İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə21/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   17   18   19   20   21   22   23   24   ...   76

- Yerli kənd təsərrüfatı xammalının emalını və son məhsullar istehsalını təmin edən
emal, yüngül və yeyinti sənaye sahələrinin sürətli və öncül inkişafı. Bu sahələrin məh-
sullarına həm daxili tələbat potensialının böyük olmasını, həm də yaxın qonşu ölkələrin
bazarlarına ixrac imkanlarının olduğunu nəzərə alaraq həmin sahələrin inkişafı xüsusi
dövlət qayğısında olmalıdır. Həmin sahələrin sürətli inkişafı üçün ölkəmiz hər cür
resurslara malikdir. Xüsusilə ölkəmizdə geniş çeşiddə kənd təsərrüfatı məhsulları is-
tehsalı imkanları böyük olduğundan onların emalına əsaslanan istehsal sahələrinin
dirçəldilməsi və inkişafı, idxalı əvəzləyən və ixracyönlü yeyinti və yüngül sənayesi
məhsullarının istehsalına diqqət artırılmalıdır. Dövlət dəstəyi çox qısa müddət ərzində
bu sahələrin sürətli inkişafını təmin edə bilər. Həmin sahələrə ilk növbədə yerli in-
vestisiyaların yönəldilməsinə şərait yaradılmalıdır. İnvestorlara müxtəlif vergi və sair
güzəştlər, güzəştli və təminatlı kreditlər təqdim edilməli, həmin sahələrin inkişafı tarif
və qeyri-tarif vasitələri ilə müəyyən dövrdə himayə olunmalıdır. 
- Faydalı qazıntı yataqlarının hasilatı və emalı əsasında ölkədə metallurgiyanın (əlvan
və qara) inkişaf etdirilməsi. Yerli metal (dəmir, polad, alüminium, mis və s.) bazasında
ölkədə kənd təsərrüfatı maşınqayırmasının, elektrotexnika və cihazqayırmanın inkişafı,
dəzgahqayırmanın bərpa etdirilməsi, məişət avadanlıqlarının istehsalının mütərəqqi
texnoloji bazada yenidən dirçəldilməsi və rəqabətqabiliyyətli məhsul buraxılışının
təmin edilməsi diqqət mərkəzində saxlanılmalıdır.
Sənayenin restrukturizasiyasının əsas istiqamətlərindən biri də onun (sənayenin) ərazi
quruluşunun restrukturizasiyasıdır. İnkişaf etmiş ölkələrin təsərrüfat təcrübəsi göstərir ki,
məhsuldar qüvvələrin inkişafı regional inkişafın hüquqi əsası – dövlətin regional siyasəti ol-
madan uğurla həyata keçirilə bilməz. Bu məqsədə yönəlik əsas sənəd kimi son 12 ildə 3 dəfə
qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarını qeyd etmək olar.
Həmin sənədlər 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edib. Bu proqramlarda
hökumət ölkənin ayrı-ayrı regionlarında sənayenin müxtəlif sahələrinin inkişafını prioritet
istiqamət kimi müəyyənləşdirib. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bütün bu tədbirlərə
və respublikamızın hər bir regionunun güclü potensial imkanlara (sənaye əhəmiyətli təbii
sərvətlərə, ucuz işçi qüvvəsinə) malik olmasına baxmayaraq, hal-hazırda ölkə miqyasında
regionların inkişaf səviyyəsi onların malik olduğu potensial imkanların mövcudluğuna uyğun
gəlmir. Əsasən problem ondan ibarətdir ki, həyata keçirilən tədbirlər «regionun inkişafına»
(daxili potensialın aktivləşməsinə) yox, «regiona dəstək edilməsinə» istiqamətləniblər, bu
da öz növbəsində sənayenin inkişafında nisbətsizliyin (disproporsiyaların) dərinləşməsinə,
bir çox sosial-iqtisadi və ekoloji problemlərin kəskinləşməsinə gətirib çıxarır. 
Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə 2015-ci ildə respub-
likada fəaliyyət göstərən sənaye müəssisələrinin sayının 55,1 faizi, istehsal olunan sənaye
məhsulunun həcminin 87,3 faizi, sənaye müəssisələrində çalışan sənaye-istehsal heyətinin
63,8 faizi, sənaye-istehsal əsas fondlarının 95,7 faizi Abşeron iqtisadi rayonunun (Bakı şəhəri
daxil olmaqla) payına düşür. Onu da qeyd etmək lazımdır ki, Abşeron iqtisadi rayonunda
fəaliyyət göstərən sənaye müəssisələrinin 82,2 fazi, istehsal olunmuş sənaye məhsullarının

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
44


həcminin 97,4 fazi, sənaye müəssisələrində çalışan sənaye-istehsal heyətinin 81,7 fazi və sə-
naye-istehsal  əsas  fondlarının  97,1  faizi  Bakı  şəhərinin  payına  düşür  [1,  səh-145-161].
Ölkənin regionlarında sənayenin inkişafına mane olan bir çox amillər mövcuddur. Bu baxım-
dan da regionlarda sənaye müəssisələrinin inkişafına nail olmaq üçün aşağıdakı tədbirlərin
həyata keçirilməsi zəruridir:
ü regionlarda əlverişli sahibkarlıq mühitinin formalaşdırılması;
ü regionlarda sənaye müəssisələrində iqtisadi islahatların, o cümlədən özəlləşdirmə
prosesinin gücləndirilməsi;
ü respublika üzrə əsas kapitala investisiyaların qoyuluşlarının regional strukturundakı
birtərəfliyin aradan qaldırılması;
ü regionlarda sənaye müəssisələrinə xidmət göstərəcək istehsal və bazar infrastruktur
sahələrinin inkişafına nail olunması.
Müasir şəraitdə sənayenin restrukturizasiyasının əsas istiqamətlərindən biri də inno-
vasiyalı inkişaf modelidir. Belə ki, sənayenin restrukturizasiyası həm də istehsal olunan məh-
sulların çeşidləndirilməsini nəzərdə tutur ki, müəssisələr də yeni məhsul formalaşdırmaq üçün
innovasiya fəaliyyətini tətbiq etməli və güclü innovasiya bazasına malik olmalıdır. Rəsmi
statistik məlumatlara əsasən, 2000-2015-ci illər üzrə ölkə sənayesində əhəmiyyətli dəyişik-
liklərə məruz qalmış və ya yeni tətbiq olunmuş, həmçinin təkmilləşdirilmiş məhsulun həcmi
kiçik olmuşdur. Belə ki, 2015-ci ildə belə məhsulların sənaye məhsulunun ümumi həcmində
payı 0,04 faizə bərabər olmuşdur. Göründüyü kimi, respublikamızın sənaye müəssisələrində
innovasiya prosesi olduqca zəif formada həyata keçirilir. Bunun başlıca səbəblərindən biri
sənaye müəssisələrində innovasiyalara çəkilən xərclərin çox az miqdarda olması ilə əlaqə-
dardır.  Bu da mövcud elmi-tədqiqat və layihə institutlarının maliyyələşdirilməsinin aşağı ol-
ması,  maddi-texniki  bazalarının  köhnəlməsi  və  sahənin  müəssisələrinin  əksəriyyətinin
uzunmüddətli inkişaf proqramlarının olmaması ilə əlaqədardır. 
Fikrimizcə, ölkədə innovasiya fəallığının aşağı olmasının başlıca səbəbləri həm müəs-
sisələrin, həm də onların elmi tədqiqat bölmələrinin, həm elmi-tədqiqat institutlarının, həm
də ki, dövlətin, bir sözlə, bütün innovasiya fəaliyyəti subyektlərinin bazar münasibətləri
şəraitində işləməyə hazır olmamasıdır. Habelə hüquqi və təşkilati xarakterli problemlər də
hələ tam həllini tapmamış, innovasiya infrastrukturu hələ də formalaşdırılmamışdır. Buna
görə də, hazırkı mərhələdə dövlət özünün innovasiya siyasətində, ilk növbədə, yuxarıda qeyd
edilən problemlərin həllinə istiqamətlənmiş tədbirlərə üstünlük verməlidir.
Qeyd olunduğu kimi, müasir dövrdə ölkənin sənaye müəssisələrində innnovasiya fəaliyyə-
tini  məhdudlaşdıran  əsas  amil  respublikada  bu  sahənin  kifayət  olan  səviyyədə
maliyyələşdirmə imkanlarının olmaması ilə bağlıdır. Hazırda respublikamızda dövlət büd-
cəsində ölkədə birbaşa olaraq innovasiya fəaliyyətinin maliyyələşdirilməsi xərcləri nəzərdə
tutulmayıb. Yalnız dövlət büdcəsinin xərclər hissəsində digər xərclərlə yanaşı elmin inkişafı
ilə əlaqədar xərc nəzərdə tutulub ki, bunun da həcmi çox azdır. Belə ki, 2016-cı il üçün
dövlətin elm sahələrinin maliyyələşdirilməsinə 131,7 milyon manat vəsaitin xərclənməsi
nəzərdə tutulub ki, bu da respublikamızda istehsal olunan ümumi daxili məhsulun təqribən
0,2 faizini təşkil etmişdir. Göründüyü kimi, bu məbləğ elm sahələrinin inkişafı üçün kifayət
AZƏRBAYCAN UNİVERSİTETİ
45

İPƏK YOLU 

1/2017


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə