İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə15/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   11   12   13   14   15   16   17   18   ...   76

ölkələrinin,  o  cümlədən  ölkəmizin  milli  valyutasının  devalvasiyası  milli  iqtisadiyyatın
şaxələndirilməsinin sürətləndirilməsini şərtləndirir. Neft və qaz ixracı ilə bərabər, ixrac
yönümlü və valyuta gətirə biləcək sənaye sahələrinin təşkilini intensivləşdirmək xeyli aktu-
allaşmışdır [4]. Digər tərəfdən, maliyyə resurslarının məhdudluğundan yeni iş yerlərinin
yaradılmasında müəyyən çətinlikliklər yaranmışdır və s.
Sumqayıt şəhərinin sənaye potensialının artırılması istiqamətləri 
Sumqayıt sənaye mərkəzində bir sıra istiqamətlər üzrə rəqabətqabiliyyətli və müasir
texnologiyalar əsaslı müəssisələr şəbəkəsinin yaradılması sənaye potensialını artırmaqla
bərabər, regionda məşğulluğun təminatına ciddi təsir göstərər və  əhalinin sosial-iqtisadi
baxımdan rifahının yaxşılaşdırılmasına əlavə töhfələr verə bilər [5]. Bu məqsədlə Sumqayıt
sənaye  mərkəzində  sənaye  təyinatlı  iqtisadi  zonaların,  sənaye  klasterlərinin  təşkili
məqsədəuyğundur. Məsələn, “Sumqayıt Tekstil” Xüsusi İqtisadi Zonasının yaradılması
məqsədəuyğun hesab oluna bilər. Belə ki, artıq ölkəmizdə Xüsusi İqtisadi Zonaların təşkilinə
başlanılıb.  Tekstil  sahələri  Sumqayıt  şəhəri  üçün  ənənəvi  və  mühüm  fəaliyyət
sahələrindəndir. Çoxlu sayda iri fabriklərdə minlərlə insanlar işləyib və bu müəssisələr qadın-
ların işlə təminatında xüsusi əhəmiyyət kəsb edib. Artıq şəhərimizdə bir neçə müasir tekstil
müəssisələri  fəaliyyətə  başlayıb.  Ancaq  bunlar  əhalisi  daim  artmaqda  olan  Sumqayıt
şəhərinin iqtisadi potensialına adekvat deyildir. Dünyanın bir çox ölkələrində, o cümlədən
Çində və Türkiyədə hələ 30 il bundan əvvəl başlayaraq tekstil sahələrinin inkişafı və əhalinin
məşğulluğunun gücləndirilməsi üçün Xüsusi İqtisadi Zonalardan səmərəli istifadə olunmuş-
dur [6]. Bu sahənin genişləndirilməsi ölkənin yüngül sənaye mallarına olan daxili tələbatının
ödənilməsinə və ixracın təşkilinə də imkan verər. Hazırda ölkədə istifadə olunan tekstil məh-
sullarının əksəriyyəti xaricdən idxal olunur. Belə bir iqtisadi zonanın təşkili Sumqayıtın sə-
naye potensialını artırmaqla yanaşı, həm də əhalinin iqtisadi fəallığının yüksəldilməsinə,
tekstil sənayesində sahibkarlığın inkişafının sürətləndirilməsinə, xüsusilə rəqabətqabiliyyətli
tekstil şirkətlərinin və firmalarının yaradılmasına imkan verər. Burada fəaliyyətə başladığı
dövrdən növbəti 5 il ərzində 8-10 min nəfərin işlə təminatı reallaşa bilər. Digər bir sənaye
müəssisələri şəbəkəsinin təşkili məqsədilə “Sumqayıt sənaye avadanlıqları və materialları”
klasterinin yaradılması xeyli səmərə verə bilərdi [7]. Məlumdur ki, son 25 il ərzində Bakı
şəhərində yerləşən çoxlu sayda neft-qaz və neftkimya maşınqayırma, həmçinin detal və ci-
hazqayırma müəssisələri, o cümlədən kondisioner, soyuducu, məişət texnikaları istehsal edən
müəssisələr  öz  istehsalını  dayandırıb  və  ya  bundan  sonra  paytaxt  -  şəhərin  içərisində
fəaliyyəti məqsədəuyğun deyildir. Bundan əlavə, qeyd olunan fəaliyyət istiqamətləri üzrə
Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat müəssisələri, həmçinin
texniki təyinatlı ali təhsil müəssisələri fəaliyyət göstərirlər. Analoji müəssisələr vaxtı ilə
Sumqayıt sənaye mərkəzində də olmuşdur, məsələn, Sumqayıt kompressorlar zavodu və s.
Göründüyü kimi regionda belə bir iri sənaye klasterinin təşkili üçün iqtisadi-texniki zəminlə
bərabər,  həm  də  elmi-kadr  potensialı  da  mövcuddur.  Eyni  zamanda,  bu,  müəssisələr
şəbəkəsində 6-8 min nəfərin işlə təminatına şərait yarana bilər. 

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
30


Qeyd  edək  ki,  ölkəmizdə,  o  cümlədən  Sumqayıt  şəhərində  infrastruktur  şəbəkəsinin
yenidən qurulması, yeni müəssisələrin, yaşayış massivlərinin tikilməsi ilə bağlı olaraq, tikinti
sektorunun rolu ümumi sənaye məhsulu istehsalında artmaqdadır və daim mühüm əhəmiyyət
kəsb edən bir iqtisadiyyat sahəsidir. Bunları nəzərə alaraq, “Sumqayıt Tikinti və Tikinti Ma-
terialları Parkı”nın yaradılması və bu Parkda mənzil, mülki və sənaye tikinti işlərinin təşkili
və təchizatı üçün zəruri fəaliyyət istiqamətlərinin təşkili kifayət qədər faydalı görünür. Belə
bir Parkın yaradılması bir sıra arqumentlərlə əsaslandırılır: Abşeron iqtisadi rayonunda tikinti
materiallarının istehsalı üçün ehtiyatlar mövcuddur; Bakı və Sumqayıt şəhərlərində tikinti
işlərinin təşkili üçün alternativ, rəqabətqabiliyyətli, daha ucuz, yerli xammal əsaslı tikinti ma-
teriallarının istehsalı daim aktualdır və tələb olunandır; Regionda tikinti-quruculuq işlərinin
geniş miqyasda olması müasir tikinti şirkətlərinin və kompaniyalarının yaradılmasını zəruri
edir və nəhayət, Sumqayıt şəhərinin mənzil fondunun yenilənməsi, yeni yaşayış massivlərinin
salınması, yaşayış mənzillərinin tikilməsi, anti-sanitar vəziyyətdə olan yaşayış məhəllələrinin
mərhələlərlə  ləğv  edilməsi,  burada  məskunlaşmış  insanların  ucuz  və  yeni  mənzillərə
köçürülməsinin təmin edilməsi tikinti bazarında sahibkarlıq fəaliyyətinin gücləndirilməsini,
mənzil  tikintisinin  maya  dəyərinin  aşağı  salınmasını,  tikinti  şirkətləri  arasında  sağlam
rəqabətin təmin edilməsini, bu sahələrə xarici investisiyaların cəlb olunmasını və xarici ti -
kinti-investor kompaniyaların gəlməsinin stimullaşdırılmasını şərtləndirir. Belə bir iri tikinti
Parkının təşkili 10 minədək insanın işlə təminatına imkan verə bilər.
Digər  bir  sənaye  klasteri  kimi  Azərbaycanın  əsas  sənaye  mərkəzi  olan  Sumqayıtda
neftkimya klasterinin yaradılması və fəaliyyətinin təşkilinin vacibliyi diqqət çəkir. Bunun
üçün uzun illər ərzində formalaşmış amillər və obyektiv dəlillər mövcuddur. Sumqayıt kimya
və neftkimya kompleksi hələ sovetlər birliyi dövründə güclü potensiala malik olmuş, bu
müəssisələrdə yüksək rəqabətqabiliyyətli məhsullar istehsal edilmiş və hazırda da bir sıra iri
texnoloji qurğuların istismarı davam etdirilməkdədir [8]. Şəhərdə kifayət qədər yüksək ixti-
saslı kimya və neftkimya komplekslərində işləmək üçün kadrlar vardır, elmi-texniki potensial
mövcuddur, bu sahələrin istiqamətləri üzrə peşə, kollec və ali təhsil səviyyələrində tədris
müəssisələri vardır və s. Müasir texnologiyalar əsaslı neftkimya klasterinin yaradılması
mövcud  istismarda  olan  köhnə  qurğuların  ləğvinə  imkan  verər,  şəhərin  ekoloji  durumu
yaxşılaşar, yeni iş yerlərinin yaradılması isə şəhər əhalisinin daimi və layiqli iş yerləri ilə
təminatına ciddi imkanlar yaradar. Bundan əlavə, Sumqayıt neftkimya klasterində çoxlu sayda
ixractəyinatlı məhsulların istehsalı, onun dünya bazarlarına çıxışını genişləndirər, beynəlxalq
iqtisadi əlaqələrin intensivliyini, xüsusilə, xarici investisiyaların qeyri-neft sektoru sahələrinə
cəlbedilməsi intensivliyini xeyli artıra bilərdi. 
Bunlarla bərabər, hazırda ölkəmizdə milli məhsulun həcminin artırılması və bununla əlaqə-
dar əlavə dəyər yarada biləcək  müəssisələr şəbəkəsinin təşkili strateji vəzifələrdən hesab
olu nur. Sumqayıt şəhərində əlavə dəyər yarada biləcək kimya və neft-kimya məhsulları üzrə
istehsalatlar və ya zavodlar, məsələn, Texniki izopropil spirti sexinin genişləndirilməsi və
“Texniki spirtlər”  zavodu səviyyəsinə qaldırılması, etilen-propilen və butadien-stirol əsaslı
sintetik kauçuk istehsalatlarının təşkili və “Sintetik kauçuk” zavodunun bərpası, istehsalın
AZƏRBAYCAN UNİVERSİTETİ
31

İPƏK YOLU 

1/2017


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə