İQTİsadiyyata giRİŞ


Mövzu № 3. İqtisadi inkişaf



Yüklə 163,52 Kb.
səhifə4/11
tarix23.12.2023
ölçüsü163,52 Kb.
#154445
1   2   3   4   5   6   7   8   9   10   11
Iqtisadiyyata giris Proqram

Mövzu № 3. İqtisadi inkişaf

İqtisadi nəzəriyyənin baza kateqoriyaları. Resursların məhdudluğu və tələbatların sonsuzluğu problemi.


İqtisad elminin təkmilləşdirilməsinin zəruriliyi. İqtisad elminin başqa elmlərlə əlaqəsi.
İqtisadi tələbatlar və onların təsnifatı. İqtisadi nemət, məhsul, xidmətlər. İqtisadi resurslar və onların növləri. İqtisadi seçim. Alternativ xərclər.
Təsərrüfat fəaliyyəti. Əmək prosesinin sadə momentləri: əmək, əmək predmetləri, əmək alətləri, əmək vasitələri. Əmək bölgüsü, kooperasiya, ixtisaslaşma. İctimai istehsal və təkrar istehsal. İctimai məhsulun hərəkətinin mərhələləri: istehsal, bölgü, mübadilə, istehlak. Məhsul­dar qüvvələr və istehsal münasibətləri.
İstehsalın əsas amilləri: əmək, kapital, torpaq, sahibkarlıq qabiliyyəti. İstehsal funksiyası. İstehsal amillərinin qarşılıqlı əvəz olunması və səmərəli istifadə edilməsi.

Mövzu № 4. İqtisadi resursların təsnifatı və xüsusiyyətləri.

Təlabat anlayışı, təlabatların sonsuzluğu məsələsi, resursların məhdudluğu şəraitində sonsuz təlabatların ödənilməsi, təlabatın formaları, təlabatların ödənilməsi ardıcıllığı, maddi və mənəvi təlabatlar, istehsal-bölgü-mübadilə-istehlak sferasında təlabat. Sərvət anlayışı və onun növləri, milli sərvət anlayışı və onun tərkibi, nemət anlayışı və onun sərvətdən fərqlənməsi, iqtisadi nemətlər və qeyri-iqtisadi nemətlər, maddi və qeyri-maddi nemətlər, istehsal və istehlak nemətləri, xüsusi və ictimai nemətlər. İqtisadi resurslar anlayışı, iqtisadi resursların formaları, istehsal resursları, insan resursları, maliyyə resursları, təbii resurslar, resursların qarşılıqlı əvəzlənməsi, resursların bölgüsündəki qeyri-bərabərlik.


İstehsal prosesinin baş verməsi üçün zəruri olan resurslar, resurslara görə istehsal imkanlarının qiymətləndirilməsi, resursların məhdudluğuna görə iqtisadi seçimlərin edilməsi, alternativ resurs potensialının dəyərləndirilməsi. Resurslardan istifadə də səmərəlilik amili, tükənən və bərpaolunan resurslar, təlabatın artması qanunu, gəlirlərin artması qanunu və təlabat, cəmiyyətin texnoloji inkişafı və təlabat, yeni məhsullara yaranan təlabat və onların ödənilmə ardıcıllığı, istehsal və təlabatın qarşılıqlı təsir əlaqələri.

Yüklə 163,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə