İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə17/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   13   14   15   16   17   18   19   20   ...   66


İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
44
larının  və  qanunverici  normativ  sənədlərdən  irəli  gələn  tələblərin  yerinə  yetirilməsində
maraqlıdır. Dövlətin müstəqil təsərrüfatların maliyyə işlərinə müdaxilə etmək imkanı məhdud
olduğu  üçün  auditə  ehtiyac  yaranır.  Başqa  sözlə,  azad  bazar  iqtisadiyyatında  dövlət  və
sahibkar arasında təsərrüfat maliyyə prosesi üzrə məsuliyyət qarantı olmalıdır ki, bu iş də
yalnız audit vasitəsi  ilə icra edilir.
Azərbaycan Respublikasında “Auditor xidməti haqqında Qanun” 1994-cü ildə təsdiq
edilmişdir. 1995-ci ildə isə Auditor Palatası yaranmışdır.
Audit iki formaya ayrılır: daxili audit və kənar audit. Daxili audit müəssisələrin mənfəət
və rentabelliyini maksimum artırmaq məqsədilə maliyyə-təsərrüfat fəaliyyətinin təkmil-
ləşdirilməsi üzrə qərarların səmərəliliyinin artırılmasına yönəldilməklə  firma daxilində həyata
keçirilir. Kənar audit – xüsusi audit  firması dövlət vergi idarəsi, idarə və müəssisələr ilə,
banklar, xarici partnyorlarla, sığorta cəmiyyətləri ilə bağlanmış müqavilələr əsasında həyata
keçirilir.
Audit fəaliyyətinin özünəməxsus istiqaməti, tədqiqat obyekti, tətbiqi formaları və təşkili
xüsusiyyətləri vardır. onun belə xüsusiyyətlərə malik olması bazar münasibətlərində fəaliyyət
göstərən çoxukladlı mülkiyyət forması və idarəetmənin mürəkkəbliyi ilə bağlıdır  [5, səh 11].
Audit yoxlamaları bir neçə mərhələlərdən ibarətdir:
-   Hazırlıq mərhələsi – auditorun hərəkəti, təhlilin səmərəli və düzgün təmin edilməsi,
lazımi materialların seçilib sistemləşdirilməsi, yoxlanması və s. aid edilir;
-    İkinci mərhələdə böyük miqdarda analitik hesablamalar yerinə yetirilir;
-    Üçüncü mərhələdə  audit – ekspert rəyi qısaca və dürüst ifadə edilmiş qaydada ümu-
miləşdirilir və yekunlaşdırılır. 
Maliyyə nəzarəti həyata keçirilməsi vaxtına görə aşağıdakı kimi təsnifləşdirilir:
İlkin maliyyə nəzarəti müəssisələrin maliyyə planlarının, idarə və təşkilatların, gəlir və
xərc smetalarının, büdcə layihələrinin tərtib edilməsi və təsdiqi zamanı həyata keçirilir. Bu
nəzarət forması müəssisə və təşkilatların maliyyə fəaliyyətindəki əmək, material və maliyyə
ehtiyatlarından düzgün olmayan məqsədlər üçün istifadə olunmasının qarşısını alır. Maliyyə
planlarının tərtib edilməsi dövründə ilkin nəzarətin köməyilə əlavə maliyyə ehtiyatları üzə
çıxarılır ki, bu da müəssisələrin özünün maliyyə vəziyyətinin yaxşılaşdırılmasına səbəb olur.
Cari maliyyə nəzarəti – maliyyə planının icrası prosesində, maliyyə təsərrüfat əməliyyatları
keçirildikdə, pul vəsaitlərinin və əmtəə material qiymətlilərin sərfinin müəyyən edilmiş nor-
mativlərə uyğun olması yoxlanıldıqda, vəsaitlərin xərc planına uyğun buraxılması zamanı
həyata keçirilir. Maliyyə nəzarətinin bu forması büdcə ilə hesablaşmaların tam, vaxtında hə -
yata keçirilməsi üçün müəssisə və təşkilatların fəaliyyətinin  ardıcıl surətdə faktiki materiallar
əsasında təhlil edilməsini nəzərdə tutur.
sonrakı maliyyə nəzarəti – hesabat dövrünün və maliyyə ilinin bütövlükdə başa çatdırıl-
masından sonra həyata keçirilir. Dövlət büdcəsinin, büdcə idarələrinin smetalarının, müəssisə
və təşkilatların, maliyyə planlarının icrası zamanı, pul vəsaitlərinin səmərəli xərclənməsi
yoxlanılır. sonrakı maliyyə nəzarəti ilkin nəzarətlə qaşılıqlı əlaqədə olub, ona əsaslanır.
Tətbiqi formasına  görə məcburi maliyyə nəzarəti səlahiyyətli orqanlar tərəfindən qanun-


AZƏRBAYCAN UNİVERSİTETİ
45

İPƏK YOLU 

2/2014
vericiliyin tələblərinə uyğun həyata keçirilir. Təşəbbbüs əsasında maliyyə nəzarəti zəruri
hallarda dövlət müəssisələrinin və digər təşkilatların rəhbərlərinin qərarı ilə həyata keçirilə
bilər [4, səh 109].
Maliyyə nəzarət funksiyalarının reallaşması forması maliyyə nəzarəti hesab edilir. o,
maliyyə nəzarətinin məzmununu və təyinatını müəyyən edir. Müəssisələrin təsərrüfatçılıq
hüquqlarının genişlənməsi, maliyyə fəaliyyətinin həyata keçrilməsində onların səbətliyi,
müxtəlif hüquqi-təşkilatçılıq formalarının yaranması maliyyə nəzarətinin məzmununu xeyli
zənginləşdirir.
Müasir şəraitdə dünya iqtisadiyyatı ildən-ilə öz fəaliyyətini yeniləşdirir. Bütün bu inkişaf
bazar münasibətlərinin sayəsində mümkün olur. ona görə də dünyanın qeyri-bazar inkişaf
yolunu tutmuş ölkələr indi öz iqtisadi sistemlərini dəyişərək bazar iqtisadiyyatına keçirlər.
Bazar iqtisadiyyatı sistemində isə maliyyə, daha konkret desək, maliyyə nəzarəti  çox mühüm
əhəmiyyət kəsb etməkdədir.  
Ədəbiyyat:
1.   Milli Mühasibat uçotu standartları. Bakı- 2008 
2.   Q.Ə.Abbasov. Mühasibat uçotunun nəzəriyyəsi. Bakı -2009 
3.   N.P.Kondrakov, M.A.İvanova. Buxqalterskiy upravlençeskiy uçet. Moskva-2009
4.   N.Q.sapocnikova. Buxqalterskiy uçet. Moskva- 2011
5.   A.M.Cəfərov. Mühasibat uçotu. Bakı-2011 
6.   A.Kərimov. Mühasibat uçotu, vergilər. Bakı-2009 
7.   Y.A.Babayev, A.M.Petrov, L.Q.Makarova. Buxqalterskiy finansovıy uçet.. Moskva-
2010 
Abstract
FINANCIAL (FISCAL) CONtROL  AND  ItS
IMPLEMENtAtION FORMS AND MEtHODS 
Ph.D of economics Gulnara tANRIvERDIyEvA
Ph.D of economics Allaz DASHDEMIROv
Reviewer: doctor of economics safar suleimanov
Key words: balance, national standards of financial parity, chart of accounts, monetary
turnover.
The article explains main forms and methods of fiscal control. financial control by goven-
ment ensures the effective administration of financial sources and the timely revelitions of
negative aspects of this system.
The article explains the auditor system as one of the main forms of financial control.


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə