International scientific conference of young researchers



Yüklə 36,69 Mb.
Pdf görüntüsü
səhifə40/517
tarix31.07.2018
ölçüsü36,69 Mb.
#59670
1   ...   36   37   38   39   40   41   42   43   ...   517

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

43  

27-28 April 2018, Baku, Azerbaijan 

 

 



 

PROCEEDINGS 

SECTION I 

NATURAL SCIENCES 

 

 

Physics 

 

 




II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

44  

27-28 April 2018, Baku, Azerbaijan 

GÜNƏŞ AKTİVLİYİNİN 11-İLLİK FAZASINA GÖRƏ UZUN-PERİODLU 

KOMETLƏRİN PARAMETRLƏRİNİN TƏYİNİ 

Əyyub QULİYEV 

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası  



quliyevayyub@gmail.com  

AZƏRBAYCAN 



Həzi QASIMOV 

Bakı Mühəndislik Universiteti 



hqasimov@beu.edu.az 

AZƏRBAYCAN 



Tünzalə FƏRHADOVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



tferhadova@gmail.com 

AZƏRBAYCAN

 

XÜLASƏ 

Bu işdə periodu 200 ildən çox olan uzun-periodlu kometlərin Günəş aktivliyinin 11-illik fazasına görə tapılması vaxtlarına 

baxılır. Tədqiqat Günəş aktivliyinin 1-23 fazası zamanı müşahidə olunan 852 kometi əhatə edir. Kəşf tarixlərinə görə Günəş 

aktivliyinin fazası müəyyən olunur və kometlərin statistik analizi aparılır. Kometlərin kəşf tarixləri fazanın əvvəlcədən qeyd 

olunan iki  maksimumluğunu təsdiq edir. Bu  maksimumlar  Günəş  aktivliyi  fazasının ortasına  – qalxma  və  enməyə intervallarına 

uyğun gəlir. Bu nəticəyə gəlinmişdir ki, uzun-periodlu kometlər Günəş aktivliyinin 11-illik fazasının iki maksimum dövründə 

daha çox aktivləşirlər. Çünki, bu dövrdə kometlər daha çox Günəş şüalarının təsirinə məruz qalırlar. Digər tərəfdən periodik 

kometləri və digər qrup kometləri də bu nöqteyi-nəzərdən öyrənmək vacib hesab olunur. 



Açar sözlər

günəş aktivliyi, uzun periodlu kometlər, müşahidə tarixləri 



 

Giriş. 

Kometlərin  müşahidə  olunma  saylarındakı  artım  Günəş  aktivliyinin  11-illik  dövrü  (tsikli)  ilə 

müəyyən  qanunauyğunluq  təşkil  edir.  Odur  ki,  Günəşin  özündə  gedən  proseslər  və  onun  fəal 

törəmələrindən  biri  olan  Günəş  ləkələrini  tədqiq  etmək  vacib  məqamlardan  sayılır.  Günəş  ləkələri 

Günəşin  ən  xarakterik  fəal  törəmələrindən  biridir.  Bunun  səbəbləri çoxdur.  Hər şeydən  əvvəl  ləkələr 

Günəşin  ümumi  fəallığını  müəyyən  edir.  Ləkələr  Günəş  fotosferində  Günəş  diskində  əmələ  gəlirlər. 

Əvvəlcə onlar nöqtəvi formada olur və zaman keçdikcə böyüyür, bir neçə sutkadan bir neçə aya qədəq 

ilk ləkə əmələ gələn oblastda ləkə əmələgəlmə, inkişafetmə və yox olma prosesi davam edir. Ləkələr 

adətən qrup şəklində yaranırlar. Hər qrupda çox vaxt iki və daha çox ləkə olur. Qrupun sağ tərəfindəki 

ləkə,  yəni  fırlanan  Günəş  səthində  qərb  tərəfdə  -  irəlidə  gedən  ləkə  baş  ləkə,  diskin  sol  tərəfindəki 

ləkə,  yəni  arxada  gedən  ləkə  quyruq  ləkə  adlanır.  Baş  və  quyruq  ləkələrin  ətrafında  xırda  ləkələr  də 

olur. Baş ləkə daha böyük sahəyə malik olur və ən axırda yox olur. Ən böyük ləkənin xətti ölçüsü 10

km-ə  çata  bilir.  Ləkələr  üçün  əsas  xarakterik  cəhət  onların  güclü  maqnit  sahəsinə  malik  olmasıdır. 



Günəş ləkələrində maqnit sahəsinin gərginliyi bəzən 4500 E-ə çatır. Halbuki, Günəşin ümumi maqnit 

sahəsinin gərginliyi 1 E-dir. Bu göstərir ki,  maqnit sahəsi Günəşin bütün dərinliklərini  əhatə etmir – 

maqnit sahəsi Günəşin konvektiv zonası ilə əlaqədardır. Müşahidələr göstərir ki, maqnit sahəsi ləkənin 

mərkəzi  hissəsində  ən  böyükdür,  kənarlara  doğru  sahə  zəifləyir.  Ləkənin  fotoşəklindən  görünür  ki, 

onun mərkəzi hissəsi çox tutqun, kənarları isə nisbətən az tutqun və şüa quruluşludur.  

 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

45  

27-28 April 2018, Baku, Azerbaijan 

Ləkənin  ən  tutqun  mərkəzi  hissəsi  ləkənin  nüvəsi,  az  tutqun  kənarları  isə  yarımkölgəsi  adlanır. 

Onlar  Günəşin  ancaq  ±  40

0

  helioqrafik  enliklər  arasındakı  zolaqlarda  müşahidə  olunur.  Ləkə-lərin 



XVII yüzilliyin əvvəllərindən aparılan müşahidələri göstərmişdir ki, onların Günəş səthin-də görünməsi 

müəyyən qanunauyğunluğa malikdir. Ləkə əmələgəlmə fəaliyyəti W -Volf ədə-di ilə təyin olunur.  

W = 10g + f 

Burada  g-ləkə  qruplarının  sayı,  f  –  bütün  ləkələrin  ümumi  sayıdır.  Odur  ki,  Günəşdə  ləkə  yox-

dursa W = 0, bir ləkə varsa, onda W = 11 olar, çünki yeganə ləkə həm bir qrup, həm də ləkənin özü 

hesab edilir. Günəşin səthində iki ləkə qrupu, qruplardan birində iki ləkə, digərində isə beş ləkə vars 

onda W = 10 x 2 + 7 = 27 alırıq. Ləkə əmələgəlmə fəaliyyətində aşağıdakı qanunauyğunluqlar vardır. 

1.Əsri  ortalaşdırmaya  görə  müəyyən  edilmişdir  ki,  ləkələrin  sayı  11  illik  dövrlə  dəyişir.  Günəş 

aktivliyinin minimumunda Günəşdə aylarla heç bir ləkə müşahidə olunmaya bilər, sonra ləkələrin sayı 

və  onların  sahəsi  artır.  4-5  ildən  sonra  ləkələrin  sayı  və  sahəsi  maksimuma  çatır  və  bu  dövr,  Günəş 

aktivliyinin  maksimum  dövrü  adlanır.  Aylarla  Günəş  maksimum  aktivliyində  qalır,  sonra  ləkələrin 

sayı tədricən azalır və 6-7 ildən sonra yenidən minimum olur. Qrafikdə orta illik Volf ədədinin 1750 – 

2010 cu illər üzrə dəyişməsi göstərilmişdir. 

 

2.Günəş aktivliyinin hər yeni dövrü minimum mərhələdən başlayır. Hər yeni tsikldə ləkə əvvəlcə 



Günəş  ekvatorundan  uzaqda  yaranır.  Dövr  ləkələrin  ən  böyük  helioqrafik  enliklərdə  ±  30

0

-40



görünməsi  ilə  başlayır,  bundan  sonra  ləkələrin  sayı  və  sahəsi  artır,  eyni  zamanda  ləkə  əmələgəlmə 

prosesi Günəş ekvatoruna yaxınlaşır, ləkələrin maksimum sayı adətən ± 15

–lik helioqrafik enliklərdə 



olur, sonra ləkələrin sayı azalır, eyni zamanda ləkə əmələgəlmə prosesi ekvatora tərəf sürüşür, ekvator 

yaxınlığında  ±  5

0

-dək  ləkələrin  əmələgəlməsi,  aktivliyin  minimum  dövrü  ilə  tamamlanır,  sonra  yeni 



dövr başlayır. 

 

Komet parametrlərinin Günəş aktivliyi fazasından, yəni (F)-dən asılılığı məsələsi uzun bir tarixə 



malikdir.  Birinci  dəfə  belə  asılılıq  Link  və  Vanusek  [1]  kimi  müəlliflərin  işlərində  müzakirə 

olunmuşdur. Daha sonra Dobrovolski [2], Sekanin [3] və digər alimlərin elmi işlərində bu mövzunun 

işlənməsi davam etdirilmişdir. Qeyd etdiyimiz alimlər göstərmişdir ki, komet parametrlərinin bəziləri ( 

ildə kəşf olunma sayları, mütləq ulduz ölçüsü, fotometrik göstəricilər və s.) Günəş aktivliyinin 11-illik 

fazasında iki maksimumlu paylanma göstərir. Maksimumlardan biri orta illik Volf ədədinin dəyişmə 

qrafikində  qalxma  dövrünə,  ikincisi  isə  düşməyə  uyğun  gəlir.  İlk  dəfə  Quliyev  [4]  göstərmişdir  ki, 

periodik  kometlər  olan  Yupiter  ailəsi  bu  mənada  fərqlənirlər.  Bu  kometlərin  parametrlərinin 

paylanması  Volf  ədədinə  görə  bir  maksimumludur.  Parametrlərin  təyini  üçün  Quliyev  aşağıdakı 

düsturdan istifadə etmişdir. 



Yüklə 36,69 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   517




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə