International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə457/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   453   454   455   456   457   458   459   460   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1710

  

27-28 April 2018, Baku, Azerbaijan

 

1862-ci ildə Salyanda, 1867-ci ildə Qubada, 1879-80-ci ildə Dağıstanda yazılmış əlyazmaları və habelə A. 

Bakıxanovun xüsusi kitabxanasına məxsus bir nüsxə ilə də müqayisə olunmuşdur. 

İSTIFADƏ OLUNMUŞ MƏNBƏ VƏ ƏDƏBIYYAT SIYAHISI 

1.  


Bakıxanov Abbasquli Ağa. Seçilmiş əsərləri. Bakı, Avrasiya Press. 2005. 488 s. 

2. 

Qarabağnamələr[Mətn] /tərt. ed. N. Axundov; elmi red. A. Fərzəliyev. Bakı, Şərq-Qərb. 2006. 248 s 

3. 


Бакыханов Аббас Кули Ага. Гюлистан-и Ирам. Выпуск 4. Баку. 1926 

 

 



SƏFƏVİLİYİN TƏBLİĞAT ÜSULLARI 

 

Günel RƏHİMLİ 

Bakı Dövlət Üniversiteti 

gunelrahimli1@gmail.com 

 

XÜLASƏ 

Sufi-dərviş təriqəti kimi formalaşan Səfəviyyə təriqəti sonradan şiəlik meyilləri ilə seçilməyə başaldı. Şeyx Cüneydin şeyxliyi 

dövründə siyasi meyillər də açıq şəkildə bəyan edildi. Təriqət liderləri bu ideologiyanı daha geniş əraziyə yayılmaq, tərəfdarlarının 

sayını artırmaq üçün müxtlif təbliğat üsullarından istifadə etmişdir. Məqalədə Səfəvi təriqətinin liderlərinin təriqəti yaymaq üçün 

istifadə etdiyi təbliğat üsulları araşdırılmışdır.  

Açar sözlər: Səfəviyyə təriqəti, Səfəvi propoqandası , xəlifəlik. 

 

Giriş 

Bir  dövlətin  qurulması  üçün  əsas  şərtləridən  biri,  hətta  demək  olar  ki,  birincisi  onun  tərəfdar 

qüvvəsinin olmasıdır.  Səfəvilik ideologiyasının da təxminən iki  yüz ilə qədər davam edən  mübarizəsinin 

sonda  qələbə  ilə  bitməsinin  əsas  səbəbi  ona  inanan  qüvvələrin  varlığı  idi.  İsmayıl  kimi  güclü  liderin 

rəhbərliyi ilə qızılbaş ideologiyasına könüldən bağlı olan bu qüvvələrin də yardımı ilə Səfəvilərin şeyxliklə 

başlanan mübarizəsin sonda şahlığın yaranması ilə nəticələndi. 

Şeyx Cüneydin Səfəviyyə təriqətinin rəhbəri olması ilə Qızılbaş ideologiyasının siyasiləşməsi prosesi 

genişlənir. Onun və oğlu Şeyx Heydərin apardıqları propoqandalar vasitəsi ilə təriqətin tərəfdarlarının sayı 

xeyli artır. Şeyx Heydər Ərdəbil təkkəsinə gələn müridlərinin bir hissəsindən hərbi birliklə yaratdığı halda 

bir hissəsini də xəlifə ünvanı ilə ya gəldikləri əraziyə, ya da başqa bir əraziyə göndərirdi.  

Səfəvi şeyxlərinin propoqanda üsulları 

Səfəviliyin yayılmasına təkan verən siyasi və sosial vəziyyətlə yanaşı Səfəvi şeyxlərinin yürütdükləri 

ağıllı propoqandanın da təsiri olmuşdur. Belə ki, Ərdəbil təkkəsi tərəfindən bu ideologiyanı yaymaq üçün 

vəzifələndirilən  xəlifələrə  göndərildikləri  ərazilərdə  təriqətin  ideologiyasını  təbliğ  etmək  tapşırıllırdı. 

Münəccimbaşı  qeyd  edir  ki,  Anadoluda  Səfəviyyə  təriqətinin  xüsusi  xəlifələri  var  idi  ki,  bu  da  Səfəvilər 

dövlətini qurmaq arzusunu reallığa çevirməkdə ən vacib faktorlardan biri idi. Bu xüsusi şəxslər xəlifə kimi 

göndərildikləri  ərazilərdən  təriqətin  möhkəm  təməl  üzərində  dura  bilməsi  üçün  maddi  vəsait  də  yığmalı 

idilər.  Onlar  əhalidən  nəzir  və  sədəqə  adı  ilə  yığdıqları  bu  pulları  gizli  şəkildə  Ərdəbil  dərgahına 

göndərirdilər. Ömər Faruk Təbər isə yazır ki, belə sərvətin Ərdəbilə axması elə bir hal almışdı ki, Səfəvilər 

böyük ölçüdə bu qaynaqdan bəslənirdilər.  

Belə  Səfəvi  Xəlifələrdən  biri  də  Anadolu  bölgəsi  xalqından  olan  Təkəli  Həsən  Xəlifə  idi  ki,  o  da 

Osmanlı əleyhinə Anadoluda üsyan qaldırmış olan Şah Qulunun atası olmuşdur. Bu Şah Qulu Osmanlıda 

daha  çox  Şeytan  Qulu  ləqəbi  ilə  tanınmışdır.  Bu  bağlılıq  da  Şah  Qulu  üsyanında  Səfəvilərin  də  təsiri 

olduğunu göstərir. Hətta xəlifələrin bir vəzifəsinin də Osmanlı əleyhinə təbliğat apararaq belə üsyanların 

baş verməsinə təşviq etmək olduğunu deyə bilərik. Osmanlı kitablarında Şah Qulu üsyanından sonra 1512-

ci ildə Osmanlıda baş verən Nur Əli xəlifə üsyanının da təşviqçisinin Səfəvilər olduğu yazılır. 

Səfəvi xəlifələrinin vəzifələri haqqında Osmanlı arxivindəki Mühimat dəftərlərinin birində belə qeyd 

edilir ki, bu xəlifələrin bəzi vəzifələri var idi. Anadolu türkmən əhalisinin Ərdəbil təkkəsinə simpatiyasını 

artırmaq  və  onları  təriqət  haqqında  məlumat  vermək  bu  vəzifələrin  birincisi  idi.  Bunun  üçün  xəlifələr 

Ərdəbil təkkəsindən Anadoluya şiə etiqadı ilə bağlı kitablar gətirir və bu ərazinin əhalisinə paylayırdılar, 

hər  cür  yollarla  bu  kitabları  onlara  oxutmağa  çalışırdılar.  Onu  da  deməliyik  ki,  xəlifələr  eyni  zamanda 

təriqətə  bağlanan  əhalinin  toplu  halda  Ərdəbilə  köçməsi  üçün  də  şərait  yaradırdılar.  Bu  köçlər  sayəsində 

gələcəkdə  Səfəvilər  dövlətinin  qurulması  üçün  lazım  olan  hərbi  gücü  əldə  etməyə  çalışırdılar.  Belə  ki, 

Səfəvi  dövləti  qurulduqdan  sonra  da  iki  əsr  boyunca  bu  köçlər  demək  olar  ki,  davam  etmişdir.  Aşıq 

Paşazadə bu köç prosesini belə ifadə etmişdir. 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1711

  

27-28 April 2018, Baku, Azerbaijan

 

Türklər tərk edib diyarlarını 

Satdılar yox bahasına davarlarını 

 Türkmən  tayfalarının  qızılbaşlaşmış  hissəsi  Səfəvilər  dövlətinin  qurulması  ilə  Osmanlı  ərazisini 

kütləvi şəkildə tərk edib Səfəvi ərazisində yerləşməyə başladılar. Mövzu ilə bağlı geniş araşdırmalar aparan 

Vladimiz Minorski Kiçik Asiyadan İran platformasına köç edən üç köç dağasının olduğu olduğu haqqında 

məlumat  verərək  yazır ki, bunlardan birincisi Qaraqoyunlu, ikincisi Ağqoyunlu, üçüncüsu isə Səfəvi  köç 

dalğasıdır. Osmanlı hökuməti bu köçün qabağını nə qədər almağa çalışsa da bu cəhdlər nəticəsiz qalmış, 

Anadoludan  xeyli  sayda  Səfəvi  müridi  köç  etmişdir.  Hətta  II  Bəyazidin  türkmənlərin  sərhədi  keçməsinə 

icazə  verilməməsi  barəsində  bir  neçə  fərmanı  olmuşdusa  da  reallıqda  bu  fərmanların  heç  biri  həyata 

keçirilməmişdir. Firudun Emercen yazır ki, II Bəyazid Səfəvilərlə mübarizə üçün uyğun zamanın gəlməsini 

gözləsə də türkmənlər üzərində nəzarəti itirməməyə çalışırdı. 

Əslində 1496-cı ilə qədər yəni II Bəyazidə qarşı sui-qəsd planı təşkil edilənə qədər Bəyazidin qızılbaş 

türkmənlərə qarşı xüsusi nəzarət tətbiq etmədiyi yazılır. Bu sui-qəsd haqqında məlumat verən Əhməd Dürri 

Əfəndi yazır ki, Bəyazid hərbi səfərdən geri dönərkən İşıq adında bir qızılbaşın ona qarşı sui-qəsdə cəhd 

etməsindən sonra Bəyazid qızılbaşlara qarşı tədbir almağa başladı. Səfəvilərin Osmanlı ərazisində təriqət 

propoqandasının bu hadisədən sonra da davam etmişdir.  

Hətta Şah İsmayıl dövründə Anadoluda təbliğatın davam etdirildiyin bariz göstəricisi yuxarıda adını 

çəkdiyimiz Şah Qulu üsyanının baş verməsidir. Üsyan 1511-ci iləd Təkəlilərin yaşadığı ərazidə baş vermiş 

və  bu  üsyan  çətinliklə  yatırılmışdır.  İsmayıl  Aka  yazır  ki,  bu  üsyandan  sonra  on  beş  minə  qədər  Təkəli 

cəmiyyəti  Anadoludan  İrana  köçməsi  üsyanın  Səfəvilər  tərəfindən  dəsdəkləndiyini  göstərir.  Bu 

hadisələrdən  sonra  Osmanlı  hökuməti  Anadoludakı  türkmənlərlə  Səfəvilər  arasındakı  əlaqələri  kəsmək 

üçün  xüsusi  tədbirlər  görməyə  başlamışdır.  Lakin  İsmayılın  Bəyazidə  müraciətindən  sonra  qızılbaşların 

Ərdəbili ziyarət edib geri qayıtmaq şərti ilə gedişlərinə qismən icazə versə də Sultan Səlimin hakimiyyət 

başına keçməsi ilə Anadolu türkmənlərinin sərhədləri keçməsi tam qadağan edilmişdir. Əslində Bəyazidin 

nisbətən  yumşaq  davranmasının  səbəbi  onların  gücündən  qorxması  idi.  Onlar  Səfəvi  eşqi  ilə  anıb 

tutuşurdular  və  hər  cür  üsullarla  şahlarına(İsmayıla)  qovuşmağa  çalışırdılar.  Bunu  Anadoluda  yaşamış 

qızılbaş ozanı Pir Sultan Abdal belə dilə gətirirdi: 

Yaz selleri gibi akar çağlarım 

Hançer aldım, ciğerciğim dağlarım 

Garip kaldım, şu arada ağlarım 

Açılın kapılar şaha gidelim 

Təriqət  rəhbərlərinin  bacarığı  və  xəlifələrin  təbliğatı  sayəsində  Anadolunun  müxtəlif  yerlərində 

yaşayan  türkmənlər  və  qızılbaş  ideologiyasına  bağlanan  digər  tayfalar  Azərbaycan  və  ətraf  ərazilərində 

özlərini xəyallarında qurduqları dövləti yarada biləcəklərinə inanmışdılar. Bu inanc isə Səfəvilər dövlətinin 

qurulmasına gətirib çıxaran mühim səbəblərdən biri olmuşdur. 

Səfəvilərin  ən  mühüm  propoqanda  aləti  isə  özlərinin  Peyğəmbər  soyundan,  Əlinin  nəslindən 

gəldiklərini söyləmələri və cəmiyyətdə insanın ən dəyərli varlıq olduğunu müdafiə etmələri idi. Türkmənlər 

arasında  Əliyə  qarşı  xüsusi  sevgi  çox  öncədən  var  idi.  Bu  bəlkə  də  onun  döyüşcü  ruhlu  olmasından 

qanaqlanırdı.  Hünər  meydanında  mübarizəni  sevən  türkmən  xalqının  qəlbində  Əli  sevgisi  xüsusi  yer 

tuturdu.  Səfəvilər  də  bu  nüansdan  fərasətlə  istifadə  etdilər.  Özlərinin  Əli  nəslindən  olduqlarını  iddia 

etməklə və Əli, Əhli Beyt sevgisini təbliğ etməklə türkmənləri öz ətraflarında birləşdirə bildilər.  

Səfəvilərin istifadə etdiyi digər bir təbliğat mövzusu Həzrət Əli və övladının günahsızlığı, məsumluğu 

məsələsi idi. Gölpınarlı Şah İsmayılın Bisati təxəllüsü ilə “Mənakübul Əsrar Behçətül Əxbar” adlı bir əsər 

yazdığını  və  Anadolunun  Qızılbaş  türklərinin  könlünü  qazanmaq  üçün  Əli  ədəb  və  ərkanını  burada  əks 

etdirdiyini  və  bu  əsərdən  xüsusi  propoqanda  məqsədilə  istifadə  etdiyi  haqqında  məlumat  verir.  Bu 

məlumatın nə dərəcədə doğru olduğu haqqında fikir yürüdə bilməsək də Anadolu türkmənlərinin həqiqitən 

də qızılbaş ideologiyasına nə qədər bağlı olduğunu bilirik. Bu bağlılıqda mütləq ki, bu propoqandaların rolu 

böyükdür.  

Bu  cür  ideoloji  istiqamətlərlə  təbliğatlarını  davam  etdirən  Səfəvi  xəlifələri  də  Cüneyddən  etibarən 

təriqətdə  siyasi  məqsədlərin  ortaya  çıxması  ilə  siyasi  fəaliyyət  göstərməyə  başladılar.  Propoqandalarında 

siyası məqsədləri ön plana çəkdilər. 



Nəticə 

Səfəvi  şeyxlərinin  yürütdükləri  təbliğatlar  təriqətinn  möhkəmlənərək  geniş  ərazilərdə  yayılması  ilə 

nəticələndi. bu qədər tərəfdar kütləsi olan təriqət artıq bölgədə siyası güc kimi də formalaşdı. Teymur kimi 



Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   453   454   455   456   457   458   459   460   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə