İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə14/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   10   11   12   13   14   15   16   17   ...   76

Abstract
tOURISM AS tHE MAIN AREA OF tHE ECONOMIC DEvELOPMENt
Ulviyya MEHDIYEvA
Lecturer,  Azerbaijan University 
Key words: tourism, business tourism, ethnographic tourism, science-licensed tourism,
eco-tourism, medical tourism
There is a great potential  for tourism development as a non-oil sector beside with the de-
velopment of the oil sector  in our country. The importance of analyses are given in the various
types of tourism- business tourism, ethnographic tourism, science-licensed tourism, eco-
tourism and medical tourism. In addition, the article analyzes the place and the role of the
tourism sector in the economy of Azerbaijan, provides information on ongoing and planned
projects in this field.
Резюме
ТУРИЗм КАК ОСНОВНАЯ ОБЛАСТЬ ЭКОНОмИЧЕСКОГО РАЗВИТИЯ
Ульвия мЕХТИЕВА 
Преподаватель Университета “Азербайджан”
Ключевые cлова: туризм, бизнес-туризм, этнографический туризм, научно-лицен-
зированный туризм, экотуризм, медицинский туризм
Наряду с развитием нефтяного сектора, ненефтяной сектор имеет большой потен-
циал для развития туризма. В статье приведены важность анализа различных видов ту-
ризма  -  делового  туризма,  этнографического  туризма,  научно-лицензированного
туризма, экотуризма, медицинского туризма. Кроме того, в статье говорится о месте и
роли сектора туризма в экономике Азербайджана, введена информация текущих и пла-
нируемых проектов в этой области.
AZƏRBAYCAN UNİVERSİTETİ
27

İPƏK YOLU 

1/2017


SUMQAYIt ŞƏHƏRİNİN   SƏNAYE POtENSİALININ
GENİŞLƏNDİRİLMƏSİ MƏSƏLƏLƏRİ
Şəfa ƏLİYEv
Sumqayıt Dövlət Universitetinin professoru,
iqtisad elmləri  doktoru 
Açar sözlər: Sumqayıt, sənaye, sənaye potensialı, milli iqtisadiyyat, ixrac potensialı, ef-
fektivlik, iri müəssisələr 
Giriş. Azərbaycanda neft strategiyasının reallaşdırılması ölkə iqtisadiyyatının strukturu-
nun təkmilləşdirilməsinə və sənaye sahələrinin yenidən qurulmasına, bu sahələrin müasir
texnologiyalarla gücləndirilməsinə şərait yaratmışdır. Qeyd edək ki, ölkəmizdə son 10-15
ildə makroiqtisadi səviyyədə bütün sahələrdə əsaslı sıçrayış əldə olunmuş, ölkə iqtisadiy -
yatının  rəqabətqabiliyyətliliyi  əhəmiyyətli  səviyyədə  artmış,  Azərbaycan  regionun  və
dünyanın dinamik inkişaf edən milli iqtisadiyyata malik ölkəsinə çevrilmişdir. Bununla belə,
artıq  modern  iqtisadi  inkişaf  modelinə  və  yüksək  təbii,  iqtisadi  potensiala  malik  olan
ölkəmizdə strateji iqtisadi hədəflərin səviyyəsi əhəmiyyətli şəkildə yüksəldilməlidir. Xü-
susilə, sənaye potensialının xeyli artırılması ehtiyatları diqqəti cəlb edir. 
Məlumdur  ki, Azərbaycanın  sənaye  potensialının  formalaşmasında  Sumqayıt  xüsusi
əhəmiyyət kəsb edir. Belə ki, bu şəhər yaradılarkən sənaye sahələrinin inkişaf etdirilməsi
üçün nəzərdə tutulmuşdur. Sumqayıt vaxtı ilə kimya, metallurgiya, cihazqayırma, toxuculuq
sənayesi məhsullarının istehsalı üzrə yüksək nəticələr əldə etmişdir [1]. SSRİ-nin dağıl-
masından sonra iri ittifaq müəssisələrinin  əksəriyyəti öz fəaliyyətini dayandırmış, bu vaxta
qədər həmin müəssisələrin yenidən qurulması təmin edilməmişdir. Bununla belə, son illərdə
Sumqayıtda bir-birinin ardınca iri və modern sənaye müəssisələri istismara verilmişdir.
Ekoloji cəhətdən Abşeron yarımadasında sabitliyin təmin edilməsinə imkan verən yüksək
texnologiyalar əsaslı müasir sənaye mərkəzi formalaşdırılmaqdadır. Lakin bunlara baxma-
yaraq,  ölkə  iqtisadiyyatının  diversifikasiyalaşdırılması  və  ixracın  strukturunun
genişləndirilməsi məqsədilə sənaye sahələrinin potensialının, ilk növbədə ixrac təyinatlı sə-
naye məhsullarının çeşidinin artırılması hazırkı dövrün aktual məsələlərindəndir.
Sumqayıt sənaye mərkəzinin müasir vəziyyəti və problemləri
Qeyd edək ki, son illərdə Azərbaycanda sənaye istehsalının həcmi əhəmiyyətli artım
göstərmir. Sənaye məhsullarının çeşidinin genişləndirilməsi prosesləri isə real potensialı əks
etdirmir. Bir sıra rəqabətqabiliyyətli sənaye sahələrinin, məsələn kimya və neftkimya, me -
tallurgiya kompleksinin genişləndirilməsi proseslərinə başlanılsa da, hələlik bu sahələrin
məhsulları ölkə ixracında cüzi paya malikdir [2]. Sumqayıtda iri elektromexanika məhsulları
şəbəkəsi yaradılsa da, bu istehsal sahəsinin məhsullarının ixrac qabiliyyəti aşağıdır və ixrac
bazarları həll olunmamışdır. Bunlar Sumqayıtın sənaye potensialının artırılmasına mane olan

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
28


amillərdəndir. Hazırda Sumqayıtın sənaye potensialı tam olaraq, emal sənayesi hesabına for-
malaşmışdır və onun strukturu Şəkil 1-də verilmişdir [3]. 
Şəkil 1. Sumqayıt üzrə 2015-ci ildə  emal sənayesinin strukturu, %-lə.
Şəkil 1-dən göründüyü kimi Sumqayıtın sənaye potensialının əsasını hələlik və ənənəvi
olaraq kimya sənayesi təşkil edir və bu sektorun payı 60,3 %-dir. Son illərdə istismara verilmiş
Sumqayıt texnologiyalar parkının fəaliyyəti hesabına Elektrik avadanlıqlarının istehsalının
şəhərin sənaye potensialında payı artmaqdadır və 14,3 % olmuşdur. “Azərsun” Holdinqin is-
tehsal etdiyi qida məhsullarının hesabına bu sektorun payı şəhər üzrə sənaye məhsullarının
ümumi həcmində 6,6 %, kağız və karton məhsullarının payı isə 6,8 %-dir. Lakin təəssüf ki,
ənənəvi və güclü potensiala malik olan metallurgiya sənayesinin inkişafında dönüşün yaradıl-
ması təmin edilməmişdir.  
Qeyd edək ki, ölkə Prezidentinin təşəbbüsü və rəhbərliyi altında Azərbaycanda sənayenin
modernləşməsi və inkişafının intensivləşməsi tədbirləri həyata keçirilir. Bu sırada Sumqayıt
Azərbaycanın müasir sənaye mərkəzi kimi əsas diqqət mərkəzindədir. Sənaye mərkəzinin
iqtisadi strukturunа kimya və neft-kimya, metallurgiya, maşınqayırma, еlеktrоеnеrgеtikа,
yeyinti və yüngül sənaye, tikinti mаtеriаllаrı istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud
olan sənaye müəssisələrinin əksəriyyəti müasir tехnоlоgiyаlar əsаsındа yеnidən qurulmuşdur.
Şəhərin sənaye kompleksinin əsasını Sumqayıt Kimya Sənaye Parkının müаsir zаvоdlаrı,
Sumqаyıt  Tехnоlоgiyаlаr  Pаrkı,  “Аzərikimyа”  İstеhsаlаt  Birliyinin  “Еtilеn  Pоliеtilеn”
zаvоdu,  “Аzərsun  Sənaye  Parkı”nın  müаsir  zаvоdlаrı,  “Intеr  Tеxtil”  Açıq  Səhmdar
Cəmiyyəti, Gilan Textil Parkı, “Alyans Textil” MMC, “Bismak” Qida sənaye kompleksi,
Beton  məmulatları  istehsalı  zavodu  və  s.  təşkil  edir.  Sumqаyıtdа  Аzərbаycаn  Müdаfiə
Sənаyеsi Nаzirliyinin «Nеftqazavtomat» Elm İstehsalat Müəsissəsi fəaliyyət göstərir.
Dünya iqtisadi və maliyyə proseslərinin mürəkkəbliyi, Azərbaycan iqtisadiyyatı üçün
mühüm amil olan neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, çoxlu sayda dünya və region
AZƏRBAYCAN UNİVERSİTETİ
29

İPƏK YOLU 

1/2017


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə