İQTİsadiyyata giRİŞ



Yüklə 163,52 Kb.
səhifə2/11
tarix23.12.2023
ölçüsü163,52 Kb.
#154445
1   2   3   4   5   6   7   8   9   10   11
Iqtisadiyyata giris Proqram

Fənnin məqsədi. Odlar Yurdu Universitetində “İqtisadiyyata giriş” fənninin tədris olunmasında əsas məqsəd tələbələrə iqtisad elminin ümumi anlayışları, kateqoriyaları, qanunları ayrı-ayrı xüsusi əhəmiyyət kəsb edən problemləri və mövzuları haqqında anlayışlar və ümumi nəzəri bilikləri öyrətməkdir. Belə ki, iqtisadi hadisə və proseslər çox çevik və dəyişkəndir. Hazırki dövrün iqtisadi reallıqları surətlə dəyişir, yeniləşir, bazar münasibətləri iqtisadiyyatın hər bir sahəsində üstünlük təşkil edir. Həmçinin Azərbaycan iqtisadiyyatı surətlə və əsaslı şəkildə dəyişir, inkişaf edir. Məhz belə bir şəraitdə cəmiyyətin iqtisadi həyatında baş verən iqtisadi hadisə və prosesləri dərk etməkdə, Azərbaycan Respublikasının bazar iqtisadiyyatı sisteminə keçdiyi bir iqtisadi təfəkkürə kifayət qədər malik olmaq aktual əhəmiyyət kəsb edir.
Fənnin vəzifəsi. Cəmiyyətin həyatının əsasını təşkil edən iqtisadi, sosial, biznes, xidmət sferasının fəaliyyəti, inkişafı, tənzimlənməsi, iqtisadi hüquqi əsasları, qiymət mexanizmi, insan resurslarının idarə olunması, proseslərin idarə olunmasında iqtisadi üsullardan və vasitələrdən istifadənin əsasları haqqında ümumi prinsipləri, qaydaları reallaşdırmanın dövlət və bazar mexanizmini öyrədir.
Fənnin kompetensiyası. Tələbələr ölkə iqtisadiyyatının fəaliyyəti strukturu, inkişaf dinamikası, sosial-iqtisadi proseslərin tənzimlənməsinin prinsipləri, yolları, hədləri, istiqamətləri və meyarları haqqında kifayət qədər biliklərə malik olacaq, bu fənni öyrəndikdən sonra bakalavrlar milli iqtisadiyyatın makro, mezo, mikro səviyyədə strukturu, inkişaf istiqamətləri, kompleks vəzifələri, onlara təsir edən amillərin qiymətləndirilməsi və təkmilləşdirmənin əsas yollarını biləcəklər.
Fənnin mənimsənilməsi nəticəsində tələbə bilməlidir:
İqtisad elminin inkişafının əsas mərhələlərin, iqtisadi nəzəriyyənin predmeti və metodu, iqtisadiyyatın əsasları, iqtisadiyyatın əsas ünsürləri və baza kateqoriyaları, iqtisadi seçim, iqtisadi sistemlər, qarışıq iqtisadiyyat, milli iqtisadiyyat, iqtisadi institutlar və mülkiyyət, bazar və bazar iqtisadiyyatı, bazar iqtisadiyyatı subyektlərinin ümumi səviyyəsi, bazarın sistem yaradan elementləri: əmtəə və pul, bazar mexanizmi: mahiyyəti, əsas elementləri və qanunları, bazar iqtisadiyyatında ev təsərrüfatı, dövlət və iqtisadiyyat, dövlət maliyyəsi, iqtisadi artım və makroiqtisadi qeyri-sabitiik, iqtisadi siyasət, Azərbaycan iqtisadiyyatı: vəziyyəti və perspektivləri, dünya təsərrüfatı
Bacarmalıdır:
İqtisadi məktəblərin fundamental konseptlərini başa düşmək və muasir fikir və yanaşmaları şərh edə bilmək, iqtisadi sistemləri müqayisəli təhlil etməyi bacarmaq, fərqli rəqabət sistemlərindəki bazarların xüsusiyyətlərini, müxtəlif bazar tiplərində firmaların fəaliyyət mexanizmini, qarşılıqlı əlaqələrin fərqli senarilərini bilmək, iqtisadi inkişafın ən vacib nazəriyyələrini mənimsəmək, faktları və bu istiqamətdə mövcud iqtisadi siyasi baxışları təhlil edə bilmək, əmək bazarının fəaliyyətini və ona xas olan elementləri təhlil edə bilmək, iqtisadiyyatda dövlət sektorunun rolu, sosial sahələr üzrə dövlət siyasətinin əsaslarına, inklüziv sosial-iqtisadi siyasəti təhlil etmək, iqtisadi siyasətin məqsədləri və alətləri ilə əlaqəli anlayışları dərindən başa düşmək, iqtisadi nəzəriyyənin əsaslarını, müəssisə və fərd səviyyəsindəki davranışları, əsas sosial iqtisadi göstəriciləri, problemləri və prosesləri təhlil etmək, iqtisadi məlumatları təhlil etmək və proqnozlaşdırmanı bacarmaq, milli iqtisadiyyatın sosial-iqtisadi göstəricilərin dinamikasını; iqtisadi siyasətin əsas konturlarını bilmək, təhlil aparmağı bacarmaq, milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına, iqtisadiyyatı regional və sektorial olaraq təhlil etməyi bacarmaq.


Yüklə 163,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə