İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə170/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   166   167   168   169   170   171   172   173   ...   180

______________Milli Kitabxana_______________

Əlimi  tək  görən  cəllad  girib  Elmimin  Evinə,  Necə Əlim  desin  Elmə Elmi

talan olan Əli?!

Elm-Əlim,  Alim-Əlim,  Aləm-Əlim,  Əl  də Əlim,  Əl  Muğanna  ölü  olub,  ey

ƏlBizsiz qalan Əli?!

Xəlvət  farsistlərinə, ərəbistlərinə göz  gəzdirib,  mütəəssir  gözlər  görüb

qışqırdı:

-

İmam Əliyə dəxli yoxdu bunun! Əli qənim olsun "ƏlAğ", "ƏlEy"



deyəninizə! Uzatma! Konkret de görüm hardadı o birisi "Vərəsə?!"

-

OdAğÜz planetindən gələn Ün əbədi "Vərəsə"di, ey bədbəxt!



-

Nağıl adamı deyiləm mən! Nağdıdan danış, hardadı?!

-

Beynimdədi,  ey  yazıq...  Xızr  Abının,  Çürük  Aşığın beyinlərindədi.



Bütün Dəli – OdƏllərin beyinlərindədi...

-

Dayan görüm... Sən bilirsən, mən ayıq adamam... Siz Dəli – OdƏllərin



barəsində məlumatım səninkindən az deyil. Böyük hərfnən yazdığınız Elm Alimi

Xəlvət  Rəhimdi  indi,  siz  deyilsiniz!  Bu  qədər əzab-əziyyətimiz  isə,  özün

deyirsən, ondan ötrüdü ki, "Vərəsə"niznən bir yerdə cəhənnəmə vasil olasınız, ya

da bütün həmşəriləriniznən bir yerdə süpürülüb gedəsiniz o tayınıza. Gedib orda

danışasınız  bu  OdƏr-modərinizi.  Rusiyadı  bura!  Amerikadan  üzü  bori,  Feerqe-

filan,  bütün  xaric  dolub  mühacir  azərbaycanlıynan,  "Xəzər"  radiosu  bar-bar

bağırır  ki,  ruslaşdırırlar  Azərbaycanı,  Qazağıstanı,  Özbəkistanı,  Turkmənistanı,

Tatarıstanı. Nə olsun?! Faydası nədi?! Oturubsan o pyanska şairlərnən, Abıynan,

Çürüknən, bu tüstünün içində, bu daş, dəmir Xəlvəti yumşaltmaq istəyirsən. Keç

o  dal  otağa,  televizoru  aç,  KPSS-in  plenumunun  xəbərlərinə qulaq  as,  gör  bir

dəfəyə neçə katib  çıxardıblar  təsərrüfatı  dağıtdıqlarına  görə!  Katiblərin

milyonlarını

dəmir  borulardan,  divarlardan  çıxartdıran  Heydəriniz  yox

hesabındadı! Biznes zəmanəsi gəlib, ay əbləh, siz elə Elm deyirsiniz! Sən mənə

de  görüm,  Dəlilərin  beyni  torpağa  qarışandan  sonra  kim  eşidəcək  "Vərəsə"ni?!

Erməni  gəlir  ey!  "Velikaya  Armeniya"  yaradılır,  ay  nadan!  Bağday  nədi,

Azərbaycan adı da silinir yer üzündən! Muğ - Bağ nədi, OdƏr nədi, Tərik - Türk

adı  da  qalmıyacaq!..  Danış  qurtar!  Öldür  onu,  puldan-paradan  götür  nə qədər

istəyirsən, rədd ol buralardan!

Mədəd son beyti bir də oxudu:

Elm-Əlim,  Alim-Əlim,  Aləm-Əlim,  Əl  də Əlim,  Əl  Muğanna  ölü  olub,  ey

ƏlBizsiz qalan Əli?!




______________Milli Kitabxana_______________

"Məlumatlı" adlandırma, "Alim" adlandırma özünü ey beyni dolu ikən beyni

boş cahil! SafAğ Elminin astanasında da deyilsən. On səkkiz  min "Qalaktika" -

QalAğda,  cəmi  OdƏr  boşəriyyətində on  səkkiz  mindən  də dəfələrlə çox ƏlAğ

olduğunu dərk edə-edə, yenə də "Bir olan Allah" deyən, üstəlik, "Allahın şəriki

yoxdu"  oxuya-oxuya,  yenə "Əli-allah"lıq  eliyənlərin  dövranı  qurtarmalıdı.

"Allah"ın "şəriki  yoxdu"sa  imam Əlini  niyə şərik  çıxarırsan,  ey  "Əliallaha"

qansız?!  "Cuhud",  "cud",  "Hud" - "Yəhud"  da  deyilsən  sən,  dilini - OdƏlini

itirmiş  "Pers" - "Fars"  da  deyilsən!  Xomeyni  nə deməkdi,  ey  HəmEyini  itirmiş

dilsiz,  vətənsiz,  millətsiz  "alim?!"  EvƏrEyÜnlərin - "faraon"ların  zamanında

cahillərə yazı  göndərdilər  OdAğÜzdən;  oxumusunuz  sevimli  "Bibliya"nızda:

"Na  bojyem  yazıke  napisali",  "Səni  TokƏl  aparsın".  Yaradan  Bağ  kəlmələrilə

yanaşı işlənən dildi bu dil, ey "alim", "cahil!" "Dəri" deyil, ey "Fars" - mənasız

ey diri ikən ölü!..

Mədəd  "pomost"dan  düşdü.  Pencəyini  çıxarıb  çirkli  taxta  döşəməyə tulladı.

Cürəni pencəyin  üstünə atdı.  Skelet  su  içində idi.  Qollarında,  döşlərində daş

əzələlər qabarmışdı.

-

Səsini çıxartma daha! Nə Dəli Səməd ölüb, nə də OdƏl Səməd.



İkisi də mənəm. Xızrın, Çürüyün, Səminin, insana, dünyaya "Ninnini" deyən

bədbəxtimin  beyinləri  də məndədi,  bütün  Dəlilərin  də!  Fikrimi o  yan-bu  yana

çəksən,  o  plastrları  qopardıb  yumrulayıb  boğazına  təpəcəm,  nəfəsini  dalından

alacaqsan. İyili quyu!

İyini yığışdır! Əbədiyyətimi qurban vermək bahasına öldürrəm səni!..

Xəlvətin çinara necə çırpıldığını xatırladan bu dönüş sükut yaratdı. Mədəd bir

xeyli  ağır-ağır  nəfəs  alıb,  özünə gəlib,  pencəyini  geyinib,  cürənin  qayışını

çiyninə keçirdi.

* * *

-

Sözüm Qonaqlı cəmaatınadı indi.



Dəstanım davam eləyir.

"...Kənddən aralanıb meşə yoluna burulanda, dümdüz yerdəcə maşın aşmışdı.

Cəmaat uzun, arası kəsilmiyən siqnal eşidib hadisə yerinə töküləndə kişinin hələ

nəfəsi  üstündə imiş,  siqnalı  basan  da  özü  imiş.  Cəmaatı  görüb əlini  siqnaldan

çəkəndə nə isə demək  istəyib. Əmma  dili  yoxmuş  daha.  Sultan Əmirli  xəbər

tutub gələndə isə meyid soyuyubumuş.




______________Milli Kitabxana_______________

Sultan sarğını açıb, qardaşuıın gicgahında yaraya baxıb. Ağlamaq əvəzinə elə

hey  köksünü  ötürürmüş.  "Yaran  nə derindi,  dadaş", - deyir-miş,  ondan-bundan

soruşurmuş ki, niyə dillənmirsiniz, niyə danışmırsınız, belə dümdüz yerdə maşın

niyə çevrilib? Necə olub ki, bədənin heç yeri zədələnməyib, təkcə gicgahı bu cür

partlayıb-dağılıb?!  Bəlkə qəsd  işidi?!.  Sultan Əmirliyə heç  kes  heç  nə deyə

bilməyib.  Ancaq  NKVD Gülənovun  "zaklyuçeniye"sindən  sonra  aydın  olub  ki,

"Sudüşən  çəməni ilə meşənin  arasındakı  nəmişlikdə Mədəd Əmirli  rulu  kəskin

şəkildə sola - yola  doğru  burduğuna  görə maşın aşıb  və aşarkən  sağ  qapının

yuxarı  küncü  Mədəd Əmirlinin  sağ  gicgahına  batıb,  çoxlu  qan  axmasına  və

qanaxma nəticəsində ölüm hadisəsinin baş verməsinə səbəb olub".

Bütün bunları Səməd hamıdan sonra bildi. "Cəfər əmi" dediyi Lüt Cəfər onu

kabinetdə,  dəmir  "peç"in  yanındakı  nazik  taxtda  üzünü əmilərinin  qəbirləri,

basdaşları şəkillərinə söykəyib yatan yerdə tapıb oyadıb.

- Qalx, oğlum... Bedbəxtlik olub... Atan avariyaya düşüb, - deyib.

Sonra  qoluna  girib,  "uzun,  arası  kəsilməyən  siqnal"dan  "zaklyuçeniye"yə

qədər  hər  şeyi  yerli-yataqlı danışa-danışa  və nədənsə tez-tez  "qəsd  işi  yoxdu,

qəsd işi yoxdu" deyə-deyə onu hadisə yerinə aparıb. Bu vaxt nə maşın orda imiş,

nə meyid, nə də cəmaat.

Qan  tokülən  yeri  torpaqlayıb,  dövrəsinə qaratikan  yığıbmışlar  ki,  ayaq

dəyməsin oraya. Qaratikan yığınının yanında bir saqqız ağacının döşünü balta ilə

çapıb hamarlayıb, qızmar dəmirlə iri-iri qara hərflər basıbmışlar: "Mədəd Əmirli

burda həlak oldu. 23 dekabr 1946-cı il".

Kim yazmışdı bu "həlak oldu"nu?

Siz, ey Qonaqlı cəmaatı!

Bilirdinizmi sədrinizi öldürüblər?

Bilirdiniz.

Bəs niyə elə yazdınız?! Niyə ört-basdır elədiniz qesd işini?!.

Mənim  yaddaşımın  sizinkindən  fərqi  bundadı  ki,  EyOdƏsdi - Uca  Yaradan

həqiqətdi  "yaddaş"ım.  Yəni  Ündü.  Sizin  yaddaşınızdan  fərqli  olaraq,  min-min

illər əvvəllərin və hətta gələcəyin hadisələri həkk olunur beynimdə. Göstərilir və

həkk  olunur.  Məsələn,  mən  hələ indidən  açıq-aydın  görürəm  ki,  iki-üç  ildən

sonra  sizin  bu  "Milli  Birliyi"niz  "Boz  qurd"  adı  ilə məşhurlaşacaq.  Və özünü

"Xalq  Cəbhəsi"nin əskərləri  adlandıranların  dəhşətli  bandit  yığınından  da

dəhşətli  vəhşiləri  Qarabağda  Xocalı şəhərinin əhalisini  qıracaqlar,  hırıldaşa-

hırıldaşa, oğulun gozünün qabağında qoca atasının meyidini zorlayacaqlar! Adını

da qoyacaqlar ki, "Ermənilər qırdılar, Ermənilər zorladılar". Niyə belə? Çünki



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə