İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ


xülasə İQtİSADİYYAtIN ŞAxƏLƏNDİRİLMƏSİ "tƏBİİ RESURSLARIN LƏNƏtİ"



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə12/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   8   9   10   11   12   13   14   15   ...   76

xülasə
İQtİSADİYYAtIN ŞAxƏLƏNDİRİLMƏSİ "tƏBİİ RESURSLARIN LƏNƏtİ"
İLƏ MÜBARİZƏ vASİtƏSİ KİMİ
Lalə HƏMİDOvA
i.e.n.,  Azərbaycan Dövlət İqtisad Universiteti
Açar sözlər: təbii sərvətlər, neft sektoru, “təbii resursların lənəti”, şaxələndirilmə
Məqalədə təbii sərvətlərlə, xüsusilə də yanacaq və enerji resursları ilə zəngin olan ölkələr
üçün  iqtisadiyyatın  şaxələndirilməsinin  zəruriliyi  əsaslandırılır.  Ölkədə  təbii  sərvətlərin
mövcudluğu və iqtisadi inkişaf arasında əks əlaqələr varsa, belə ölkələr üçün “təbii resursların
lənəti” təzahüri kimi özünü göstərir. Tədqiqatın məqsədi təbii resurslarla zəngin olan ölkələrdə
iqtisadi göstəricilərə mənfi təsir göstərən səbəblərin aşkar olunması, bu ölkələrin iqtisadiy -
yatın şaxələndirilməsinin zəruriliyinin əsaslandırılmasıdır. Tədqiqatın elmi yeniliyi ondan
ibarətdir ki, Azərbaycana məxsus şəraitdə “təbii resursların lənəti” ilə mübarizə üsulları
baxılıb, cəmiyyətin siyasi və iqtisadi institutlarının inkişafı açıqlanıb. Tədqiqatın nəticələri
göstərir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi insan kapitalının artırılmasına, özəl
sahibkarlıq sektorun inkişafının stimullaşdırılmasına, maliyyə institutlarının dəstəklənməsi
və infrastrukturun inkişafına yönəldilməlidir. Tədqiqatın praktik əhəmiyyəti ondan ibarətdir
ki, tədqiqat nəticəsində çoxşaxəli iqtisadiyyata nail olmaq üçün irəli sürülən təkliflərin real-
laşdırılması Azərbaycan iqtisadiyyatının gələcək inkişafına imkan yaradacaq.
Abstract
DIvERSIFICAtION OF tHE ECONOMY AS A WAY OF FIGHtING 
WItH tHE "CURSE OF NAtURAL RESOURCE" 
Lala HAMIDOvA 
Ph.D on economics,  Azerbaijan State Economic University
Key words: natural resources, oil sector, "the resource curse", diversification
The article investigates the need of economic diversification for countries with rich natural
resources, especially fuel and energy. Manifestation of the "resource curse" is characteristic
for such countries, when there is an inverse relationship between the availability of natural
resources and economic development. The purpose of the article is to identify the reasons,
negatively affecting the economic indicators of countries with rich natural resources,   justi -
 f ying the need to diversify their economies. The scientific novelty of the research lies in the
fact that the methods of fighting with the "curse of natural resources" in relation to the con-
ditions of Azerbaijan, revealed the need for the development of political and economic insti-
tutions  of  society.  The  results  of  research  show  that  the  diversification  of Azerbaijan's
economy should be aimed to increase the human capital, development of infrastructure, sup-
port of financial institutions and stimulation of the development of the private business sector.
The practical importance of the research lies in the fact that the proposals to achieve a diver-
sified economy will contribute to the further development of the Azerbaijan economy.
AZƏRBAYCAN UNİVERSİTETİ
23

İPƏK YOLU 

1/2017


tURİZM – İQtİSADİ İNKİŞAFIN ƏSAS SAHƏSİ KİMİ 
Ülviyyə MEHDİYEvA 
Azərbaycan Universiteti, müəllim
Rəyçi: i.e.d., prof. Dünyamalı Vəliyev
Açar sözlər: turizm, işgüzar turizm, etnoqrafik turizm, elmi-lisenziyalı turizm, ekoturizm,
müalicə turizmi
Giriş. Turizm - fransız sözü olub, hərfi mənası səyahət, gəzinti deməkdir. Bu, adətən
aktiv istirahət növü olub, özündə ətraf mühitin öyrənilməsi, bu və ya digər bölgənin təbii
şəraiti, xalqın adət və ənənəsini öyrənmək üçün ən gəlirli və gözəl idman növüdür. Bu zaman
ölkələr xeyli biznes əldə edirlər. Turizm öz kökünü əsrin dərinliklərindən almışdır. Bütün
dövrlərdə insanlar turist gəzintilərində olmuşlar. Onlar, adətən öz yaşadıqları yerdən yüz
kilometrlərlə uzaq məsafədə olurdular  [1 səh-20].
Turizmin iqtisadiyyatın gəlirli sahəsinə çevrilməsi üçün iki əsrə yaxın vaxt keçmişdir.
O, nəinki iqtisadiyyatın, eyni zamanda elm və mədəniyyətin də inkişafına xeyli köməklik
göstərmişdir. İnsanlar elmin nailiyyətlərini, texniki və mədəni fəaliyyəti beynəlxalq turizmin
köməkliyi ilə bir-birinə inteqrasiya edirlər. Bu zaman ticarət əlaqələri artır, xalqların həyat
səviyyəsi yüksəlir [2 səh-138].
XX əsrdə baş verən sosial və iqtisadi dəyişikliklər nəinki yer kürəsinin simasını də -
yişdirmişdir, hətta sənaye və mədəni münasibətləri daha da inkişaf etmişdir. Bu da turizmin
inkişafına şərait yaratmışdır. Turizm sahəsində dünya təcrübəsinin öyrənilməsi göstərir ki,
insan fəaliyyətinin bu sahəsi iqtisadiyyatın inkişafı ilə bərabər xarici kapitalın ölkəyə axınına
kömək edir, kommunikasiya, nəqliyyat sisteminin inkişafına səbəb olur [3-səh-218]. Turizm
insanların, bütövlükdə cəmiyyətin maraqlarının ifadəçisi, mikro və makro səviyyələrdə gəlir-
lərin mənbəyi kimi çıxış edir. Bu sahə  əməktutumlu fəaliyyət növü olduğundan, ölkədə
əlavə iş yerlərinin açılmasında mühüm rol oynayır, infrastrukturun, yerli sənayenin və xalq
yaradıcılıq  nümunələrinin  inkişaf  etdirilməsinə  şərait  yaradır,  hotellərin  tikintisini
sürətləndirir. Ümumdünya Turizm Təşkilatının 2020-ci ilə olan proqnozlarına əsasən tu -
ristlərin sayı 1,6 milyard nəfərə çatacaq, gəlirlər isə 2 trilyon dollar təşkil edəcəkdir [4 səh-
111].
Turizm  millətlərin  yaxınlaşmasına,  onların  elm,  texnika,  mədəniyyət  sahəsində
təcrübəsinin mübadiləsinə, siyasi sabitliyə şərait yaradır.
Dünya  təsərrüfatının  ən  gəlirli  və  səmərəli  sahələrindən  olan  turizm  iqtisadiyyatın
inkişafında mühüm rol oynayır. Məsələn, hazırda dünyada ümumi milli məhsulun 10%-ə
qədəri turizmin payına düşür, dünya ixracatının 8%-i və ticarət xidmətinin 30-35%-i beynəl -
xalq turizmin hesabına əldə edilir [5].
Bundan başqa,  turizmin inkişafı sosial problemlərin həllində də mühüm rol oynayır. Belə
ki, turizm ölkələr arasında sülhün möhkəmlənməsi, ayrı-ayrı xalqların bir-birinə yaxınlaş-

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
24


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə