İran İslam İnqilabının rəhbəri cənab Ayətullah Xamenei


Qadın – zavodların fəallığında ucuz işçi qüvvəsi



Yüklə 1,54 Mb.
səhifə66/77
tarix06.05.2018
ölçüsü1,54 Mb.
#42356
1   ...   62   63   64   65   66   67   68   69   ...   77

Qadın – zavodların fəallığında ucuz işçi qüvvəsi


Qadın şəxsiyyətinin qurucu dəyərlərinə yenidən baxışda son onillərdə özünün qərəzli və səhv siyasətləri ilə qadınları təhqir etmiş şəxslər əleyhinə iddianamə sadir olmalıdır. Qərb mədəniyyəti və onun başçıları bu işdə müttəhimdirlər. Qərblilər o zaman qadın hüquqları fikrinə düşdülər ki, öz zavodlarının fəallığında qadınların ucuz işçi qüvvəsinə və siyasət səhnəsində onların səsinə ehtiyacları oldu.

"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

Qadın - Qərb kapitalizminin qazanc vasitəsi


Bütün mövzular kimi qadın mövzusu da uzun illər boyunca dünyada və dünyanın informasiya vasitələrində bütün insan dəyərləri alverçilərinin əlində maya olmuşdur. Nə qadın üçün, nə insan üçün, nə insan ucalığı üçün pulla hesablanandan başqa bir dəyər tanıyan şəxslər təəssüf ki, Qərbin bugünkü sivilizasiyasında bütün sahələrdə mühüm rol ifa edirlər. Qadın məsələsini də özləri üçün müxtəlif meydanlarda bir sərmayə və qazanc vasitəsi formasına salmışlar. Onun barəsində söhbət edirlər, mədəniyyət formalaşdırırlar, təbliğat aparırlar, bütün dünyanın kişi və qadınlarının beyinlərini böyük bir vəsvəsə və azğınlığın iki yol ayrıcında qoyurlar.

Qadınlarla görüşdə çıxışdan; 20 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

Qadının həqiqi şəxsiyyətinə və hörmətinə Qərbin diqqətsizliyi


Müsəlman İran xalqı Qərb mədəniyyətini bəyənmir, o mədəniyyətlə uyğunluğu yoxdur. Biz düşünürük ki, onlar qadınları müdafiə adı ilə apardıqları təbliğat hiylələrinə rəğmən, qadınlar üçün həqiqi şəxsiyyət və hörmət tanımırlar.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 23 noyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Qərb və riyakarcasına qadın hüquqlarını müdafiə şüarı


Münafiq və riyakar bir simada insan hüquqları, azadlıq, terrorizmlə mübarizə, qadın hüquqlarını müdafiə və bu kimi xoşagələn şüarlar verirlər. İslam Respublikası əleyhinə qadın hüquqları adı ilə elə bir halda təbliğat aparırlar ki, amerikalı qadın ailədə və iş yerində təcavüzə, sui-istifadəyə və təhqirə məruz qalır.

Həzrət Ayətullah Xameneinin əzəmətli Həcc konqresinə müraciətindən: 3 aprel, 1999

Keyhan qəzeti

Qərbdə qadın azadlığının yalnız şüar olması


Onillərdir ki, dünyada qadın hüquqları şüarı verilir. Bir neçə il bundan öncə Qərbdə qadınlar hətta ən sadə ictimai hüquqlardan məhrum idilər. Qadınlara aid çox sayda təşkilatlar yaradıldı. Qadınla bağlı çox müzakirələr başlandı. Dünyanın görkəmli qadınlarının bəziləri də siyasi-mədəni sahələrdə yüksək dərəcələrə çatdılar. Bu məsələ dünyada qadın probleminin həllinə dair fikir formalaşdırmışdır. Qadınların cəmiyyətin müxtəlif sahələrində heç bir qoruyucu fasilə və hicab olmadan kişi ilə yanaşı fəaliyyət göstərməsi bu düşüncəni təsdiqləmişdir. Lakin bu təbliğata rəğmən, əgər biz bəşər cəmiyyətlərinin, o cümlədən sivil cəmiyyətlərin dərinliyinə varsaq, görərik ki, həqiqət belə deyil və qadın bu gün yenə də tarixin məcburi zülmü altındadır.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 28 yanvar, 1989

Risalət qəzeti

Qərbdə qadın azadlığı adı altında qadın və kişinin qarışması


Qərbdə azadlıq adı ilə qadınlara veriləni biz azadlıq kimi qəbul etmirik. Bunu azadlıq adlandırmaq olmaz. Bu qadın və kişinin qarışmasıdır. Qadın üçün əsas problemi onun kişi ilə qarışması deyil. Qadının əsas problemi budur ki, şəxsiyyəti qorunmaqla və təbii quruluşu nəzərə alınmaqla, onu təbii hüququndan məhrum etməyək.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 29 yanvar, 1989

Əbrar qəzeti

Qərbdə qadın və kişinin azad əlaqəsi - qadına böyük zülm


Qərbdə insanları çaşdıran bir məsələ var. O, budur ki, cəmiyyətdə qadın və kişi ictimai rəftarlar baxımından bir-biri ilə fərqlənmirlər. Yəni hər hansı bir kişi bir məclisə daxil olub salam verdikdən sonra o cəmiyyətin üzvü olursa, qadın da asanlıqla oraya daxil olur və onların birinə çevrilir. Yəni qadınla kişi arasında bu baxımdan heç bir ayrıseçkilik salınmır. Diqqət yetirdinizmi, bu hamını çaşdırır. Adam görür ki, bu yaxşı bir haldır. Hamı bu haldan razıdır. Hətta məntiqi dəlillərlə bununla müxalif olanlar da görürlər ki, pis bir şey deyil. Bir toplumda bir-birlərinə yad adam kimi baxmırlar. Evə daxil olub bir-birinə salam verən və birgə yaşayan bacı və qardaş kimidirlər. Qərbdə qadın və kişi bir-biri ilə belə rəftar edir. Bu, ilk baxışdan və zahiri cəhətdən müsbət bir məqamdır. Lakin bunun yanında çox mənfi məqamlar vardır... Qətiyyətlə deyə bilərik ki, burada zülm olunan tərəf qadındır. Çünki bu qadının həyat yoldaşı olan kişinin çox qadınlarla çərçivəsiz və ya seksual əlaqəsi var. Onlarla, öz ailəsi ilə ən kiçik həddə belə olmayan isti və səmimi münasibət qurur. Bu, qadın üçün böyük zərbədir.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Qərbdə qadın və kişinin azad münasibətləri - aldadıcı və yanlış bir əməl


Qərblilər rəftar və münasibət baxımından qadın və kişi arasında fərq görmürlər. Bu işin zahiri aldadıcı, batini isə mənfi və səhvdir. İslam qadın və kişi arasında hicabı və bu sahədə bəzi məhdudiyyətlərə riayət etməyi zəruri bilir. Lakin qadına qarşı zülmlə və qadınlardan Qərb ölkələrində, xüsusən Amerikada və bəzi Avropa ölkələrində qat-qat və kəskin formada mövcud olan zalım istifadələrlə mübarizə aparır.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 5 avqust, 1996

Salam qəzeti

Kişinin qadından həzz almaq azadlığı


Qərblilərin kişini birinci saymalarının əlamətlərindən biri budur ki, qadını kişi üçün istəyirlər. Buna görə deyirlər ki, qadın, kişinin ləzzət alması üçün bəzənməlidir. Bu, kişi hökmranlığıdır. Bu, qadın azadlığı deyil. Bu, əslində kişi azadlığıdır. Onlar kişinin azad olmasını istəyirlər. Hətta kişi gözünün ləzzət alması üçün qadını onun qarşısında hicabsızlığa və bəzənməyə həvəsləndirirlər. Əlbəttə, qədim dövrlərdə Allah dinində olmayan cəmiyyətin çox kişilərində də bu növ eqoizm mövcud olub və indi də var. Qərblilər bunun ən bariz nümunəsidirlər. Deməli, qadının mütaliəyə, elmə və tədqiqata sarı hərəkət etməsi və s. bu kimi şüarlar yalnız qadınların arasında ciddi sayılmalıdır.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə