İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə25/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   21   22   23   24   25   26   27   28   ...   76

8.  Marketinq  tədiqiqatlarının  aparılması  və  satış  şəbəkəsinin  formalaşdırılması  is-
tiqamətində əməli işlərin görülməsi.
9. Vacib olduğu hallarda satışdan sonra servis xidmətinin göstərilməsi.
10. Müştərilərlə əlaqələrin saxlanması və məhsullar haqqında rəylərin öyrənilməsi.
Bütün qeyd olunan vəzifələrin yerinə yetirilməsi müəssisədaxili mühit amillərindən bila -
vasitə asılıdır. Ona görə də işçilərin əməkhaqqı və mükafatlandırılması, personalın hazırlan-
ması  və  ixtisasının  artırılması,  iş  şəraitinin  yaxşılaşdırılması,  motivasiyaetmə  kimi
müəssisədaxili amillərin gücündən faydalanmağa çalışmaq lazımdır. Bütün bunlar alıcıların
maraqlarının ödənilməsi fəlsəfəsinin reallaşdırılmasına xidmət edən marketinq strategiyasının
həyata keçirilməsinə şərait yaradır [3, s.102].
Təhlil prosesində marketinq tədqiqatlarından irəli gələn struktur dəyişikliklərinin aparıl-
ması və idarəetmə sisteminin təkmilləşdirilməsi vacibdir. Bütün bunlar resursların düzgün
formalaşdırılması və səmərəli istifadə olunması baxımından əhəmiyyət kəsb edən məsələlərin
qoyulmasını  və  həllini  tələb  edir.  Bununla  əlaqədar  olaraq  müəssisədaxili  imkanların
araşdırılıb üzə çıxarılması və onların xarici mühit amilləri ilə əlaqələndirilməsi vacibdir. 
“Etilen-polietilen” zavodunun fəaliyyətinin nəticələrinin 
SWOt təhlillə yaxşılaşdırılması
SwOT analizin əsasında zavodun güclü və zəif cəhətlərinin müəyyənləşdirmək və göz -
lənilən təhlükələrin qarşısını almaq mümkündür. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki,
SwOT analizin əsasında “Etilen-Polietilen” zavodunun inkişaf etdirilməsində nəzərə alınması
vacib olan faktorları müəyyən etmək mümkündür. SwOT analizin aparılması yolu ilə elə
inkişaf strategiyası qurmaq mümkündür ki, bu zaman zavodun güclü və zəif cəhətləri ilə
imkanları və təhlükələri arasında optimal balans, tarazlıq yaradılması təmin edilmiş olsun.
Strateji planlaşdırma baxımından SwOT analizə əsaslanmaq daha vacibdir. Bu zaman  za-
vodun bazarda mövqeyi, onun rəqiblərinin fəaliyyət göstərdiyi bazar vəziyyəti haqqında ana -
litik xarakterli təhlil materiallarının formalaşdırılması mümkündür. 
Müvəffəqiyyətlə fəaliyyət göstərən müəssisələr dövri olaraq təhlil apararaq onlara məxsus
olan müəssisədaxili zəif cəhətlərini müəyyən edərək və tədricən aradan qaldırmaq yolu ilə
daha da güclənir və mümkün olan xarici təhlükələrə tab gətirə bilirlər. Onlar rəqiblərdən fərqli
olaraq müəssisəxarici bazar mühitini daim diqqətlə izləyərək yeni yaranmış imkanları rəqib -
lərindən  daha  tez  müəyyən  edib  müvafiq  tədbirlər  həyata  keçirə  bilir  və  getdikcə  öz
mövqelərini gücləndirməyə nail olurlar. Bununla əlaqədar olaraq əksər müəssisələr SwOT
analiz nəticəsində özlərinin  və eləcə də rəqiblərinin güclü və zəif cəhətlərinin müəyyən olun -
masına, gözlənilən təhlükələrdən qorunmağa və yaranmış imkanlardan faydalanma kimi
imkanlardan yararlana bilirlər. 
SwOT analizin aparılması müəssisələrin zəif cəhətlərinin müəyyən edilməsi yollarının
aydınlaşdırılmasına  və  eləcə  də  onun  güclü  tərəflərinin  inkişaf  etdirilməsi  vaxtının
dəqiqləşdirilməsinə kömək göstərir. Ən ideal halda müəssisələr güclü tərəflərini bazarın
imkanlarına uyğunlaşdırmaq, rəqiblərin zəif cəhətləri haqqında doğru-dürüst məlumat əldə
etmək  hesabına  yaranmış  vəziyyətdən  faydalanmaq  imkanı  əldə  edirlər.  Rəqiblərin  zəif
cəhətlərini  öyrənən  şirkətlər  fürsətdən  istifadə  edərək  bazarda  öz  mövqelərini  daha  da
möhkəmləndirirlər [4. s.109].
AZƏRBAYCAN UNİVERSİTETİ
53

İPƏK YOLU 

1/2017


Bütün  bunları  nəzərə  alaraq  zavodda  SwOT  analizin  iki  səviyyədə  aparılması
məqsədəuyğundur:
1. Baza rolunu oynayan ilkin SwOT analiz;
2. İlkin SwOT analizin daha da genişləndirilməsinə və dərinləşməsinə əsaslanan SwOT
analiz.
Hər iki təhlil zamanı analitiklər zavodun güclü və zəif cəhətlərinin, imkanlarının və təh-
lükələrinin müəyyən edilməsinə çalışmalıdırlar.
İlkin SwOT analiz zamanı hər şeydən əvvəl müəssisənin güclü tərəfləri müəyyən olunur.
Əsas  diqqət  müəssisənin  nəyi  daha  yaxşı  təşkil  etdiyinə;  rəqiblərdən  onu  daha  çox
fərqləndirən cəhətlərin müəyyən edilməsinə; digər şirkətlərlə müqayisədə onun hansı üstün
cəhətlərə malik olmasına yetirilməlidir. 
Zəif cəhətlərini aydınlaşdıran zaman əsas diqqəti müəssisənin qarşısında duran problem-
lərin və yaranmış mürəkkəb vəziyyətlərin müəyyən edilməsinə yönəltmək vacibdir. Xüsusilə,
maliyyə problemlərinin, inkişaf problemlərinin və digər çətinliklərin göstərilməsi lazımdır.
Eyni zamanda da alıcıların nədən şikayət etmələrini müəyyən etmək lazımdır.
İmkanları aydınlaşdıran zaman – şirkətin hansı üstün cəhətlərindən hələ də dolğun istifadə
edilmir?; şirkətin imkanları ilə üst-üstə düşən bazar meyilləri meydana gəlibmi?; suallarına
cavab tapılması məqsədəuyğundur. 
Təhlükələrin müəyyən edilməsi zamanı – müəssisənin biznesinə ziyan vura biləcək müəs-
sisəxarici bazar mühitini xarakterizə edən fakrorları axtarıb tapmaq vacibdir. Bu zaman
müəssisənin rəqibləri güclənibmi, sizin zəif cəhətlərinizi qabardan yeni meyillər ortaya
çıxıbmı suallarına cavab tapmağa çalışmaq lazımdır. Daha sonra  zavoda təhlükə törədə
biləcək başqa meyilləri, faktorları öyrənib ortaya çıxarmaq lazımdır. Belə suallara obyektiv
və düzgün cavab tapılması vacibdir.
Zavodun hansı rəqabət mühitində fəaliyyət göstərməsini dəqiqləşdirmək və başa düşmək
üçün SwOT analizin daha dərindən aparılması vacibdir. Bu məqsədlə baza SwOT analizinin
rəqiblər  haqqında  daha  dəqiqləşdirilmiş  məlumatlarla  zənginləşdirilməsi  tələb  olunur.
Bununla əlaqədar bazar mühitini daha müfəssəl və hərtərəfli öyrənmək lazımdır. Bu yolla
baza SwOT analizin aparıldığı dövrdən sonra hansı dəyişikliklərin baş verdiyini və hansı
imkanların yarandığını müəyyən etmək mümkündür. İmkanlar müəyyən dəyişikliklər baş
verdikdən sonra yaranır. Ona görə də müəssisəxarici bazar mühitinin izlənməsi və baş verən
dəyişikliklər haqqında məlumat toplanması gərəkdir. Eyni zamanda da SwOT analizin daha
da dərinləşdirilməsi vacibdir. Bu məqsədlə müəssisə daxilində onun ayrı-ayrı idarəetmə
səviyyələrində, eləcə də alıcılar və ekspertlər arasında sorğuların keçirilməsi tələb olunur.
SwOT analiz əsasında müəyyən edilmiş amillər nəzərə alınaraq “Etilen-Polietilen” zavo-
dunun biznes fəaliyyətinin nəticələri qiymətləndirilməlidir. Bu zaman zavodun 2 əsas cəhəti
təhlil predmeti kimi seçilir:
- zavodun biznes fəaliyyətinin bazarda mövqeyi;
- bazarın zavod üçün cəlbedici olmasının əlamətləri.
Qeyd edilən mövqedən yanaşdıqda zavodun biznes portfelini təşkil edən fəaliyyət is-

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
54


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə