İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ


Azərbaycanda milli iqtisadiyyatın inkişafının hazırkı vəziyyəti



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə17/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   13   14   15   16   17   18   19   20   ...   76

Azərbaycanda milli iqtisadiyyatın inkişafının hazırkı vəziyyəti
Ölkə iqtisadiyyatının inkişafının hazırkı vəziyəti, qeyd etdiyimiz kimi milli iqtisadiyyatın
inkişaf tempinin zəifləməsi şəraitindədir. Bununla belə, 2015-ci ilin yekununa görə ölkəmizdə
ÜDM-in  artım  tempi  1,1  %  təşkil  etmiş  və  bu  artım  əsas  etibarı  ilə  qeyri-neft  sektoru
sahələrinin hesabına baş vermişdir. Ölkədə maliyyə resurslarının daxilolma mənbələrinin
zəif ləməsinə baxmayaraq, 2015-ci il ərzində Azərbaycan iqtisadiyyatının müxtəlif sektor-
larına 16 mlrd. manat investisiya vəsaiti qoyulmuşdur və bunun 44 %-i xarici investisiyaların
payına  düşür  [1].  Qeyd  etmək  lazımdır  ki,  ölkə  iqtisadiyyatının  davamlı  inkişafı  üçün
göstərilən dövlət dəstəyi, ardıcıl həyata keçirilən dövlət proqramları və irimiqyaslı layihələr
ölkə iqtisadiyyatının rəqabətqabiliyyətini qorumağa və artırmağa imkan vermişdir. Dünya
Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Doing Business 2016” hesabatında Azər-
baycanda iqtisadiyyatın davamlı inkişafı, biznesin və sahibkarlıq fəaliyyətinin stimullaşdırıl-
ması, burada olan maneələrin aradan qaldırılması, investorların marağının qorunması üçün
görülən  tədbirlər  yüksək  qiymətləndirilmişdir  [2].  Bundan  əlavə,  ölkədə  sahibkarlığın
inkişafının stimullaşdırılması, gücləndirilməsi və bu sahədə olan süni maneələrin aradan
qaldırılması üçün iki il müddətinə bütün yoxlamalar dayandırılmışdır, ölkə sahibkarlarının
xarici bazarlara çıxması üçün infrastruktur genişləndirilməkdədir, logistika və nəqliyyat prob-
lemləri həll edilməkdədir. Lakin, bütün bunlar heç də milli iqtisadiyyatın  inkişafının tələb
olunan səviyyədə sürətləndirilməsi üçün kifayət deyildir. Ə.Məsimli belə hesab edir ki, Azər-
baycan iqtisadiyyatının ən böyük problemi onun neft faktorundan birbaşa asılı olmasıdır və
buna görə də ölkə iqtisadiyyatının davamlı və balanslaşdırılmış inkişafı uzaq perspektivdə
obyektiv olaraq ölkə iqtisadiyyatının inkişaf modelinin optimallaşdırılmasını tələb edir [3].
Digər tərəfdən, milli iqtisadiyyatın resurs potensialından, ayrı-ayrı iqtisadiyyat sahələrinin
inkişafının modelləşdirilməsi və yeni qlobal iqtisadi çağırışlar konteksində modernizasiya
edilməsi məqsədilə, bu sahələrin yüksək texnologiyalar əsasında daha çox innovatik məh-
sullar istehsal edən müəssisələr şəbəkəsinin yaradılması məsələlərinə sistemli və ardıcıl baxıl-
malı, bunlarla bağlı prioritet vəzifələr yerinə yetirməlidir. Akademik A.Nadirov və bir qrup
görkəmli Azərbaycan alimlərinin apardıqları tədqiqatlara və gəldikləri qənaətə görə, ölkə
iqtisadiyyatının güclü inkişafına nail olunması və rəqabətqabiliyyətinin  xeyli artırılması üçün
kifayət qədər resurs potensialı, təbii ehtiyatlar və milli iqtisadi resurslar mövcuddur. Bütün
bunlardan müasir texnologiyaların tətbiqi ilə daha səmərəli istifadənin təmin edilməsinə
ehtiyac vardır [4]. Ölkəmizin ayrı-ayrı regionlarında müxtəlif təbii ehtiyatlar, iqtisadi resurs
potensialı bolluğu ilə diqqəti cəlb edir, eyni zamanda ucuz işçi qüvvəsinin olması və iqtisadi
fəallığın artırılması üçün münbit şəraitin mövcudluğu da diqqətdən qaçırılmamalıdır. Ölkəmiz
coğrafi baxımdan kifayət qədər əlverişli mövqedə yerləşmişdir və bu amil nəzərə alınmaqla
ölkə  regionlarının  ixracyönümlü  məhsul  istehsalı  potensialından  daha  effektiv  istifadə
edilməsi hesabına, ayrı-ayrı regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, firma
və kompaniyaların dünya bazarlarına çıxışının genişləndirilməsi perspektivindən tam mənada
yararlanmağın vaxtı çoxdan çatmışdır. Digər tərəfdən, ölkəmizdə sahibkarlığın inkişafına
daim xüsusi diqqət və qayğının göstərilməsi heç də sirr deyildir. Elə bunun nəticəsidir ki,
AZƏRBAYCAN UNİVERSİTETİ
35

İPƏK YOLU 

1/2017


2015-ci ilin yekunu üzrə ölkədə ümumi daxili məhsulun həcmində özəl sektorun payı 81,2%
təşkil etmişdir. İqtisadiyyatın qeyri-neft sahələrində 37,7 mlrd. manatlıq əlavə dəyər istehsal
olunmuş, onun ÜDM-də xüsusi çəkisi 69,3% yüksəlmişdir. Ölkədə sahibkarlıq subyekt -
lərinin sayı 677231 vahid təşkil etmişdir. Xüsusilə təqdirə layiqdir ki, 2015-ci ildə yeni
yaradılan sahibkarların 56,3%-i ölkənin müxtəlif regionlarında qeydiyyatdan keçmişdir. 2015-
ci ilin ərzində müəssisə və təşkilatların sayı 1 yanvar 2015-ci il tarixinə nisbətən 5,7% artaraq,
2016-cı il yanvarın 1-i vəziyyətinə 100325 olmuşdur. İl ərzində əsas kapitala yatırılmış sər-
mayələrin 65,3%-i qeyri-dövlət sektorunun payına düşmüşdür [5]. Lakin qeyd etdiyimiz kimi,
bütün bunlar müasir dövrdə ölkə iqtisadiyyatının tam mənada yeni səviyyəyə qaldırılmasına
kifayət etmir və bununla əlaqədər olaraq, milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf
səviyyəsinin yeni mərhələsinə keçilməsi təmin olunmalıdır. Bununla bərabər, ənənəvi iqtisadi
mexanizmlərlə və meyarlarla yanaşı, mütərəqqi, məhsuldar, innovatik, effektiv mo dern iqti-
sadi mexanizmlərin və iqtisadi inkişaf modellərinin dərindən öyrənilməsi və tətbiqi də yaxın
perspektivdə qarşıda duran mühüm vəzifələrdəndir. 
Milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf problemləri və 
prioritet istiqamətləri
Ölkəmizin ayrı-ayrı iqtisadiyyat sahələrinin inkişafının sürətləndirilməsi, dayanıqlı iqti-
sadi mexanizmlərin tətbiq edilməsi, məhsuldar fəaliyyət göstərmək və dünya bazarlarına
çıxmaq  qabiliyyəti  olan  müəssisələrin  yaradılması,  ixracyönümlü  istehsal  sahələrinin
genişləndirilməsi, milli iqtisadiyyatın inkişafının dünya standartları səviyyəsinə qaldırılması
yaxın dövrün ən zəruri tədbirlərindən və vəzifələrindən hesab olunur [6]. Digər tərəfdən,
Azərbaycan  iqtisadiyyatının  inkişafının  konseptual  baxılmasında  ayrı-ayrı  iqtisadiyyat
sahələrinin potensialı, ənənəvi fəaliyyət istiqamətləri, resurs imkanları nəzərə alınmalıdır [7].
Qeyd edək ki, milli iqtisadiyyatın əsasını sənaye sektoru təşkil edir və hələlik əvvəldə
bildirdiyimiz kimi ölkə iqtisadiyyatının inkişafında sənaye sektorunun hasilat sahəsi, daha
dəqiq desək, neft və qaz kompleksi mühüm rol oynayır. Bu sahələrdəki perspektiv layihələr
və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu kifayət qədər artıran neft və qaz kontraktları,
sazişləri məlumdur, amma bütün bunlar ölkə iqtisadiyyatının davamlı inkişafı üçün bəs etmir.
Son illərdə ÜDM-lə yanaşı, ölkədə sənaye istehsalının həcminin artırılmasında da xeyli prob-
lemlər yaranmışdır və 2015-ci ilin yekununda 2014-cü ilə nisbətən 2,4% artım əldə edilsə
də, bu sənaye sektorundakı real potensialı əks etdirmir [8]. 2015-ci il ərzində nisbətən artım
tempi ilə işləyən qeyri-neft sənaye sektoru sahələrinə maşın və avadanlıqların quraşdırılması
təmiri, metal məhsulları, kimya sənayesi, tikinti materialları istehsalı, yeyinti məhsulları is-
tehsalı, elektrik avadanlıqları istehsalı və s. sahələri göstərmək olar. Lakin ölkənin ənənəvi
bir sıra iqtisadiyyat sahələrinin inkişafı problemləri baxılsa da, hələlik yüksək nəticələr əldə
edilməyibdir. Məsələn, metallurgiya və toxuculuq, yəni yüngül sənaye sahələrində bir sıra
iri yeni müəssisələr yaradılmış və müasir qurğular istismara verilmişdir, amma hələlik bu
ənənəvi milli iqtisadiyyat sahələrinin ölkənin sənaye sektorunda payı minimum səviyyədədir.
Digər tərəfdən, uzun müddətdir ki, İnformasiya-Kommunikasiya Texnologiyaları sektorunun

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
36


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə