İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə16/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   12   13   14   15   16   17   18   19   ...   76

illik həcminin 70-80 min tona çatdırılması, Propilen oksidi və poliefir (laprol) istehsalat-
larının təşkili və “Üzvi sintez” zavodunun bərpası, istehsalın illik həcminin 70-80 min tona
çatdırılması,  Kaustik soda (maye və bərk), dixloretan və yuyucu vasitələr  istehsalatlarının
təşkili və “Kimya və yuyucu vasitələr” zavodunun yaradılması, istehsalın illik həcminin bu
məhsullar üzrə 100 min tona çatdırılması hesabına idxaləvəzedici istehsalın təşkili, regionda
güclü ixrac bazarı olan Butadien məhsulu üzrə istehsalatın təşkili və “Butadien və aromatik-
lərin istehsalı” zavodunun yaradılması, istehsalın illik həcminin bu məhsullar üzrə 100 min
tona çatdırılması, “Etilen-Polietilen” zavodunda yenidənqurma layihəsinin təşkili və Aşağı
sıxlıqlı PE (Polietilen)-nin  istehsalının illik həcminin 200 min tona çatdırılması, bu poli-
etilenin 30-40 min tonunun ölkə daxilində əlavə dəyər yaradılmasına, kiçik və orta sahibkar-
lığın  xammalla  təminatına,  əlavə  istehsal  sahələrinin  yaradılmasına  yönəldilməsi
mümkündür. Sumqayıt “Etilen-Polietilen” zavodunda yan məhsul kimi alınan maye piroloz
qətranından “Benzol-toluol, etilbenzol, stirol və polistirol” istehsalatlarının tikintisi və əlavə
dəyər yaradan ixrac təyinatlı məhsul şəbəkəsinin yaradılması imkanları da diqqəti cəlb edir. 
Nəticə. Beləliklə, Sumqayıt şəhərinin sənaye potensialının genişləndirilməsi və güc -
ləndirilməsi təkcə şəhərin sənaye potensialının artmasına yox, eyni zamanda ölkəmizin sə-
naye məhsulu istehsalının həcminin əhəmiyyətli şəkildə yüksəlməsinə, ölkəmizin ixrac
məhsulları potensialının artımına, ölkəmizə daxil olan valyuta vəsaitlərinin daha etibarlı
mənbələrinin formalaşdırılmasına imkan verəcəkdir və s.    
ƏDƏBİYYAt:
1. Əliyev Ş.T. Sumqayıt sənaye mərkəzi: mövcud potensialdan istifadə, modernləşdirmə
və müasirləşdirmə prioritetləri. Bakı: «Elm və təhsil», 2012.-196 s.
2. Azərbaycan sənayesi. Statistik məcmuə. Bakı, 2015. – 344 s.
3. Azərbaycan regionları. Statistik məcmuə. Bakı, 2015. - 836 s.
4. Əliyev Ş.T. Azərbaycanın maliyyə resurslarının və sənaye-ixrac potensialının artırıl-
masında texnoparkların əhəmiyyəti//“Maliyyə və uçot” jurnalı, № 6, 2015.-S. 47-53.  
5. Əliyev Ş.T. Azərbaycanın kimya və neft-kimya kompleksinin qiymətləndirilməsi və
yenidənqurulması istiqamətləri. Bakı, “Elm və təhsil”, 2012. -156 s.
6. Əliyev Ş.T. Xüsusi iqtisadi zonaların tətbiqi probleməri. Monoqrafiya. (Azərbaycan
Respublikasının  Prezidenti  yanında  Elmin  İnkişafı  Fondunun  2011-ci  il  I  “Qrant”  mü -
sabiqəsinin layihəsi əsasında). Bakı, 2012.-360 s. 
7. Əliyev Ş.T. Milli iqtisadiyyatın inkişafının sürətləndirilməsində sənaye klasterlərinin
tətbiqini şərtləndirən amillər//Audit jurnalı, № 4, 2016.-S.73-79.
8. Алиев Ш.Т. Важнейшие детерминанты устойчивого развития экономики Азер-
байджана. Баку, «Элм», 2010.-196 с. 

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
32


Abstract
tHE ExPANSION OF INDUStRIAL
POtENtIAL OF SUMGAIt
Shafa ALIYEv 
Sumgait State University, prof, doctor of economics 
Key words: Sumgait, industry, industrial potential, national economy, export potential,
efficiency, large enterprises 
The expansion of Sumgait city's industrial potential are important in the overall develop-
ment of the economy. The large industrial enterprises are concentrated which produce com-
petitive products in the city. They mainly produce petrochemical, electrical and textile goods.
New large chemical companies with export direction are built and Chemical Technology
Park, with  new power industry are formed. The problems and prospects of development of
industrial areas in the Sumgait city are investigated in the article.
Резюме
ВОПРОСы РАСШИРЕНИЯ ПРОмыШЛЕННОГО ПОТЕНцИАЛА 
ГОРОДА СУмГАЙыТА
Шафа АЛИЕВ
д.э.н., профессор Сумгайытского Государственного Университета  
Ключевые слова: Сумгайыт, промышленность, промышленный потенциал, нацио-
нальная экономика, экспортный потенциал, эффективность, крупные предприятия  
Вопросы расширения промышленного потенциала города Сумгайыта имеют важное
значение в целом для развития экономики страны. В городе сконцентрированы крупные
промышленные предприятия, которые выпускают конкурентоспособную продукцию.
В основном развиваются нефтехимическая, электротехническая и текстильная отрасли
промышленности. Строятся новые крупные химические предприятия экспортного на-
правления. Создан химический технологический парк, где формируются новые мощ-
ности  промышленности  города.  В  статье  исследованы  проблемы  и  перспективы
развития промышленных сфер в городе Сумгайыт. 
AZƏRBAYCAN UNİVERSİTETİ
33

İPƏK YOLU 

1/2017


AZƏRBAYCANDA MİLLİ İQtİSADİYYAtIN İNKİŞAFININ
MÜASİR ASPEKtLƏRİ
Məlahət PƏNAHƏLİYEvA
Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı”kafedrasının müdiri, 
iqtisad elmləri namizədi, dosent 
Rəyçi: Əliyev Şəfa Tiflis oğlu, iqtisad elmləri doktoru, prof., Sumqayıt Dövlət Univer-
siteti 
Açar sözlər: Azərbaycan, milli iqtisadiyyat, müasir aspektlər, iqtisadi inkişaf, prioritet
istiqamətlər, effektivlilik, rəqabətqabiliyyətlilik 
Giriş.  Azərbaycan  hazırda  özünün  iqtisadi  inkişaf  modelinin  əsl  mənada  sınaq
dövrünü yaşayır. Ölkəmiz neft strategiyasının uğurlu gerçəkləşdirilməsindən sonra əldə
etdiyi neft gəlirləri hesabına milli iqtisadiyyatın müxtəlif sahələrinin sürətli inkişafına
nail ola bilmiş, etibarlı və dayanıqlı milli iqtisadi sistem formalaşdırmışdır. Ölkənin iqti-
sadi resursları artmış, müasir texnologiyaların tətbiqi genişlənmiş, idarəetmə metodlarının
müasir formaları və modellərinin ayrı-ayrı təsərrüfat subyektlərində və müəssisələrində
istifadəsi kütləvi hal almışdır. Son illərdə dünya maliyyə böhranının ağır nəticələrinə
baxmayaraq, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətini qoruyub saxlaya bilmiş və bu
göstəriciyə görə MDB ölkələri arasında birinci, dünya ölkələri arasında isə 40-cı yerdədir.
Milli iqtisadiyyatımızın əsas gəlir mənbəyi olan neftin qiymətlərinin dünya bazarlarında
dörd  dəfəyə  yaxın  düşməsinə  baxmayaraq,  ölkədə  maliyyə-iqtisadi  sabitlik  qorunub
saxlanılmış, iqtisadi  inkişaf istiqamətlərinin ən mühüm iri layihələrinin icrası dayandırıl-
mamış, sosial-iqtisadi layihələrin maliyyələşdirilməsi məhdudlaşdırılmamış və ayrı-ayrı
iqtisadiyyat  sahələrinə  daxili  investisiyaların  qoyuluşu,  xüsusilə  kənd  təsərrüfatı
sahələrinə subsidiyaların verilməsi, yanacaq və texnika, gübrə məhsulları ilə dəstəyin
verilməsi davam etdirilir.
Bütün bunlarla bərabər, etiraf etmək lazımdır ki, milli iqtisadiyyatın inkişaf tempi zəif -
ləmiş, neft gəlirləri aşağı düşmüş, ölkənin milli valyutası öz dəyərini son iki ilə yaxın dövrdə
iki dəfəyə yaxın itirmiş, bank sistemində ciddi problemlər yaranmış, əhalinin əmanətlərinin
bir hissəsi geri çəkilmiş, xeyli hissəsi isə milli valyutadan imtina edilərək xarici valyutada
olan əmanətlərə çevrilmiş, istehlak bazarında qiymətlərin artım tendensiyası başlamış, son
onillikdə ilk dəfə olaraq infilyasiya tempi 10 %-dən çox olmuş, dövlət büdcəsinin bəzi mad-
dələri üzrə maliyyə məhdudluğu özünü göstərmiş, yeni iş yerlərinin yaradılmasında çətin-
liklər artmışdır. Bu baxımdan ölkə iqtisadiyyatının daha səmərəli, maksimum effektiv inkişaf
istiqamətlərinin müəyyənləşdirilməsi, hasilat sənayesi sahələri ilə yanaşı, digər milli iqti-
sadiyyat sahələrinin inkişafının müasir vəzifələri bir daha nəzərdən keçirilməli, kompleks
tədbirlər görülməli, konseptual qərarlar qəbul olunmalı və yaxın perspektivdəki vəzifələrin
reallaşdırılması sürətləndirilməlidir. 

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
34


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə