İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə165/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   161   162   163   164   165   166   167   168   ...   180

______________Milli Kitabxana_______________

-

Mədəd!.. Sən neynirsən?!



Mədəd,  cürənin  kökünü  dəyişə-dəyişə,  iri,  soyuq  gözlərlə əmisinə baxdı.

Dodaqları əsirdi.

-

Bilirsənmi  kimə himayədarlıq  eləmisən  bu  otuz  dörd  ildə?  Qatil



yetirmisən,  ey  qatil!  Min  dəfə deyəcəm:  "tələsirdi  ki,  Gülbənizə göz vursun!"

Sənin  sabiq  instruktor  yoldaşın,  indiki  sədaqətli  çekist  yoldaşın, raykom  katibi

Məsim  Qonaqlı  Çax-çuxun  qızı  Gülbənizin  göbəkkəsmə nişanlısı  deyildimi?

Niyə göz vururdun o pak, o gül bənizli Gülbənizə?!

Hiss  eləmirdinmi,  qəşəngcə başa  düşmürdünmü  ki,  səndən  ötrü  ölürdü o

bədbəxt?!  Gülgəzi  bacılıq  tutmuşdu  ki,  sənə yaxın  olsun,  Gülgəzlə sən "bir-

birinizin üzünüzə tamaşa eliyəndə o da sənə tamaşa eləsin!" Başa düşmürdünmü

ki, Məsimə ərə gedəndə ürəyi sənin yanında qalacaq, Məsimi qucaqlayanda səni

qucaqlayacaq?!  Göz  vura-vura  xəstələndirdiyin  o  bədbəxt  zənənə də dərs

demisən, "Vərəsə" vermisən ki, bətni dəyişsin, saflaşsın, cismani ehtirası SafAğ

İnsan məhəbbətinə dönsün.

Gözəl  niyyətdi! Əlbəttə,  uca  məqsəddi! Əmma...  Gözəl  niyyətin,  uca

məqsədin də düşüncəsizlikdən deyilmi?! Əməli də bətni kimi qəhbə zənən necə

saflaşa bilər, əmi?!

Zalda taraqqa-taraq düşdü.

Bütün Qudalılar, Gülənlilor ayağa qalxıb hiddətlə çaxnaşırdılar.

-

Bu nə dəstandı?



-

Kim ixtiyar verib sənə cəmaatı təhqir eləyəsən?

-

Alnına güllə istəyirsən?!



Qudalılarla  Gülənlilərin  ardınca  Qonaqlılar,  Tahirlilər,  Qurbanlılar  da  ayağa

qalxdılar. Zalın o başında, qara dəri kresloda Xəlvət, zalın bu başında, qara dəri

kresloda Səməd nə halda idilərsə, indi Mədəd özü də demək olar ki, o halda idi:

nəfəsini çiynindən alırdı.

-

"Qəhbə" dedim, pis dedim. "Təbrif insan" deyərdim əvvəllər, yəni Elmi



terminlə danışardım,  etika,  pərdə gözləyərdim.  Siz  də razı  qalardınız,

ustadlarının da...  Təkrar  eləyirəm,  yoxdu  daha  o  OdƏl - həqiqət Əli  Mədəd.

Yoxdu!.. Sazla, sözlə deyək fikrimizi, bəlkə müvəqqəti də olsa dirildək Od Əlini.

Cürə inildədi.

-

Gizlin şairin bayaqkı sözlərini bir də eşidin. "Zarıncı" ustə:



Təhriflər  içində içim  yanmaqdan  Özü  SafAğ,  bəxti  qaraya  döndüm.  Ağrılan

ürəyimə salmaqdan içimdə qövr edən yaraya döndüm.




______________Milli Kitabxana_______________

Aşkar olammadım, bəmimdə qaldım,

Bəmimdə qocaldım, bətnimdə öldüm,

O gündən də "vəhy" - EvEydən Ün aldım,

"Mən yoxam" qışqıran haraya döndüm.

Bu yoxluqda varlıq Ündür, ey Təhrif,

Ünlə gələn Od sənindir, ey Təhrif,

Yan bu Oda, yox ol qurtar, ey Təhrif,

Bəlkə onda "haray" ƏrEyə döndü!

Lap azacıq şərh dinləyin.

- OdÜnsüz  "Din"in  'Vəhy"ə döndərdiyi  EvEy  təhrif  dildə "Allah"ı-mızın -

ƏlAğımız EySarın Uca Evidi. OdAğÜzdən Ün göndərənlərimiz EvEyin adından,

EySarımızın  adından  göndərirlər.  Kiminin  bətni  bir  başa  Ünlə dəyişir,  saflaşır,

Əbədilər dünyasına - Kainata layiq olur. Bətnən - daxilən, irsən qəhbə insan isə,

əməlində də qəhbə olduğuna  görə,  nə qədər  məlumat  alsa  da,  iztirab  içində

boğulub,  yalnız  fikrən  nisbi  saflaşıb,  cismində - bədənində titrəşən,  ehtiraslı

hüceyrələrin əsirliyində,  ehtiras əsirliyində qalır.  "Ruh"dan - ƏrAğdan - SafAğ

İşıqdan  məhrum  olur  və bildiyiniz  kimi,  OdƏrBağdan  yox,  "torpaq"dan,  yəni

təhrif sözdən - təhrif şüurdan yarandığına görə "torpaq"a gedir...

Hoppanışmayın daha!

Oturun!  Heç  kəsnən  yumruqlaşmıyacam.  Kalaşnikovlar  da  susmalıdır!  Mən

qorxmuram ölümümdən. Siz - qorxanlar ehtiras xəstələrisiniz.

Susun!

Nə Məsim  Qonaqlının  düşməniyəm  mən,  nə Səməd Əmirlinin,  nə də sizin.



Eyni  zamanda  Məsim  Qonaqlının da  düşməniyəm,  Səməd Əmirlinin  də,  bütün

Qudalıların,  Gülənlilərin  də.  Yumruqla  yox,  Kalaşnikovla  yox,  həqiqətimlə

öldürəcəm  sizi.  Bu  pavilyondan  heç  kəs  səlamət  çıxmıyacaq.  Ata əvəzi əmim,

himayədarım,  Alimim,  Tədqiqatçım,  fəxrimlə birgə hamınızı  öldürəcəm!..

Müharibə illərindən  bu  vaxta  qədər  üçpara  kəndin  xidmətində olan,  müqəddəs

saydığınız,  istəkli  şəfqət bacınız  Sestrayla əri  Dam  direktor  da  daxil  olmaqla,

bütün  Rus  məhləsinin,  bütün  Qonaqlıların,  Tahirlilərin,  Qurbanlıların  paxırını

açıb tökəcəm.

Adam  öldürməyə,  qırğın  salmağa  yığmamısanmı  sən  bizi  bura,  Xəlvət?!

Arzunu  yerinə yetirəcəm. "Qıyma-qıyma" öldürəcəm hamını!  Lap axırda  növbə

sənə çatacaq. Səlamət qalmaq istəyirsənsə, dur çıx get.

Hamıya deyirəm: getmək istəyən varsa, getsin...

Heç kəs tərpənmədi. Heç kəs dillənmədi.



______________Milli Kitabxana_______________

Mədəd  tərli,  soyuq əllərini  yaylıqla  silib,  stəkana  "Badamlı"  töküb  başına

çəkdi.  Sonra  "xrustal"  qədəhi əmisinin  tərli əlindən  alıb  içdi.  Tələsmədən,

cürənin  kökünü  dəyişə-dəyişə,  çayxana  küncünü  zaldan  ayıran  "pomost"un -

taxta səhnəciyin qırağına doğru yeridi:

-

Mən də daxil olmaqla, hamımızı soyuq tər basıb. Nəfəsimiz çatmır.



Burulğana düşəndə, sarsmtıdan, stresdon boğulanda belə olur adam...

Dəstanı davam etdirirəm:

"O  üç  nəfər- iki  qız  və bir  oğlan  bu  fikirdə idi  ki,  Çax-çux  Xalıqm  kişmişi

təkcə onların  ağzını  şirin  eləmişdi.  Çünki  Gülbəniz  Səmədi  sevirdi,  Səməd

Gülgəzi  sevirdi,  Gülgəz  isə hər  ikisini  sevirdi,  buna  görə də hər  üçünün  könlü

şaddı, ağızları da şirin.

Səmədin  gur  qara,  deyilənə görə,  mərhum  anası  Suranın  saçlarına  oxşayan,

dalğah saçları Gülbənizin ətəyinə doğru sallananda, o biri tərəfdən Gülgəzin qara

cığaları sallanırdı. Bu vaxt Gülbəniz qısqanclığını gülüşlə, zarafatla gizlədirdi:

-

Ey,  ey,  saçlarınız  görüşdü! - deyib  bir əlilə Gülgəzin,  o  biri əlilə



Səmədin başını dala itələyirdi.

Gülgəzin əli bir yandan Gülbənizin önlüyünün ətəyinə uzananda, Səmədin əli

də o biri yandan uzanırdı. Bu vaxt Gülbəniz yenə hər şeyi zarafatla gizlədirdi:

-

Ey, ey, əlləriniz görüşdü! - deyib bir əlilə Gülgəzin, o biri əlilə Səmədin



əlini  dala  itələyirdi.  Sonra  saçların, əllərin  görüşü  təkrar  olunub,  "dizlərin

görüşü", "ayaqların görüşü" də bunun üstə gəlib, hər üçünün arasında sehrli uşaq

oyununa çevrilirdi və kişmiş qurtarana qədər bu oyun davam edirdi".

Nədi bu?! Nə oyundu bu?!

On  yeddicə yaş Əmirli  nəslinin əziz-ərköyün balası Səmədimin. On  yeddicə

yaş Qudalılar  nəslinin əziz-ərköyün  balası  Gülbənizin,  Məmiş Əlləzoğlunun -

Göbələk Məmişin zərifcə, balaca "Qaraçı qızı" - cığalı Gülgəz hələ lap körpəcə

qıza oxşayırdı. Və bu kişmiş oyununu o qədər də anlamırdı.

Görün, xəlvətə çəkilib kişmiş yeyə-yeyə necə şirin-şirin oynayırddar! Görün

nə qəşəngdilər,  nə gözəldilər!  Necə saf  mələkdilər!  Çax-çuxum  da,  Çax-

çuxumdan kişmiş almaqdan ötrü növbəyə duran Qonaqlılarım da, hamılıqla göz

yumurlar,  özlərini  görməzliyə vururlar  ki,  mələk  balalarının kişmiş  yeyə-yeyə,

əl-ələ, saç-saça, diz-dizə verib oynaşsınlar!



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə