İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə175/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   172   173   174   175   176   177   178   179   180

______________Milli Kitabxana_______________

naqları ilə tərpədə-tərpədə ağlayır.  Elə o  yaşda,  o  balacalıqda,  başı  qızıl əsgər  papaqlı,

ayaqları "Sultan əminin çəkməsi kimi" qara xrom çəkməli sədr oğlu da quru yerdə oturub,

"Qaraçı  gözəli"  Cığalı  Gülgəzin  ayağını  dizinin  üstünə qoyardı,  "Mənim  dişim  siçan

dişidi"  deyib,  ağzını  o  qarayanıq,  toz-torpaqlı  ayağa  söykəyib,  tikanları  dilinin  ucu  ilə

yaşlaya-yaşlaya, bircə-bircə çıxarıb tüpürərdi. "Bu bir... bu iki... bu üç..."

-

Lənət sənə kor şeytan!.. Xəlvət heyrətlə çiyinlərini qısıb, o yan-bu yana baxdı. -



Tikan nədi, zad nədi?! Bu nə danışır, ay cəmaat!

Mədəd  növbəti  "Prima"nı  Çürüyün  qəlyanından  yandırıb,  "pomost"dan  enib,  yenə

Xəlvətin üstünə yeridi.

-

Canına azar danışıram! Boğazına boğma danışıram! Səməd Əmirlinin faciəsini



danışıram ki, Xəlvət adında buz dağı ərisin. "Zorlama gecəsi" dediyiniz o dəhşətli gecə o

balaca  "Qaraçı  gözəli"nin  ayaqlarına dolan  tikanlardan  başlanır.  Səbr  elə,  qanacaqsan.

Cavanlıqda  "qardaşın" Yağır  Məmmədəlinin  eşşəklərinin  dalınca  yorta-yorta  Arazın  o

tayına gedib-gələndə altı cırıq çarıqlarıyın dabanlarına tikan dolmayıbmı? Yolun ortasında

çöküb  göz  yaşı  tökə-tökə "yeriyəmmirəm,  ay  lələ"  deyəndə,  o  vaxtkı  nişanlın,  indiki

mehmanxana  müdiri,  Erməni  haxçığı Marqo  sənin  dabanlarını  yalaya-yalaya  dişlərilə

tikanları çıxartmayıbmı!

"Bu  bir,  bu  iki,  ay  musurman.  Bu  beş,  bu  on,  ay  musurman", - deyə-deyə o  gün-

güzərana sənlə bərabər ağlamıyıbmı? Bu dörd ayda bu Qəlyanlılara neçə dəfə danışmısan

bu əhvalatı, neçə dəfə demisən:

"Adama  oxşuyan  vaxtlarımız  varıydı.  Marqo  "ay  musurman",  deyə-deyə ağlayanda

köyrəlirdim!" İndi niyə köyrəlmirsən, niyə daşa dönmüsən?!

Çünki sadəcə, həyətyanı sahəsində beş-on qoyundan, keçidən başqa bir şeyi olmuyan

Göbələk Məmiş o çəpəri necə şüursuzcasına qalınlaşdırırdısa, sən də o maşınların sayını

eləcə artırsan, ey şüursuz!

Fəlakət bundadı ki, mən bu şüursuza şüur vermok niyyətindəyəm.

İndi,  nəhayət,  Bezobraziyenin əmri  ilə,  "zorlama  gecəsi"  adlandırılan  o  dəhşətli

gecənin müsibətləri barədə danışa bilərəm.

Müsibət ondan başlandı ki, "Stalinin şəxsiyyətinə pərəstişin ifşasından sonra "şüşənin

altındakı  teleqramla  katalikosların  məktubları"  Bezobraziyenin əlində silaha  çevriləndə,

SSRİ  prokuroru  Rudenko  və general  Məhərrəmov  kimi  güclü  dayaqları  olduğuna

baxmayaraq,  Sultan Əmirli  inzibati  üsullarla  mübarizədən əl  çəkib  Bezobraziye

murdarlarına Elm vermək niyyəti ilə Qudalı məhləsinə ayaq açdı. Nə dedi, nə danışdı Xaş

nəçənniyə,  prokuror  Sayılova,  RİK  Atamalıya,  Çax-çuxa?  Bilirsən,  Rəhim  kişi.

Bilmədiyin budu ki, atam öz səhvini hiss elədikcə, yəni söz-söhbətlərinin havayıhğını hiss

elədikcə, "vodka"ya əl atırdı. Bundan




______________Milli Kitabxana_______________

sui-istifadə elədiniz,  o  yazığı  nəki  var  içirtdiniz,  Rəhim  kişi.  Göbələk  Məmiş

oralarda  hərlənib-fırlanırdı,  arvadına,  qızına  təpinirdi  ki,  "niyə gəlib əl-ayaq

vermirsiniz?!"  Guya  Göbələyin  özü  istəyirdi  ki,  qızı  gəlsin  "Kişiyə qulluq

eləsin". Əslində isə Əlləzoğluna  deyilmişdi  bu!  "Sultan Əmirli  insafa  gəlib,

qardaşı  oğluna  icazə verib  ki,  Göbələyin  qızını  alsın".  Məhləyə çağırılanda

bədbəxt  Cığalı  hoppana-hoppana  yüyürdü,  it  xılının  içindən  gül  üzlü  Gülbəniz

bacısını da çağırıb, samovara  od saldı, Qıllı Qeybalının, Piyli  Qayımın içəridən

daşıdıqları qab-qacağı su kranının altına toküb yudu, quruladı.

Dəhşətli gecəyə şəxsən özün "ağsaqqallıq" eləyirdin, Rəhim kişi.

Gecə yarıda  atamın möhkəm  keyfləndiyinə arxayın  olanda  "Bircə bala"nın

Cığalısının əlinə "podnos" verdin. Dedin:

-

Qayınatana çay apar.



Cığalı çayı aparanda bədbəxt atamı dümsüklədilər, dedilər:

-

Bax gör kimdi çay verən? Katib baxdı, tanımadı. Dedi:



-

Kimdi? Dedilər:

-

Gülçöhrədi! Axtardığın Gülçöhrə!



Yazıq  Cığalı elə bildi  gözəlliyini  tərif  eləyirlər.  Qızardı,  çayı  qoydu,  eşiyə

qaçdı. Bezobraziye məclisini şaqqıltılı gülüş götürdü:

-

Gülçöhrədi, Arşınmalçı! Gülçöhrədi!..



Susursan, ey şüursuz qatil! Gərginsən. Qorxma. Hər şey sənin istəyinə uyğun

olacaq... Yazıq Cığalı xoşbəxtliyindən ölürdü. Bilmirdi ki, bədbəxt "qaynata"nın

fədai  ürəyi  ölmüşdü,  içərisində bu  vəhşi  Xəlvətdən  də vəhşi,  yırtıcı  bir  canavar

peyda olmuşdu. Bilmirdi ki, o canavar ayağa qalxanda Çax-çux adında ikinci bir

canavar  qızın cığalarından  yapışıb,  başını  dala  qanırıb  bircə şüşə konyakı  son

damlasına  qədər  boğazına  tökəcək,  leşini  maşına  atıb,  katibin  leşini  də üstünə

atacaq!..

Səməd  dik  atıldı.  Sonra əlini  ürəyinin  üstünə sıxıb,  ağır-ağır əyilib,  ikiqat

olub, kresloya çökdü. Mədəd əmisinə yanakı baxdı.

-

Atılıb-düşmə!



O  bir  şüşə konyakdan  sonra  ağ  daş  evdə,  Sultan Əmirlinin  həmin  yataq

otağına  doluşub,  hırıldaya-hırıldaya  çıxdınız.  Çax-çux  həmişə keyfi  saz

vaxtlarındakı  kimi,  ruscaya  keçmişdi:  "Vsyo!  S  Sultanom  Amirli pokonçeno!"

Həmin bu sözlərini həmin gecə Mirqəzəbə teleqramında yazdı.

Bədbəxt  atam  dəhşətli  sərxoşluqdan  ayılanda  anamla  bir  müddət  bir-birinin

üzünə baxa-baxa qalıblar. Heç nə başa düşəmmirmişlər. Xəlvət-




______________Milli Kitabxana_______________

lərin oyunlarından sarsılmış üçüncü bir bədbəxt də yataq otağı ilə zalın arasında

quruyub  qalıbmış:  Qılınc  Qurban.  Qılıncını  sıyırıb  düşüb  atamın üstünə ki,

"Bircə balayın istəklisini özünə arvad eləyibsən, çal qurumsaq!"

Qılınc düz dörd ay asıb-kəsib atamı: "Qaytar qancığı, qaytar!.." Düz dörd ay

anam evdə - "cəhənnəmdə",  atam  aşağıda,  tut  ağacının  altında - "cəhənnəmdə"

yatıb. Düz dörd ay bu birisi çarıqlı Göbələk bədbəxt axşamlar Sultan Əmirlinin

işdən  qayıtdığı  vaxtlar  gedib  həyətdə ocaq  qalayıb,  manqal  tüstülədib  ki,  guya

raykom  katibinin  qayınatasıdı  kişi.  Düz  dörd  ay  gecələr  səhərə qədər  o  tutun

dövrəsində gəzinə-gəzinə gözləyib ki, bəlkə möcüzə baş verə, şan-şöhrətli katib

evə qalxıb  yorğanın  qulağını  qaldıra.  Belə dəhşəti,  belə faciəni,  belə müsibəti

mən sizə bağışlaya bilərəmmi, Rəhim kişi?! İyirmi səkkiz aprel küçəsi ilə Kirov

prospektinin  kəsişdiyi  yerdə,  Nizami  kinoteatrının  dalındakı  evin  ikinci

mərtəbəsində,  "Çekistlər  çekisti"  "AdıPünhan"  adlanan əzabkeş  generalın

mənzilində,  Azərbaycanın  demək  olar  ki,  bütün  rayonlarında,  mühacir

Muğannaların  ailələrində,  "Prometey"lər-EvƏrOdBağdaylar  arasında  pərvəriş

tapan çekist oğlu çekist Dəli Səmədin yetirməsi, Bircə Balası, Tədqiqatçısı Dəli

Mədəd,  Xəlvətləri  rahat  buraxarmı?!  O  dal  otaqda  oturub  mənim  səsimi  yazan

paqonlu Qudalıların arasında yalnız "familiya"ları sizdən olanları tanyırsanmı, ey

şüursuz  qatil!  Mən  yetirmişəm  o  gizlin  OdƏrləri!  Onların əlilə diriləcək  Alim

Səməd! Bütün Bağday ərazisi  miqyasında "Muğanna" adlananlarla  yanaşı o dal

otaqdakı  "Qudalılar"  ömürləri  boyu  bu əzabkeş  Alimi  xatırlayacaqlar!  Bəs

necə?!

Sakit otur! "Oynaş" öləcək!



Qulaq as!

O  konyaklı  gecə bədbəxt,  sərxoş  Cığalı  elə bilib  toysuz-filansız  evlənir

Səməd. Nağıl, fantastika aləmində, gözləri yumulu təslim olub sərxoş canavara.

Gözünü açanda görüb Səməd-zad yoxdu, başqa adamdı, ölü kimi şeydi, döşənib

üstünə.  Vahimə içində çapalayıb,  çıxıb  ölünün  altından,  ayaqyalın,  başıaçıq,

atılıb qaçıb. Qılınc Qurbanın oraya, qapısı taybatay açıq ağ evə getməyindən bir

az əvvəl olub bu, qaçıb anam, darvazada yaxalamısınız bədbəxti. Çax-çux, Qıllı,

Piyli,  Xaş  nəçənnik,  Zaks  müdiri.  Bir  də sən,  Xəlvət!  Bezobraziye  heyvanatı!

Saçından yapışıb aparıb atmısınız çarpayıya. Zalda əyləşib, səbrlə gözləmisiniz,

şüşəsinin  altı  teleqramlı "Yarımallah"  özünə gələr-gəlməz,  başının  üstünü

kəsdirmisiniz ki, "bu sənin Gülçöhrən, bu da zaks müdiri. Kəbinini kəsdir, sonra

əyləş  biznən  bu  stolun  dalında,  yoldaşlıq,  qardaşlıq  məsləhətlərimizə qulaq  as".

Bax  onda  başlanıb  mənim  fəaliyyətim,  Rəhim  kişi.  Anamın  bətnində.  Anam  o

canavarı, o meyidi görüb dəhşətə gələndə




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə