İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə19/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   15   16   17   18   19   20   21   22   ...   66

AZƏRBAYCAN UNİVERSİTETİ
49

İPƏK YOLU 

2/2014
məqsədli istiqamətlər üzrə konkretləşdirilməsini nəzərdə tutur və büdcə təsnifatı – büdcə
gəlirlərinin və xərclərinin bircins əlamətlərə görə sistemli şəkildə qruplaşdırılması vasitəsi
ilə reallaşdırılır. Büdcə təsnifatı xüsusi hüquqi aktla rəsmiləşdirilir. 
Büdcə prosesi üçün “illik büdcə” prinsipi də xasdır ki, bu da onun mərhələlərinin hər il
təkrar olunmasında özünü göstərir. Büdcələrin daha uzun və ya qısa müddət üçün işlənib
hazırlanması və qəbul olunması büdcə prosesini və büdcənin “illik büdcə” prinsipini pozmur,
belə ki, istənilən halda  illik büdcə qəbul olunur.
Büdcə  prosesinin  nə  dərəcədə  düzgün  təşkili  onun  mahiyyətinin  dəqiq  müəyyən-
ləşdirilməsindən asılıdır. Bu vaxta qədər büdcə prosesinin tərkib hissələrini əsasən onun
mərhələləri ilə məhdudlaşdırırlar (tərtibi, baxılması və təsdiqi, icrası və büdcənin icrası
haqqında  hesabatın  tərtib  olunması).  Eyni  zamanda  büdcə  prosesinə  kifayət  qədər
mürəkkəb hadisə kimi elementlər üzrə baxılmalıdır ki, bunlara da onun mərhələlərini, işti-
rakçıları və metodlarını, alət və modellərini aid etmək lazımdır. Bundan başqa büdcə qərar-
larının  qəbuluna  təsir  göstərən  daxili  və  xarici  amillərin  də  nəzərə  alınması
məqsədəuyğundur.
Müxtəlif ölkələrdə büdcə prosesinin elementlərinin və onların məzmununun təhlili inkişaf
etmiş bazar iqtisadiyyatlı demokratik dövlətlərdə büdcə proseslərinin əlamətlərini aşağıdakı
kimi aşkar etməyə və qruplaşdırmağa imkan verir:
- növbəti büdcə ili üçün planın tərtibi ilə yanaşı çoxillik büdcə proqnozlarının işlənib hazır-
lanması;
- büdcədə gəlir və xərclərdən başqa, həm də büdcə kəsirinin maliyyələşdirilməsi mən-
bələrinin və ya profisit yarandığı halda onun istifadə istiqamətlərinin məcburi qaydada əks
etdirilməsi;
-  qanunverici  və  icra  hakimiyyəti  orqanları  arasında  yaranan  problemli  məsələlərin
razılaşdırılması prosedurlarının və mexanizmlərinin işlənib hazırlanması (razılaşdırıcı komis-
siyaların yaradılması); 
-  mərkəzi  və  yerli  hakimiyyət  orqanları  arasında  büdcə  gəlirlərinin  və  xərclərinin
bölüşdürülməsi ilə bağlı nəzarət hesablamaları; 
- büdcə təyinatlarının həcminə (sekvestr və əlavə daxilolmaların bölüşdürülməsi prose-
duru) və ya istiqamətinin dəyişdirilməsinə (qarşılıqlı hesablaşmalar) təsir edən idarəetmə
metodlarının işlənib hazırlanması; 
- büdcənin icrası haqqında hesabatın dərc olunması və onun icrası haqqında parlamentin
qərarının qəbul olunması. 
Büdcə prosesi Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” qanunu [1] və
Nazirlər Kabinetinin “Dövlət büdcəsinin tərtibi, təsdiqi və icrası qaydaları” haqqındakı qərarı
[2] ilə müəyyənləşdirilir və büdcə sisteminin bütün səviyyələri üçün eynidir. Dövlət büd-
cəsinin tərtibindən başlayaraq onun icrası və icra haqqındakı hesabatın təsdiqinə qədərki dövr
iki il yarımdan artıq çəkir və büdcə dövrü (tsikli) adlanır. Bütün büdcə dövrü büdcə prosesinin
mərhələlərinə bölünür:



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
50

Büdcə layihəsinin tərtibi mərhələsi;

Büdcəyə baxılması və təsdiqi mərhələsi;

Büdcənin icrası mərhələsi;

Büdcənin icrası haqqında hesabatın tərtibi və təsdiqi mərhələsi.
Büdcə prosesinin hər bir mərhələsi aşağıdakı əlamətlərinə görə fərqlənirlər:
- hər bir mərhələnin əsasında duran vəzifələri ilə. Məsələn, büdcə layihəsinin vəzifəsi
xərc öhdəliklərinin maliyyələşdirilməsi məqsədi ilə sosial-iqtisadi inkişaf proqnozu əsasında
büdcə layihəsinin vaxtında hazırlanmasıdır;
- hər bir mərhələ üçün subyektlərin müəyyən tərkibi xarakterikdir və onların səlahiyyətləri
büdcə prosesinin mərhələsindən asılı olaraq müəyyənləşdirilir;
- büdcə prosesinin hər bir mərhələsi müəyyən müddətlə məhdudlaşdırılır;
- hər bir mərhələ müəyyən hərəkət və ya uyğun hüquqi aktın qəbul olunması ilə yekun-
laşır. Məsələn, büdcə layihəsinin tərtibi və baxılması mərhələsi dövlət səviyyəsində büdcə
haqqında qanunun, bələdiyyə səviyyəsində isə bələdiyyə qurumunun hüquqi aktının qəbul
olunması ilə başa çatır.
Beləliklə, büdcə prosesinin mərhələlərinin hər biri dövlət hakimiyyətinin nümayəndəli
və  icra  orqanlarının,  büdcə  prosesinin  iştirakçılarının  büdcənin  formalaşdırılması,
bölüşdürülməsi və istifadəsi ilə bağlı hüquqi normalarla tənzimlənən müstəqil və tamam-
lanmış mərhələ hesab oluna bilər.
Büdcə prosesinin mərhələləri ciddi ardıcıllıqla yerinə yetirilir və bu ardıcıllıq dəyişdirilə
bilməz. Büdcənin özü bir il ərzində qüvvədə olur. Azərbaycanda büdcə ili 12 ay (1 yanvardan
31 dekabra) qədər davam edir. Prosesin bütün mərhələlərində büdcə göstəricilərinə nəzarət
edilir və iqtisadi təhlillər aparılır.
Büdcə prosesinin əhəmiyyətli hissəsi büdcə layihəsinin tərtibi və təsdiqi ilə bağlıdır.
Büdcə prosesinin bu hissəsinə çox vaxt büdcə planlaşdırması deyilir. Büdcə planlaşdır-
masının iqtisadi mahiyyəti müxtəlif səviyyəli büdcələrin tərtibi və icrası prosesində sosial-
iqtisadi  inkişaf  proqramı  əsasında  ölkənin  ümumi  daxili  məhsulunun  (ÜDM)  və  milli
gəlirinin maliyyə sisteminin həlqələri arasında mərkəzləşdirilmiş şəkildə bölgüsü və yenidən
bölgüsündən ibarətdir. Büdcə planlaşdırması özündə büdcənin tərtibi, baxılması və təsdiqi
kimi üç mərhələni, onun normativ-hüquqi və təşkilati əsasını, həmçinin büdcənin tərtibinin
nəzəri və metodoloji məsələlərini birləşdirir və aşağıdakı əsas prinsiplərə əsaslanır [4, s.128]:
- büdcə məsələlərinin vahid hüquqi normalarla tənzimlənməsi;
- büdcənin xərc istiqamətlərinin ünvanlı və məqsədli xarakterli olması;
- illik büdcə planlaşdırmasının fasiləsizliyi;
- maliyyə göstəricilərinin (normalar, vergi dərəcələri, smetalar) sabitliyi;
- balans metodu.
Büdcə planlaşdırılması prosesində aşağıdakı kimi məsələlər həll olunur:
- ölkənin maliyyə planlarının tərtibinin təşkili, onların perspektiv dövr üçün dövlətin


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə