yataqlarının istismarı zamanı əmək qəhrəmanlığını təsvir etmiş,neftçi qəhrəmanlardan Sona Quliyevanın, 

Baba  Qafar  Muradovun,  eləcə  də,  Qaradağ  neft  trestinin  fəhlələrinin  xüsusi  fəaliyyətinə  toxunmuşdur. 

1942-ci  ilin  noyabrında  Azərbaycan  rəhbərliyinin  respublika  sənaye  müəssisələrinin  işinin  müzakirəsi 

zamanı Azərbaycanlı sənaye işçilərinin böyük uğurlar qazandığı qeyd edilmiş və burada fərqlənən sənaye 

zavodlarının və onların qabaqcıl mütəxəssislərinin adları göstərilmişdir.Neft trestlərində bir çox kadrların 

cəbhəyə  yollanmasına  baxmayaraq  planın  yerinə  yetirilməsini  yazan  müəllif  bunun  vətənə  sadiq,  hakim 

kommunist  partiyasının  qarşıya  qoyduğu  mühüm  iş  və  düşmənə  qarşı  ümumi  çağırışına  dəstək  kimi 

dəyərləndirmişdir.  İstər  SSRİ,  istərsə  də  Azərbaycanda  arxa  cəbhənin  fəaliyyətini  "sovet  xalqının"  əmək 

qəhrəmanlığı  kimi  qələmə  verən  müəllif  dövrün  sərt  siyasi  təsir  mexanizmlərindən  kənara  çıxa 

bilməmişdir.  Müəllif  haqlı  olaraq  göstərir  ki,  Bakı  şəhərinin  neftçiləri  və  neft  mütəxəssisləri  neft 

çıxarılmasını artıraraq, müdafiə ehtiyacları üçün neft məhsulları və döyüş sursatı istehsal etmək haqqında 

hökümət tapşırıqlarını nümunəvi sürətlə yerinə yetirdiklərinə görə rəhbərlik tərəfindən orden və medallarla 

təltif olunmuşdur [2,13] 

SSRİ-nin müxtəlif respubliklarının arxa cəbhədəki fəaliyyətindən ümumi məlumat verilən bu əsərdə 

müəllif  Azərbaycan  xalqının  kənd  təsərrüfatı  sahəsində  müharibə  vaxtı  gördüyü  işləri  də  qələmə 

almışdır.C.Hüseynov  əlavə  edir  ki,  Azərbaycan  kəndliləri  Muğan  düzündə  pambıq,Lənkəranda 

limon,portağal və çay,Gəncədə üzüm, Tovuzda buğda və digər rayonlarda maldarlığın sayını artıraraq 485 

nəfəri  SSRİ-nin  orden  və  medalları  ilə  təltif  etmişdir  [2,20].  Bununla  müəllif  arxa  cəbhədə  azərbaycanlı 

kəndlilərə  respublika  rəhbərliyinin  verdiyi  qiyməti  göstərmişdir.Ancaq  müəllif  burada  kənd  təsərrüfatı 

işçiləri və  mütəxəssislərinin hakim partiyanın Mərkəzi  Komitəsinin  göstərişlərini vətənpərvərlik  hissi ilə 

qarşılamasını  qeyd  edir.  Əsərin  sonrakı  hissəsində  müəllif  ayr-ayrı  Azərbaycan  kəndlərində  cəbhə  üçün 

yerinə  yetirilmiş  məhsul  istehsalçıları  və  onların  arxa  cəbhədə  qəhrəmanlığına  ümumi  olaraq 

toxunulmuşdur.  

Müharibə  illərində  SSRİ  alimlərinin  arxa  cəbhədə  fəaliyyətindən  yazan  müəllif  Azərbaycan  elm 

xadimlərinin  işlərini  də  təsvir  etmişdir.  Müəllif  bunu  Kommunist  Partiyasının  vacib  göstərişləri  kimi 

göstərsə də bu məlumat tarixşünaslığımızda əhəmiyyətli faktlardandır. Tibb üzrə professor M. Mirqasımov, 



Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   447   448   449   450   451   452   453   454   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə