International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə453/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   449   450   451   452   453   454   455   456   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1704

  

27-28 April 2018, Baku, Azerbaijan

 

təyyarəçilərinin  döyüşdə  fərqlənməsinə  səbəb  olan  yüksək  oktanlı  təhlükəsiz  yanacağın  növlərinin 

sınaqdan  keçirməsi  və  buna  görə  Sovet  rəhbərliyi  tərəfindən  yüksək  mükafatlar  alması  kimi  faktlara 

Azərbaycan sovet tarixşünaslığında rast gəlinmir. Bunlar isə azərbaycanlı alimlərinin arxa cəbhədə misilsiz 

fədakarlığını göstərir (4.,səh.34). 

Arxa cəbhədə xalqımızın fəaliyyətindən bəhs edilən tədqiqatçı Georgi Zapletinin 2012-ci ildə nəşr et-

dirdiyi "Vətənə və elmə xidmət etdilər..." adlı əsərin xüsusi əhəmiyyəti vardır. Əsər Azərbaycan alimlərinin 

müharibə dövründə arxa cəbhədə elmi fəaliyyətinin araşdırılması  və bu sahədə çalışan alimlərin işlərinin 

öyrənilməsi baxımdan çox dəyərlidir.Əsərdə ayrı-ayrı elm sahələri üzrə arxa cəbhədə qazanılmış uğurlar və 

onların  istehsalata  tətbiqi  yer  almışdır.  Müəllif  "Müharibənin  ağır  sınaqları  "  adlandırdığı  1-ci  hissədə 

döyüş  meydanlarında  iştirak  etmiş  azərbaycanlı  alimlərdən  çox  geniş  məlumat  vermişdir."Elmin  döyüş 

meydanlarında"  adlanan  ikinci  hissə  Azərbaycan  alimlərinin  elmi  kəşf  və  ixtiralar  edilməsindən  bəhs 

olunur  ki,  bu  barədə  Azərbaycan  sovet  tarixşünaslığında  ümumi  yazılmışdır.  Tarix  üzrə  fəlsəfə  doktoru, 

AMEA  Tarix  İnstitutunun  əməkdaşı  Tamilla  Kərimovanın  "Böyük  qələbəyə  Azərbaycan  alimlərinin 

töhfəsi" adlı yazdığı bölmədə bu əsərdə rast gəlinir. T. Kərimova haqlı olaraq göstərir ki, qələbənin əldə 

olunmasında  Azərbaycan  neft  və  kimyaçı  alimlərinin  xidmətləri  yüksəkdir.  Bu  xidmətlərinə  görə 

azərbaycanlı alimlərinin 100-dən çox SSRİ orden və medalları ilə təltif olunmuş, 7 alimə Dövlət mükafatı, 

50 elmi işçiyə Azərbaycan əməkdar elm və texnika xadimi fəxri adı verilmişdir (5.,səh.62). Qeyd olunan 

əsərdə müəlliflər arxa cəbhədə Azərbaycan alimlərinin oynadığı rolu yüksək qiymətləndirir, elm, texnika, 

istehsalat,  iqtisadiyyat,  mədəniyyət  və  s.  sahələrdə  alimlərimizin  xidmətini  arxiv  materialları  əsasında 

tədqiq  etmişdir.  Bütün  bunlar  Azərbaycan  xalqının  1941-1945-ci  illər  müharibəsində  arxa  cəbhədə 

fədakarcasına xidmətlərini göstərir. 

Son  dövrlərdə  Azərbaycanlı  alimlərin  müharibə  vaxtına  fəaliyyətindən  bəhs  edən  ayrı-ayrı  elmi 

məqalələrində  də  rast  gəlinir.Tədqiqatçı-alim  Məmmədağa  Sərdarovun  mövzu  ilə  bağlı  araşdırmasında 

qeyd  olunur  ki,  Azərbaycan  alimləri  müharibə  illərində geniş təbliğat-təşviqat  işləri  də  aparırdılar. 

Onlar hərbi  hissələrdə,  sənaye  müəssisələrində, hospitallarda,  məktəblərdə,  kənd  əməkçiləri  qarşısında 

vətənpərvərlik ruhunda məruzələr oxuyur, söhbətlər aparırdılar.Yaradılmış lektor qruplarında H. Hüseynov, 

M. Dadaşzadə, Q. Dadaşov, S. Vurğun, İ. Hüseynov, Z. İbrahimov, F. Valuyev, M. Qazıyev, E. Tokarçevski, 

B.  Axundov,  M.  Səlimov  və  M.  Qasımov  kimi  alimlər  fəal  iştirak  edir,  insanları  qəsbkarlara  qarşı 

mübarizəyə səsləyirdilər (6.,səh. 14). 

 

Müəllif həmçinin göstərir ki, 1941-1945-ci illərdə kimya və neft-kimya sənayesində 60-dan artıq 



yeni istehsalat müəssisəsi tikilib istifadəyə verilmiş, 300-dən çox mühüm ixtira və texnoloji üsul istehsalata 

tətbiq  edilmiş,  bu  da  nəticə  etibarilə  100-dən  çox  kimyəvi  məhsulun  kütləvi  istehsalına  imkan  vermişdi. 

Müharibə  şəraitində  də  Azərbaycanda  elmi  kadrların  hazırlanmasına  diqqət  azalmamışdı.  Belə  ki,  1941-

1945-ci illərdə respublikada 3 nəfər doktorluq, 185 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.  

 MƏNBƏ VƏ ƏDƏBIYYAT 

1.  


Yaqubov Ə. Azərbaycan alimləri Böyük Vətən Müharibəsi günlərində. SSRİ EA Azərbaycan filialı.Bakı, 1942. 

2.  


C.Hüseynov,Böyük Vətən Müharibəsi illərində sovet xalqının əmək qəhrəmanlığı, Bakı-1958 

3.  


Z. Hacıyeva, Azərbaycan alimləri İkinci Dünya Müharibəsi illərində, Bakı - 2010 

4.  


Z. Hacıyeva, AMEA prezidentləri. Şanlı yolun mərhələləri, Bakı -2014 

5.  


G. Zapletin, Vətənə və elmə xidmət etdilər..., Bakı - 2012 

6.  


Sərdarov Məmmədağa. "Azərbaycan" qəzeti,15 may 2015-ci il, s.14. 

 

 



OSMANLI İMPERİYASI DÖVRÜNDƏ ERMƏNİ KİLSƏSİNİN  

FƏALİYYƏTİ VƏ İNGİLTƏRƏ 

 

Bədirə KƏRIMOVA  

ADU 


kerimova.badira@mail.ru 

 

Açar sözlər: Osmanlı, imperiya, İngiltərə, erməni, din, patrik 

 

ДЕЯТЕЛЬНОСТЬ АРМЯНСКОЙ ЦЕРКВИ В ПЕРИОД ОСМАНСКОЙ ИМПЕРИИ И АНГЛИЯ 

РЕЗЮМЕ 

В  статье  рассматривается  деятельность  армянской  церкви  в  отношении  с  Англией  в  период  распада  Османской 

империи.  Англия,  стремясь реализовать свои политические  интересы, опиралась  на религиозный фактор  для  ускорения 

распада Османской империи. Цель этих отношений со стороны армян создание независимого Армянского государства на 

территории Османской империи.  

Ключевые слова:Oсманская, империя, Англия, армяне, религия, патриарх 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1705

  

27-28 April 2018, Baku, Azerbaijan

 

THE ACTIVITY OF THE ARMENIAN CHURCH IN THE PERIOD OF THE OTTOMAN EMPIRE AND ENGLAND 

SUMMARY 

The article deals with the activities of the Armenian church in relation to England during the collapse of the Ottoman Empire. 

Striving to realize its political interestsEngland relied on a religious  factor to accelerate the collapse of  the Ottoman Empire. The 

purpose  of  these  relations  on  the  part  of  the  Armenians  is  the  creation  of  an  independent  Armenian  state  on  the  territory  of  the 

Ottoman Empire. 

Keywords: Ottoman, Empire, England, Armenians, religion, patriarch 

 

Din amili ermənilər üçün sadəcə din anlamına gəlmir, ermənilər üçün din erməni millətçiliyinin əsası 



ermənilərin  “Böyük  Ermənistan”  dövləti  yaratmaq  xülyasını  həyata  keçirmək  üçün  başlıca  strateji 

vasitələrdən  biridir.  Belə  ki,  yaranışından  ta  bu  günə  kimi  kilsə  siyasi  və  ictimai  müzakirələrin  mərkəzi 

olmuşdur.  Tarixən  ermənilərin  dövlət  yaratmaq  ideyası  erməni  xalqının  deyil  məhz  erməni  kilsəsinin 

təşəbbüsü  idi.  Məqalədə  Osmanlı  İmperiyası  dövründə  müstəqil  Ermənistan  yaratmaq  məqsədilə  erməni 

kilsəsinin fəaliyyəti təhlil olunmuşdur. Məqalə tarixi-sistemli metoddan istifadə olunmaqla yazılmışdır. 

Osmanlı  İmperiyası  ərazisində  yaşayan  ermənilərin  dövlətçilik  iddialarının  yaranmasında  erməni 

kilsəsi  böyük  rol  oynamışdır.  Osmanlı  İmperiyası  dinindən  asılı  olmayaraq  burada  yaşayan  xalqlar  üçün 

ümumi ev idi. Osmanlı İmperiyası haqqında qərb müəllifi qeyd edir ki, burada yaşayan xalqlara görə"Dar-

ul-İslam"  və  ya  "Sülh  Məbədi"  adlandırılan  imperiyada  qeyri  adi  ruh  yüksəkliyi,  güc,  mükəmməl  düzən 

hakim  olduğu  üçün  müasirlər  onun  adi  insan  tərəfindən  yaradılmasına  şübhə  edirdilər  [14;13].  Lakin, 

Avropanın aparıcı dövlətləri əsrlər boyunca Osmanlı İmperiyasına qarşı ittifaq və sui-qəsdlər qururdular və 

bunların  nəticəsi  olaraq  imperiya  XIX  əsrdə  artıq  tükənmiş,  gücsüz  və  inkişafdan  qalmışdı.  Avropa 

dövlətləri tezliklə anlayır ki, imperiya ərazisində yaşayan ermənilərimperiyaya qarşı alət kimi istifadə oluna 

bilərlər.  

1838-ci  ildə  Aralıq  dənizi  ticarətini  inkişaf  etdirməyi  qarşısına  məqsəd  qoyan  İngiltərə  Rusiyanın 

Osmanlı  dövləti  əleyhinə  olan  siyasətinin  qarşısını  almaq  üçün  hər  fürsətdən  istifadə  etməyə  çalışırdı. 

Bununla  yanaşı  ingilislər  öz  nüfuzunu  artırmaq  məqsədilə  Osmanlı  Xristianları  arasında  protestant 

məzhəbini yayırdı. Bu yolla İngilislər Rusiya və Fransanın Türkiyədəki fəaliyyətini nəzarət altına almağı 

bacarmışdılar  [1;101].  İngilislərin  bu  fəaliyyəti  nəticəsində  1896-cı  ildə  Omanlı  imperiyası  ərazisində 

yaşayan Gregoryan Ermənilərinin 15%-i Protestant məzhəbinə keçmişdir [3;107].  

İngilislər  Türkiyədə  özlərinə  dindaş  bir  qrup  yaratmaqla  bərabər  Türkiyənin  1774-cü  il  Kiçik 

Kaynarca Razılaşmasından sonra Osmanlı Dövlətinin rusların təyziqi altında olmasını və rusların burada 

yaşayan xristianları tərəfinə çəkməyə çalışaraq onlara vətəndaşlıq verməsindən xəbərdar idilər [15; 34-35]. 

Rusiyanın Osmanlı dövlətinin əleyhinə siyasəti və burada yaşayan Xristian məzhəbli Osmanlı vətəndaşları 

tərəfinə  çəkməsi  İngiltərə  başda  olmaqla  Böyük  Qərb  dövlətlərini  də  narahat  etməyə  başladı.  Bunun 

nəticəsi  olaraq  İngiltərə  və  Fransa  Rusiya  ərazisinin  genişlənməsinə  və  Osmanlı  dövlətində  yaşayan 

xristianlara himayədarlığını əlindən almaq məqsədilə Krım müharibəsinə başladılar. Müharibənin sonunda 

28 fevral 1856-ci il İslahat Fərmanına [2;258-264] görə Osmanlı Sultanı Abdülməcid imperiyada mövcud 

olan bütün subyektlərin – Müsəlmanlar, Xristianlar və Yəhudilərin din və hüquq bərabərliyini təmin edən 

Hatti-Hümayun  və  ya  İmperiya  İslahatlar  Xartiyasını  təsdiq  edir.  Həmin  il  mart  ayının  30-u  Fransanın 

paytaxtında  Krım  müharibəsinə  son  qoyan  Paris  Sülh  Müqaviləsi  imzalanır.  Osmanlı  İmperiyası  formal 

olaraq Müqəddəs İttifaqa qəbul edilir və bununla da müstəqilliyi və bütövlüyünü təminat altına almış olur. 

Müqavilənin  9-cu  maddəsində  yazılır:  “Əlahəzrət  Sultan  imperiyanın  subyektlərinin  rifahı  ilə  əlaqədar 

fərman imzalamışdır ki, bu fərmanda Omanlı İmperiyasının Xristian əhalisinə qarşı olan xoş niyyətini, dini 

və irqindən asılı olmayaraq onların vəziyyətinin yaxşılaşdırılmasını razılaşdıran tərəflərlə əlaqə yaratmaqla 

təsdiqləyir”. Paris Sülh Müqaviləsinin yuxarıda qeyd olunan maddəsi və digər şərtlərinin ingilis müəlliflər 

tərəfindən açıqlanmasına görə bu müqavilə ermənilər daxil olmaqla Osmanlı xristianları üçün “kollektiv 

protektorat” dövrünü açmış oldu.  

29  Mart  1863-cü  il  tarixində  Osmanlı  imperiyasında  yaşayan  ermənilərin  vəziyyətini  daha  da 

gücləndirən  Erməni  Patrik  Məclisləri  tərəfindən  hazırlanmış  “Nizamname-i  Millet-i  Ermeniyan”  adlı 

nizamnamə qəbul olunur. Bu sənəd ermənilərə “dövlət içində dövlət” yaratmaq kimi geniş imtiyazlar verir. 

Nizamnamənin  verdiyi  imtiyazlardan  biri  imperiyada  yaşayan  erməni  xalqını  idarə  etməkməqsədilə 

Osmanlı  hökumətinin iştirakı  olmadan qərar  vermək imkanı idi  ki, bu da tezliklə ermənilərdə canlanma 

ruhu yaradaraq “Erməni məsələsi”ni yaratmış oldu. 

İngiltərə Türkiyəyə qarşı siyasətində din amilindən istifadə edirdi. İngiltərədə ermənilərin saylarının az 

olmasına  baxmayaraq  İngiltərə  erməniləri  etnik  kimliklərini  sonuna  qədər  qorumağı  bacarır.  Şübhəsiz 




Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   449   450   451   452   453   454   455   456   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə