İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə30/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   180

______________Milli Kitabxana_______________

Sultan çağırmaq istədi, nə "Bircə bala" deməyə dili gəldi, nə də "qardaşoğlu"

deməyə. Əmmə müraciət tapıldı.

Keçən  yay  raykoma  təcrübəyə gələndə,  üç  il  təlimatçılıqdan  sonra  iki  aylıq

təcrübəyə elə bir  ehtiyac  duymadığına  görə Səməd  vaxtının  çoxunu  partiya

kitabxanasında  oturub,  dövlət  imtahanı

üçün ən  vacib  dərslik  sayılan

"Materializm  i  empriokritisizm"  kitabını  dönə-dönə oxumağa  çalışardı.  İşin

axırında kabinetinin dal həyətə baxan pəncərəsindən boylanıb, Bircə balanın hələ

də kitabxanada  oturduğunu  görəndə,  Sultan  bu  səydən  həm  sevinərdi,  həm  də

narahat  olardı.  "Ey,  filosof!  Bəsdi  kitablarnan əlləşdiyin!" - deyərdi.  "Fəlsəfəni

ancaq kitablardan öyrənsən, mənim yaşıma çatanda hər şeydən məhrum olarsan,

ey filosof!" - deyərdi.

Bu  gümrah,  zarafatyana  müraciəti  xatırlayıb,  bundan  Sultan  hətta  sevinc

duydu.

- Ey, filosof! - deyib hətta əlini Səmədin çiyninə şappıldatdı.



Səməd oyandı.

Əmma  buna  hələ oyanmaq  demək  olmazdı.  Çünki  indicə yuxuda  gördüyü

röya  gözünün  qabağında  idi.  Qara  meşin  şapqanın uzun  günlüyü  altında  sifəti

qapqara  görünən,  çiyni  tüfəngli Qurban əmi - Qılınc  Qurban  Gülgəzin

hörüklərindən  yapışıb,  qaranlıq  meşədə,  ağacların  arasında  sürüyürdü,  iri-iri,

sarı-qızılı  tikanları  zülmət  içində

aydınca  görünən  qaratikan  kollarının

qalınlığına basırdı, böyür-başlarında insan qulağı-sayağı ağacgöbələkləri saralan

kötüklərə çırpırdı.  Qışqıra-qışqıra  "Qancıq!  Qancıq!" - deyirdi.  "Mənim

qardaşımnan qardaşoğlumun arasına nifaq salıbsan sən! Səmədi Sultana düşmən

eyləyibsən  sən!" - deyirdi.  Qurban əmi - Qılınc  Qurbanın  bu  qışqırtısının

arasında  Sultan əminin  yorğun,  üzgün  səsi  də eşidilirdi.  Özü  yoxdu.  Hərdən

haradasa  kitel  bozarırdı,  səs  də elə kiteldən  çıxırdı:  "Dayan,  Qurban,  dayan. Əl

çək,  Qurban,  bəsdi!  O  mənim  arvadımdı!  Kəbinli  arvadımdı!" - Kitelin  səsi

Səmədi üşürgələndirirdi.

Oyanıb gözlərini açdı, başını üyüşmüş biləyindən ayırıb, arxası üstə çevrildi

və beləcə qaldı.  Yad  divarlar  arasının  yad  mühitdə əmisini  görüb,  onun  belə

gözlənilməz  yaxınlığından  çaşıb,  yuxu  ilə reallıq  arasında  asıldı:  o  dəhşətli,

içərisi  boş  kitel  zehnində idi,  sarımtıl  düymələrinə,  boğazının  dəmir  çalkeçirinə

qədər doğma, boz kitel isə qarşısında idi və bu boz kiteldə Sultan əminin özü də

həmişəki əmi  idi:  doğma, əziz,  boz  ala  gözləri  dərin  hüznlə,  yorğun-yorğun

gülümsəyirdi. Bu  gözlərdən, bu baxışdan ayrılmaq, uzaqlaşmaq mümkündümü?

"Yox-yox!.. Yox-yox!"



______________Milli Kitabxana_______________

Beynində oyanan ilk sözlər bu "Yox-yox" oldu və Səməd özü də bu sözlərin

ahənginə uyğun ürək çırpıntısı ilə, titrək, hürkək atılıb ayağa qalxdı.

Gərgin  sükut  içərisində əmi  ilə qardaşoğlunun,  yaxın ikən  uzaqlaşmaq,

doğma ikən yadlaşmaq istəməyən iki nəfərin nəzəri bir-birinə sancıldı.

Qardaşoğlunun  üzündəki  təşviş əminin  sifətini  də dəyişdirdi. Əmma  Sultan

buraya  "aydın  fikirlə,  qəti  qərarla"  gəlmişdi  və indi  məhz  qətiyyət  məqamı  idi.

Odur  ki,  ciddiləşməyi  ilə gülməyinin arası  bir  saniyə də çəkmədi  və Sultan

əməlli-başlı  qəhqəhə çəkib,  iri,  ağır  yumruğu  ilə Səmədin  açıq  sinəsini

dürtmələdi.

- Ey,  filosof!  Hardasan?.. Ə,  nə gözlərini  döyürsən?  İçmisən  nədi, əmini

tanımırsan?

Mübaliğəsiz demək olar ki, Səməd xoşbəxt idi. Çünki əmisinin dürtməsi də,

baxışı da, gülüşü də xoşbəxtlikdən xəbər verirdi: "Boş kitel" dolu idi; o dəhşətli

röyanın özü  kimi  dəhşəti  də röya  idi.  Bu  dürtmə,  bu  baxış,  bu  qəhqəhə açıq-

aydın demirdimi  ki,  Sultan əmi  doğrudan  günahsızdı.  "Həqiqət",  "müqəddəsat"

sözləri  ömrü  boyu  dilindən  düşməyən  Xızr  kimi  ciddi  adamın  inamından  da

məlum deyildimi ki, Sultan həqiqətən günahsızdı?! Səməd əmisi üçün təhqiramiz

şübhəyə düşüb  Gülgəzə,  sonra  da  Hənifə arvadla Əlləzoğluna  sual  vermişdisə,

bu, sadəcə, sarsıntıdan olmamışdımı?!

Yox,  dünya  Sultansız  deyildi.  Səməd  xoşbəxtdi  və bu  xoşbəxtlik  üçün  hər

şeyi  unutmağa hazırdı. Odur ki, özünü əmisinin üstünə saldı. Qucaqlaşdılar. Və

Səməd  doğrudan  da  hər  şeyi  unutmuş  kimi,  hönkürtülü,  sızıltılı,  göynərtili

Gülgəz əvəzinə,  üfüqün  parıltısı  içində buğ  püskürən  samovar  yanında  qırmızı

qıymaçalı,  qırmızı  xalatlı  "elqızmı"  gördü.  İndi  Səməd  ömrü  boyu  tək  qalmağa

da, fədai əmi kimi hər cür məhrumiyyətə, əzab-əziyyətə, işgəncəyə də hazırdı ki,

əgər  Sultan əmi  qardaşı  oğlunun  o  "elqızı"  ilə yaxınlığını unudub  xoşbəxt  ola

bilərsə olsun, körpə səsi eşitsin, "mənim balam" desin! Səmədə bundan artiq heç

nə lazım  deyildi  və əmisini  qucaqlayıb  bağrına  basmağı  ilə də yəqin  elə bunu

demək istəyirdi ki, sənin xoşbəxtliyindən başqa mənə heç nə lazım deyil.

Əgər  öz  gur  hissiyatından əlavə bir  şey  düşünə bilsəydi,  bu  saniyələrdə

Səməd özünü nadir saf insan ucalığında görərdi.

Elə ucalıqda  idi  ki, əmisini  hətta  öpmək  istəyirdi.  Sultan  imkan  verməyib,

ərklə onu dala itələdi.




______________Milli Kitabxana_______________

- Qoy  bir  baxım  görüm imtahan  çoxmu  sıxıb  səni?..  Sıxıb  deyəsən. Əmma

çox  yox. Yeməkxana  yaxşıdı  orda. Professorun Məhərrəm  çox vaxt ordan hazır

xörək apartdırır evinə... Səndən heç bir gizli sözüm olmayacaq. Açığı, dünyamız

zülmətə bürünüb, oğul. Danışacam... Dedilər kəndə getmisən. Onu başa düşdüm.

Xeyli  vaxtdı zəng  vurmuram, yoxlamıram  yeni  kadrımı. Nə qədər ərköyün olsa

da, məncə, kadrım inciməməlidi belə şeylərdən...

Səməd susurdu. Səmimiyyətdən kənar söz demək, yalan danışmaq istəmirdi.

Sultan özü onu bu vəziyyətdən qurtarmağa çalışdı:

- Bəs niyə quru yerdə yatmısan? Çarpayıda taxtabiti var, nədi? Hə də, əlbəttə

var.  Geriyik  hələ,  çox  geriyik.  "Kommunizmin  astanasındayıq!"

1

Əmma  adicə



sanitariya qaydalarına riayət eliyəmmirik. Kənddə birə daraşır canımıza, şəhərdə

taxtabiti.  Hətta  sanitariya  işlərinə də raykom  qarışsın gərək,  o  dərəcədədi

səviyyəmiz!  Şəriksən  mənnən  ya  yox? Taxtabitiyə görə düşmüsən  bu

çarpayıdan, ya yox?

Səmədin  yadında  idi  ki,  səhər-səhər  mehmanxana  müdiri  Marqonun

müşayətilə gəlib  dar  nömrədə,  cır-cır  cırıldayan  yarıtaxta,  yarıdəmir  çarpayıya

səriləndə,  başının  üzərində peyda  olan  Qurban əmi - Qılınc  Qurban  da

taxtabitidən  danışmışdı  və döşəkağını  döşəməyə sərib,  "Burda  yat", - demişdi.

Nə isə,  dumanlı bir  hiss  o  taxtabiti  söhbəti  ilə bu  taxtabiti  söhbətini  birləşdirib

aparıb Əlləzoğlunun  iyli  çarıqlarına  bağladı  və Səməd əmisinin  sualının

cavabında, birdən-birə ürəyinin özəyinə işləyən kədərlə dillənib:

- Şərikəm əmi, şərikəm! - dedi.

Sultan köksünü ötürdü.

- Hə...  Bu  taxtabitili  çarpayıynan  gedirik  kommunizmə!  Rəhbərimizin

sözüynən əməli tutmur, qardaşoğlu. Bakıdan kamandirovkaya gələnlər bircə gecə

qalıb,  səhərisi  vağzala  cumurlar.  Bəribaşdan  nəzərə al  bunu,  yoldaş  təzə kadr.

Yaxşı,  hələ çoxmu  dayanacaqsan  belə lütüryan?  Geyin  də!..  Yuyun,  geyin  gəl!

Aşağıda gözləyirəm.

Sultan  qardaşoğlunun  yuyunub,  geyinib əmisi  ilə birgə evə gedəcəyinə və

orada - evdə hər şeyin öz qaydasında olacağına şübhə etmədən, nömrədən çıxdı,

içərisində yatıb qalan lil-palçıqdan xilas olub daxilən yüngülləşmiş kimi dikəlib,

çəkmələrini cırıldada-cırıldada, göv-

Stalinin sözləri.



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə