İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə161/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   157   158   159   160   161   162   163   164   ...   180

______________Milli Kitabxana_______________

İndi şərhinə qulaq as.

Başımıza  nələr  gəlib?  O  kağız  niyə yazılıb?  Niyə bu  kokə düşmüşük?

Hamısını danışacam. Qıyma-qıyma...

Azdan-çoxdan 

adamlığınız 

qalıbsa, 

bir 


tikə

çörək 


verin 

mənə.


"Badamlı"nızdan  da verin...  Vaxt  vardı,  içməmiş  dəm  gəzərdim.  "Pəh-pəh"

mahnısı oxuyardım. "Pəh-pəh, nə gözəl, nə qəşəng, səfalı illər! İnsan uzun zaman

belə yaşamaq  istər..."  Stalinin,  Mirqəzəbin kütləvi  qırğınlar  partiyasının

çiçəkləndiyi  Bezobraziye  illərində lap  ürəkdən oxuyurdum  mən  bu  "Pəh-pəhi!"

Çünki  doğrudan  da  heyvanıydım.  Təmizürəkli,  hər  şeyə inanan  başı  boş

heyvan!..  Hissə qapılanda  çirmənib  cəmaatın tualetini  təmiziəmək  istəyirdim.

Sonra 

ayıldım 


gordüm 

vualetlərin 

murdariığı 

adamların 

özlərinin

murdarlığındandı!

Mən də içəcəm bu gecə. Çünki mən də sizin tayınızam. Öz heyvanlığımnan,

murdarlığımnan,  qatilliyimnən  bərabər,  sizin  heyvanlığınızı,  murdarlığınızı,

qatilliyinizi  də açıb  tökəcəm  ortalığa,  müqayisə eləyin  görək  cahillikdə siz  ağır

gələrsiniz,  ya  tək  mən! Cəmi  Muğannalaria  birlikdə mən  də sozün əsil

mənasında  cahiləm  ki,  cəhalət  mücəssəmələrinə Elm  verməyə həsr  eləmişəm

ömrümü.  Günü  bu  gün  hərənizin  bir  qatilliyini  açım, əvəzində çox  yox,  mincə

"Dollar"  alım,  gedim  o  dal  otaqda  prokuror  Sayılovnan  da  alver eləyim,

kənardan baxın mənə, özünüzü görün!

Bir azacıq düşünün, o Kalaşnikovları niyə veriblər sizə, o güllələrin tökdüyü

qan  kimin  qanıdı?. O  yaşda  dümağ  saçlı  adam,  gör  nə demisən  o  Sudüşəndə:

"Mədəd  xadımdı,  Mariya - Məryəm  ana  da  o  biri  Məryəm  ana  təki  işıqnan

hamilə olub,  ha-ha-ha!"  Tfu  sənin  ağ  saçına,  Rəhim  kişi!  "Əxlaqsız"  damğası

vurmadığınız Əmirli qalmayıb. Bir də tfü sizin üzünüzə!

Pavilyonda stullar taraqqa-taraq saldı - çaxnaşma oldu.

Bu  dəfə zalın aşağı  küncündən,  torbaların  arasından  kiminsə xırıltılı  səsi

Səmədin hələ də beynindən getməyib aramsız "Danış, danış" deyən səsə qarışdı:

-

Cahilliyimiz  də aydındı,  qatilliyimiz  də!  Qəhbəliyimiz  də!  Başqa cür



danışılmalıdı burda! Sən pis danışırsan.

Mədəd idi. Dik atıldı.

-

Danışmıyacaqsan!..  Bunlara  ayrı  söz  lazımdı.  Mən  deyərəm  o sözü? -



dedi.


______________Milli Kitabxana_______________

* * *


"Dnevnoy"  işıqların  cərgəsi  altında  qaynayan  tüstü-duman  içində qaz

"peç"inə yaxınlaşdı,  pencəyinin  döş  cibindən  kağızı  çıxarıb,  aşağıdan -

"truba"nın  dibindən  alova  atdı.  Dikəlib,  zalın  yuxarısına - çayxana  küncünə

baxdı.


- Niyə yandırdım?..  Səbəbini  sonra  biləcəksən, əmi..  Atamı  nə vaxt,  necə,

hansı  şəraitdə

öldürdüyünü  mənim  dilimdən  eşidəndə...  Mən  anamın

bətnindəydim  onda. Əmma  o şəraiti  bütün  incəliklərinə qədər  görürəm.  Bu

dəqiqə səni,  bu  neon lampalarını,  bu  tüstünü  necə görürəm,  o  şəraiti  də elə

görürəm  indi.  Deyilib  bu  bədbəxt  Varisə...  İndiki  kimi  o  vaxt  da  başın  dumanlı

olub  sənin.  Boş  yox,  dumanlı.  Çox  şeydən  xəbərin  yoxdu,  ey  adı  SafAğ  Alim

olan, ən  yetkin  vaxtında  birdən-birə Ünsiz  qalan  yazıq.  Daha  heç  nə deyilmir

sənə.  Ürəyində,  beynində,  ruhunda  necə təbəddülatlar  var,  hamısını  görürəm.

Başqasının ürəyini, beynini göstərməkdə məqsədi nədi OdAğÜzün? Çox təəssüf

ki, təzyiq yoxdu qanunlarında. Yoxsa atamı öldürdüyün dəqiqə orda öldürərdilər

səni,  otuz  dörd  ilin  işgəncəsindən  xilas  olardm.  Mən  isə dünyaya  gəlməzdim...

Atam da, sən də çalışmısınız ki, ana bətnində ikən məhv olmayım mən. Halbuki,

hər ikimiz üçün, hətta anam üçün də xoşbəxtlik olardı dünyaya gəlməsəydim.

Abı  deyir  bu  iki  mininci  il ərəfəsində bircə nəfər  Bağın  da  Yerdə xalq

arasında  yaşaması  saysız-hesabsız  insanın  kamilləşməsi,  OdƏrləşməsi, əbədi

həyat  qazanması  deməkdi.  Başqa  sözlə,  nə sənin  ölüb  işgəncələrdən  xilas

olmağını istəyir Abı, nə də mənim. Çox iş görürsünüz deyir, bəxtəvərsiniz deyir!

Danışım, görək necə "bəxtəvər"lərik!

Əvvəlcə kağız barədə.

Bu  kağızı  mən  bir  dəfə on  il  bundan əvvəl - yetmiş  səkkizinci  ilin  yayında,

sonra Bakıda  qayım-qayım  oturub,  məni  veteranlar  cəmiyyətində Qılınc

Qurbanın arxivindən  zorla  çıxartdırıb,  universitetə qəbula  çağırdığın  vaxtlar

oxumuşam. Qarlayıb qoymuşam öz yerinə, atamın sovxasının cibinə. Hələ o vaxt

sənin qanını içməyə hazırıydım, əmi.

İkinci dəfə kağızı dörd ay bundan qabaq oxudum, "doxsan illik-filan hamısı

düşmən  qurğusudu"  dediyin  gün.  Anamın  yanına  gedirdim  o  gün  babamın

xarabasına gedirdim.

Bir adam çıxdı ordan.

Kitel əlində, həyətdə dayandı, mənə baxdı, kiteli kəndirdən asdı, dedi




______________Milli Kitabxana_______________

-

Sultan Əmirlinin  sovxasıdı  bu.  Yetmiş  səkkizinci  ilin  yayında



Gülənoğlu  Molla  Gülən  gətirib  bu  həyətdə sənə göstərib,  sonra  anana  verib  ki,

anan  hər  il  bu  vədə arvadları  yığsın,  sovxanı  ortalığa  qoyub  ağlaşma  qursun.

Ağlamaq istəməyib anam:

-

Sultan Əmirli  ölməyib - deyib,  kiteli  boxçaya  büküb  sandığa  qoyub.



Əmma o adam deyib:

-

Sandığa basılası sovxalardan deyil bu. Mənə də dedi bunu:



-

Göz qabağında olmalıdı bu sovxa, qadası. Çünki o kişinin ölümünün əsl

səbəbini açmaqdan ötrü əşyayi-dəlildi, cibində sənəd var. İyirmi beş il türmədə,

doqquz il də müxtəlif şəhərlərdə, düz otuz dörd il Azərbaycandan uzaqlarda mən

həmişə bu  sənəd  barədə fikirləşmişəm,  qadası.  Çünki  uzaqgörən  adamdı  bu

Çaxçux Xalıq,  bugünkü  günü  görürdü.  Get  öz  köhnə saz-söz  ustadlarm  Çürük

Aşıqnan  Xızr  Abını  çağır.  Gəl-sinlər əvvəlcə onlar  oxusunlar  bu  sonədi.  Çünki

belə lazımdı,  qadası.  Sənədi  oxutdurandan  sonra  xahiş  e)ə,  köhno  bir  bayatı

oxusunlar.

Burdan bir atlı getdi,

Atın oynatdı getdi,

Gün kimi şəfəq saçdı,

Ay kimi batdı getdi.

Deyirdi,  gülürdü  Çax-çux.  O  vaxtacan  görməmişdim  onu. Əmma  "çax-çux"

deyildiyini  də bilirdim,  təhər-tövrünü  də.  Qara,  uzun  ada-mıydı.  Qəsdən

soruşdum:

-

Kimsən, niyə belə danışırsan mənnən?



Dedi:

-

Çax-çux Xalıq deyərlər mənə, qadası. İndi "çik-çik deyirlər.



Tapançaya güilə qoymusanmı heç ömründə? Qoyub üstdən basvrsan

barmağınnan,  "çik"  eloyir!  Elə ki,  yolumu  kosən  oldu,  onda  ayrı  cür çıxır

səsi. Hələlik "çik-çik" eləmişəm burda. Ho..."

Bayatısını  bir  də dedi,  rədd  oldu  getdi.  Mən  qayıtdım,  xarabalıqda  yenidən

"Əmirli  mülkü"  adlandırılan  evdən  Abıynan  Çürüyü  çağırdım.  Apardım  ora -

babam Əlləzoğlunun xarabasına. Bayatı-zad oxutdurmadım, əlbəttə. Dərhal başa

düşmüşdüm  ki,  atamdı  "Ay  kimi  batıb  gedən".  Xalıq  Qudalov  bayatım  da

intiqam  niyyətiynən  oxuyur.  Yol  kəsir,  maşın əzdirir,  adam  döydürür,  "yaxşı-

yaxşı  məsləhətlər  verir". Əmma  sən  onun  adını  çəkmirsən  burda.  Bu  "Milli

birliy"ə də "çik-çik" deyir o!

Sən, yoldaş çekist günü bu gün tutdura bilərsən bunların hamısını. Çünki hələ

dövlət  var  Bakıda.  Sən  də sayılırsan  orda. Əmma  onu  da  bilirsən  ki,  ordakı

dövlət burda yoxdu daha.



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə