İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə13/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   9   10   11   12   13   14   15   16   ...   76

ması, qloballaşma, incəsənət və mədəniyyətin təbliği, millətlərin mənəvi inkişafı, fiziki
sağlamlığı və istirahəti üçün əsas vasitədir. Turizmin genişləndirilməsi yeni iş yerlərinin açıl-
ması,  ölkənin  ödəniş  balansının  yaxşılaşdırılması,  insan  inkişafının  fiziki  və  mənəvi
tərəflərinin təmin olunması deməkdir.
Qloballaşma  prosesində  ayrı-ayrı  ölkələrin  dünya  iqtisadi  inteqrasiyasına  qoşulması,
ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsi nəticəsində işgüzar turizmin də əhəmiyyəti
getdikcə artır. Turizmin bu növünün artım sürəti hər il dünyada 8% təşkil edir və istirahət
turizmindən iki dəfə artıq gəlir verir. Mütəxəssislərin fikrincə, turizmin aktiv forması isti-
rahətin passiv formalarını getdikcə sıxışdırmaqdadır. Bundan başqa   turizmin ən prespektivli
növlərindən olan və insanın təbiətə yaxınlaşmasına mühüm rol oynayan ekoturizm də get-
dikcə genişlənir. Hazırda inkişaf etmiş ölkələrdə ixtisaslaşdırılmış idman və mədəni tədbirlər
üzrə turizm də inkişaf edir [3].
Respublikamızda turizmin yeni infrastrukturunun yaradılması prosesinə xarici investor-
ların cəlb edilməsi ölkədə turizm və istirahət ocaqlarının genişlənməsinə, yeni iş yerlərinin
açılmasına, turistlərin istirahət və sağlamlığının yaxşılaşmasına imkan yaradır ki, bütün bunlar
da davamlı insan inkişafında həlledici amillərdəndir.
Hazırda bütün dünyada istirahət və turizmin müxtəlif formaları genişlənir. Bu formalar
aşağıdakılardır:
1) İşgüzar turizm. Turizmin bu forması hər hansı işgüzar məqsədlə  müəyyən bir ölkənin
sosial-iqtisadi vəziyyəti, təbii resursları, siyasi stabilliyini, eyni zamanda mədəni spesifikliyini
öyrənmək üçün ölkəyə gələn əcnəbi turistləri əhatə edir [3]. Res publikamıza gələn turistlərin
sayı 2010-cu ildə 547.6 min nəfər 2015-ci ildə isə 623.2 min nəfər olmuşdur [5].
2)  Elmi-lisenziyalı  turizm. Bu  növ  turizm  hər  hansı  bir  arxeoloji  qazıntılar,  tarixi-
mədəniyyət  abidələrinin  üzərində  aparılan  tətqiqat  işləri,  coğrafi  landşaftları  öyrənmək
məqsədilə müəyyən müddətdə ölkəyə gələn alimlərin fəaliyyəti ilə əlaqədardır. 
3) Etnoqrafik turizm. Bu, xalqın həyat tərzi, mentaliteti, adət və ənənələrini, mədəniyyət
və incəsənətini yaxından öyrənmək məqsədilə ölkəyə gələn turistlərin fəaliyyətini əhatə edir.
4) Ekoturizm. Ekoloji cəhətdən təmiz, hüquqi cəhətdən mühafizə olunan təbiət guşələrində
turistlərin istirahətini ifadə edir. Ekoturizm əsasən insanların təbiət qoynunda, təbiətlə sıx tə-
masda dincəlməsinə əsaslanır. Ekoturistlərin sayı 2010-cu ildə 661.7 min, 2015-ci ildə isə
668.8 min nəfər olmuşdur. 
5) Müəyyən mədəni - tarixi hadisələrlə əlaqədar turizm. Turizmin bu forması mədəni-
kütləvi tədbirlər (festival, müqavilə, bayramlar və s.) və idman yarışları ilə əlaqədar böyük
turizm kütləsinin ölkəyə gəlməsinə əsaslanır.
6) İstirahət günü marşrutları. Bunu sosial turizm də adlandırmaq olar. İstirahət günü
marşrutları dedikdə ayrı-ayrı əmək kollektivləri və ailələrin istirahət günlərində şəhər kə-
narına, istirahət mərkəzlərinə, turist düşərgələrinə qrup şəklində qısa müddətlə gəzintiyə çıx-
ması nəzərdə tutulur. Belə turist marşrutlarında ölkəyə gələn əcnəbi qonaqlar da iştirak edirlər.
Maliyyə cəhətdən az xərc tələb edən turizmin bu forması insanların mənəvi inkişafına müsbət
təsir  edir.  Buna  görə  də  sosial  -  iqtisadi  çətinliklər  şəraitində  insanların  mənəvi  deq -
AZƏRBAYCAN UNİVERSİTETİ
25

İPƏK YOLU 

1/2017


radasiyasının  qarşısını  almaq,  adamları  yaşamağa  ruhlandırmaq  və  öz  mənəvi-fiziki
qüvvələrini  bərpa  etmək  üçün  hazırda  turizmin  bu  formasına  diqqət  yetirilməsi
məqsədəuyğundur.
7) Müalicə turizmi - müalicə məqsədi ilə əsasən Naftalanda 2010-cu ildə 14.1 min nəfər,
2015-ci ildə isə 36.5 min nəfər olmuşdur [6].
Respublikamızda turizmin bütün növləri üzrə əlverişli şərait mövcuddur. Turistləri cəlb
etmək üçün səyahət agentlikləri və turoperatorlar fəaliyyət göstərir. Əgər bu agentliklər res -
publikamızda 2010-cu ildə 126 idisə, 2015-ci ildə onların sayı 243 olmuşdur. Bu xidmət
növlərinin əldə etdiyi gəlir 2010-cu ildə 14755,5 və 2015-ci ildə isə 35079,6 min manat ol-
muşdur [6].
Respublikamıza səfər etmiş turistlər 2010-cu ildə 17641 nəfər olduğu halda, xaricə gedən
turistlər 52282 nəfər, 2015-ci ildə isə müvafiq olaraq 2009 və 59956 nəfər olmuşdur. 
Ölkə daxilində səyahət etmək üçün Azərbaycan vətəndaşlarına verilən yollayış blankları
2010-cu ildə 3385,  2015-ci ildə isə  4695, xarici ölkə vətəndaşlarına  verilən  yollayış blank -
ları  müvafiq olraq, 3706 və 1918 olmuşdur. 
2015-ci il  üçün ölkəmizə qəbul edilmiş turistlər Rusiya Federasiyasından 6937 nəfər,
Türkiyədən isə 19673 nəfər, göndərilənlər isə, müvafiq olaraq 56772 və 121356 nəfər ol-
muşdur  [7].
Ölkəmizdə neft  sektorun inkişafı  ilə yanaşı,  qeyri-neft sektoru kimi turizmin inkişafı
üçün geniş potensial mövcuddur. Turizm sosial-mədəni fəaliyyət növü olmaqla yanaşı, həm
də səyahət zamanı insanların zəruri tələbatını təmin edən iqtisadiyyatın mühüm sahəsidir və
onun gələcək inkişafı, təkmilləşdirilməsi ölkənin gəlirlərinin artmasına imkan yarada bilər.
ƏDƏBİYYAt:
1. Александрова Анна Юрьевна. Международный туризм [Текст]: учебник для сту-
денов вузов, обучающихся по специальности "География" /А. Ю. Александровна.- М.:
Аспект Пресс, 2004.- 463с. 
2. Əhmədov Ə., Hacıyev M., Azərbaycan iqtisadiyyatı. Dərslik. Bakı – Səda 2010 səh-
177
3. D.Ə.Vəliyev . A.Əsədov. Beynəlxalq iqtisadiyyat. Bakı -2011. səh-310
4. Abasova S.H. “Beynəlxalq iqtisadi əlaqələrdə turizm sahəsinin dövlət tənzimləmə me -
xanizmləri”  “Azərbaycan dirçəliş yolunda” Məqalələr toplusu 6-cı buraxılış Bakı, Elm,
2003, 141-156 s.
5.  Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsinin  hesabatları,
http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/  - 01.11.2016, 10:00
6. http://www.azstat.org/MESearch/details  - 01.11.2016, 10:00
7. «Azərbaycan Respublikasında turizmin inkişafı haqqında dövlət  proqramı».  Azər-
baycan qəzeti. 29 avqust 2002-ci il.

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
26


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə