İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə32/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   180

______________Milli Kitabxana_______________

lana-sallana  gəzənlərdən  birinin  də xəbəri  yoxdu  kimdi  milliyyətcə!  "Stalin

yoldaş  deyib"  "Türk  deyilsiniz  siz,  Azərbaycanlısınız!"  İnanıblar  ey!  İndi  gör

mənə nifrətlərinin kökü nədi: "Sultan Əmirli bizdən deyil, türkdü!.. Bir nəfər də

qanan  yoxdu  ki,  "Stalin  yoldaş"  bu  bədbəxtləri  Osmanlı  türkü  deyilənlərdən

ayırmaqdan  və Zəngəzura,  Göyçəyə Erməni  doldurub,  bizi  belə-belə üsullarnan

tədricən  məhv  eləməkdən  ibarətdi!  Vaxtı  çatanda  biləcəksən  ölkəmizdəki  bu

ayrılıq, kin toxumunun dərin-dərin səbəblərini. Hələlik bir bunu bil: insan yoxdu

bu  səkilərdə,  kütbeyin  eşşəkdi  hamısı!  Babası  Tehrandan  Zəngəzura  köçürülüb,

farsca danışıb orda Tehran ləhcəsiynən, deməli bu da farsdı! Türk Sultanın başını

yeməlidi! Xudiyev açıq deyirdi bu eşşəklərə: "Vı oturçanen-nıye persı! Vı doljnı

nenavidet Turkov! Vot tak!.."

1

Sultan  bu  sözləri  qardaşoğlu  ilə birlikdə çesuyçalılara  da  eşitdirirdi.  "Türk!



Türk!.. Əsl ad getdimi bada?!"

Birdən səsini qaldırıb:

-

Bizim  şəxsi  bədbəxtliklərimizin  hamısı  bax,  bu  köhnə



antitürk

ideologiyasındandı! - dedi. - Kitablarda bir dənə də OdƏr adına rast gəlməzsən!..

Çesuyçalılar  özlərini  itirmişdilər.  Qardaşoğlunun  qolu  qolunda,  onların

üstünə yeriyən  bu  Sultan Əmirli  həmin,  köhnə yarımallah  Sultan Əmirli  idi  ki,

ordan-burdan salam verənlərin salamını da almadan, düz irəli baxa-baxa, danışa-

danışa şəstlə addımlayıb, dediyi həqiqətlərin zəhmi ilə hamını qırağa çəkilməyə,

divara qısılmağa məcbur edirdi.

Tək bir nəfər, əli portfelli, yoğun adam ləyaqətlə dayandı.

- Axşamınız xeyir, yoldaş Əmirli, - dedi.

Bu, maarif müdiri Mirbağır müəllim idi. Əmma Sultan ona da cavab vermədi.

Bu  Mirbağır  da  özünü  yarıfars,  yarıtat  sayırdı,  Xudiyevin  səpdiyi  toxumu

cücərtmək üçün maarif şöbəsini, məktəbləri "özününkülərlə" doldururdu. "Şiə bu

tayı tutub, burda da möhkəmlənəcək, Sultan Mamedoviç. Rus durub arxamızda.

Siz özünüzü çox nahaq kənar tutursunuz. Xeyri dəyməz" - deyirdi. Bu  yumşaq,

itaətkar görkəmli "naxal" - həyasız  kişini  Sultan daha çox  bəyənmirdi. Odur ki,

səlama qəsdən cavab  vermədi. Bir də ki, bu səkidən, bu binaların  taybatay açıq

qapı-pəncərələrinin qabağından keçib mehmanxanaya gedəndə olduğu kimi, indi

də fikri Bircə balada idi.

"Siz türkləşdirilmiş, farslarsınız. Siz türklərə nifrət etməlisiniz! Bax belə!"



______________Milli Kitabxana_______________

- Heyif,  Abıya  imkan  verməmisən  danışsın.  Bütün  cinayətlər  cəhalətdən

törəyir,  oğul.  Güzəştə getmə cahilə.  Stalinin,  Mirqəzəbin,  Xudiyevin  səpdiyi

toxumdu.  Bitib  qalxıb,  rayonu  basıb!  Vətən  saymırlar  Azərbaycanı,  təsəvvür

etmirsən. Şəxsi maraq xirtdəkdəndi, ictimai maraqdan əsər-əlamət yoxdu! Çünki

milli  kökdən,  məhz  milli  kökdən -OdƏrlikdən,  şüurdan  məhrumdurlar!

Qorxmasalar, çəkinməsələr, çöpü çöp üstə qoymazlar. Hökmən gərək əmr olsun,

zorakılıq  olsun  aparatdan!  Özü  də,  ümumiyyətlə,  aparatdan,  katiblərdən,

şöbələrdən yox, mütləq "şəxsən Sultan Əmirlinin özündən!" Su kəməri partlayıb,

cəhənnəmə partlasın! Maliyyə nazirliyi cari təmirə pul buraxmır, su idarəsi təmir

darəsi  ilə müqavilə bağlamır,  təmir  idarəsi  də müqaviləsiz  işləmir,  vəssalam!

Kimin  nəyinə gərəkdi  başqa  tədbir  fikirləşsin?!  Nə qədər  ki,  şəxsən  Sultan

Əmirli  xəbər  tutmayıb,  ictimai əsaslar  üzrə işləmək  barədə şəxsən  göstəriş

verməyib,  su  düzə axacaq,  su  kəmərinin  sağ-solunda  keçilməz  bataqlıq əmələ

gələcək,  ağcaqanad  dünyanı  gotürəcək,  pul  buraxılandan  sonra  da  o  bataqlığa

görə iş  getmiyəcək,  nəticəsi  də bu  olacaq  ki,  antisanitariya  basacaq  şəhəri,

mənim  qardaşım  oğlu  da  üzünü  qırxmamış  çıxacaq  küçəyə,  baxan  da  deyəcək

görəsən niyə saqqallıdı, adamı ölüb nədi!

Sultan  indi  lap  ucadan  danışırdı.  Çesuyçalılardan  bəzilərinin - xırda  idarə

başçılarının əməlli-başlı  titrədiklərini,  yəni,  öz  ünvanlarına  deyilən  sözlərdən

qorxuya  düşdüklərini,  eynilə Əlləzoğlu  kimi  rəzilləşdiklərini  gördükcə Səməd

fikrən "Tfu!" - deyirdi.

Qolu əmisinin qolunda, əmisinin addımlarına uyğun addımlarla, eynilə əmisi

kimi  düz  irəli  baxa-baxa,  qızartdaq  darvazaya  doğru  gedirdi.  "Avariya"  günü

əmisinin  hənirində ata  həniri  tapdığı  dəqiqədən  sonra əmisinə heç  vaxt  indiki

qədər yaxın olmamışdı: çesuyçalılara kin onları iki canda bir qəlbə çevirmişdi və

bu dəqiqələrdə Səməd bu birliyə mane olası bir şey görmürdü. Əmma raykomun

qabağından keçib, çesuyça-lılardan uzaqlaşıb, qızartdaq darvazaya yaxınlaşdıqda

qolu öz-özünə boşalıb əmisinin qolundan  üzüldü, ürəyi qəribə - uzun fasilələrlə

vurdu,  hətta  addımları  da  dəyişib  tərəddüdlü  oldu  və Səməd  başa  düşdü  ki,

hisslərini  cilovlamaq,  hər  şeyi Sultan Əmirlinin  xoşbəxtliyinə tabe  etmək

qərarının  qətiliyinə baxmayaraq,  ürəyi  iradəsinə tabe  olmur, əgər  bu  müxənnət

ürək  bir  az  da  bu  cür  dayana-dayana  vursa,  Bircə balanın  üzünü  vaxtında

qırxmadığına  da  diqqət  yetirən əmi  bu  ürəyi  görəcək,  evdə "elqızı"nın  yanında

isə, şübhəsiz, çarəsiz dərd içində qalacaq...



______________Milli Kitabxana_______________

* * *


Neyləsin?  Bəlkə getməsin  evə?  Necə getməsin?  Bir  bəhanə tapıb  dayansın,

qayıtsın? İndicə, raykomun qabağından keçəndə Əziz Mayılovla Məleykə bacını

həmin  yerdə - həyətdə gördü.  Bəlkə desin  ki,  ayıb  oldu Əziz  müəllimlə

görüşmədim? Axı o kişinin qabağından düz keçmək doğrudan da yaxşı iş deyil.

Həm  qohum  idi,  həm  də uzun  müddət  rayonun ən  hörmətli  pedaqoqlarından

olub,  otuzuncu  illərin  cavan  müəllimləri  səfərbərliyə düşüb  müharibəyə

apardanda, 

yəni 


məktəblərdə

müəllim 


çatışmayanda,

Əziz 


Mayılov

"narkomprosun

1

,  kandarını  yağır  eyləyib",  "təcili  pedaqoji  kadrlar hazırlamaq



üçün" Qazax şəhərində iki-illik institut açılmağının vacibliyini sübut eləyib. Qısa

müddətdə - ikicə ildə cibi diplomlu olmaq imkanına görə cavanların əksəriyyəti,

o  cümlədən  Səməd  məhz Əziz  müəllimə minnətdardır.  Bütün  bunlar əsas

vermirmi  Səmədə desin  ki,  qayıdım  görüşüm?  Bəs  niyə dillənmir?  Sünilikdən

çəkinir?  İkiüzlülükdən?  Bəs  bu  cür  sıxılıb  açılan  ürəklə,  bu  cür  dolaşıq

addımlarla gedib Gülgəzin yanında da üzə maska çəkmək nədir? Hər şeyi Sultan

Əmirlinin  xoşbəxtliyinə tabe  etmək  qərarı  ilə gəlibsə,  daha  bu  bəhanə-filan

nədir?  Yox,  yox, əlbəttə ki,  heç  bir  bəhanə gətirmək  olmaz.  Bax  elə bu  cür

ürəklə, bu cür addımlarla getməlidir, çətinliyi birdəfəlik və həmişəlik üstələmək

üçün, əmisinin arvadı ilə görüşməlidir, bəlkə hətta, "Sən bu evə xoş gəlmisən", -

deməlidir.  Başqa  yol  yoxdur.  Ancaq  bu  cür  hərəkət  etməlidir  və bu  hərəkətin

işgəncəsinə dözmək nə qədər çətin olsa da, dözməlidir!

- Təzə kadr nə tez daldı qayğılar dəryasına?.. Rayonun daxili vəziyyətiynən,

dost-düşmənnən  maraqlanardın əvvəllər.  Başa  düşürəm... Sarsıntının  buzunu

sındırmaq  çətindi.  Abı  hazırlamalıydı  səni  ki,  görüşümüz  çətin  olmasın. Əmma

insanı öz səviyyəsindən yuxarı qaldırmaqdan ötrü vaxt lazımdı. Çox, çox, qeyri-

adi qaydada dəyişdirməliyik biz səni. Yoxsa dil tapmayacaqsan əminnən. Açığı...

lap  açığı  budu  ki,  rayonun daxili  vəziyyəti-filan  haqqında  qəsdən  sual  verdim.

Susma, oğul! Tərpət dilini!

Gərginliyin  aradan  qaldırılması  üçün  yəqin  ki,  məhz  belə mərdlik  tələb

olunurdu. Səməd nəfəsini dərib, əlini üzünə çəkib saqqalını xışıldatdı.

- Daxili vəziyyəti özün yaxşı dedin. Qısa və aydın: "Kommunizmə taxtabitili

çarpayıynan gedirik".

Xalq-maarif komissarlığı (nazirlik).




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə