İrəliləmə hərəkətinin kinematikası Abdullayev Kamran Vüqar oğlu p L a n



Yüklə 285,52 Kb.
səhifə5/6
tarix22.04.2023
ölçüsü285,52 Kb.
#106682
1   2   3   4   5   6
İrəliləmə hərəkətinin kinematikası

Düzxətli trayektoriya
İstənilən bərabər zaman fasilələrində bərabər yol gedən və bu halda trayektoriyası düz xətt olan cismin hərəkətinə, düzxətli bərabərsürətli hərəkət deyilir.
Cismin yerdəyişməsinin bu yerdəyişməyə sərf olunan zamana nisbətinə bərabər olan vektorial fiziki kəmiyyətə, düzxətli bərabərsürətli hərəkətin sürəti deyilir: 



Düzxətli bərabərsürətli hərəkət edən cismin sürətinin proyeksiyası bu cismin yerdəyişməsinin proyeksiyasının zamana olan nisbətinə bərabərdir:

Sürət – vektorial kəmiyyətdir, 
ölçü vahidi: 
.
ölçü cihazı spidometrdir.
Sürətin istiqaməti cismin hərəkəti istiqaməti ilə üst-üstə düşür.
Düzxətli bərabərsürətli hərəkətdə sürət həm istiqamətcə, həm də ki qiymətcə sabit kəmiyyətdir: 


.

Düzxətli bərabərsürətli hərəkətdə cismin yerdəyişməsi sürətin zamana olan hasilinə bərabərdir:



Düzxətli bərabərsürətli hərəkətdə cismin yerdəyişməsinin proyeksiyası sürətin proyeksiyasının zamana olan hasilinə bərabərdir:
S= υx∙t.
sx=x–x0 düsturunu  düsturunda yerinə qoyaraq alırıq:



Düzxətli bərabərsürətli hərəkət edən cismin sürəti, bu cismin koordinatının dəyişməsinin zamana nisbətinə bərabərdir.
Əgər cisim X oxu istiqamətində hərəkət edirsə, onda onun sürətinin proyeksiyası müsbətdir: υx>0.
Əgər cisim X oxunun əksi istiqamətində hərəkət edirsə, onda onun sürətinin proyeksiyası mənfidir: υx<0.


Əyrixətli trayektoriya
Trayektoriyanın formasına görə hərəkət düzxətli və əyrixətli (xüsusi halda çevrə üzrə) olur. Təbiidir ki, həm düzxətli, həm də əyrixətli hərəkət, öz növbəsində, sürətin ədədi qiymətinin dəyişməsindən, yaxud sabit qalmasından asılı olaraq dəyişənsürətli, yaxud bərabərsürətli olur. Belə hərəkətlər, müvafiq olaraq dəyişənsürətli düzxətli, dəyişənsürətli əyrixətli, bərabərsürətli düzxətli və bərabərsürətli əyrixətli hərəkət adlanır. Qeyd olunanlarla yanaşı hərəkət birölçülü, ikiölçülü və üçölçülü olur. Başqa sözlə desək, hərəkət yalnız bir düz xətt boyunca, müstəvi üzrə, yaxud 3-ölçülü fəzada mümkün olan bütün istiqamətlərdə baş verə bilər.


Yüklə 285,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə