İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə172/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   168   169   170   171   172   173   174   175   ...   180

______________Milli Kitabxana_______________

Tanıdınızmı bu "Birliyi", ey bədbəxtlərim?! Heydərinizi niyə zəhərləyib iflic

eləyiblər?! Çünki, sadəcə, Heydərdən başqa bir sahibiniz yoxdur, ey bədbəxtlər!

Səməd Əmirli  cırıb  atıb  o  "partiya  bileti"  deyiləni, əmma  budur,  yenə boğulur.

Niyə? Çünki sən laqeydsən onun taleyinə, ey "millət" adlanan, bir-birinə laqeyd

əsirlər yığnağı!

-

Bəsdi! Bəsdi, köpəyoğlu!.. - "hökmdar"ın bağırtısı idi.



-

"Millət"  dərdi  çəkənimə bax!  Qəhbə oğlu  qəhbə!  Mədəd  xeyli  susub,

gözlərini sildi.

-

Gəl  dayanaq,  Rəhim  kişi...  Zərərin  yarısından  qayıdaq.  Otuzuncu ildən



bu  vaxta  qədər  xəlvəti  yediyin  başların  sayını  artırmıyaq.  "Vərəsə" batan  şey

deyil.  Sən  də,  biz  də,  cəmaat  da  gedək  dincələk,  sabah - dekabrın  iyirmi

dördündə yığışaq o "kandarında çəmənotu, qazayağı bitən, tavanında qaranquşlar

uçuşan" mülkün yerində tikilən mülkə.

Mən  çalım  oxuyum,  "Vərəsə"  adlanan  möcüzənin sirlərini  açım.  Mənə

çoxdan  məlumdur  ki,  KPSS  adlanan İlan  Vatikan  adlanan  İlanın  təhriki ilə nə

qədər tədbirlər töksə də, canı çıxacaq, "kolxoz", "sovxoz" adlanan əsarət zənciri

dağılacaq,  məktəblərdə,  institutlarda  "SSRİ  tarixi" əvəzində min  bir  "xalqa"

döndərilmiş  OdƏr  xalqı,  OdƏr  bəşəriyyəti  haqqında  həqiqətlər  tarixi  tədris

olunacaq.  Balalarınızı da  indidən  yığaq  o Əmirli  mülkünə,  Abı,  Çürük,  mən,

bəlkə elə Şöşü  özü  do,  Elmin  lap əlifbasından  başlıyaq:  Od  nədi,  OdƏr  nədi,

OdÜn  nədi?  Ünü  niyə eşitmirsiniz?  Niyə ancaq  "Yer"  səslərini  eşidirsiniz?

Yaddaşınız nə vaxt, necə, hansı şəraitlərdə itib?

Hamısınım  datuşaq.  Tamamilə real,  doğma  OdAğÜz  BağOdƏr  planetimizi

göstərim  sizə. Boli, bəli! Doğma planetimizi!.. Əcdadlarınızı, ata-analarınızı, "o

dünya" adlandırdığınızı göstərərəm! Bundan artıq nə istəyirsən, Rəhim kişi?! Bu

dərəcədə qeyri-adi  xoşbəxtlik  verirəm  sənə...  "Birlik"  nədi?!  Milyon,  milyard

nədi, ay evin yıxılsın?! Razılaş! Belə xoşbəxtliyi özgə kim verə bilər sənə? Mən

təkəm  burda!  Nə Abının  taqəti var  daha,  nə Çürüyün,  nə də Şöşünün.  Təkəm!

Əmimi öldürsəm, özüm də öləcəm, Marina dərs keçib, bilir ki, mən olmuyacam,

tək-tənha  qalacaq.  Mariya  ilə birlikdə,  hammız  yetimləşəcəksiniz!  Sonra

Mariyanın özünə də qəsd  eləyəcəksiniz.  Bəs  sizin  özünüzün  taleyiniz  necə

olacaq?

Xəlvətin əlləri dodaqlarının qıraqlarınna qalxdı.



-

Bəsdi, dedim!.. Bizim taleyimiz çoxdan məlumdu. Mənim maşınlarımın

sayını düz demirlər. Üç "Qaz iyirmi dörd" Xalıqın üç oğluna bağışlamışam Xalıq

türmədə olanda. Birini də bax o skeletə qulluq eləyən o qara kişiyə bağışlamışam

- Gülənoğlu Molla Gülənə. Xalıqa



______________Milli Kitabxana_______________

oxşadığına  görə...  Altmış  beş  maşındı  cəmisi.  Hamısı  da  mal  daşıyır

Moskvaynan  respublikaların  aralarında!..  OdAğÜz  nədi?!  Küçük!  Dedim  nağıl

adamı deyiləm mən. Rədd elə planeti-filanı. "Vərəsə"nizin də işi qurtarıb. Xalıq

birbaşa bura uçacaq sabah "Yak sorok"nan. Sizin vaymıza gələcək. Tabutunuzun

altına girəcək özü. Danış! Əlli dördüncü ilin avqustunda Bakıdan Səmədnən bir

yerdə rayona  qayıdanda  vaqonda Xalıq necə xəbər  verdi  Sultan Əmirlinin

eviəndiyini?  Sonra  Səməd  nə gördü,  nə eşitdi,  başına  nələr  gəldi?  Danış!..

Nəzərə al  ki,  meşədə maşını  sıxıb əzənlər  uzaqda  deyillər.  Bax  o  dal  otaqdaca

qulaq  asırlar  sənə,  dilindən  nə çıxır,  hamısını yazırlar.  Bu  "Alimi"in  Səmisi  də

əsirdi  orda.  Eşit,  özüm tapşırıq  vermişəm  o  otaqdakılara  ki,  mənə (ap  pis  xətər

yetirsələr də, yerinizdən tərpənməyin. Ölsəm də tərpənməyin, demişəm, "zaklyu-

çeniye" yazın, qol çəkin, basın ağzıbirə bu qudurmuşları, Dəli-məliləri!..

Görürsənmi,  Xəlvət  Rəhim  sizi  məhv  eləməkdən  ötrü Əli  yolunda  özünü

qurban verməyə də hazırdı! Bütün Qudalıların şəhid olmağına razı olaram mən,

xaraba  Bağdayınız  qayıtmasın!  Belə "Pars",  "Pers",  "Fars" - mənasızam  mən!

Danış, "mağmun", "meymun" oğlu meymun!.. Məni bu cür qana qəltan eləməyin

də bəsdi ki, günü sabah güllələnmə kəsilsin sənə! Danış.

Səməd  qoşa  ovcunda  stəkanın  üstündən  başını  qaldırmadan,  bir  kəlmə: -

Qurtar! - dedi.

Mədəd təzənəni simlərə çəkdi.

- Sənin gözlərin bir nöqtəyə dikilib, beynin bir nöqtədə ilişib, xarab plastinka

kimi, bir fikrin üstündə fırlanır: "Dözəmmirəm. Dözəmmirəm. Qurtar! Qurtar!"

Mən  deyirəm  "döz",  sən  deyirsən  "dözəmmirəm".  Bağ  şəxsiyyətinin

ucalığını, Elmi xilas eləyəcəm mən burda, səni yox!

Bakıda  müsibətlə tapdığım  qiymətli  bir  dərmənin  qutusu  oğurlanıb.  Abının

YemSən  torbası  boşdu.  Üstəlik  başın da  boşdu, əmi:  sözüm  çatmır  sənə.  Dərk

eləmirsən ki, bizi şəhvət düşgünləri, psixi xəstələr yığını kimi qələmə verə-verə

tək Əmirliləri  yox,  büfün  Bağları  ifşa eləyir  bu  casuslar  "Birliyi".  Dal  otaqda

səsimi yazırlar  mənim  Erməni  Gülənovlar!  Sabah,  birisigün  aparıb  qulaq

asacaqlar  Bakıda,  Moskvada,  İrəvanda.  Özün  bilirsən,  həqiqi  Çekistlər  də var

onların  arasında.  Bezobraziye  mühitinin  murdarlıqlarıyla  bərabər  məhv

olmağımızın  başqa  səbəblərini  də açmalıyam  mən  bu  hakimsiz,  prokurorsuz,

vəkilsiz məhkəmədə! Xüsusi təşkil olunub axı bu "yubiley", "illik-filan", ay əmi!

OdAğÜz təziq eləmir. Biz özümüz həll eləməliyik hər şeyi. Daha doğrusu, mən!

Tək mən! Dəli Səmədi öldürüb Alim Səmədi diriltməliyəm! Döz!




______________Milli Kitabxana_______________

Zalın o başından səs gəldi:

-

Sən oynaşı öldür qurtar əvvəlcə!



Səməd,  soyuq  tər  içində,  gözləri  yumulu,  hey  başını  bulayırdı.  Mədəd

doluxsunmuşdu.

-

Özünü ələ al! İradəni topla! Yalvarıram, əmi!



Zalın o başından qəhqəhə eşidildi.

Mədəd  "pomost"dan  düşdü.  Cürəsi  çiynində yellənə-yellənə,  başı əsə-əsə,

ağır-ağır gedib Xəlvətin qabağında dayandı.

-

Sənə də yalvarıram... dərməni ver. Xəlvət özünü yığışdırdı.



-

Hardan bildin dərmən məndədi?!

-

"Birliy"in sədri sənsən. Sənə veriblər... Mən sənin cibini görürəm!



-

Nə?!


-

Biz  "Muğ"  bədbəxtlər  siz  Təhrif  bədbəxtlərin  nəinki  ciblərini, hətta

yorğanlarının altını  da  görürük,  ey  murdar!  Rus  məhləsindən  həftədə neçə

"massajistka"  "sestra"  gəlir  sənin  Xəlvət  kabinetinə?!  "Massaj"  eliyə-eliyə

məlumat  verirlər  ki,  "İr"dən,  yəni "İr  an"  adlanandan Rusiyaya  xüsusi  yüklü

təyyarələr  gedib,  sarını  "Moskva - Bakı"  reys təyyarələrinə ötürüblər,  gəlir

"Kobra"nın - Çax-çuxun  mənzilinə yığılacaq.  Bir  həftədən  sonra,  səksən

doqquzuncu ilin ilk günlərindən başlayaraq, o yük həmin bu Xəlvətin kabinetinə,

burdan da Erməni sərhəddinə daşınıb, xaricdən göndərilən "platin nayomnik"lərə

paylanacaq ki,  Azərbaycana  doluşub əsgəryaşlı  gəncləri  qırsınlar!  Sənin

"Birliy"in gizlədəcək  o  banditləri,  ey  qatil!  Ruslar  da  bu  yanda,  Qarabağdan

Abşerona  köçürülən  cavanları qırıb,  meyidləri  dənizə tökəcəklər!  Stavropoldan

bizim  öz  EvƏrEy  OdƏrliklərini  unudanlardan  ibarət  "kazak polkları"  göndərib

Erməninin  içərimizə hərəkətini  sürətləndirəcəklər  ki, qırğınların  üstü  açılmasın.

Sultan Əmirliyə hələ əllinci  illərdə xəbər verilmişdi  bu  külli  qırğın  planı,  mənə

isə bu  dörd  ayda,  bu  Şüşəlidə hər gün  deyilib,  bax  belə ağ  sümüyə döndərib

sifətimi!  Budu  bax  o  dal otaqda  maqnitafona  yazıları,  Moskva,  İrəvan  üçün

hazırlanan  informasiya.  Qoy  bilsinlər  kimdilər  "Muğ"lar!  Bilsinlər  necə

qaytarılacan tariximiz! Sən özün də çox şey biləcəksən bu gecə. İnan!

Ver  dərməni,  ey  külli  qırğın  qatili!..  İkinci  dəfə əlim  dəysə,  səlamət

qalmıyacaqsan. İmkan ver, heç olmasa, səhərə qədər yaşasın o! Bayaq niyə qan

aldın?  İstəmirdinmi  bir  az  yaşasın,  danışsın,  özü  özünü  boğsun  öldürsün?  İndi

mən danışıram, mən öldürürəm onu! Nə fərqi var?!.

Xəlvət  titrəyə-titrəyə,  boğazını  çayla  yaşlayıb,  altdan  dik,  diqqətlə Mədədə

baxırdı.



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə