İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə176/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   172   173   174   175   176   177   178   179   180

______________Milli Kitabxana_______________

o  dəhşət  mənim  canıma-qanıma  hopub.  Anam  o  yatağından  bir  daha  qacmağa

çalışıb,  sizin  aranızda  çapalayanda  mən  də çapalamışam.  Anam  Çax-çuxa,  sənə

qarğış  yağdıranda  mən  də yağdırmışam.  Nağıl  deyil,  elmdi  bu,  Rəhim  kişi.

Atamın  qara  qanında  axan  qara  qanı  idim  onda mən,  axıb  anamın  qara  qanına

qarışırdım. Sultan Əmirli yox idi daha, Rəhim kişi. Cismən sağ olsa da, yox idi.

Sən yox eləmişdin mənim uca insan - Bağ atamı!

Qorxma  məndən.  Heç  kəsə şikayət  yazmaram.  Prokuror,  hakim  pul kisələri

sən  pul  kisəsini  məsuliyyətə almazlar.  Mən  səni  sadəcə,  öldürüb  dirildəcəm.

Hələlik bu bədbəxt skeleti öldürməklə məşğulam.

Kitelin cibindən çıxan kağızı yada salın: "Məni Varisim öldürdü. Varisimi də

Varisi öldürəcək..."

Atam  nə vaxt,  hansı  şəraitdə,  necə yazıb  bu  sözləri?  Məlum  olacaq.  Hələlik

bu SafAğ Varisinə baxın, alim çekistinizə baxın, cəmaat.

Yumruqlarına baxın!

Tüpürüm  sənin  yumruqlarına,  ay əmi... Əlli  dördüncü  ilin  avqustunda  sən

"qardaş  qatili"  Sultan Əmirlini  tabutda  görə-görə Qonaqlının bu  səmtlərində

vurnuxanda  Bakıdan  zəng  vurdular,  Sultan Əmirli  getdi. Düşmən  sənin

karlığından, korluğundan istifadə eləyib, əzabkeş generalın bu rayona göndərdiyi

yeganə kadrı - "iki tərəfə işləyən Əfəl Məsimi" bağlı qapı  dalına basdı. "Əfəlin

arvadı  Gülbənizin əl-qolunu  bağlayıb  daxmaya  tulladı. Əlləzoğlunu  zirzəmiyə

saldı.  Səhər  saat  altıda,  yəni  "Yarımallah"  rayondan  gedəndə Əlləzoğlunun  bir

əlinə neft  qabı,  o  biri əlinə kibrit  verdi,  sənin  gözüyün  qabağında Əmirli

mülkünə od  vurdu.  Dəlilərin  Bezobraziyedən  gizlətdiyi  "Vərəsə"ni  traktorun

təkərlərinin altına verdi. Sənin əsəblərinlə oynayıb əminlə mübarizəyə sövq etdi,

döyüş meydanı verdi. Daş əzələlərini, daş yumruqlarını işə saldın. İki dəfə Sovet

İttifaqı  qəhrəmanı  Xalıq  Qudalını  xınc-mınc  elədin.  "Sultan Əmirlinin  xançalı

Çax-çuxun qanına bulanıb "həbs üçün" əşyayi-dəlil oldu.

Xızr  Abı  mülkün  xərabəliyində

dizin-dizin  sürünəndə,  "Vərəsə"nin

səhifələrini  toz-torpağın  içindən  çıxardıb  üfurə-üfürə,  sığallaya-sığallaya

köynəyinin  üstünə yığanda  heç  nə anlamırdın  sən,  xəyali  xoşbəxtlik əsiri

olmuşdun  ki,  necə eləyib  Gülgəzi  başa  salım, əmimin  arvadı  olsun, Mədəd

doğsun, Sura doğsun, ailə səadəti yaratsın.

Tüpürüm  sənin  ailə səadətinə,  ey  mələk əmi!  Mələksənmi,  ey  çirkab  içində

boğulan "oynaş" SafAğ İnsan?!

Mədəd xırıltı eşidib əmisinə baxdı.

Bütün zal Səmədə baxırdı.

Səmədin  başı  çiyninə əyilmişdi.  Qolları stolun  üstündən  düşüb  sallana

qalmışdı.  Gülənoğlunun  təzə doldurduğu  samovar əvvəlki  kimi  guruldasa  da,

ölüm qabağı xırıltı aydınca eşidilirdi.



______________Milli Kitabxana_______________

"Qaz  peçi"nin  dalından  boz  motalpapaq  çıxdı;  axşamdan  bəri  orda -"peçin"

dalında  büzüşüb  Özünü  göstərməyən,  qocalıb  meymunsayağı  bir  şeyə dönmüş

Göbələk əllərini başına döyə-döyə, çırpına-çırpına Səmədə doğru cumdu.

-

Evimi  yıxdın,  ay  gözümün  nuru!  Ocağımı  qaraltdın!  Çəpərimi



dağıtdın...

Mədəd babasının boynundan yapışıb geri itələdi.

-

Farağat  otur,  tülkü!..  Ölməlidi...  Heyvanat  içində yaşayammaz  o daha!



Getməlidi bu dünyadan!..

Atam  buna  bel  bağlamışdı.  Təkcə buna!..  Varisiydi...  Yeganə Varisi...

Nifrətim var mənim bu Varisə. Heç kəsi bu qədər sevmirəm. Heç kəsə bu qədər

nifrət eləmirəm. Səbəbini bilmirsiniz hələ. Danışmamışam.

Nifrətimin səbəbini indi danışacam. Məhz indi.

Ağlını  itirdi.  "Vərəsə"ni  şərh  eləmək əvəzinə,  təhrif  insan  səviyyəsinə enib,

yas  yerlərində,  restoranlarda,  institutlarda  "o  tay-bu  tay"  deyə-deyə,  yeddi  yüz

əlli  cildin  məzmununu  sakit  kütləvi  tədris  proqramından  ayırıb  üsyançı  ruhla

bağladı. Bu Yer adlanan xarabada hələ heç kəsin, heç kəsin tanımadığı Ulu Bağ

ƏsƏlMən nəslindən bir Pünhanın ehtiyat tədris proqramına saldırdığı bir SafAğ

kitabını  bu  igidimiz  bayrağa  döndərib  milləti  sevən  cavanları dəli-divanə

"sverxçelovek"  səviyyəsinə endirdi.  Stalin,  Mirqəzəb,  Pers  toxumlarının

içərilərini kin-küdurətlə doldurub, cahil düşməni daha da cahilləşdirdi, Xəlvətləri

torbalarına  dərs  deyən  cahil  farsistləri, ərəbistləri  Muğannaların əleyhinə

qaldırdı.  Gizlin,  dərin  alimlərdən  kim  vardı,  hamısının  canına  titrətmə saldı.

Məmməd  Cəfər  imzasıynan  yazan  məşhur  Akademik  "Əxi" - AğEy  haqqında

Türkiyədən  aldığı  dəqiq  tarixi  materialları  yandırdı,  sarsılıb  xəstələndi.

Akademik  Məmməd  Cəfərin  yetirmələri,  Nizami,  Nəimi,  Nəsimi  mövzusunda

məqalələrini  gizlətdilər.  Farsistlərin, ərəbistlərin,  "İslam"çıların  birgə səyilə

Füzulini  qatı  müsəlman  elədilər,  "şaxsey-vaxsey"  casuslarından  təxribatçı

dəstəlor  düzəldi.  "Bağday",  "Bağ"  deyən  cavanları sıxma-boğmaya  saldılar.

Məşhur şair Xəlil Rza Ulu-türk

1

ölümlə hədələyib "OdƏr yurdu" şerini qadağan



elədilər.  Dəlilərimiz  təxribatçılarla  danışmaq,  həqiqətimizin,  OdƏr  dili

həqiqətlərinin

1980-ci illərdə SafAğ Elmi ilə bağlı ziyalılardan yalnız bir qisminin adı çəkilir (müəllif).



______________Milli Kitabxana_______________

müasir  bəşəriyyətə hava,  su,  çörək  kimi  lazım  olduğımu  çatdırmaq əvəzinə

qınlarına  çəkildilər.  Bu  mələk  bacımız  Sestra  isə,  bizim  Dam  direktorla

yaxınlığımızı  danıb,  mənim  adımı,  sonra  da  Pünhanlarımızın  adlarını  çiyinləri

Kalaşnikovlulara  və hətta  Moskvaya  ötürdü.  Şəxsən  Qorbaçova  məktub  yazıb,

EvƏrEydən  xəbərsiz  "yevrey"ə "Təhlükəli  Türk  millətçiləri"  haqqında  məlumat

verdi, mənə də "millətçi" damğası vurdu. Bu Şüşəlidə, o dal otağa gələn "dövlət

nümayəndəliyi"nin  qabağında  ilan  dili  çıxartdı  bu  sakit,  ağbirçək  Sestramız,

"Dövlət nümayəndələri" isə, Xəlvətin dediyi kimi, "qıyma-qıyma"  yedilər bizi -

Səməd Əmirlinin Yetirmələrini. Son dörd ayda hamı dağıldı ətrafımdan. Məlum

oldu  ki,  SafAğ  Elmi,  OdƏr  boşəriyyəti  haqqında  restoran  söhbətləri

Bezobraziyeni ayıq  salmaqdan  başqa  bir  şeyi  deyil.  Özümüz  özümüzün  qatili

olduq...

Mədəd əmisinin əlini əlinə alıb, nəbzini rutdu. Əyilib, diqqətlə üzünə baxdı.

-

Eşidirsənmi?



Xırıltıya inilti qarışdı:

-

Danış...  Qurbanın olum, Mədədim...  Çalış  ki,  Heydərə



1

də çatsın  hər

şey.

Mədəd başını endirdi. Astadan:



-

Dirilirsən, - dedi. Sonra qara dəri kreslonun yanında stula çökdü.

-

Heç  kəs  yaxın  gəlməsin.  Sən  də,  "mələk"  Sestramız!  Dərmən  can



verənin əzab  müddətini  artırır.  Yığışdır  şprisini,  keç  yerində otur.  Bu  qatillə

qurtarmışam. İndi siz qatillərlədi işim!

* * *

"Sultan və Səməd" dostanı davam eləyir.



Diqqətlə qulaq asın.

Təbrizdə, Əmir bazarının yanında babam Şeyx Məhəmməd Əmirin xüsusi bir

mülkü  varmış.  Şeyx əmilərim  Ağ Əmirlə Boz Əmir  orda  fədailərin  uşaqlarını

oxudarmışlar,  mülkün  özünə də "Fədai  yurdu"  deyərmişlər.  Bilirsiniz  ki,

"Vərəsə" kitabxana həmin Fədai yurdundan gətirilib. Təbrizdən... Mədəd, bir əli

əmisinin  nəbzində,  o  biri əlini  stola  çırpdı. - Hoppanma,  cənab  hökmdar!  Bəli,

ölür!  Mən  öldürürəm,  sən  yox. Bayaq  dedim  qorxma.  Mənim  imkanım  var

güllələdim səni. Güllələtmiyəcəm. Qatilsən. Əmma güllələtmiyəcəm. İnsansan!..

Hər şeyi dərk edə-edə heç nəyi dərk etməyən qeyri-adi idraksız insan! Hey-

Heydər Əliyev




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə