İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə178/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   172   173   174   175   176   177   178   179   180

______________Milli Kitabxana_______________

miş  EvƏrEy  OdƏrliyini - Tərikliyini - "Türk"lüyünü.  Təbrizdən  alimlər,  şairlər

aparıb  Səmərqəndə,  "Atəşpərəst"lərin  "Şahnamə"yə doldurduqları iyirmi  min

misra əvəzinə qırxca  min əlavə elətdirib!  Tarixdir  bu,  ey  "Farsist"lər!  Rus

arxivlərində gizlədilən tarix!

Teymurdan  dörd  yüz  il  sonra,  on  səkkizinci əsrdə ingilislər  "Midiya"dan -

Bağdaydan  tərik  düşənlərimizi  yaxşı  tanısalar  da,  sırf  fateh  münasibətilə,

Teymurun  "Türk"lərinin  yazdıqlarını  axtara-axtara  qırx  min  sətir  pozdurublar,

bir  o  qədər əlavə yazdırıblar.  Kimə?  Atası  ingilis,  anası, əcdadı  ingilis,

EvƏrEyOdluğundan,  BirOdluğundan  xəbərsiz  "Brit"  şərqşünaslara!  Yazdırıblar

ki,  "Şahnamə"  "Türk"ün  yox,  "Fars"ın olsun:  cənab  Funtsterlinq  "Fars"a

"mədəniyyət" versin, əvəzində neft aparsın!

Gedib arxivlərdə oxuya bilərsiniz!

Siyasət  danışmıram,  ey  məni  "millətçi"  adlandıran  Sestramız,  siyasətçilərin

yaratdıqları "sivilizasion"un bəşəriyyəti necə məhv etdiyindən danışıram.

"Qrek"ə, "Latın"a yoldaş olub Oda "Ki" deyəndən sonra "İngilis" qardaşınız

ÜnOd ƏlƏsə "İnqliş"  deyib,  Sara  "ser"  deyib,  "ser"inin  qarnını doldurmaq

naminə Farsa  verib  "Şahnamə"ni!  ÜnOd ƏlƏso  "İngilis",  ÜnOdƏl  OdƏrə

"İngiltər"ə deyən  "gözəl  dilli"  təhrif  qardaşın  Fars  isə "Şahnamə"ni  aparıb

Berlində "Doyliç" - OdƏlƏs  qardaşımıza  "düzəltdirib". ƏrEyliklərindən,

ƏlMənliklərindən, GurMənliklərindən xəbərsiz "German" "alimlərinə!" "Doyliç"

qardaşımızdan  sonra,  nəhayət,  "atamız,  rəhbərimiz"  Stalin,  "sovet  mədəniyyəti"

yaratmaq naminə, yüz min misralıq "əlavə" "Şahnamə"lər içərisindən iyirmi min

sətrlik "Şaxname" çıxartdırıb, müdrik şərqşünasımız Yevgeniy Bertelsin xalqlara

mədəniyyət  paylayan  səxavətli əli  ilə "Şaxname"ni  Tehrana,  "Şax-in-şax"a

hədiyyə göndərib.  Hərbi  gimnaziya  təhsilli  "Şahənşah"  isə,  Stalinin  hədiyyəsi

əsasında  "Şahnamə"ni  yenidon  "düzəltdirib",  BağOd  Evİndən  xəbərsiz

"Paxtavan" - "Pəhləvan" - "Pəhləvi"  şücaəti  ilə "Şahnamə"sini  bayraq  kimi

qaldırıb,  dünyaya  car  çəkib  ki,  mən  "Fird  ou  si"  varisiyəm,  dünyada ən  qədim

mədəniyyət banisiyəm, mənə səcdə edin!

Görürsünüzmü nə qədər gülüncdür bu "Yer" mədəniyyəti?! "Təhsil" illəriniz

havayı gedib, ey "Farsist"lər?!

Dərk eləyirsənmi, düşünürsənmi yetirdiyin "şərqşünas"lar kimə, nəyə xidmət

eləyirlər, ey şüursuz "hökmdar!"

Həqiqətdən - Oddan  ayrılan  ÜnƏs  necə "ins"an  olubsa, eləcə də "nas" -

"natsiy"  olub,  EvƏrƏs - "Pers"  OdƏrim  məndən  ayrılıb  dilinə "dəri"  deyəndən

sonra, ƏrÜzüm məndən ayrılıb özünə "Rus" deyəndən bəri Ər Üzü - İşıq mənası

çatmır sizə!




______________Milli Kitabxana_______________

İndi  de  görüm,  ey  şüursuz,  Firdovsi  kim  oldu?  EvƏr  EvƏs?  Xeyr!  EvƏr

EvƏs nə "Fird ov si", "Fird ousi" adında şair var bu "Yer" adında təhrifxanədə,

qəhbəxanədə, tüstüxanədə, nə "Firdovsi"nin "Şahnaməsi!"

SafAğ  Elmini  bax  belə yeyirsiniz,  ağ  günlərə çıxırsınız,  ey  özləri  özlərini

yeyən qurdlar - canavarlar!

Nəhəng, kor-kobud bədənli, mələk sifətli, alagöz Mariya - "Məryəm ana" hiss

olunmadan  dal  otaqdan  çıxıb,  qonaqlarına  təmiz  nimçə paylaya-paylaya  gedib,

qayıdanda Sestranın biləyini öz güclü pəncəsində sıxıb gətirib, Mədəddən gizlin,

Səmədə yeni  "ukol"  vurdurmuşdu.  Mədəd  öz  sürəkli  nitqindən  o  vaxt  ayıldı  ki,

xırıltı  kəsilmişdi,  Səməd  hətta,  qollarını stolun  üstünə qaldırıb,  yanağını  sol

əlinin  üstünə söykəyib,  gözlərini  açıb,  bir  növ  sakit  nəfəs  alırdı.  Mədəd  xeyli

təəccüblənib, duruxub, əmisinə doğru əyildi.

-

Elə bil yaxşılaşdın!..



Səmədin üzündə təbəssümə bənzər işartı əmələ gəldi.

-

Çıraq  sönməzdən əvvəl  işıq  saçar, əzizim,  dedi. - Sən  danış, danış!..



Çalmağı, oxumağı da unutma. Eşidim son dəfə...

Mədəd dikəldi.

-"Fird  ou  si" əhvalatını  bildiniz.  Belədi  bizim  dünyamız!..  Firdovsidən

sonrakı ən  görkəmli  SafAğ  Alimi  "Nizami"nin  "Xəmsə"sində rəmzləri  necə

anlaşılmaz  şəklə salıblarsa,  "Nizami"dən  sonrakı ən  görkəmli  SafAğ  Alimi

"Nəimi"nin  "Cavidnamə"sində,  "Nəimi"dən  sonrakı ən  görkəmü  SafAğ  Alimi

"Nəsimi"nin  "Divan"larında  OdƏr  sözlərini,  Bağ,  Sar  Odlarını - adlarını -

rütbələrini də eləcə dəyişdiriblər: "dəri"sini - OdƏr sözlərini büsbütün çıxarıblar!

Cəhalət  mücəssəməsi  "Fars"ın ƏsEvÜn əvəzində işlənən  "zəban"ında  "dəri

soymaq"  OdƏr  Dilini  pozmaq  mənasında  işlənir.  Cəhalətin dəhşətinə baxın ki,

"Hüruf"i  adı  altında  gizlənən  SafAğ  Elmi  on  beşinci əsrin  ilk  illərində

Səmərqənddən  Misrə qədər  zülməti - cəhaləti  qovduğu  halda,  Misir  sultanının

Nəsimi  haqqında  hökmündəki  "dərisi  çıxarılsın"  sözləri  həm  də həqiqi  mənada

dəri soymaq kimi başa düşülüb, ey "Fars" mənasız!

"Fars" "maqnit"i nə üçün göndərilir, qandınmı?! Heç olmasa hiss elədinmi ki,

"Yer"  adlanan  bu  qəhbəxanənin,  tüstüxanənin  ehtiraslarına  bağlanmaq  məhz

fanilikdi, çürümək, torpağa qarışmaqdı, ey OdƏrBağa yad"torpaq!"

"Əbədiyyət" - EvOd  EyOd  bu  SimOd  Alimin  sabahında,  OdAğ-Üzdədi!

"Firdovsi" - EvƏr EvƏs də OdAğÜzdədi. Məhz EvƏr EvƏs



______________Milli Kitabxana_______________

adında  şair əyləşib  orda,  Alim  şairlərin  arasında,  öz  evində,  "Yer"də yazdığı

iyirmi  min  misrasının  iyirmi  mini  də, əzbər  bildiyi  təhrif  dilli  "Şahnamə"si  də

beynində.

"Söhrab" adında hökmdarı - Sarı da var o "Şahnamə"nin, "Rüstəm Zal"ı da.

Rüstəm  Zalın  böyüdüb  tərbiyə elədiyi  "Səyavuş"  kimdi,  "Şahnamə"də tez-tez

"at"a, "it"ə, "siçan"a çevrilən adamlar kimdilər və nədilər?!

Bilirsinizmi,  ay ət torbaları?!  Casus  şərqşünas  alimləriniz  açıblarmı  sizə

"Şahnamə" rəmzlərini? Xeyr, açmazlar!

Dəlimiz  Dam  direktor Ələskər  müəllimdən,  bu  SimOd  bədbəxtdən,  Xızrnan

Çürükdən, qismən də Səmi ilə Şöşüdən başqa bir köpəyoğlu bilmir hələ mən nə

üçün danışıram bu İlan "möcüzə"lərini və nə deyirəm.

Mən deyirəm: nə alimlər qanırlar "Şahnamə" nə olan şeydi, nə tərcüməçilər,

nə də oxucular.  Yəni  siz,  ey  bədbəxtlər!  Nə də "Azərbaycanın ən  gözəl

guşələrində hərəsinə bir  "villa"  tikdirdiyiniz  "farsist",  "ərəbist"  professorlarınız

bilmirlər! Səhərdən axşama, axşamdan səhərə qədər Sudüşən çəmənində manqal

tüstülədə-tüstülədə Firdovsinin "dəri" dilindən sitat qışqırırsınız o "alim"lərinizin

hüzurunda! Moskvanın "Leypsix" mağazasında satıcı "sestra"larınıza "Şaxname"

bağışlayıb "Drevnyaya Persiya" qışqırırsınız! Əlinizdə "koptorq çeki"

1

cibinizdə



bazar milyonu, dilinizdə "dəri" dili, "dəstan Firdovsi!"

Bütün  başqa  dəstanlarımız  kimi,  "Fars  şedevri"  adlanan  o əsərin əsli  də

başdan-ayağa rəmzlərdən ibarətdi.

İndi açacam o "at"a, "it"ə, "siçan"a çevrilən adamların sirrini.

İlanm  məkri  ilə "Qrek" - "Latın" - "Fars"  birliyinin  "parçala,  hökmran  ol"

hökmü  ilə "İr+an",  "Tur+an"  adlandırılan  "Türk" ərazisində sərhəddən-sərhədə

keçəndə "əskər" - əski Ər  "at"a  dönüb  çapır,  "it"ə dönüb  izə düşür,  "siçan"a

dönüb yerin yarığına girir ki, "Söhrab"dan "Rüstəm Zal"a xəbər çatdırsın.

Söhrab şahdan?

Yox, ey "zoban" Təhriflər!

"Şah" yoxdu, ƏsAğ var, Yaradan SafAğ İnsan.

"Söhrab" yoxdu, Sağ ƏrEv var.

"Söhrab şah" - Sağ ƏrEv ƏsAğdı.

Alver əhalinin əlinə keçdiyinə görə, Sovet dövləti "importnıy tovar" - xarici mal almaq üçün xüsusi

"çek" satırdı.



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə