______________Milli Kitabxana_______________
Cığalı Gülgəzin oynaşı deyildimi?! Doğrudu, Lüt Cəfərin Torksini toysuz-
filansız arvad olandan sonra ayağı kəsildi o oynaşın Gülgəz səmtindən. Nolsun?!
Kim silə bilər oynaş adını onun üstündən?!
Sultan Əmirli özü də bilirdi bunu. Mən də bilirdim. Siz də bilirdiniz. Köhnə
bolşeviklərnən Qılınc Qurban da, Təftiş Abbas da. Cəmaatdan təcrid eləmişdilər
uşağı, vəssəlam!
Nə Sultan Əmirlinin otuz dörd il bundan əvvəl elə qəfildən ölməyinin səbəbi
gizlindi, nə də oğlunun indi burda içkiyə qurşanıb Dəli Mədəd - Dəli Aşıq
olmağının səbəbi: sənəd var əldə! Soruşun o dəlidən, atasının sovxasının
cibindən çıxartdığı kağız nə kağızdı?! Atası nə vaxt yazıb onu? Niyə yazıb?
Soruşun. Birinə do cavab verəmməz bu suallarnan. Sualların cavabı bu birisi
dəlidədi. - Xəlvət, cəmaatın arxasındakı boz kostyumlu, arıq, sakit, susqun adamı
göstərdi. - O böyük dəlinin ovcundadı bu sualların hamısının cavabı! Gəlsin
yanaşı dursun Dəli Mədədiynən, baxın görün kimin oğludu Dəli Mədəd?! Sultan
Əmirlinin, yoxsa mənim bu sözlərimə bir kəlmə də etiraz eləmiyən o boz
kəstumlu yoldaşın - Səməd Əmirlinin?! Allah olub, müqəddəs olub hamısı!
Xalqımız da bu yaramaz müqəddəslərin elmini oxuyur, müqəddəs Bağday ölkəsi
yaranacaq deyir!
Üzünə "Tfu" eliyəcəm guya göydən Ün eşidən o yaramazın! Yaxın gəl, ey
özünə "Boq" deyən murdar!" "Bağ" nədi?! "Boq" - Boqdu, İslamın əleyhinədi,
vəssəlam! Odu bax Qubada şeyx Cüneyd məqbərəsində yazılıb: "Aləmimizin
Allahı İsayi məsihdi". Ərəbcədi "İsayi məsih". Əmbə siz öz dilinizdə deyirsiniz:
"Aləmimizin Allahı EySardı". Nə fərqi var, a balam? İkisi də İisus deyilmi?! Rus
kömək elədi, imam Xomeyni gəldi hakimiyyətə, siz də ona baxıb iştaha
düşdünüz! Rus - Rusdu, dünyanın yiyəsidi, bə siz kimsiniz?! Odu bax Bakının
Zirəsində üzünüzə açıq deyirlər: "Türk oğlusan, kopək oğlusan!.." Bildinmi
kimsən, ay oynaş?!
Xəlvətin səsi hamını, o cümlədən Səmədi də sehrləmişdi:
- Sultan Əmirli ayaq açdı bizim məhləyə, şəxsən dərs dedi mənə "Muğ",
"Mağ" deyilən Bağlar barəsində, Sibirdə çürüyənlərinizi adbaad dedi. Gördü
gülürəm, o yassar. Abısını çağırdı, dedi: "Rəhim Qudalının özüynən bütün
nəslinin, qohum-əqrəbasının taleyini sənə tapşırıram". Guya diri ikən ölüyük
hamımız, Abı dirildəcək bizi! Mən bilmirəm nə ad verim bu məsxərəyə, ay
cəmaat! Bütün xaçpərəst aləmi düşməndi bu "SafAğ" deyilənə! KPSS, şəxsən
generalnıy sekretar Qorbaçov düşməndi SafAğa. "Yevrey"i EvƏrEy, Torik -
Türk eləyən sehrkar Mağ-
______________Milli Kitabxana_______________
lardan qalıb bu SafAğ elmi! İmam Xomeyni düşməndi İslamı ƏsƏlim eliyən,
Farsı EvƏrƏs eliyən Dəlilərə! Lap açıq deyirəm, biri də səlamət qalmıyacaq bu
Muğ, Mağ, Muğanna deyilənlərdən!
Özünüz deyin, barışarammı mən Əmirlilərnən?! "Muğ", "Mağ" adını biz
yapışdırmışıq bunlara ki, qarısınlar birdəfəlik: Bağ-zad deyillər. Necə yəni
"insanı insana bağlayan Bağ?!" Hünəri var məni bağlasın özünə! Necə yəni
"hamı OdƏrdi?!" Fars - Fars deyil?! Rus - Rus deyil?!
Arazın o tayından şeyx Ağ Əmirnən şcyx Boz Əmirin başsız bədənləri
qəbirdən çıxa minnətə gələ, bu taydan Sultan Əmirli, Mədəd Əmirlisiynən,
Qılınc Qurbanıynan, Lüt Cəfəri-filanıynan bir yerdə qəbirdən çıxa, Bakıdan üzü
bu yana, Gəncədən, Şəmkirdən Demokratların hamısı yığılıb ordu ola yeriyə
üstümə, yenə barışmaram! Sədr Mədədin doxsan illik söhbəti yoxdu burda. Bu
Səməd deyiləni mən gətirtdim Bakıdan. Qudalı cavanlarını mən çağırtdırdım
Moskvadan. Bu səhər bu böyük dəlinin özünə açıq demişəm telefonnan hər şeyi:
Əxlaqsızlığına qurban olmalısan burda! Yoxsa oğulluğunnan onun nezakonnu
Mariyası, qarnındakınnan bir yerdə qurban kəsiləcəklər bir olan Allahımıza!
İmam Xomeyninin tapşırığıdı bu! Din düşmənisiniz siz! Pullarmızı
qaytaracaqlar, ay cəmaat! Kim istəyir qalsın, guya "göylərin pənahında olan
Sim-Od - Səmədin vayını görsün! Qanını qaraltmaq istəmiyəni saxlamırıq.
Mən qurtardım. Dalını "Bircə bala" deyəcək öz "ata əvəzi əmisinə". Görək
necə deyəcək!
Xəlvət şüşəni tıqqıldatdı.
- Çıx! Sultan Əmirlinin qatilini gətirmişəm, - dedi.
Səməd bayaqdan necə susqun dayanmışdısa, eləcə də dayanıb, başını yana
əyib, içəridəki bədbəxtlərə tamaşa eləyirdi.
Heç kəs dillənmirdi. Heç kəs tərpənmirdi. Hamı, o cümlədon Qudalı
cavanlarının qapı ağzında, qaz "peç"inin yanında topa yığnağı da ayaq üstə
qurumuşdu.
Mədəd "Badamlı"sını başına çəkdi. Ayağa qalxıb, barmaqlarının arasında
qızaran siqareti sümürüb külqabına basdı. Stolun dalından çıxıb, qapı ağzındakı
yığnağa baxıb, birbaş şüşə divann üstünə yeridi. Qoşa dəmirlər arasında şüşə
lövhələrdən biri partlayıb töküləndə, çayxana küncünün sazağa qarışan buğu,
tüstü-dumanı içindən Mədəd əvəzində skelet peyda oldu.
Son dörd ayda Abı ilə Çürükdən, "beşmanatlıq aşıqlar"dan və "pyanska
şairlər"dən başqa heç kəsin ayaq basmadığı çayxana küncündə "ələngəyə dönən
bədbəxt"in haqqında nə qədər söz-söhbət
______________Milli Kitabxana_______________
gəzsə də, yaxmlaşmağa cəsarət eləyib, sifətinin bu dərocədə dəyiş-diyini görən
olmamışdı.
Sifət yoxdu, dümağ sal sümük vardı, bir də iki göz; bunu yalnız Marina -
Məryəm, Şöşü, Abı, Çürük, bir də gecələr haralardansa gəlib "Şüşəli"yə doluşan,
"Barev, a musurman! Kef-ahval?" - deyə gülüşən, çiyinləri Kalaşnikovlu
ermənilər görürdülər.
Divarın şüşəsi güllə səsi kimi partlayıb dağılandan sonra cəmaat özünə
gələndə Xəlvət üzü üstə yerə sərilmişdi. Başının dövrəsində şüşə parçalarının
arasına qan axırdı.
Mədədin yaydan əynində olan nazik, boz pencəyinin qollarından da dümağ
sal sümüklər uzanıb çıxdı. Skelet nəhəng, göyümtül əllərinin birini Xəlvətin göy
şivyot kitelinin boynuna, o birini paçasının arasına saldı, dörd ay bundan əvvəl
Abının əlindən yerə düşən kağızı sakitcə götürüb qatlayıb pencəyinin döş cibinə
qoyanda olduğu kimi, öz adi - qalınaraq, cod səsi ilə: - Sən çoxdan leş
olmalıydın, - deyib, "leş"i qaldırıb çinarın gövdəsinə çırpdı.
Skelet yox, Şüşəlinin daimi tüstülü, dumanlı küncündən, "Badamlı"
şüşəsindən div peyda olmuşdu, Xəlvətin yumşaq şivyot içində titrəyən ət
bədənini çinarın gövdəsinə çırpıb, nəfəsini dərib, yenə çırpırdı.
Cəmaatı qan tutmuşdu. Heç kəs tərpənmirdi. Heç kəs dillənmirdi.
Səməd zəif, üzüntülü səslə:
-
Bəsdi, - dedi.
Mədəd Xəlvəti bu dəfə qucağına qaldırdı, aparıb qapı ağzında Qudalı
cavanlarının üstünə atdı.
-
Qoymayın ölməyə. Burda nə olacaqsa, hamısını görməlidi, həqiqətən
barışmalıdı biznən bu adam, - dedi. Sonra "zal"dan hərlənib, həmin küncdə,
qaraltılar arasında oturub, həmincə bədbəxtə çevrildi.
Nə baş verirdi? O qədər də anlaşılmırdı.
Xaş nəçənniklə milisionerlərinin maşınları qıjıltı ilə gəlib çinarın altına
doluşanda diqqət Mədəddən yayındı. Nəçənniklə milisionerlər, lap axırda isə,
çiyni kürklü prokuror Sayılov cəmaata səlam verə-verə Şüşəlinin dal otağına
doluşdular... Bu üçpara kənddə xəbər yayılmışdı ki, Ermənilərlə o səmtdəki Rus
ordusu gecələr Laçını işıqlı güllələrlə atəşə tuturdular. Azərbaycanın ixtiyarında
olan OMON batalyonları isə Laçından o yana işıqlı güllələr atıb, sonra
susurdular. Nə idi bu? Müharibə idisə, niyə deyilmirdi ki, müharibə artıq
başlanmışdı? Şüşəliyə gələn ermənilər sərbəstcə qaqqıldaşırdılar: "Ara, maşk
elayirik eli! Dava
Dostları ilə paylaş: |