İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə18/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   14   15   16   17   18   19   20   21   ...   76

istehsal gücünün və məhsul istehsalının artırılacağı, neftdən sonra ölkədə ikinci güclü milli
iqtisadiyyat sahəsinə çevriləcəyi proqnozları verilirdi, amma təəssüf ki, hələlik bunlara nail
olunmayıb. Bununla belə, bu yaxınlarda Pirallahı rayonunda Yüksək Texnologiyalar Parkının
bünövrəsinin qoyulması bu sahədə perspektivdə müasir texno logiyalar əsaslı innovatik məh-
sul  istehsalı  şəbəkəsinin  yaradılmasına  imkan  verə  bilər.  Təəssüf  ki,  ölkə  rəhbərliyinin
çoxsaylı təşəbbüsləri və gərgin əməyi nəticəsində yaradılmış mövcud texnoparklardan və on-
ların istehsal imkanlarından istifadənin səviyyəsi yüksək de yildir. Məsələn, ölkəmizin sənaye
mərkəzi olan Sumqayıt şəhərində regionun ən iri texnoparkı - Sumqayıt Texnologiyalar Parkı
yaradılmışdır və bu parkın tərkibində müxtəlif sənaye məhsullarının istehsalı məqsədilə bir
çox  mini-zavodların  fəaliyyəti  təmin  edilmiş,  inkişaf  etmiş  xarici  ölkələrdən  yüksək
texnologiyalar əsaslı avadanlıqlar gətirilmişdir. Amma, bu parkın istehsal etdiyi məhsullar
hələ  də  region  bazarlarına  və  xarici  bazarlara  çıxa  bilmir,  nəticədə  məhsul  istehsalının
genişləndirilməsi imkanları məhdudlaşır. Bu kimi iri müəssisələrdə yüksək nəticələr əldə
edilməsi, rentabelli istehsal sahələrinin yaradılması, istehsalın genişləndirilməsi üçün geniş
satış bazarları əldə edilməli, yüksək səviyyəli marketinq tədbirləri həyata keçirilməli, uzun-
müddətli satış siyasəti formalaşdırılmalıdır. Bazar iqtisadiyyatı şəraitində istehsal olunan
məhsulun satış bazarı olmadan müəssisənin uğurlu fəaliyyətinin təşkili qeyri-mümkündür.
Digər potensialı zəif istifadə olunan sahələrdən biri də neftkimya kompleksidir. Tədqiqatçı
Ş.Əliyev  qeyd  edir  ki, Azərbaycanda  neft-kimya  sənayesində  xammal  və  dəyər  zənciri
boyunca xammal resurslarının mövcudluğunu əsas götürməklə, neft-kimya məhsullarının,
polimer və plastiklərin və digər əlavə dəyər yarada biləcək məhsulların istehsal şəbəkəsinin
bərpası və ya yenidən yaradılması məsələləri kompleks baxılmalı, sahənin istehsal potensialı
yaradılmalıdır (etilen, propilen, butadien, aromatiklər əsaslı kütləvi plastiklərlə bərabər, digər
neft-kimya məhsullarının - propilendən alınan məhsullar, poliefirlər, kauçuklar, rezin-texniki
məmulatlar və s.). Burada, əvvəl Azərbaycanda mövcud olmuş kimya və neft-kimya is-
tehsalatlarının ən rəqabətqabiliyyətlisinin əsas kimi götürülməsi də mümkündür [9]. Digər
bir mühüm milli iqtisadiyyat sahəsi kimi kənd təsərrüfatı sektorunun və aqrosənaye komplek -
sinin sürətli inkişafı təmin edilməlidir. 2015-ci ilin yekununa görə ölkədə cəmisi 5,6 mlrd.
manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir və bu göstərici 2014-cü ilə nisbətən
6,6% çoxdur [10]. Məlum olduğu kimi ölkəmizdə kənd təsərrüfatının yüksək inkişaf et-
dirilməsi üçün hər cür şərait, o cümlədən unikal iqlim şəraiti mövcuddur. Bu sahə ölkəmiz
üçün ənənəvi məşğuliyyət sahəsidir və bu baxımdan sahənin kompleks inkişaf etdirilməsinin
vacibliyi diqqət çəkir.
Nəticə. Beləliklə, ölkəmizdə iqtisadi inkişafın dayanıqlılıq prinsipləri nəzərə alınmaqla,
milli iqtisadiyyatın inkişafının sürətləndirilməsi və modelləşdirilməsi yaxın perspektivdə
qarşıda duran ən mühüm strateji vəzifələrdəndir. Bu məqsədlə milli iqtisadiyyatın ayrı-ayrı
sektorlarının inkişafının problemləri və müasir aspektləri konseptual formada baxılmalı,
fəaliyyət istiqamətlərinin effektivliyi nəzərə alınmaqla prioritet vəzifələr müəyyənləşdirilməli,
bunlarla bağlı zəruri tədbirlər həyata keçirilməlidir və s. 
AZƏRBAYCAN UNİVERSİTETİ
37

İPƏK YOLU 

1/2017


ƏDƏBIYYAt:
1. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı. Azərbaycan Respublikası İqti-
sadiyyat və Sənaye Nazirliyi. http://www.economy.gov.az 
2. Azərbaycan Respublikasında investisiya mühiti haqqında. Azərbaycan Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyi. http://www.economy.gov.az 
3. Масимли А. Азербайджан: Проблемы и перспективы оптимизации экономиче-
ского развития в условиях глобализации//Журнал Кавказ и глобализация. Выпуск №5,
том 1, 2007.- C. 102-111.
4. Nadirov A. və digərləri. Azərbaycan iqtisadiyyatı. Bakı, “Elm”, 2003. -344 s. 
5. 2015-ci il üzrə Azərbaycanda sahibkarlığın inkişaf dinamikası. Azərbaycan Respub-
likası İqtisadiyyat və Sənaye Nazirliyi. http://www.economy.gov.az 
6.  Aliyev Sh.T. Economics of Azerbaijan: upgrading and implementation of effective in-
struments//Life Science Journal - Acta Zhengzhou University Overseas Edition (USA, by
Thomson Reuters), 2014, April, Vol.11. № 5 s.- P.321-326.
7. Nuriyev Ə.X. Azərbaycanda iqtisadi inkişaf və modernləşmə siyasətinin konseptual
əsasları. Bakı-“AVROPA”. 2013. - 422 s.
8.  Sənayenin    inkişafı.  Azərbaycan  Respublikası  İqtisadiyyat  və  Sənaye  Nazirliyi.
http://www.economy.gov.az 
9. Əliyev Ş.T. Azərbaycanda neftkimya kompleksinin inkişafının müasir aspektləri və is-
tiqamətləri//Audit jurnalı, №3, 2016. –S.41-45.
10.  Aqrar  sahə.  Azərbaycan  Respublikası  İqtisadiyyat  və  Sənaye  Nazirliyi.
http://www.eco nomy.gov.az 
Abstract
MODERN ASPECtS  OF DEvELOPMENt  
OF NAtIONAL ECONOMY IN AZERBAIJAN
Malahat PANAHALIEvA
Sumgait State University, associate professor, Ph.D of economics  
Key words: Azerbaijan, national economy, modern aspects, economic development, pri-
ority directions, efficiency, competitiveness 
Modern aspects of national economic development in Azerbaijan differ with a number
of difficulties under the influence of the financial crisis in the world. It is necessary to ensure
balanced and sustainable development of the national economy in the face of global threats.
It requires to accelerate the development of traditional and more efficient areas of the eco -
nomy. It needs to accelerate the application of new technologies, forms of governance and
intensification of innovatization of national economy. The modern problems of development
of the national economy in the current environment are investigated in the article.

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
38


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə