International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə454/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   450   451   452   453   454   455   456   457   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1706

  

27-28 April 2018, Baku, Azerbaijan

 

bunun  əsas  səbəbi  ermənilərin  dinlə  bağlı  məsələlərə  həssaslıqla  yanaşmasından  irəli  gəlirdi.  Erməni 

xristianlığı erməni milli kimliyinin ən önəmli parçasıdır.[4;56-61] İngiltərədə ilk erməni kilsəsinin açılışı 

1863-cü ildə Mançestrdə olmuşdur. Təqribən 30 nəfər erməninin yaşadığı yaradılan kilsə erməni kimliyinin 

yerləşməsində böyük rolu olmuşdur.  

1877-1878-ci  ildə  Rusiaya-Osmanlı  müharibəsi  erməni  kimliyini  tanıtmaq  üçün  yeni  bir  fürsət 

oldu.Müharibə  ərəfəsində  erməni  patriarxı  Nerses  Varjabedyan  Britaniya  səfiri  Elliotla  görüşərək  milli 

azlıqların Osmanlılara qarşı Balkanlarda apardığı üsyanlardan sonra qazandıqları üsünlüklərin ermənilərə 

də şamil edilməsini ondan xahiş etmişdi. Patriarx Rusiayanın ali baş komandanı Böyük Knyaz Nikolayla 

da görüşərək ondan müstəqil Ermənistan dövləti yaratmaq üçün dəstək istədi. Bir qədər sonra şəxsi xahişini 

çatdırmaq  üçün  patriarx  Vanın  keçmiş  yepiskopu  Mıgırdıç  Hirimyanın  başçılığı  ilə  nümayəndə  heyətini 

böyük  knyazın  yanına  göndərdi.  Patriarx  Osmanlı  hökumətinin  erməni  xristianlarını  təqib  etməsindən 

şikayətlənir  və  imperiyanın  altı  şərq  vilayətində  müstəqil  Ermənistan  yaratmağa  kömək  göstərməyi 

ruslardan  xahiş  etdi.  Böyük  Knyaz  erməniləri  şəfqətlə  dinlədikdən  Osmanlılara  qarşı  fəaliyyəti  davam 

etməyə ruhlandırdı.  

14 iyul 1878-ci il tarixində İngiltərə səfiri Ser Henri Layard xarici işlər naziri Leyarda yazdığı sənəddə 

rusların  erməni  əhalisi  arasında  apardığı  fəaliyyət  haqqında  qeyd  edirdi:  “Ruslar  artıq  Turkiyənin  Asiya 

hissəsində  yaşayan  ermənilər  arasında  qalmaqal  yaratmağa  başlayıblar.  Rus  kəşfiyyatçıları  əyalətlərə 

ermənilər arasında hakimiyyətə qarşı narazılıq yaratmaq məqsədilə göndərilir. Paytaxtda erməni icmasının 

aparıcı üzvləri daxil olan rusları dəstəkləyən erməni tərəfi formlaşır.” [5:8] 

Müharibədən  məğlubiyyətlə  çıxan  Osmanlı  İmperiyası  Ayestefanos  müqaviləsinə  görə  Şərqi 

Anadoluda  “Rusiya  təsirli  Ermənistanın  yaranması”  Rusiyanın  cənuba  doğru  irəliləməsi  ingilislər  üçün 

təhlükə yaradırdı. Ayastefanos Razılaşmasının Berlində dəyişdiriləcəyi xəbərini alan Patrik Varjabedyan, 

hərəkətə  keçərək  konqresdə  toplanacaq  bütün  dövlətlərlə  əlaqə  yaradaraq  fəaliyyətə  başlamışdır.  Bu 

məqsədlə  Beşikdaş  Başyepiskopu  Horen  Narbəy  Rusiyaya  gedərək  çar  II  Aleksandr  tərəfindən  qəbul 

edildi. Horen Narbəy çardan Osmanlı ermənilərini himayə etməsi və Berlin Konfransında onları müdafiə 

etməsini rica etmişdir.  

Berlin  Konfransında  imzalanan  razılaşmadan  bir  ay  sonra  8  Avqust  1878-ci  ildə  Sultan  II 

Abdülhəmidə İngiltərənin İstanbuldakı səfiri Layard tərəfindən ilk islahat layihəsi təqdim olunmuşdu. Bu 

layihənin  göndərilməsindən  sonra  İngilislər  islahat  adı  altında,  hər  fürsətdə  Osmanlı  dövlətinə  təzyiq 

göstərməyə  çalışırdılar.  İstanbul  erməni  Qriqoryan  kilsəsinin  patriarxı  NersesVarjabedyan  Xarici  işlər 

naziri Lord Salisberiyə yolladığı 13 aprel 1878-ci il məktubunda yazırdı ki, ermənilərlə turkləri bir yerdə 

yaşamaları  imkansızdır.  Bərabərliyi,ədaləti  və  vicdan  azadlığını  yalnız  Xristian  idarəçiliyi  təmin  edə 

bilərŞərqi Anadolu və Kilikiya ərazilərində Xristian idarəçiliyi qurulmalıdır.[6;173] 

Patrik Nerses 17 mart 1878-ci ildə İstanbuldakı ingilis səfiri Layardı ziyarət edərək bildirmişdir ki, bir 

il əvvəl Osmanlı idarə sistemindən şikayətimiz yox idi, lakin rusların müharibədə qalib gəlməsi vəziyyəti 

dəyişdirdi və biz şərqdə müstəqil Ermənitan yaratmaq istəyirik. Əgər siz yardım etməsəniz Rusiyaya müra-

ciət edəcəyik. Səfir Ermənistan ərazisi haqqında soruşduqda patrik Van, Sivas, Diyarbəkir və Kilikiyanın 

adlarını qeyd etmişdir.1880-cı ilin iyun ayında isə o, İngiltərə səfiri cənab Goshenə baş çəkərək komitələri-

nin fəaliyyəti üçün lazim olan islahatlar haqqında danışmışdır. O, inanırdı ki, beş il müddətinə təyin olunan 

Xristian  General-Qubernatırunun  başçılığı  ilə  böyük  əyalətin  yaradılması  Avropa  və  ya  İngiltərəyə 

məsələyə yalnız cavab verəcəklərini təmin edirdi. O, bildirmişdir ki, xaricdən onlara dəstək olmasa onlar 

istədiklərinə nail ola bilməzlər. Lakin, Cənab Qoşen patriarxa söz deməyə tərəddüd etmişdir. [7].  

Kiçik Asiyada islahatlarda bağlı Osmanlı İmperiyasının xarici işlər naziri Abedin Paşa İngiltərə səfiri 

cənab  Goshenə  xüsusi  nota  göndərmişdi.  1880-cı  il  iyul  ayının  5-də  Osmanlı  İmperiyasının  xarici  işlər 

naziri  cənab  Qoşenə  yazdığı  notada  qeyd  etmişdir  ki,  Osmanlı  dövlətinin  rəsmi  statistik  məlumatlarına 

əsasən Van, Diyarbəkir, Bitlis, Ərzurum və Sivasda yaşayan erməni əhalisinin ümumi sayı 79% müsəlman 

4% qeyri müsəlmanlarla nisbətdə 17% təşkil edir. [8].Səfir Qoşen bildirmişdir ki, ermənilər məskunlaşan 

əyalətlərdə əhalinin sayı haqqındakı statistik məlumatların olması vacibdir. Polkovnik Vilson bildirmişdir 

ki,  erməni  patriarxının  gösrərdiyi  rəqəmlər  şişirdilmişdir.  Bununla  əlaqədar  olaraq  səfir  Qoşen  Qranvilə 

təcili araşdırma aparılmasını təklif etmişdir. [9]. O, hesab edirdi ki, Avropanın böyük gücləri əhali haqqında 

dəqiq  məlumatları  bilməsələr  həlledici  qərara  gələ  bilməzlər.  Əgər  ermənilər  bu  ərazilərdə  azlıq  təşkil 

edirlərsə onların tələb etdikləri cəmiyyəti qurmaq təhlükə törədəcək, yox əgər onlar çoxluq təşkil edirlərsə 

bu  onların  özləri  üçün  təhlükə  törədəcəkdir.  [10].  Erməni  Patriarxı  Nersesə  görə  Türkiyənin  şərq 

ərazilərində əhalinin sayı bu ərazilərdə yaşayan əhalinin ümumi sayına 1.831.000 nisbətdə 776.500 nəfər 



Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   450   451   452   453   454   455   456   457   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə