İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə164/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   160   161   162   163   164   165   166   167   ...   180

______________Milli Kitabxana_______________

tərəcələrindən  savayı  heç  bir  avadanlığı  olmayan  mülkümüzdə mənlə oturub-

duran sakinləri Çürüklə Xızr Abı da tanımırlar məni.

Dəstanın adı "Sultan və Səməd"di.

Dinlə, əmi!

Adını  daşıdığım əmim  Mədəd Əmirli  də iştirak  eliyəcək  bu  dəstanda,  atam

Sultan Əmirli  ilə birlikdə bədbəxt, əzabkeş  arvadı  Gülgəz  də,  Gülgəzin  Mədəd

adında çağası da. Sənin mələk Torksininlə özün kimi cəngavər oğlunu qatmıram

bura.  Oğlun  Səminin  "dostan"ı  ayrıdı.  "Gizlin  şair"  danışacaq  Səminin  qəm

dəstanını.  Cavanlığınızda  sənə vurğun  Gülbəniz  Çax-çux  qızı  bu  ağbirçək

vaxtında sənlə bərabər sənin oğluna da vurğundu. Onu unutmaq olmaz.

Nə oldu? Niyə diksindin, əmi? İnsan insana vurular, heyvana yox! Gülgəzin

istəkli rəfiqəsi - bacılığı Gülbəniz də insan deyilmi? Niyə gizlədim?! "Sultan və

Səməd"  dəstanında  lap  iynənin  ucu  qədər  də gizlin  şey  qalmamalıdı!  Tam

mənada açıq, çılpaq həqiqət zərbələrilə öldürəcəm səni! Bəs necə?!

Başlayıram.

Burda, Yerdə mən səndən ayrılmışam, əmi. Yetmiş səkkizinci ilin yayında o

dəhşətli  sənədi oxuduğum  gün  yox,  İskəndər  Rumi  adlanan  vəhşinin  basqınları

zamanı,  BağOdEy,  Bağday  ikən  "Maday",  "Midiya"  adlandırılan  vətənimiz

parçalananda ayrılmışam mən səndən... Bir şey başa düşdünmü bu dediyimdən?..

Sən necə, ey millətindən xəbərsiz "Milli Birlik", bir şey başa düşdünmü? Səndən

də o  vəhşinin  basqınları  zamanı,  Bağdayımız  parçalananda  ayrılmışam.  Nə

deyirəm  bu  sözlərlə,  ey  "Birlik?"  Bəlkə OdƏl - həqiqət Əli-filan  deyiləm,

doğrudan da Dəli Mədədəm? Əlbəttə, belə çıxır. Əmma bir həqiqət də var ki, bu

Dəlinin bu qatil əmini bütün varlığı ilə sevən ürəyi var! Və çox qəribədir ki, bu

ürək, bu torpağın sakinləri olan insanabənzər torbalar yığını "Birlik" üzvlərini də

sevir!

Gah təhrif "Qrek"lə qucaqlaşırsan, gah təhrif "Ərəb"lə, gah təhrif Farsla, gah



təhrif  "Rus"la!  Mənə - özünə qılınc  çəkirsən! Əmma  yenə sevirəm  səni,  ey

"Birlik"! Niyə? Biləcəksən...

"Marlbora"lar qızanrdı, tüstü laylarının aralarına üfürülən tüstülər millənirdi.

Səməddən  başqa,  çayxana  küncündə indi  Çürüklə Abı  da,  Qəlyanlı  qocalar  da,

Şöşü  ilə "Pyanıska  şairlər"  də ağlayırdılar.  Xəlvətin  kreslosunun  arxasında,

Sudüşənli ruslar da, Dam direktor da, Nuru müəllim - Çoban Nuru ilə şagirdləri

də,  qaz "peç"indən  sağda,  qapının  ağzında,  divar  dibində Qonaqlılar,  Tahirlilər,

Qurbanlılar da köyrəlmiş,




______________Milli Kitabxana_______________

dolmuşdular.  Hətta,  qaz  peçinin  dalında  papağı  bozaran Əlləzoğlu - Göbələk

Məmiş də pişik asqırtısı kimi "pi, pi" eləyə-eləyə ağlayırdı.

Cürə inildədi. Mədəd cürədən betər inildədi:

- Kimsən  sən,  ey  "Birlik?!"  OdƏrinə niyə "dəri"  dedin?!  BağOd-Ərinə niyə

"Moğdur",  "madər",  "pədər"  dedin?!  Birinci  Aleksandrın  zamanından  indiyə

qədər 

minbir 


yerə

sürülə-sürülə

nəhayət 

gəlib 


Ağdaş 

rayonunda

məskunlaşanlarımız  hətta  "Padar" - dağıdan  deyirlər.  Bağ-OdƏr  bəndələri  ikən

özlərini  də "Padar" - dağıdan  sayırlar.  Bəli,  Ağlıqlarını - SafAğlıqlılarını  bilə-

bilə,  dünya  nemətlərindən  savayı  hər  şeyə tüpürən  "Padar!.."  OdƏrini  öldürüb,

kimlə birləşdin, ey "Padar" "Birlik?!" Bağlarını çarmıxa çəkə-çəkə, EvÜnə "fani"

deyə-deyə özün də fani olmursanmı, yoxa çıxmırsanmı, ey "Birlik?!"

BağOdƏr hara, "Padar" hara, ey Təhrif?!

Üçüncü beyti dinlə:

Bu yoxluqda varlıq Ündür, ey Təhrif,

Ünlə gələn Od sənindir, ey Təhrif,

Yan bu Oda, yox ol qurtar, ey Təhrif,

Bəlkə onda "haray" ƏrEyə döndü!

ƏrEy,  bilirsiniz,  GurOdumuz - vilayətimizdir,  Uca İşıqdır,  Fatehlərin  təhrif

dillərində "Rey"ə,  "Ray"a  döndərildiyi  zamandan  bu  günə qədər  "haray"  təpir,

qışqırır: "EvƏrEy OdƏriyəm  mən!" OdƏr ikən "KiƏr"ə - "kir"ə, "kor"a, "kar"a

döndəriləriimiz  nə "haray"ı  eşidir,  nə də EvƏrEyi  görür, odur  ki,  "sən

məndənsən"  deyən  "Din"lə qucaqlaşır,  "mən  sənin  böyük  qardaşınam"  deyən

"Rus"u  bağrına  basır.  Bu  qucaqlaşmanı  görən  BağMən  isə "məğmun" -

"mağmın" Gizlin şair olub görün necə inildəyir.

"Dü beyti" üstə.

1

Rusla Farsın arasında



Parça-parça vətənim var.

Kimə deyim, necə deyim

İçəridən satanım var?!

"İçəridən satanım" kimdir, cənab "Padar?!" kimə satırsan vətəni?!

"Beyt" - BağOd, ərəbcə "ev", "məkkə" mənasında; burada həm də şerin "yarpağı" mənasındadır.



______________Milli Kitabxana_______________

Aşağı başdakı qara kresloda yapıxmış ət torbasından, şivyot kitelin boş qolu

altından yuxarıya ələm ağacı kimi ağ qol, ağ əl qalxdı.

-

Bura bax ey! Nə çərənnəyirsən?! Sən özünüzdən danışmalısan!



Mədəd,  başını  yana əyib  şerin  dəvamını  gözləyən əmisinə gözucu baxıb,  üzünü

Xəlvətə çevirdi.

Nə ölən kimi ölürəm,

Nə qalan kimi qalıram,

Üzüləndə Saz çalıram,

Belə həya çatanım var.

SimÜndən Ün alan Sazım,

Ünə sadiq qalan Sazım,

A laylay de, laylay,

Sazım, Millət adlı yatanım var!

"Ələm ağacı" yenidən ağardı:

-

Harda qaldı "Sultan və Səməd" dəstanı?!



Mədəd toxtaqlı idi:

-



"Divani" oxuyuram, qanmalısan ki, hələ təzə başlanır dəstanım. Diqqətli ol, - dedi.

Sonra gözlənilməz sözlər dedi:

-

Bir-iki il var ki, təzə söz eşitmisiniz: "Diskoteka". Al-yaşıl işıqlar içində cavan-



cavan oğlanlar, qızlar, dolan, boşalan bakallar, çılpaq bədənlərdə gəzən əllər. Kim gətirib

bunu xaricdən? Nə üçün gətirib, ey "Birlik?" Bu sözləri yadda saxlayın. Keçirəm dəstana:

"Çax-çux Xalıqın daxmasının qabağında palıd kötüyünün üstündə daş-tərəzi görünər-

görünməz,  bütün  kənd  ora  axışırdı  və bu  vaxt Əmirli  nəslinin əzizərköyün  yetirməsi

Səməd də, əmisi Sultanın, yəni rayon partiya  komitəsinin birinci katibi Sultan Əmirlinin

dövlət  "payokun"dan  hər  cür  nemət  dadıb  özünü  kişmiş  acı  saymadığına  baxmayaraq,

dərhal o yığnağa tələsirdi ki,  yığnağın içində qarışıqlıqda Çax-çuxun qızı Gülbənizə göz

vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə

çöməlib,  önlüyünün ətəyini  açıb,  "atasından  çırpışdırdığı"  kişmişi  Səmədlə Gülgəzin

qabağına  tutsun  ki,  Səmədlə Gülgəz  onun - Gülbənizin ətəyindən  kişmiş  yeyə-yeyə,

doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər"

Yəni Əmirli  yeniyetməsi  həm  gələcək  bibisilə sevişirdi,  həm  də gələcək  dostu

Məsimin gələcək arvadı ilə!

Səmədin nəfəsi qaraldı.




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə