İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə171/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   167   168   169   170   171   172   173   174   ...   180

______________Milli Kitabxana_______________

İlana Erməni ilə Türk arasında əbədi düşmənçilik lazımdı. Ennənilərlə yanaşı

sizi  də terrorun  icraçılarına  çevirib  ölkəmizin  daxilində bundan  da  betər  milli

ayrılıqlar,  şiə,  sünnü  bədbəxtlikləri  yaradacaqlar. Əmma  həqiqət  gizlin

qalmayacaq. Çünki, təkrar edirəm dünyamızda Bağ rütbəsində gələcəyi, keçmişi

görən insanlar var!

Dünya  miqyasında  yüzlərlə qəsd  işindən  xəbərdaram  mən.  Uzaq  keçmişi

görən əbodilərimizin  bu  "fantastika"sını  lap  adi,  sadə sözlərlə çatdırıram  sizə.

Açıq-aydın  qəsd  işini  "həlak  oldu"  kəlmələri  ilə ört-basdır"  eləməyinizin  sirri

bundadı  ki,  "Allah" - ƏlAğı  tanıyan,  Kainatın  sirlərini,  o  cümlədən öz

Ölümsüzlüyünü bilib hər cür qorxudan xali

1

olan SafAğların əksinə, siz hamıdan,



hər  şeydən  qorxa-qorxa,  homişə,  hər  yerdə iradənizin əleyhinə gedirsiniz.  Çax-

çuxun  çoki  daşını  tərəzinin  üstündən  qapıb  maşının böyrüylə yüyürdüyünü

bugünkü  kimi  gö-rürəm  mən.  O  vaxt  siz  də görürdünüz.  Çax-çuxun  "VüÜs"in

qapısını açıb içəri atıldığını da görmüşdünüz. Həmişə qoşa gəzən Qara Zalla San

Zalın  qışqırtılannı,  "Öldürəcək!  Sodri  öldürəcək  köpoyoğlu!" - dediklərini  də

eşitmişdiniz.  Orda,  saqqızın  yanmda  Dam  Direktor bu  Xəlvotin  üstünə yeriyib:

"Öldürdü!  O  nalnan  öldürdü!" - deyəndə,  Təftiş  Abbasm  SafAğ  oğlu  Qara  Zal

Xaş nəçonniyin üstünə yeriyib "həbs eləyin onu! Xalıqı həbs eləyin!" – deyəndə

hamınız  qınınıza  çəkildiniz.  Hamınız,  ey  Qonaqlılar!..  Sədr  Mədəd  məhz

qorxudan  xali  olduğuna  görə kolxoz  nizamnaməsinin  formal ədalətini  həqiqi

ədalətə çevirib çörək verirdi sizə; "naturplata"

2

adlanan dövlət vergisini saxlayıb,



əvvəlcə sizin əməkgünlərinizə taxıl, qarğıdalı, yağ, pendir paylatdırırdı.

Siz  isə,  hamılıqla  qorxu əsiri  olduğunuza  görə Dam  Direktorun,  Qara  Zalın

səslərini batırdınız!

Sonra?  Sonra  nə baş  verdi?  Gizlin  ürək  ağrıları,  vicdan  qışqırtıları:  "Belə

yaşamaq olmaz! Belə yaşamaq olmaz!" İçərinizdəcə boğuldu qaldı bu üsyan, ey

yazıq, bədbəxt millət!

Qulaq asın:

"Nə qədər  ki,  yaxınlaşıb  yazını  oxumamışdı,  Səməd  elə bil  hələ də yuxulu

idi,  ayaqlarını  yerə basdığını  da  hiss  eləmirdi  və hətta  Cəfər əmi - Lüt  Cəfərin

qəribə pıçıltı  ilə danışdığı  təfsilata  da  bir  növ  laqeyd  idi.  Saqqız  ağacının  üç

addımlığında dayanıb o yazını oxuyanda isə birdən-birə boğulmağa başladı".

Qorxudan azad əvəzinə "qorxudan xali" ifadəsi xalqın dilində ən qədim Saf-Ağlardan qalıb.

Döviətə vergini məhsülun özündən ödəmədən, kolxozçuya əməkhaqqı vermək qeyri-rəsmi qadağan

idi.



______________Milli Kitabxana_______________

Kim "boğulmağa başladı?"

Boş-boşuna vermirəm bu sualı. Kim "boğulmağa başladı?"

Həmin  bu  altmış  yaşlı,  beyninə qan  sızan  skelet  Alim,  o  vaxtkı  on  yeddi

yaşlı, əziz-ərköyün Bircə bala.

O vaxta qədər boğulman-zad vardımı, əmi?

Yoxuydu.

Niyə məhz orda boğulmağa başladın?

Bilmirsən.

Sən necə, Xəlvət? Hammızdan soruşuram: Niyə məhz orda, o cür faciə içində

tək qalanda, ömründə ilk dəfə boğulmağa başladı bu skelet Alim?

Bilmirsiniz.

Dəhşət  bundadı  ki,  mənim bu  ilk  nəzərdə qeyri-adi  danışığımın,  təkrar

elədiyim bu "bilmirsiniz, bilmirsiniz" sözlərimin altındakı məna çox adidi.

O  boğulan  da,  bu  boğulan  da  saf,  uca  bir  insandı.  Xalqına  məhəbbəti,

hissiyatı,  vəcdi  necə ucaymışsa,  hətta  bədbəxt  Yetimlər  məhləsinin qapı-

bacalarını  murdarlayan ət  torbalarının o  tualetə çevirdikləri  yerləri  təmizləmək

istəyirmiş!.. O saf, gözəl gənci, sədr Mədədin yeganə varisini gözləmək, təsəlli,

ürək-dirək  vermək əvəzinə niyə elə gecə dağılmışsınız?  Məhkəmə zalında,

Xalıqın gözü qabağında şahidlik eləməkdən qorxmusunuz?!

Bəli!

Bu  bir  ovuc  Qudalıların  "Birliyi" - birlikdir.  Siz  isə özünüzdən  başqa  heç



kəsin  taleyini  düşünməyən  tək-tək  qorxaqlar  yığınısınız!  Sizi  biri-birinizdən

ayırmaqdan, torpaqlarınıza soxulmaqdan asan nə var?!

Saqqızın yanında o gənc ömründə ilk dəfə, sizin yadlığınızı hiss eləyib!

"Vərəsə"mizi  iy  basıb!  Bu  şüşə divarların  arasında  çala-çala,  oxuya-oxuya

dönə-dönə danışmışam  sizə ki,  "Qrek" - "Latın" - "Fars"  fatehlərinin,  sonra  bu

dəhşətli  üçlüyə qoşulan  "Ərəb"  fatehlərinin,  sonra  Səlib-Xaç  fatehlərinin,  sonra

İlan  Vatikanın gizlin  "poslaniye"ləri əsasında  Romanovlar  fatehlərinin  qan-

qırğınları sındırıb sizi.

Vaxtilə "Pro Metey" - EvƏrOdBağdaylar zəncirlənmişdi. İndi hər bir Tərik -

"Türk"  OdƏr  zəncirlənib!  Agentlər  mühasirəsində yaşayırsınız.  "Əsir"  kəlməsi

minilliklərlə gəlib indi Xəlvətin dilində tən-tənə ilə səslənir!

Mən  sizi,  İlan əlində silah  olan əbləhlərimizi  "cahad"a  çağırmıram.  Cəhalət

zorakılığına qarşı zorakılıqdan - ölümdən, torpağa çevrilmək-



______________Milli Kitabxana_______________

dən dəhşətli  bir  şey  olmadığını  dönə-dönə təkrar  eləyib,  sadəcə,  öz  bətninizə,

"ürək" adlanan cəhənnəminizə diqqətlə baxmağa çağırıram. ƏrOd - həqiqət işığı

ikən  "ƏrKi"yə - "ürək"ə döndərilən  təhrifi  saflaşdırmaq  üçün  bilik  verən,  idrak

verən  Elmimiz  özü əsir  düşüb, işgənco  içində inildəyir,  təhrif  olımur.  Gizlin

qışqırma, ey "ürək"!..

Mənim  "Ninnini"  deyənim  deyir:  "Xalq  elə bilir  sən  onu  "ürək" əvəzinə

"ƏrOd"  deməyə məcbur  eləmək  istəyirsən,  ay əbləh.  Elə ona,  görə millətiyin

akademikləri  də əyri  baxırlar  sənə!  Yazıçıları,  şairləri  ağız  büzürlər  ki,  "dil

islahatımı  aparaq  indi?!"  "Əl  çək  Elmdən,  a  Ninnini!" - deyir.  Mən  isə əl

çəkmirəm  və son  nəfəsimə qədər  deyəcəm:  "Tarixi  bil,  ey  "ürək!"  "Dilinizlə

birgə "ürəg"inizin  də təhrif  olduğunu  bilin,  ey  "ürək"  Qonaqlılar,  "ürək"

Tahirlilər,  "ürək"  Qurbanlılar!  Səsinizi  səsimə qatın,  açıq  qışqırın  ki,  belə

yaşamaq olmaz! Belə yaşamaq olmaz!..

Urəyinizə diqqətlə,  fəhmlə baxın,  görün  niyə bu  qədər  "yazıqlar",

"bədbəxtlər" deyirəm?! Niyə hamınız bədbəxtsiniz?!

Sadəcə

olaraq,  həqiqətdən  uzaq  düşüb,  hamınız,  hamınız  yalanla



yaşayırsınız!

Deyirəm,  Qarabağın  o  Cənnəti  cəhənnəmə döndəriləcək.  İçərinizdə "Vay!

Vay!" - deyirsiniz. Əmma  biriniz  də mənim  səsimə səs  vermirsiniz!  Bundan

böyük  bədbəxtlik  olarmı?!  Bakıda,  "hökumət  evi" deyilən  binanın  yanındakı  o

böyük  meydanda  mitinq  keçirirlər.  Rusiyadan,  KPSS-dən  azadlıq  tələb

eləyəcəklər.  Kimlər?  Millətimiz?  Xeyr,  ey  sınıqlar,  susqunlar,  qorxaqlar  yığını!

Sabah-birisi gün ətraflı eşidəcəksiniz o mitinqlər, tələblər barədə, sevinəcəksiniz.

Biz Ün eşidən bədbəxtlərdən başqa heç kəs bilmiyəcək ki, tələdi o mitinqlər. Bu

"Ulduzlar  müharibəsi"ndə bütün  Türk  respublikaları,  o  cümlədən  Azərbaycan

KPSS-in  elindən  çıxır.  Buna  görə də KPSS  özü  təşkil  eləyib  o  azadlıq  uğrunda

qışqırtıları. Bakıya ordu yeridəcək, sonra ordusunu çıxarıb aparacaq, siz də yenə

sevinəcəksiniz  ki,  ah,  axır  ki,  canımız  qurtardı  Rusun əlindən,  neftimiz,

pambığımız  özümüzə qaldı...  Bəs əslində nə olacaq? Əslində,  KPSS-in  bu

respublikada  ciblərdə olan  partiya  biletleri  eləcə qalacaq.  Yəni  "podpolye"də

qalacaq Sovet əjdahası, bax bu "Birlik"lərdn ibarət "Xalq cəbhəsi" adında yalan

milli  dövlot  yaranacaq,  və o  dövlət  xəlvəti  gözləyəcək  ki,  Sovetlər  İttifaqı

adlanan  "sverxderjovo"  dünyanı  atom  altında  qoyub  Amerikanı,  Avropanı

batırandan  sonra  yenidən  meydana  çıxsın  Azərbaycanda.  Nə olar  o  vaxt,

bilirsənmi,  ey  bədbəxt  millət?  Yenə Erməni  iş  başında,  "Türk" - OdƏr  zülm

altında?


Bəli!


Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə