İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə20/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   16   17   18   19   20   21   22   23   ...   66

AZƏRBAYCAN UNİVERSİTETİ
51

İPƏK YOLU 

2/2014
ümumi maliyyə proqramı ilə üzvi şəkildə əlaqələndirilməsi, ölkənin sosial-iqtisadi inkişaf
planı layihəsinin göstəriciləri ilə əlaqələndirilməsi;
- maliyyə resurslarının ümumi həcminin müəyyənləşdirilməsi, onların ayrı-ayrı nazirliklər,
idarə  və  sahələr,  regionlar  arasında  bölüşdürülməsi,  inkişafa  yönəldilə  biləcək  daxili
resursların həcminin müəyyənləşdirilməsi, təsərrüfat subyektlərinin maliyyə planlarına uyğun
olaraq büdcəyə bütün mənbələr üzrə gəlirlərin daxil olmasının həcminin müəyyənləşdirilməsi
və əsaslandırılması;
- büdcə xərclərinin bütün istiqamətlərinin müəyyənləşdirilməsi və onların məqsədli isti-
fadəsinin  həm  ümumi,  həm  də  büdcə  təsnifatına  uyğun  olaraq  bütün  xərc  növləri  üzrə
həcminin müəyyən edilməsi;
- ümumi maliyyə əlaqələrinin yaradılması, mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş
maliyyələr arasında zəruri nisbətlərin müəyyən edilməsi, maliyyə planlarından hər birinin
geniş  təkrar  istehsalın  tələbatlarının  ödənilməsində,  iqtisadiyyatın  inkişafında  iştirak
dərəcəsinin müəyyənləşdirilməsi;
-  həm ümummilli tədbirlərin, həm də ayrı-ayrı regionların sosial-iqtisadi və mədəni təd-
birlərinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş mərkəzləşdirilmiş pul fondunun dövlət
hakimiyyət orqanlarının sərəncamına verilməsi;
- pul daxilolmalarının və ya maliyyə resurslarının cəlb olunması üçün işlərin təşkili və
yerinə yetirilməsi, iqtisadiyyatın büdcə maliyyələşdirilməsində olan bütün sahələrinin bu
resurslarla təmin olunma imkanının müəyyənləşdirilməsi;
-  büdcənin icrasının gedişinə dövlət maliyyə nəzarətinin həyata keçirilməsi.
Büdcə planlaşdırılması zamanı bir sıra prinsiplərə əməl olunmalıdır ki, onlardan
aşağıdakıları xüsusi qeyd etmək olar:
- büdcə münasibətlərinin demokratikləşdirilməsi – büdcə planlaşdırması zamanı dövlət
büdcəsi və icmal büdcə, yerli büdcələr arasında, həmçinin hər bir səviyyə büdcəsinin daxili
həlqələri arasında qarşılıqlı əlaqələrin nəzərə alınması;
- bütün maliyyə planları arasında büdcə planlaşdırmasının prioritet əhəmiyyətə malik ol-
ması;
- büdcə planları sisteminin vəhdəti – büdcə planları həm gəlir, həm də xərc hissələri üzrə
razılaşdırılmış olmalıdır;
- büdcə təyinatlarının və öhdəliklərinin direktiv və məqsədli xarakteri;
- büdcə planlaşdırılmasının ölkənin və regionların sosial-iqtisadi inkişaf planları ilə üzvi
şəkildə əlaqələndirilməsi.
Ədəbiyyat:
1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu (2 iyul 2002), Bakı-
Qanun 2002. 
2. Dövlət büdcəsinin tərtibi və icrası qaydaları”nın təsdiqi haqqında Azərbaycan Res -
publikasının Nazirlər Kabinetinin 75-№-li Qərarı, 24 may 2004-cü il.



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
52
3. Баранова Л.Г., Врублевская О.В. и др., «Бюджетный процесс в РФ» –  М.: Изда-
тельство «Перспектива»: ИНФРА - М, 2005 г.С.158.
4. Финансы. Денежное обращение. Кредит: Учебник для вузов /  Дробозина Л.А. ,
Л.П. Окунева, и др.; М.: Финансы, ЮНИТИ, 1997. -  С. 208.
Резюме
ПРИНцИПы ОРГАНИЗАцИИ БЮДЖЕТНОГО ПРОцЕССА 
В УСЛОВИЯх РыНОЧНОЙ ЭКОНОмИКИ
Рашад мУРАДОВ
Диссертант Академии Государственного Управления
при Президенте Азербайджанской Республики
Отзыв: д.э.н, проф., Дуньямалы Велиев
Ключевые слова: бюджет, бюджетная структура, бюджетная система, бюджетный
процесс, единая правовая база, единая денежная система, годовой бюджет
В статье со стороны автора дается информация о двух формах, различающих бюд-
жетную структуру. Указываются основные принципы, которые затрагивают взаимодея-
тельность участников бюджетного процесса и взаимозависимость бюджетов в период
организации бюджетного процесса.
В статье также рассматриваются основные задачи бюджетного процесса в Азербай-
джанской Республике. 
Abstract
ORGANISAtIONAL PRINCIPLES OF BUDGEt PROCESS IN tHE MARKEt
ECONOMy
Rashad MURADOv 
Ph.D student of  the Academy of Public Administration under the   
President of the Azerbaijan Republic
Reviewer: doctor of economics, prof., Dunyamali veliyev
Key words: budget, budget structure, budget system, budgeting process, a single legal
base, a single monetary system, the annual budget
The author  provides information about  the two different  forms  of the structure of the
budget in the article. During the budget forming process  mutual dependence of the budgets
and the basic principles that reflect the mutual activities of the participants in the budget
process are shown in the article.
The article also shows the main tasks of the budgeting process in Azerbaijan  Republic.


AZƏRBAYCAN UNİVERSİTETİ
53

İPƏK YOLU 

2/2014
İCARƏyƏ vERİLMİŞ ƏSAS vƏSAİtLƏRİN
UÇOtUNUN XÜSUSİyyƏtLƏRİ
Şahraz İBRAHİMOv 
AMEA “Makroiqtisadi inkişaf və iqtisadi artım”şöbəsində  aparıcı elmi işçi, dos.
Esmira KAZIMOvA 
Azərbaycan Universiteti, baş müəllim
Rəyçi: i.e.n. Zaur Əhmədov
Açar  sözlər: icarə, icarə müqaviləsi, icarəyə   verən,  icarədar,  icarə  uçotu,  uzunmüd-
dətli   icarəyə  verilmiş əsas  vəsaitlər, uzun  müddətə  icarəyə  götürülmüş   əsas  vəsaitlərin
uçotu,  cari  icarə  uçotu
Bazar  iqtisadiyyatı  şəraitində  geniş yayılmış   iqtisadi  əlaqələrdən   biri  də əsas  və-
saitlərin  icarəyə  verilməsidir. İcarə  dedikdə  torpağa,  digər  təbii  ehtiyatlara,  müəssisələrə
və  ayrıca  götürülmüş  komplekslərə,  habelə   müstəqil təsərrüfat  və  digər   fəaliyyət   üçün
lazım  olan   əmlaka  müqavilə  əsasında,  əvəzi   ödənilməklə müddətli  sahib  olmaq və
bunlardan   istifadə  etmək   başa  düşülür.  İcarəyə  xalq  təsərrüfatının  bütün  sahələrində,
mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  əmlak  növləri üçün icazə verilir.  Respub-
likamızda icarə  münasibətləri “İcarə  haqqında” Azərbaycan Respublikası Qanunu ilə   tən -
zimlənir.   
İcarəyə  verilən  əsas  vəsaitlər  Azərbaycan Respublikası  “Mühasibat  uçotu  haqqında”
Qanun tələblərinə  uyğun  olaraq  icarəyə  verən  və  icarədar  tərəfindən uçota  alınır. İcarə
müqaviləsinə    uyğun  olaraq, icarəyə  verən   icarəyə  verdiyi  əmlakı  öz  balansının  əsas
vəsaitlər  bölməsində  qeyd  edib uçotunu  aparır,   icarədar  isə icarəyə  götürdüyü  əmlakı
öz  balansının  əsas  vəsaitlər  bölməsində   qeyd edir  və  uçotunu  aparır. Müasir  iqtisadi
şəraitdə əsas vəsaitlərin  uçotunun  aparılması  xüsusiyyətləri  mühüm  əhəmiyyət  kəsb edir.
son  illərdə  təsərrüfat təcrübəsində icarə  münasibətləri  geniş   yayılmışdır. Bu da  onunla
əlaqədardır  ki,  bir  çox  müəssisələrin,  xüsusi  ilə  yeni  yaradılan müəssisələrin maliyyə
imkanları  yaxşı olmadığına  görə ilkin  dövrlərdə  binaları,  qurğuları,  maşınları,  avadan-
lıqları,  nəqliyyat  vasitələrini icarəyə  götürməklə  fəaliyyətə başlayırlar. Yeni  yaradılan və
maliyyə  imkanları    zəif    olan  müəssisələr  (firmalar,  kompaniyalar)  icarə  münasibətləri
hesabına öz  fəaliyyətlərini  yaxşılaşdırır  və   inkişaf  edirlər.
İcarə münasibətləri  zamanı   tərəf  kimi   icarəyə verənlər və   icarədarlar  çıxış edirlər.
Xüsusi  əmlak   hüququ   ilə  əmlaka sahib  olan  və ya  qanunvericiliklə  əmlakın  sərancam
vericisi   kimi   çıxış  edən   hüquqi  və  fiziki  şəxslər   icarəyəverən (icarəçi),   hər  hansı
hüquqi    və  fiziki   şəxs  icarədar  ola  bilər.  Əsas  vəsaitlərin   icarə    formalarını  belə  təs-
nifləşdirmək   olar:
- bütövlükdə   müəssisənin icarəsi (icarə  müssisəsi);  
- ayrı-ayrılıqda sexlərin,  istehsal  binalarının, istehsal  sahəsinin  və   digər   sahələrin
icarəsi (təsərrüfatdaxili    icarə  podratı);


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə