İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə22/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   18   19   20   21   22   23   24   25   ...   76

deyil. Qeyd olunan göstərici ABŞ, AFR, Yaponiya kimi ölkələrdə 2,8-3,0 faiz intervalın-
dadır.
İnnovasiya  proseslərinin  sürətlənməsində  və  bu  yolla  müəssisələrin  bazar  mühitinə
uyğunlaşdırılması sahəsində dövlət mühüm rol oynaya bilər. Bunun üçün dövlətin innovasiya
fəaliyyətinin təşviqinə və innovasiya infrastrukturunun qurulmasına (elmi-tədqiqat mərkəz -
ləri,  laboratoriyalar,  biznes  inkubatorlar,  innovasiya  zonaları)  yönəlik  dəstək  tədbirləri
həlledicidir. Ölkə sənayesinin innovasiyalı inkişafı rəsmi dövlət sənədlərində prioritet kimi
qəbul olunmuşdur. Belə ki, Azərbaycanda son illər qəbul edilən bir sıra hüquqi sənədlərdə
və dövlət proqramlarında ölkə iqtisadiyyatı və hökumətin yeni dönəmdə iqtisadi siyasəti
üçün innovasiya amilinin önəmi vurğulanıb. 2020-ci ilədək olan dövrü əhatə edən “Azər-
baycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə prezident Sərən-
camında qeyd edilir ki, Azərbaycan iqtisadiyyatında yeni mərhələnin əsas hədəfi çoxşaxəli,
səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması ilə bağlıdır [4]. Ölkə prezi-
dentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına
dair 2015-2020-ci illər üçün” Dövlət Proqramında əsas məqsədlərindən biri sənayedə elm-
tutumlu və innovativ istehsalın genişləndirilməsi olduğu qeyd edilmişdir  [5]. Lakin ayrılıqda
innovasiya fəaliyyəti ilə bağlı normativ-hüquqi akt və ya dövlət proqramı bu günə qədər
qəbul edilməyib. Bu baxımdan da respublikamızda  “İnnovasiya fəaliyyəti haqqında” qanuna
ehtiyac getdikcə artır.
3. Sənayenin restrukturizasiyasında dövlətin rolu 
Sənayecə inkişaf etmiş ölkələrin təcrübəsindən məlum olur ki, ölkədə sənayenin restruk-
turizasiyasında dövlətin aparıcı rolu dövlətin bu sahəyə yönəlik yaratmış olduğu proqram,
strategiya və inkişaf institutlarının nə dərəcədə təkmil olmasıdan aslıdır [6, səh-9]. Respub-
likamızda bu sahədə xeyli işlər görülmüşdür. Belə ki, ölkə sənayesinin restrukturizasiyası
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün”
Dövlət Proqramında əsas vəzifələrindən biri kimi qeyd edilmişdir. Bununla yanaşı proqramın
tədbirlər planı bölməsində 2015-2017-ci illər ərzində Əmlak Məsələləri Dövlət Komitəsi
tərəfindən “Sənaye müəssisələrinin restrukturizasiyası və özəlləşdirilməsi proseslərinin sürət-
ləndirilməsi” tədbiri yer almışdır.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq
edilmiş «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasında iqtisadiyyatın struk-
turunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq qeyd edilir ki,
“qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədi ilə ölkənin malik olduğu təbii və iqtisadi
resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi genişləndiriləcək və onlardan istifadənin
səmərəliliyi yüksəldiləcəkdir. Sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların
tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərcikləri yaradılacaqdır.
İqtisadi rayonlar üzrə sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması qeyri-neft emal
sənayesinin inkişaf etdirilməsi ilə bağlı dövlət investisiya siyasətində əsas istiqamət ola-

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
46


caqdır. Qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin inkişaf etdirilməsi və ixrac imkan-
larının artırılması ilə yanaşı, rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması da
dəstəklənəcəkdir”.
Respublikamızda sənayenin restrukturizasiyası ilə əlaqədar qeyd edilən tədbirlərlə yanaşı
digər işlər də görülmüşdür. Belə ki, sənaye parkları və texnoloji parklar, sənaye məhəllərinin
yaradılması ilə əlaqədar xeyli işlər görülmüşdür. Lakin həyata keçirilən bu işlərə baxmayaraq
hal-hazırda ölkə sənayesində restrukturizasiya prosesinin gücləndirilməsinə və bu əsasda sə-
nayenin rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə tam nail olunmayıb. Bu baxımdan da,
fikirimizcə, respublikamızda dövlət tərəfindən “Sənayenin restrukturizasiyası proqramı”
hazırlanıb həyata keçirilməlidir. Bu proqramda bəzi məsələrin həll edilməsi zəruridir. İlk
növbədə restrukturizasiya məhdudiyyətlərinin aradan qaldırılmasına nail olmaq lazımdır. Bu
məhdudiyyətlərə aiddir: institusional, maliyyə, resustexnoloji və s.
Fikrimizcə,  ölkədə  sənayenin  restrukturizasiyasının  reallaşmasında  dövlətin  həyata
keçirəcəyi mühüm addımlardan biri bu prosesin hüquqi bazasının yaradılması və mövcud
olan bazanın təkmilləşdirilməsidir. Bu tədbir, ilk növbədə, təsərrüfat subyektlərinin fəaliyyə-
tinin yenidən təşkilinə aiddir. Belə ki, təsərrüfat subyektlərinin yenidən təşkili formalarından
olan birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə şəklində restrukturizasiyanın həyata keçi -
rilməsinin qanunvericilik bazasının yaradılması və onların həyata keçirilməsi me xanizminin
dəqişləşdirilməsinin mühüm əhəmiyyəti vardır. Belə mexanizmlərin olmaması və ya qənətbəxş
səviyyədə olmaması sənayenin inkişafına mənfi təsir göstərən amillərdən biridir.
Ölkə sənayesinin restrukturizasiyasında ən mühüm məsələ bu prosesin maliyyələşdirilmə-
sidir. Dünya ölkələrinin təcrübəsində əsas kapitala investisiyanın bir neçə maliyyələşmə mən-
bələrindən  istifadə  olunur.  Belə  ki,  sənayenin  restrukturizasiyası  müəssisənin  bölgüyə
getməyən mənfəəti hesabına, daxili investisiyalar, xarici investisiyalar, birbaşa xarici in-
vestisiyalar və hətta büdcə subsidiyaları hesabına maliyyələşdirilir. Bəzi keçid iqtisadiyyatlı
ölkələr öz sənayesinin restrukturizasiyasının ölçüsünə görə əsas maliyyələşmə mənbəyi kimi
birbaşa xarici investisiyalardan istifadəyə üstünlük verirlər [6, səh-15].
Qeyd  etdiyimiz  kimi  bir  çox  ölkələrdə  sənayenin  restrukturizasiyasının  maliy-
yələşdirilməsində dövlət qurumları da aktiv iştirak edirlər. Respublikamızda da bu sahədə
xeyli  işlər  görülmüşdür.  Belə  ki,  «İnvestisiya  fəaliyyətinin  təşviqi  üzrə  əlavə  tədbirlər
haqqında» ölkə prezidenti İ.Əliyevin 30 mart 2006-cı il tarixli Sərəncamına əsasən «Azər-
baycan İnvestisiya Şirkəti» Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Şirkətin fəaliyyət məqsə-
dini  ölkədə  qeyri-neft  sahələrində  fəaliyyət  göstərən  səhmdar  cəmiyyətlərin  və  digər
kommersiya təşkilatlarının nizamnamə kapitalından pay almaqla müddətli investisiya qoyu-
luşlarının həyata keçirilməsi təşkil edir. Azərbaycan İnvestisiya Şirkəti investisiya qoyduğu
biznes subyektlərinin nizamnamə kapitalında üstün iştiraka malik ola bilməz. Eyni zamanda,
şirkətin biznes subyektlərinin nizamnamə fondunda iştirakı müddəti onun ali idarəetmə orqanı
tərəfindən müəyyən edilir. İnvestisiya şirkəti, hər hansı biznes subyektində iştirak müddəti
bitdikdə, sahib olduğu payını bazar qiymətləri ilə sataraq həmin subyektdə iştirakına xitam
verir. Bu baxımdan, hazırda Azərbaycan İnvestisiya Şirkətinin yaradılması özəl biznesin
AZƏRBAYCAN UNİVERSİTETİ
47

İPƏK YOLU 

1/2017


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə