İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə169/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   165   166   167   168   169   170   171   172   ...   180

______________Milli Kitabxana_______________

olmasaydı,  aydınca  eşidərdin  ki,  sədr  Mədəd  sənə təpinirdi:  "kişmiş  deyil,

zəhərdi o!" - deyirdi.

Bəsdimi bu barədə?

Yox!..

Sədr  Mədəd  oğluna  deyirdi: - iyirminci  ildə Ənzəlidə niyə birləşmədik?



Danışsam  da  başa  düşməzsən.  Çünki  nə kommunizm  barədə təsəvvürün  var

sənin,  oğul,  nə də özlərini  kommunist  adlandıranlar  barədə.  Mir  Cəfor  Bağırov

Mirqəzəb,  Nərimanovun  "Lenin  və Şərq"  kitabını  yığışdırıb  gizlədib.  Çünki

Şərqin oyanmağını təhlükə sayır. Biz deyirik Şərqə gedək, elmimiz o taydadı. O

deyir  Şərq  geridi,  bizim  şüarlarımızı  qanmaz.  Tara  nifrət  eləyir  Mirqəzəb.  Sazı

qadağan eləyib. Çünki dünyamızın eşqi Sazdan havalanıb uçur. Ən uca mənanın

kökü Sazdandı. Bütün yer üzü bağlıdı Saza. Düşmən dəridən çıxır ki, açılmasın

bu  gizlədilmiş  həqiqət!  Ortalığa  bir  Avak  çıxardıb  Mirqəzəb.  Gör  nə oxuyur

erməni aşığı: "Rəhbərin başına bax, Kaqanoviç yoldaşına bax!.."

Mədəd təzənini simlərə çəkdi.

-

Bəhməni çalıram indi, Rəhim kişi, "BağMən"lə bağlıdı sözüm.



Məni  yox,  Bağını  öldürürsən  sən!  Xızr  Abını  yox,  Kainatı  sürgünə

göndərirsən, vəhşilər dünyasında qalırsan, ey vəhşi!

Məndə dəqiq məlumat var. Yetmiş səkkizinci ildə Bakıya qayıdanda Çax-çux

ilk  növbədə Mərdəkanda Kişvər adında  köhnə agentini tapıb, ondan öyrənib ki,

Xudiyev  başda  olmaqla,  RİK  Atamalı  ilə prokuror  Sayılov,  Xaş  nəçənniklə

məhlə milisionerləri,  qısası,  Mirqəzəbin,  general  Persin cinayətləri  ilə bağlı

adamların hamısı Xruşşovun vaxtında amnistiyaya düşüblər.

Səndən  soruşuram  indi,  sürgündə

çürüyənlərimizin  övladları  bəraət

verərlərmi onlara?!

Xəlvət kresloda silkələnib:

-

Dayan! - dedi. - Çox baş-ayaq vurma! Sən əmiyin Bircə balası olduğun



kimi  Xalıq  da  mənim  qardaşımın  bircə balasıdı.  Türmədən qayıdanda  yüz  min

qoydum  ovcuna.  Leypsix  mağazasını

1

doldurdu vaqona,  gətirdi  bu  üçpara



kənddə satdı,  getdi əlli  min  "Xudiyev"in - Dudiyevin  ovcuna  qoydu, əlli  min

Atamalının, əlli min Sayılovun, əlli

Avropa-Amerika-ingiltərəciə və sair antisovet koalisiya məhz Xruşşov hakimiyyətə gələndən sonra

Moskvada, Leninqradda "Leypsaq" və s. şəhər adları ilə adlanan mağazalar açmaq üsulu ilə SSRİ-nin

daxilinə yol açırdılar; Xalıq, Xəlvət kəşfiyyatçılarını həmin mağazalarla bağlamışdılar.



______________Milli Kitabxana_______________

min  də Gülənovun.  Köhnə "Xudiyev  dəstəsi"  oldu  Çax-çux  dəstəsi!  Burda

hakim-mütləq  təşkilatımız  "Milli  Birlik"də Xalıqın  təşkilatıdı.  Zəmanəmiz  belə

gətirib,  qadası!  Pulnan,  zornan  həll  olunur  hər  şey.  Sizin  o  "Əlhəm  övladları"

küncdə-bucaqda  nə qədər  "ƏlEy, ƏlEy",  "EySar,  EySar!" - desələr  də,  xalq

onları  yox,  imam Əli  övladlarını  tanıyır!  İranlı,  Turanlı  Şiə dünyası  var  bu

"Birliy"in  arxasında,  qadası.  Fundamental  İslam  dünyası  var!  Onun  arxasında

isə, yaxşı bilirsən ki, rusnan "Qlavnıy Yevrey" dayanıb, EvƏrEy OdƏrinin adını

"Türk",  "müsəlman"  eləyib  guya  qırğından-terrordan  gizlədib  "öz  millətini".

Müsəlmanlığ bir yekə hörümçək toru olub, "türk o torun içində gizlənə-gizələnə

əslini  yaddan  çıxardıb. ƏsOd  OdƏri  dediyiniz  "Cud" -"Cuhud",  bu  "ƏrMən" -

"Erməni",  Xəlvət  Rəhim  isə EvƏrEy  OdƏrini  qəşəngcə təpikləyib  özündən

ayırıb, Erməniynən birləşib, birtərəfdən Rusdan Kalaşnikov alıb, sənə deyir: "Mı

perestrelyayem  vas  vsex'."  Yəni  mən  Xəlvət  Rəhim  aşkar  olub,  Erməni

qardaşımnan  çiyin-çiyinədi!  Qandın?! Xalıq burda  olsaydı,  belə cavab  verərdi

sənin "bəraət" söhbətinə. Əmisi arvadının oynaşma bəraət ver sən! Danış, küçük!

Mənim  canıma  elə od  doldurubsunuz  ki,  odunuzu  söndürüb,  ocağınızın külünü

göyə sovurana  qədər  soyumuyacaq  canım!  Dizi,  dodağı, əli,  ayağı  da  de,  "gül

bənizli Gülbənizimi" də yanaşı qoy qəhbəniznən! Məsimi də biabır elə, Xalıqımı

da,  "Kapital"ın qız  nəvələrini,  "altmışca  nəfərimi"  də.  Sestramıznan  Rus

məhləsini  də qoş,  heyvan  elə,  murdar  elə.  Neyləyirsən  elə,  hamısına  dözəcəm.

Danış. O kağızın necə yazıldığını danış, qoduq?

-

Danışıram...  "Əmisi  arvadının  oynaşı"  ölməlidi, əlbəttə.  "Vərəsə" ifşa



olunmalıdı!  Siz  olan  dünyada  boğuluruq  biz. İkimiz  də öləcəyik burda,  sənin

gözləriyin  qabağında. Əmma  tələsmə.  Özün  proqram  vermisən:  qıyma-qıyma

danış, qıyma-qıyma kəs, işgəncə ilə öldür! Proqrama iki yüz faiz əməl eliyəcəm.

Oynaş  Səmədi  öldürəcəm,  Alim  Səmədi dirildəcəm.  Qəhbə oğlu  Mədədi

öldürəcəm, Alim Mədədi dirildəcəm.

Daş gözlərdə istehzalı işartı əmələ gəldi.

-

Dirildəmməzsən! "Vərəsə" yoxdu.



Mədəd diksindi.

Bu an Ün gəldi: "Nədən, kimdən qorxdun, Mədəd?!."

-

Bir də de görüm... nə dedin?!



Daş gözlərdə işartı parıltıya çevrilmişdi.

-

Dedim "Vərəsə" yoxdu! Dissertasiyanız "sion"un təhrifliyini açır,



ƏsÜnü  təsdiq  eləyir.  EyOdƏr  Babanızdan  EySarınıza  qədər. Bütün  dinləri

tapdalayan Bağlarınızı təbliğ eləyib, açıq-açığına antisionist xətt-




______________Milli Kitabxana_______________

hərəkət  yeridir.  Katolik  kilsəsi  qoyarmı  onu  çıxsın  ortalığa?!  Dörd  aydı  burda

ölüb qalmısan. Get evində o tərəcələrə bax, boşdu hamısı!

Dissertasiya  yandırılıb, a bədbəxt! Məhərrəmin evindəki cildlər də ki parça-

parça,  cırıq-cırıq  şeylərdi.  Mərt  yandırmışam  o  Xəzinənizi,  içərimdə

quraşdırdığınız  Alimi  də o  Xəzinəynən  bərabər  yandırmışam!  Sən  özün  ölü,

Səmədin ölü!.. Nəynən dirildəcəksən Alimləri?!

Yenə Ün gəldi: "Özünü itirmə! Biz deyirik sənə. De!"

Mədəd nəfəsini dərib dedi.

-

Səməd də diriləcək, Mədəd də, ay bədbəxt!



-

Nəynən?!


-

"Vərəsə"ynən, ey daş! Daş gözlər ciddiləşdi.

-

Yəni başqa "Vərəsə" də var?!



-

Var, ay yazıq.

-

Ola bilməz. Hardadı?



-

Deyəcəm... Məclisi nəzərə al. Saz məclisidi!

-

Yaxşı,  oxu. Əmma  Bağırova,  Avaka-zada  sataşma.  Nəzərə al  ki,



Ermənini özündən ayırmayan "Birlik" oturub bu məclisdə! Bir də...

Pünhanınızın o qəzəl çərən-pərənini qatma bura! Çürük səndən yaxşı oxuyur:

"Mənmi  çürümüşəm,  ya  zəmanəmi?!"  Öz  dəliliyindən  oxu sən  də!  Gizlin

şairinizi də yaxşı tanıyırıq. Onun yazdıqları da qadağan olunacaq!

Mədədin səsi sərttəşdi:

-

Gizlinin  açıqlığı  da  var,  ey  EyOd  ikən  "Yəhud"a, ƏsOd  ikən "Cud"a



ƏrMən  ikən  "Erməni"yə,  EvƏrƏs  ikən  "Farsa",  dönən  "Milli birliyi"ni  vahid

OdƏrdən  ayıran  casusun – sənin əmrinlə yox,  Ün əmrilə çalıb  oxuyuram  mən.

Əmma  sən  Tehrifin  qəddarlığı  qarşısında  Ün göndərən ƏlAğımızın  özü  ilə

birlikdə bütün Əllər  acizdilər!  Çünki  silah  işlətmir  OdƏr  Bəşəriyyəti,  hətta

erməni kimi quduran övladına da əl qaldırmır. Siz isə gecə-gündüz Kalaşnikovla

oynayırsınız!  Budur  bu "Yer"  üzünün  bədbəxtliyi!  Qulaq  as,  gor Əlləri  necə

"ölü"lərə dönrərirsən, ey Ölü!

Cürə "təcnis"lə ağladı, Mədəd cürədən betər ağladı:

Hamı  Dəli,  Dəli  deyir  sənə,  bir  OdƏl  deyənin  yoxdur,  Pünhanın  nə çarə

qılsın, ey Odsuz yanan Əli?!

OdƏisiz-dilsizlər  hey  "dad  bidad"  qışqırırlar,  "Dad"ı  dildən  necə qovsun

Axirətdə qalan Əli?!




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə