tiqamətlərini qiymətləndirə bilərik. Qiymətləndirmə prosesində zavodun biznesinin zəif, orta
və güclü cəhətlərinin müəyyən edilməsi faydalıdır.
“Etilen-Poletilen” zavodunun biznes – fəaliyyət növlərinə daxil olan portfelini
qiymətləndirmək üçün inkişaf etmiş ölkələrdə geniş tətbiq edilən çoxamilli GE matrisindən
istifadə edə bilərik. Zavodun biznes portfelinin qiymətləndirilməsinin çoxamilli GE matrisinin
köməyi ilə həyata keçirilməsini təklif edirik. SwOT analizin həmin modelin əsasında təşkil
olunması zavodun inkişaf strategiyasının formalaşdırılmasına şərait yaradır. Bu zaman
aşağıda verilmiş SwOT analiz modelindən istifadə olunması məqsədəuyğundur.
Cədvəl 1.
“Etilen-Polietilen” zavodunda SWOt analizin aparılması modeli.
“Etilen-Polietilen” zavodunun inkişaf strategiyasının əsasını zavodun fəaliyyət göstərdiyi
bazarın cəlbediciliyi və onun biznesinin həmin bazarda gücü təşkil edir. Belə bir yanaşma
əsasında zavodun strukturuna daxil olan hər bir biznes vahidinin biznesinin mövqeyi və
bazarın cəlbediciliyi nəzərə alınmaqla matrisdə yerləşdirilməsi təmin olunur. Zavodun əsas
əlamətlərinin bu iki ölçülü matrisdə yerləşdirilməsinə əslində müxtəlif amillər təsir göstərir.
Qlobal iqtisadi, texnoloji və sosial dəyişikliklər dövründə müvəffəqiyyət qazanmaq ancaq
texnoloji innovasiyalar hesabına mümkündür. Ona görə də zavod rəhbərləri bütün əmək-
daşların qabiliyyətindən, yaradıcılığından, enerjisindən səmərəli istifadə etməklə yanaşı
alıcıların, malgöndərənlərin, cəmiyyətin və investorların potensialından faydalanmaq imkan-
larından bacarıqla istifadə etməyə çalışmalıdır. Ancaq bu halda get-gedə güclənməkdə olan
rəqabət mühitində zavod müvəffəqiyyətlə fəaliyyət göstərə bilər.
Cədvəl 2.
“Etilen-Polietilen” zavodunun üstün və zəif cəhətləri:
AZƏRBAYCAN UNİVERSİTETİ
55
n
İPƏK YOLU
n
1/2017
Zavoddaxili təhlilin aparılması məqsədi
Zavodxarici təhlilin aparılması məqsədi
“Etilen-Polietilen” zavodunun güclü tərəflərinin
inkişaf etdirilməsi
Yaranmış imkandan “Etilen-Polietilen”
zavodunun xeyrinə istifadə edilməsi
“Etilen-Polietilen” zavodunun zəif cəhətlərinin
aradan qaldırılması
Yaranmış təhlükələrdən “Etilen-Polietilen”
zavodunun yan qaçmasının təmin olunması
Üstün cəhətləri
Zəif cəhətləri
1. Neft -kimya sahəsinin inkişafı üzrə dövlət
proqramının qəbul edilməsi
1.Yeni iqtisadi mühitin yaratdığı çətinliklər
2. Neft-kimya müəssisələrinin inkişafına dövlət
dəstəyinin göstərilməsi
2. Ənənəvi istehsal-təsərrüfat əlaqələrinin
itirilməsi
3. Neft-kimya məhsullarının istehsalı üçün
xammal mənbəyinin mövcudluğu
3.Texniki-texnoloji bazanın fiziki və mənəvi
cəhətdən köhnəlməsi
4. MDB məkanında istehsal-təsərrüfat əlaqələrinin
bərpa olunmasının mümkünlüyü
4.İstehsal edilən məhsulların keyfiyyətinin yüksək
olmaması
Nəticə.
Bazar münasibətlərində müəssisələrin istehsal-təsərrüfat fəaliyyətinin nəticələri haqqında
müfəssəl məlumat əldə edilməsi vacibdir. Belə məlumatlar hesabat sənədlərində öz əksini
tapır. Lakin hərtərəfli təhlil aparmaq üçün həmin məlumatlar kifayət etmir. Strateji idarəetmə
funksiyalarını reallaşdırmaq üçün müəssisədaxili məlumatlarla yanaşı müəssisənin fəaliyyət
göstərdiyi xarici mühit haqqında da müfəssəl məlumat olmalıdır. Ancaq bu halda real iqti-
sadi-mühitdən irəli gələn inkişaf proqramını formalaşdırmaq və bazarda münasib mövqeyə
malik olmaq olar. Bununla əlaqədar olaraq dünya təcrübəsində geniş istifadə edilən SwOT
təhlil üsulundan istifadə olunması perspektivlidir.
Respublikamızda fəaliyyət göstərməkdə olan neft-kimya müəssisələrində, o cümlədən də
“Etilen-polietilen” zavodunda SwOT analizin aparılması yolu ilə yaranmış çətin vəziyyətdən
çıxmaq üçün yollar tapmaq mümkündür. Belə ki, SwOT analizdən istifadə edərək zavodun
güclü və zəif cəhətlərini; onun fəaliyyət göstərdiyi xarici mühitin yaratdığı imkanları və
eləcə də onun qarşısına çıxa biləcək təhlükəli halları müəyyən etmək və onlardan irəli gələn
tədbirləri vaxtında görmək mümkündür.
SwOT analiz əsasında “Etilen-polietilen” zavodunun indiki vəziyyətdən çıxarılmasında
nəzərə alınması vacib olan faktorları müəyyən etmək mümkündür. İnkişaf strategiyası
müəyyən edildikdən sonra strategiyadan irəli gələn resursların planlaşdırılması və for-
malaşdırılması tələb olunur. SwOT analizin aparılması yolu ilə elə strategiya qurmaq
mümkündür ki, müəssisənin güclü və zəif cəhətləri ilə imkanları və təhlükələri arasında op-
timal balans, tarazlıq yaradılması təmin edilmiş olsun. Strateji planlaşdırma zamanı SwOT
analizə əsaslanmaq daha vacibdir.
n
İPƏK YOLU
n
1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
56
5.Satış bazarlarının genişliyi
5. İqtisadi inkişaf üçün vacib olan müəssisədaxili
maliyyələşdirmə mənbələrinin məhdud olması
6. Kifayət qədər əmək resurslarının
mövcud olması
6. Xammal təchizatında və satışın təşkilində
mövcud olan məhdudiyyətlər və müəyyən
problemlər
7. Peşəkar mütəxəssislərin mövcud olması
7. Mənfəətin bölüşdürülməsində səlahiyyətlərin
məhdudlaşdırılması
8.İnvestisiya və kredit resursların cəlb edilməsinin
mümkünlüyü
8. Qərar qəbulunda müəyyən məhdudiyyətlərin
olması
9. İnkişaf etmiş texnoloji infrastrukturun mövcud
olması
9. Mikroiqtisadi idarəetmə problemlərinə və
maliyyə intizamına diqqətin azalması
10. İnformasiya-kommunikasiya sisteminin
mövcud olması
10.Qərar qəbulu prosesində iqtisadi səmərəlilik
meyarlarına diqqətin azalması
11. Xarici iqtisadi fəaliyyətin və əməliyyatların
həyata keçirilməsi imkanlarının mövcud olması
11. İnnovasiyaların yaradılmasına və tətbiqinə
kifayət qədər resursların ayrılmaması
Dostları ilə paylaş: |