International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə456/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   452   453   454   455   456   457   458   459   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1708

  

27-28 April 2018, Baku, Azerbaijan

 

AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA     

MÜHAFİZƏ OLUNAN “GÜLÜSTANİ-İRƏM” TARİXİ ƏLYAZMASININ 

MULTİDİSSİPLİNAR ƏHƏMİYYƏTİ 

 

Zəhra QƏNİYEVA 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun magistrantı və əməkdaşı 

zehra.qeniyeva@mail.ru 

 

XÜLASƏ 

«Gülüstani  -  İrəm»  XIX  əsrin  birinci  yarısında  Azərbaycan  tarixi  haqqında  yazılmış  ən  dəyərli  əsərlərdən  biridir.Əsər 

Azərbaycan  tarixşünaslığının  inkişafında  böyük  rol  oynamışdır.  Burada  Azərbaycan  tarixinin  qədim  zamanlardan  1813-cü  ilədək 

olan  dövrü  əhatə  olunmuşdur.  Əsərin  yazılması  prosesində  Bakıxanov  çoxlu  tarixi  sənəd  toplamış,  tarixi  mənbələrdən  istifadə 

etmişdir. Əsərdə Azərbaycan xalqının formalaşması, Azərbaycanda dövlətçilik ənənələrinin inkişafı, xalqın xarici işğalçılara qarşı 

mübarizəsi qələmə alınmışdır.  



Açar sözlər: tarix, əlyazma, əsər, fəsil.  

 

Tarix —  mənbələr  üzrə  insanın  meydana  gəlməsi  və  inkişafını,  müxtəlif  xalqların  ən  qədim 



zamanlardan  bizim  dövrümüzədək  necə  yaşamalarını,  onların  həyatında  hansı  hadisələrin  baş  verdiyini, 

insan həyatının necə və niyə dəyişib indi mövcud olduğu hala düşdüyünü öyrənən elmdir.  

Əsrlər boyunca Azərbaycan xalqı milli və dünya mədəniyyətinin nümunələri olan əlyazma kitablarını 

yığır və saxlayırdı. Bu əlyazmalar yalnız tarixin, ədəbiyyatın və ölkəmizin dilinin öyrənilməsi baxımından 

deyil, həmçinin, bütün dünya elmi və mədəniyyəti üçün də həddindən artıq qiymətlidir. Tarixi keçmişi əks 

etdirən  qorunub  saxlanılmış  yazılı  abidələr  yüksək  mədəniyyətə,  mənəvi  dəyərlərə  və  elmin  müxtəlif 

sahələrində bizim əcdadlarımızın dərin biliklərinə parlaq şahidlik edir və tarixi-mədəni dəyərlərin nəsildən-

nəslə ötürülməsi ardıcıllığını təmin edən mədəni irsdir. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd 

Füzuli  adına  Əlyazmalar  İnstitutunun  fondlarında  saxlanılan  on  minlərlə  əlyazmalar  çox  qədimdən 

Azərbaycan  xalqının  inkişaf  yollarını  təqib  etməyə  imkan  verir  və  elmi  tədqiqatların  həyata  keçirilməsi 

üçün əvəzsiz məxəzşünaslıq bazasını təşkil edir. Vaxt ötdükcə fondun kolleksiyası hədiyyə kimi alınmış, 

ayrı-ayrı şəxslərdən əldə edilmiş  yeni  əlyazmalarla  zənginləşir.  Bundan başqa, Azərbaycan Milli Elmlər 

Akademiyası  Məhəmməd  Füzuli  adına  Əlyazmalar  İnstitutunun  əməkdaşlarının  Azərbaycanın  müxtəlif 

bölgələrinə arxeoqrafik ekspedisiyaları nəticəsində çoxsaylı əlyazma və əski çap kitabları əldə edilmişdir. 

Bu istiqamətdə aparılan iş sayəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kolleksiyası 

saray  xronikaları,  inşalar,  memuarlar,  səyahətçilərin  təsvirləri,  ilahiyyata  dair  əsərlər,  coğrafi  toplular, 

ensiklopedik  məlumat  kitabçaları,  kosmoqrafik  risalələr,  mənzum  və  mənsur  əsərlər  əldə  etmiş  oldu. 

AMEA  Məhəmməd  Füzuli  adına  Əlyazmalar  İnstitutunun  əlyazma  kolleksiyasında  nadir  tarixi  nüsxələr, 

arxeoqrafik  materiallar  qorunub  saxlanılır.  İnstitutun  kolleksiyasında  olan  fars  dilindəki  tarixi  və  coğrafi 

risalələrin nəşr olunmasına xüsusi fikir verilir. 



 “Gülüstani-İrəm” (“Cənnət bağı”) əsərinin müəllifi Abbasqulu Ağa “Qüdsi” Badkubi Bakıxanov 

1794-cü il 22 iyunda anadan olmuş, 1847-ci ildə Məkkədə vəfat etmişdir. Azərbaycanlı tarixçi, şair, filosof, 

dövlət  xadimidir.  Bakı  yaxınlığında  -  Əmircan  kəndində  qardaşı  Bakı  və  Quba  xanı  Mirzə  Məhəmməd 

xanın  evində  dünyaya  göz  açmışdır.  “Qüdsi”  təxəllüsü  ilə  Azərbaycan,  ərəb  və  fars  dillərində  şeirlərin 

müəllifidir. Qubada “Gülüstan” adlı  elmi-ədəbi  məclisin  (1835)  təşkilatçılarından  biri  olmuşdur.  O,  Şərq 

dillərini  və  elmini,  həmçinin,  rusdiliniQubadaöyrənmişdir.  1819-cu  ildə  general  Yermolov  tərəfindən 

Tiflisə tərcüməçiqismindədəvətolunmuşdur. Rus-İran (1828-1829-cu illər) və rus-türk (1826-1829-cu illər) 

müharibələrində,  döyüşlərdəiştiraketmişdir.  Tarix,  fəlsəfə,  astronomiya  və  coğrafiyaya  aid  əsərlərin 

müəllifidir.. [1. 5-8] 

XIX  əsr  Azərbaycan  maarifçilərindənbiriolanAbbasquluağaBakıxanov“Gülüstani-İrəm”əsəri ilə 

Azərbaycan 

tarixşünaslıqelmininəsasınıqoymuşdur.  Bu  əsərmüəllifin  Azərbaycan,  Şirvan  və 

Dağıstandayaşayantayfa və xalqlarıntarixinəhəsrolunmuş, məşhurəsərlərindənbiriolub, qədimdövrdən XIX 

əsrinəvvəllərinə  kimi  olanhadisələri  əhatə  edir.  A.Bakıxanov  Azərbaycan  tarixinə  aid  olan  materialları 

toplamış,  onlarımüəyyənbirsisteməsalmış  və  təsviriyolla“Gülüstani-İrəm”əsəriniyazmışdır.  A.  Bakıxanov 

“Gülüstani-İrəm”  əsərini  yazarkən  təqribən  yüzdən  artıq  mənbədən  istifadə  etmişdir.  Bu  məxəzlər 

içərisində  Herodot,  Strabon,  Tatsit,  Plutarx,  Moisey  Xorenski,  Təbəri,  Məsudi,  İbn  Hövqəl,  İbn  Ələsir, 

Yaqut  Həməvi,  Əbülfida,  Həmdullah  Qəzvini,  Mirxond,  Xandəmir,  Şərəfəddin  Yəzdi,  Məhəmməd  Pəfi 

Şirvani,  Katib  Cələbi,  Qolikov,  Karamzin,  Ustryalov  və  s.  bu  kimi  məşhur  yunan,  Roma,  rus,  erməni, 

Azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır. A. Bakıxanov yalnız bu mənbələrlə kifayətlənmə-




II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1709

  

27-28 April 2018, Baku, Azerbaijan

 

miş,  dövrünün  tələbinə  görə  arxeologiya,  epiqrafika,  numizmatika,  maddi  mədəniyyət  abidələri,  xalq 

arasında  yayılmış  rəvayət  və  əfsanələrdən  də  istifadə  etmişdir.  Onun  tətbiq  etdiyi  bu  üsul  Azərbaycan 

xalqının zəngin tarixini əhatəli göstərməkdə birinci addım olmuşdur. . [2] 

Əsər  imperator  I  Nikolaya  həsr  olunmuş  fəsildən,  Şirvan  və  Dağıstanın  ərazisi,  sərhədləri,  coğrafi 

vəziyyəti haqqında  məlumatları əks etdirən giriş hissəsindən (müqəddimə), 5 fəsil (təbəqə) və sonluqdan 

(xətm)  ibarətdir.  “Gülüstani-İrəm”in  müqəddiməsində  Azərbaycanın  və  Dağıstanın  qısa  coğrafi  təsviri, 

qədim  yunan,  erməni,  ərəb  və  rus  mənbələrinə  istinad  edilərək  bu  ölkələrin  xalqlarının  mənşəyi,  dili  və 

dinləri  haqqında  maraqlı  məlumat  verilir.  Azərbaycan  və  Dağıstan  xalqlarının  tarixini  Abbasqulu  ağa 

Bakıxanov bu xalqların öz daxili həyatına və tarixin ümumi inkişafına görə deyil, mühüm tarixi hadisələrə 

görə 5 dövrə ayırmış və buna əsasən də əsəri 5 fəslə bölmüşdür: Birinci fəsildə Şirvan və Dağıstanın qədim 

zamandan  ərəb  işğalına  qədərki  tarixi  təsvir  olunmuşdur.  İkinci  fəsildə  Şirvan  və  Dağıstanın  ərəblər 

tərəfindən  işğalından  monqol  işğalına  qədər  olan  hadisələr  şərh  edilir.  Üçüncü  fəsildə  monqol  işğalı 

zamanından  Səfəvilər  dövlətinin  yaranmasına  qədərki  dövrdən  və  Şirvanşahlar  sülaləsinin 

hökmranlığından,  onların  səltənətinə  aid  hadisələrdən  danışılır.  Dördüncü  fəsildə  Səfəvilər  dövlətinin 

yaranması Nadir şahın ölümünə qədər olan hadisələr haqqında məlumat verilir. Beşinci fəsil Nadir şahın 

vəfatından  1813-cü  il  Rusiya  və  İran  arasında  Gülüstanda  sülh  danışığına  qədər  olan  hadisələrə  həsr 

olunmuşdur.  Sonda  müəllif  Şirvanın  alimləri,  şairləri  və  məşhur  insanları,  qonşu  əyalətlər  haqqında 

məlumat verir.. [3. 7-15]   

 

 



 

 

 



Əsərin  birinci  fəslində  “Tarixi-Təbəri”,  “Tarixi-güzidə”,  “Nizamüt-təvarix”,  “Kitabi-məsalikül-

məmalik”, “Xəritətül-əcaib” kimi qədim Şərq mənbələrinə istinadən Nuhun tufanı, onun övladları, Yasəf, 

Ham  və  Sam  nəsilləri,  Yəcuc  və  Məcuc,  skiflər,  massagetlər,  xəzərlər  və  Sasanilərin  Azərbaycandakı 

hakimiyyəti və s. haqqında yarımelmi, yarıməfsanəvi məlumatlar verilir. Bu fəsil müqəddiməyə və əsərin 

sonrakı  fəsillərinə  nisbətən  zəif  işlənmişdir.  Əsərin  ikinci  fəsli  Azərbaycan  və  Dağıstan  ölkələrinin  ərəb 

işğalçıları tərəfindən istila olunması, ümumiyyətlə, ərəblərin bu ölkələrdəki hakimiyyəti dövrünün tarixinə 

həsr  olunmuşdur.  Həmin  fəsildə  ərəb  xəlifələrinin  buraya  göndərdiyi  hakimlər,  ərəblərin  xəzərlərlə 

vuruşmaları,  xarici  işğalçıların  istilasına  qarşı  Babəkin  mübarizəsi,  onun  Bağdadda  işgəncələrlə 

öldürülməsi  və  s.  haqqında  məlumat  vardır.  Lakin  məşhur  Babək  üsyanı  haqqında  verilən  məlumat  həm 

müxtəsər, həm də çox sönükdür. Bu məlumat uzun illər ərəb işğalçılarına qarşı amasızcasına vuruşan və 

ərəb  xəlifəsinin  əmri  ilə  zülm  və  işgəncələrlə  öldürülən  bu  cəsur  xalq  qəhrəmanının  fəaliyyət  tarixini 

qətiyyən  işıqlandıra  bilmir.  Bunun  səbəbi  müəllifin  tarixi  hadisələrə  xalq  azadlıq  hərəkatı  nöqteyi-

nəzərindən  yanaşa  bilməməsidir.  Abbasqulu  ağa  Bakıxanov  “Gülüstani-İrəm”də  məşhur  Azərbaycan 

coğrafiyaşünası  Zeynalabdın  Şirvaninin  “Riyazüs-səyahət”  əsərinə  əsaslanaraq,  Azərbaycan  sözünü 

Babəkin adı ilə əlaqələndirir. Üçüncü fəsil Hülakülərin və Teymurilərin hakimiyyəti dövrünü işıqlandırır və 

Şirvanşahların səltənətinə dair tarixi məlumat verir. Bu fəsildə Ağqoyunlular və Qaraqoyunluların mənşəyi 

və məşhur alim Xacə Nəsirəddin Tusi haqqında da məlumat vardır. Əsərin böyük bir hissəsini təşkil edən 

dördüncü  fəsil  Səfəvi  hökmdarlarının  və  onların  süqutundan  sonra  İran  taxtına  oturan  Nadir  şah  Əfşarın 

hakimiyyəti  dövrünə  həsr  olunub.  “Fütuhati-Əmini”,  “Tarixi-aləm-arayi-Abbasi”,  Qolikovun  “Böyük 

Pyotrun fəaliyyəti”, Ustryalovun “I Pyotrun səltənət tarixi” və s. rus, fars və osmanlı mənbələrindən istifadə 

edilərək, fəsildə I Şah İsmayıl, I Şah Abbas və Nadir şahın hərbi səfərləri, Rusiya və Türkiyə qoşunlarının 

Dağıstan  və  Azərbaycan  ölkələrinə  hücumları,  Sultan  Səlim  Yavuzun  qoşunları  ilə  I  Şah  İsmayılın 

qoşunları  arasında  Təbriz  yaxınlığında  baş  vermiş  məşhur  “Çaldıran”  döyüşü,  bəhs  olunan  dövrdə  yerli 

əmir və hakimlərin fəaliyyəti haqqında zəngin məlumat toplanılmışdır. “Gülüstani-İrəm”in beşinci və son 

fəsli Nadir şahın ölümündən (1747) 1813-cü ildə Rusiya və İran dövlətləri arasında bağlanan “Gülüstan” 

sülh müqaviləsinə qədərki 60 ildən artıq bir dövrü əhatə edir. Beşinci fəsil “Gülüstani-İrəm”in ən orijinal 

hissəsidir.  Xanlıqlar  dövrünün  işıqlandırılması  nöqteyi-nəzərindən  beşinci  fəslin  böyük  elmi  əhəmiyyəti 

vardır. “Gülüstani-İrəm” “Nəticə” adı ilə verilən sonluqla bitir. Lakin bu “Nəticə” əsərdə verilən məlumatın 

yekunu  və  ya  xülasəsindən  ibarət  deyildir.  Bu,  əsərə  sadəcə  bir  əlavədir.  Əlavədə  Azərbaycanın  məşhur 

alim, yazıçı və şairləri haqqında qısa məlumat verilir.  

Əsərin Azərbaycan, rus və ingilis dillərində nəşrləri vardır. Başlıqlar qırmızı mürəkkəblərlə nəsx xətti 

ilə  yazılmışdır.  Şəxslərin  və  yerlərin  adlarının  altından  qırmızı  xətt  çəkilmişdir.  Cildi  qəhvəyi  rəngli 

kartondur. Əsər 22 səfər 1260/14 mart 1844-cü ildə Əbdur Rəhim Molla İmam Əli Badkubeyi tərəfindən 

köçürülmüşdür. Əsərin bu günə qədər çap olunmamış farsca mətni müxtəlif əlyazmalar şəklində bizə gəlib 

çatmışdır.  Ayrı-ayrı  katiblər  tərəfindən  müxtəlif  tarixlərdə  yazılmış  bu  əlyazmalar  arasında  bir  çox  fərq 

vardır.  Buna  görə  də  “Gülüstani-İrəm”  redaktə  edilərkən,  yenidən  yoxlanılmış  və  1844-cü  ildə  Tiflisdə, 




Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   452   453   454   455   456   457   458   459   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə