İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə168/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   164   165   166   167   168   169   170   171   ...   180

______________Milli Kitabxana_______________

nin  özülü  yoxdu;  "Ye,  dadlıdı".  Budur  özül!  Bunu  deyənin  göstərdiyi  kişmişə

bağlıdılar bunlar, ƏlAğın göstərdiyi Kainata yox!

Qırx altıncı, əlli dördüncü illərdə sən necə idinsə, bu "Marlbora" sümürənlər

də indi eləcədilər, əmi...

Xəlvətin  alnı,  sifəti,  boyun-boğazı çalın-çarpaz  "lekoplastr"la  dolmuşdu.

Əllərini dodaqlarının qıraqlarındakı qanlı "leykoplastr"ların üstünə qoyub:

-

Çərənlə,  çərənlə, - dedi, - Səhər  saat  onacan  nə qədər  çərənləyirsən



çərənlə.  Gedən  gedəcək,  yatan  yatacaq,  qalanlar  sən  dəlinin  o dəlini  nə təhər

öldürdüyünü  görəcəklər,  inşallah!  Xızrınız,  Çürüyünüz, Səminiz,  Şöşünüz-

filanınız da maşına basıb rədd olacaqlar burdan.

Rus  məhləsiynən  bizim  "Birliy"in  tələbləriynən  razılaşıb  dillərini

dinməzlərinə qoymasalar,  Dam  direktorunuznan  o  birilər  də rəsmi  sürüləcəklər

burdan!  Erməniyə veriləcək  bu  torpaqlar!  Saz  çalanlardan,  göylərnən  bağlı

Bağlardan əsər-əlamət də qalmayacaq! Di danış!

Danış! 


Sağ-sola 

sapma! 


Qəhbəliyinizdən, 

heyvanlığınızdan 

danış!

Sultanınıznan bir yerdə Qılıncınızın qatilliyindən də danışmalısan!



Doktor Nərimanovu, Lenini, qan çanağı bolşevizmi də ifşa etməlisən!.. Bunu,

məncə, böyüdün daha yerli-yataqlı danışar. Niyə qoymursan onu danışmağa?!

Mədədin səsində yenə də qəhər hiss olundu:

-

Sadəcə,  xəstədi.  Ağır xəstədi  o,  ey  daş,  ey  qaya!  Demədimmi  o hələ



otuz  dörd  il  bundan əvvəl,  kənddən  qovulduğu  gündən  sarsılıb, pozulub.

"Vərəsə"  adında  dənizdə üzüb,  min  səhifəlik  dissertasiya  üstə eşələnib,  Elm

yayıb EySarın Ününü eşidib. Lakin bədbəxtdi, indi, ey bədbəxt!..

Avqustda  sən  təkidlə onu  çağıranda  mən  Şövkət  Tahiri  onun  üstünə

göndərdim.  Şöşünün  "Jiquli"si  rayondan  çıxanda  poçta  girdim,  zəng  vurdun,

dedim:  "Əmi,  hebsxanadan  qayıdandan  sonra  Şövkət  Tahir içkiyə qurşanıb,

özünü məhv eləyir. Mən ona dərs demişəm, sən onu "Vərəsə"yə bağla, tədqiqatla

məşğul olsun, maariflənsin, içkini tərgitsin". Əmim Şöşünü qarşılayıb, cibinə pul

qoyub,  evin  açarını  verib,  çıxıb  gedib  İrəvana,  səpin  haqqında  məlumat

toplamağa. Qayıdanda görüb Şövkət Tahir kitab şkaflarından tək birindən tək bir

cild götürüb. "Sirli dastanlar" cildini. Vərəqləyib, görüb "Dədə Qorqud" dəstanı

bizim  deyilmiş.  Vatikanda  yazılıb,  izi  azdırmaqdan  ötrü  Drezdenə göndərilib.

Almaniyaya.  Ordan  da  buraya,  Qələma - Orta  Asiyaya  göndərilib,  nə qədər

mümkündü yayılıb ki, həqiqi tariximizi - Bağdayımızı, Bağlan-




______________Milli Kitabxana_______________

mızı  unudaq...  Oturub,  tədqiqi  materialın  şərhi əvəzində bir  şeir  yazıb  Şöşü:

"Qorqud  Dədəmdən  dərs  aldım,  bir  sərbəst  şeir  yazdım..." - və sairə. Əmim

İrəvandan  qayıdanda  görüb  mənzil  boş  araq,  pivə şüşələrilə,  boş  konserv

qutularıyla  doludu.  "tədqiqatçı"  isə çırtıq  çala-çala,  oynaya-oynaya  axmaqlayır:

"Bir  de  görüm,  ay  Səməd,  Azərbaycan  kimindi,  sənindi,  ya  bu  mənindi?  A

ninnini,  ninnini!  A  ninnini!"  Neyləyib  mənim  Alim əmim?  Bu  altmış  yaşlı

mötəbər  şair  Şövkət  Tahir  ikən  "pyanska  Şöşüyə",  "Ninnini  Şöşüyə"  dönən

axmağıma qoşulub, gedib iki zəmbil dolusu "Skumbriya" konservi, noxud, pivə,

araq alıb, gətirib, bütün sentyabr, oktyabr, noyabr aylarını içib, yatıb, qalxıb yenə

içib yatıb! Düzdümü, Şöşü?

Şöşü ağır-ağır başını tərpədib xırıldadı:

-

Düzdü, a ninnini!



Mədəd üzünü Xəlvətə tutub səsini qaldırdı:

-

"Ninnini",  yəni  mənasız!..  İnandınmı  ki,  ağır  xəstədi  bu?!  Döyülməyi,



əzilməyi öz yerində. Ruhən, əqlən de xəstədi indi əmim!

Ninninidi! Yoxdu!

Xəlvət qəribə suallar verdi:

-

Niyə?  Niyə ninninidi  axı,  onu  niyə danışmırsan?  "Skumbriya"sı,



noxudu,  pivəsi  nəyimizə lazımdı  bizim,  a  qoduq?  Səndən  tələb  olunanı  niyə

danışmırsan?!

Mədədin səsi batqınlaşdı:

-

Sözüm  çatmır  sənə,  ey  daş,  ey  qaya!  Deyirəm  Elmdən,  Həqiqətdən



ayrılıb, əmim,  daş-qaya  mühitinin  rəhmsizliyindən  kütləşib.  Daşlara, qayalara

tay  olub.  Qandın?!  Öz  yetirməsinin  adını  da  bilmir!  Öz  adını  da bilmir  indi!

Babası  Şeyx  Məhəmmədin,  atası  Mədədin, əmiləri  Sultanın,  Ağ Əmirin,  Boz

Əmirin  adlarını - Odlarını - rütbələrini - "Əmir" - EvƏrEyliklərini  də unudub!

İçir! Çalışır dərdlərini unutsun! Mənim öldürməyimə ehtiyac varmı, ay qansız?!

Zal çaxnaşdı, uğuldadı. - Rəhim kişi! Belə rəhmsizlik olmaz! Kişi can üstədi!

-

Əl çəkbu işdən!..



Xəlvət,  barmaqları

dodaqlarının

qıraqlarındakı  qanlı  "lekoplastr"ların

üstündə, qaz "peç"inin üstündon qapıya doğru baxdı:

-

Soyuq kəsdi bizi! İçəri gəlin, qapını örtün!



Mədəd başını cürənin üstünə endirib, təzənəni simlərə çəkib xırıldadı:


______________Milli Kitabxana_______________

Əzizim, su dayandı,

Arx gəldi, su dayandı...

Xəlvət bərk qəzəblənmişdi:

-

"Elə bir ah çəkdim ki, alışdı su yandı!" Mənim yanan ürəyimi



daşa döndəribsiniz siz! Bayatı istəmirik! Dəstanını danış!

Ət torbaları da qışqırışdılar:

-

Dəstanı de! Bəsdi sağa-sola çəkdiyin! Düz cığırnan apar kotam!



-

Dəstanı danış! Yoxsa kəlləni partdadarıq!

-

Anqır! Yaxşı anqırırsan! Mədəd gözlərini silirdi.



-

Danışıram... Deyirəm bir ah çəkdim, alışdı su da yandı, siz yanmadınız!

Danışıram. Qırx altıncı ilin dekabrının iyirmi üçündə, ölümündən bir az əvvəl

sədr Mədəd oğlu Səmədə deyirdi:

-

"Əmilərin Ağ Əmirnən Boz Əmirin yaxşı oğulları qalıb. Təbrizdə, Əmir



bazarının yanındakı mədrəsəmizdə bir yerdə oxumuşuq...

Bir  dəfə iyirminci  ildə, Ənzəlidə,  İran  Kommunist  firqəsinin

1

qurultayında



görüşdük.  Bir  dəfə də iyirmi  səkkizinci  ildə Tehranda,  o  vaxtkı Azərbaycan

Kommunist  firqəsinin

2

gizli  yığıncağında.  Şeyx əmilərin kimi  oğulları da



etiqadlıdılar. Gümrahdılar. Çünki biz varıq bu tayda.

Bizim  başımıza  bir  iş  gəlsə,  sınmıyacaqlarmı?  Partiyanın  proqramından

dönmüyəcəklərmi?!"

Sədr Mədəd bu sözləri deyəndə əziz-ərköyün balasının  gözü "atası - rəhbəri

Stalinin"  portretində idi,  fikri  Gülgəzlə Gülbənizin  yanında!  Dünyadan

xəbərsizin  xəbəri  yoxdu  ki,  Çax-çux  "kişmiş  oyunu"  ilə "Qızını  Muğannaların

gəlininə çevirib,  özünü  də bu  ailəyə soxmaq  niyyətinin  baş  tutmuyacağını  başa

düşüb, bacanağı Məhərrəm  Abbasoviçə ismarıc göndərmişdi ki, "bu qohumluğa

kömək  eləsin",  Məhərrəm  Abbasoviç  isə sədr  Mədədə çatdırmışdı  ki,  Mədəd

onun – Məhərrəmin səhvini təkrar eləməsin.

Atan  bu  sirri  də açdı  sənə o  kabinetdə.  Sən  eşitmədin.  Bu  faciə bax  onda

başlanıb, əmi. Əlin Gülgəzin əlində, dizin Gülbənizin dizlərində

"İran-Rus"  müqaviləsi  nəticesindo  parçalanmış  Azorbaycanı  birləşdirmək  məqsədilə Nərimanov,

"Hümmət" partiyasının adını dəyişdirib, bütöv "Kommunist" partiyası yaratmaq niyyətində idi."

Ənzəlidəki qurultayda Rusların iştirakı birləşməyə mane olduğuna görə Nərimanovun ölümündon

sonra məsləkdaşları o tayda gizlin yığıncaqlar keçirirdilər




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə