İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə23/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   19   20   21   22   23   24   25   26   ...   76

inkişafının maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır. Fikirimizcə, ölkə sənayesinin
restrukturizasiyası prosesi üçün zəruri vəsaitlərin əldə edilməsində İnvestisiya Şirkəti mühüm
rol oynaya bilər. 
Sənayenin restrukturizasiyası məqsədilə struktur prioritetlər ilə yanaşı, onların reallaşması
üçün ünvanlı tədbirlər və mexanizmlər müəyyənləşdirilməlidir. Sənayenin restrukturizasiyası
mahiyyətcə makroiqtisadi xarakter daşıdığına görə makroiqtisadi siyasətin tədbirləri ilə
ardıcıl surətdə əlaqələndirilməsi məqsədəuyğundur.
ƏDƏBİYYAt:
1. Azərbaycan sənayesi. Statistik məcmuə. Bakı, Dövlət Statistika Komitəsi, 2016
2. Белых Л.П., федотова М.А. Реструктуризации предприятия. М.: ЮНИТИ-ДАНА,
2001, 399 с.
3. Cоциальные аспекты и финансирование реструктуризации промышлен-ности.
Oрганизация объединенных НАЦИй Нью-йорк и Женева, 2005 г.
4.  “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası. Azərbaycan Republikası
Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı 
5. Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət
Proqramı. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı  
6. Реструктуризация промышленности в Европейских странах с переходной эконо-
микой: Накопленный опыт и перспективы. Европейская Экономическая Комиссия
ООН. Краткий отчет Круглого стола. Нью-йорк и Женева, 2002 г
7. Промышленная политика европейских стран. Институт Европы РАН. Москва,
2010
8. http://www.stateproperty.gov.az/index.php/az/
Abstract
tHE MAIN DIRECtIONS OF tHE REStRUCtION OF tHE INDUStRY 
OF tHE COUNtRY IN MODERN CONDItIONS
Arzuman HUSEYNOv 
Ph.D of economics, Azerbaijan State Economic University
Key words: industry, diversification, restruction, privatization, competitiveness
The article investigates the scientific side of the main directions of the restruction of the
industry of Azerbaijan in modern conditions. In article the essence and importance of the
restruction of the industry are described, the main types of restruction of the industry are
considered, the directions of restruction of industry at the sectoral, regional and other levels
are researched, the problems which are available in this field are studied.
The article also researches the directions of financing of restruction of the industry, the
role of the government in the implementation of the restruction of the industry. Scientifically
based offers and recommendations are given as well.

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
48


Резюме
ОСНОВНыЕ НАПРАВЛЕНИЯ РЕСТРУКТУРИЗАцИИ 
ПРОмыШЛЕННОСТИ СТРАНы В СОВРЕмЕННыХ УСЛОВИЯХ
Арзуман ГУСЕЙНОВ 
д.ф.э.н., Азербайджанский Государственный Экономический Университет
Ключевые слова: промышленность, диверсификация, реструктуризация, привати-
зация, конкурентоспособность
Статья посвящена исследованию с научной стороны основных направлений реструк-
туризации промышленности Азербайджана в современных условиях. В статье описаны
сущность и значение реструктуризации промышленности, рассмотрены основные виды
реструктуризации промышленности, исследованы направления реструктуризации на
отраслевом, региональном и других уровнях, изучены имеющиеся в данной области
проблемы.
Наряду с этим, в статье исследованы направления финансирования реструктуриза-
ции промышленности, роль государства в осуществлении реструктуризации промыш-
ленности, даны научно-обоснованные предложения и рекомендации. 
AZƏRBAYCAN UNİVERSİTETİ
49

İPƏK YOLU 

1/2017


NEFt-KİMYA MÜƏSSİSƏLƏRİNDƏ  SWOt tƏHLİLİNİN 
APARILMASININ tƏŞKİLİ
Qənimət SƏFƏROv
prof. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
“Sənaye iqtisadiyyatı və mececment” kafedrasının müdiri 
Dilarə  ƏMİRASLANOvA 
Sumqayıt Dövlət Universiteti, doktorant 
Rəyçi: Sumqayıt Dövlət Universiteti, Mühasibat uçotu və audit kafedrasının müdiri, dos.
L.İ. Abdullayev 
Açar sözlər: zavod, təhlil, mənfəət, zərər, müəssisə, maliyyə nəticələri, mütəxəssis,
təcrübə 
Giriş. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə bazar münasibətlərinin for-
malaşdırılmasına yönəldilən təşkilati-iqtisadi islahatlar həyata keçirilmiş və mühüm nəticələr
əldə edilmişdir. Qısa zaman ərzində tənəzzülün qarşısı alınmış və iqtisadi artım təmin olun-
muşdur.  Hətta  dünya  maliyyə  böhranı  dövründə  Azərbaycanda  on  faizdən  çox  artım
müşahidə olunmuşdur. Bu, ölkə iqtisadiyyatının inkişafında əsaslı dönüşün təmin olunmasını
göstərir. Lakin, nəzərdən qaçırmaq olmaz ki, tez-tez dəyişikliklər baş verən, riskli hallarla
müşayiət olunan bazar münasibətləri şəraitində müəssisələrin inkişaf meyilləri haqqında
ope rativ məlumat əldə etmədən və müvafiq tənzimləyici tədbirlər həyata keçirmədən uzun
müddətli  və  dinamik  inkişafa  nail  olmaq  mümkün  deyildir.  Bununla  əlaqədar  olaraq,
fəaliyyətdə olan müəssisələrin istehsal-təsərrüfat və maliyyə nəticələrinin dövri olaraq təhlil
edilməsinin və ondan irəli gələn tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti artmışdır.
Müəssisədə SWOt təhlilin təşkili xüsusiyyətləri
Məlumdur ki, fəaliyyətdə olan müəssisələrin son nəticələrinə müəssisədaxili və müəs-
sisəxarici amillər bilavasitə təsir göstərir. Qabaqcadan proqnozlaşdırılması mümkün olmayan
belə  təsir  amilləri  nəticəsində  müəssisələrin  maliyyə  nəticələri  əksər  hallarda  pisləşir.
Bununla əlaqədar olaraq, bazar münasibətləri şəraitində fəaliyyət göstərən müəssisələr üçün
əhəmiyyətli olan mütərəqqi təhlil üsullarından istifadəyə əsaslanan təhlil materiallarından
istifadə olunması və real vəziyyətdən irəli gələn idarəetmə qərarlarının qəbul edilməsi vacib
məsələlərdən birinə çevrilmişdir. Bunu nəzərə alan müəssisələr onların bazarda mövqeyinin
möhkəmləndirilməsinə və maliyyə nəticələrinin daha da yüksəldilməsinə şərait yaradan təhlil
üsullarından və materiallarından istifadə olunmasına xüsusi əhəmiyyət verir. Bu zaman hər
şeydən əvvəl onların istehsal-təsərrüfat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə xərclərinin
aşağı salınmasına və gəlirlərin yüksəldilməsinə şərait yaradan tövsiyələrin hazırlanmasına
yönəldilən təhlil mexanizmlərindən və üsullarından istifadə olunmasına üstünlük verilir.
Eyni zamanda da onların rəqabət qabiliyyətinin və bazarda mövqeyinin möhkəmləndirilməsi
baxımından perspektivli olan təhlil üsullarından və mexanizmlərindən istifadə olunmasına

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
50


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə