İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə31/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   180

______________Milli Kitabxana_______________

dəsinin  ağırlığı  altında,  mehmanxananın min  yerdər  çatlamış  binasını  titrədə-

titrədə, dəhliz boyunca addımlayıb, birinci mərtəbəyə endi.

* * *


Səməd  döşəkağına  bürünüb,  bütün  mərtəbəni  gəzib,  hətta  tualetdə də su

tapmadı, bir də nömrəyə qayıdanda orda, əhəng qoxuyan divarın küncündə, paslı

lüləyi  fırladıb  sızğıntı  gördü,  lüləyin  dal  tərəfinə söykədilmiş  paltar  sabununu

götürüb,  ovcunun  sızğıntıdan  dolmağını  gözləyə-gözləyə yuyunmağa  başladı.

Ülgücü  çamadanda  idi,  çamadanı isə qaranlıq,  zülmət  meşədə. Əilərini  üzünə

sürtdükcə,  sıx,  cod  saqqalı  ovuclarında  xışıldadıqca,  o  zülmət  meşədə

budaqlardan gurultu ilə qopub ulduzlu göyün dərinliklərinə cuman quşların topa

qaraltısı Əllozoğlunun  zingiltili  qaraltısına,  Gülgəzlə Qurban əmi - Qılınc

Qurbanın qaraltıları içi  boş  kitelin  bozartısına  qarışırdı.  İnanmaq  olmurdu  ki,

Sultan əmi indicə bu nömrədə idi, "Bircə balanın" çılpaq çinəsini dürtmələmişdi,

gülmüş, danışmış və indi aşağıda gözləyirdi ki, Bircə balam evə aparsın. Səməd,

əlbəttə, gedəcəydi. Getməli idi. Üzü, peysəri od kimi idi, alnının sümüyü elə bil

kürədə qızmışdı,  soyuyan  şey  deyildi,  küçədə də,  evdə də elə bu  cür  qızğın

qalacaqdı. Əmma Səməd mütləq getməli idi ki, Sultanlı dünya Sultansız olmasın,

elqızı o evdə binələnə bilərsə, binələnsin, o evdən də körpə səsi gəlsin. Mədəd və

ya Sura adında körpə!

Möcüzə baş  verəydi,  Mədəd  və ya  Sura  adında  körpə elə günü  bu  gün

dünyaya gələydi!

Lüləkdən, - sızqadan  Səməd  belə ayrıldı,  səhər-səhər  sulu,  palçıqlı atdığı

şalvarının  yuyulub  yamandığını,  ütüləndiyini,  ayaqqabılarının  təmizlənib

silindiyini  hiss  etmədən,  cəld  geyinib  birinci  mərtəbəyə endi,  orda - qarderobla

yanaşı otağın kandarında dayanmış yorğun-üzgün erməni qızı Marqo əvəzinə elə

bil daş divara baxa-baxa keçib, mehmanxanadan çıxdı.

Sultan əmi  küçədə idi.  Həmin  yeganə geniş  küçənin  bu  başında,

kazarmasayağı  binalardan  və vağzaldan  təxminən  iki  yüz  addım  aralı olan  bu

çinarlı,  çökəli  yaşıllıqda,  qədim  məsciddə yerləşən  anbarın  sağ-solundan ətrafa

dar  küçələr  uzanırdı.  Şəhər əhalisi əsasən  elə bu  küçələrdə,  taxta  darvazalar

arxasında, kirəmid dalı, birmərtəbə evlərdə yaşayırdı. Rayonun  məsul işçiləri, o

cümlədən Məsim Qudalı - "Əfəl Məsim" də, Əziz Maydovla "diapozonlu xanım"

-Məleykə bacı da bu




______________Milli Kitabxana_______________

tərəfdə olurdular.  Səhər  gəlib  mehmanxanaya  burulanda  Səməd  istər-istəməz

anbar  məscidin  qabağından  o  yana  baxdı.  Küçənin  dərinliyində,  boz  taxta

darvazalardan  biri  Məsimgilin  darvazası  idi  və Səməd  yəqin  bilirdi  ki, əgər

dünən qatardan düşəndə birbaş Məsimgilə getsəydi, "Gülbəniznən görüşsəydi, nə

əmisinin  həyətində olardı,  nə kənddə -Əllozoğlunun  evində,  nə də burada -

mehmanxanada. Çünki palıd kötüyünün arxasında pəncərəsi saralan daxma kimi,

boz taxta  darvaza  arxasındakı  ev  də sirlə dolu  idi  və əgər  o  sirlər  açılsaydı,

bundan, şübhəsiz, tamam başqa hadisələr törəyərdi. Özü də elə hadisələr ki, əmi

ilə qardaş-oğlunu həmişəlik ayırardı; Səməd bunu hiss edirdi, duyurdu, hətta bir

növ anlayırdı. Odur ki, palıd kötüyünün arxasında saralan pəncərədən necə qaçıb

uzaqlaşmışdısa,  boz  taxta darvazadan  da  eləcə uzaqlaşıb  özünü  mehmanxanaya

salmışdı. Bir sirr ki, Sultanlı dünyanı Sultansızlaşdıra bilər, necə sirr olur-olsun,

Bircə bala  o  sirlə heç  vaxt  maraqlanmamalıdır.  Gör  bir  nədən  danışdılar -

taxtabitidən.  Və elə bu  taxtabiti  söhbəti əmi ilə qardaşoğlu  arasında  körpü

yaratdı.  Çax-çux  da  rədd  olsun,  daxması  da,  darvazası  da!  Körpünü  saxlamaq,

əmi  ilə ünsiyyəti  saxlamaq,  taxtabitili,  birəli,  çarıqlıq  dünya  içində dərdinin

böyüklüyü  açıqca  görünən  bu əzabkeş  katibin  hər  dərdinə şərik  "yeni  kadr"

olmaq  üçün  Səməd  daha  heç  bir  kənar  söz-söhbətlə maraqlanmamalıdır.  Necə

yəni  "partiya  işçisi  olmayacaqsan?!"  Necə yəni,  "Bağların  varisi?.'"-Bütün

bunlarla  birlikdə elə bil  Abı  özü  də Qurban əmi - Qılınc  Qurban  kimi,  danışan

kitel  kimi röya idi. Bir az bundan əvvəl Bircə balaya "yeni kadr" deyən əminin

bu  sözləri  isə hər  ikisinin  köhnə arzusu,  "proqramlaşdırılmış  həyat"  idi.  Bu

həyatın əksinə nə varsa,  kim  varsa,  hamısı  məhv  olsun! Səməd  hisslərini

cilovlamalı,  iradəsini  toplayıb  ancaq  və ancaq  Sultan Əmirlinin  xoşbəxtliyinə

tabe etməlidir!

Küçədə əmisinə belə yaxınlaşdı.

Sultan  hamanca  hüznlü  gözlərlə onun  boy-buxununa,  qıçlarının sərbəst,

sanballı tərpənişinə, qollarını uzunluğuna, əllərinin ağırlığına fikir verirdi.

- Gəl, gəl, - dedi.

Sonra  küçə boyunca  irəli  boylanıb  ciddiləşdi,  sərtləşdi,  öz  köhnə zəhmli,

zabitəli görkəmində:

- Getdik! - dedi.

Beləliklə, dünəndən bəri çalxanıb, vurnuxub, dəli-divanə hərəkətləri ilə bütün

şəhərdə sensasiya yaradan qardaşoğlu ilə bu gün mütləq



______________Milli Kitabxana_______________

biabır  olacağı  gözlənilən əmi,  iş  gününün  axırına  yaxın,  səkilərin  adamla

dolduğu  bir  vaxtda,  küçənin  tən  ortası  ilə,  yanaşı,  çiyin-çiyinə addımlamağa

başladılar.

Vağzal  meydanının bərabərindən  ta  Sultan Əmirlinin  evinin  bərabərinə

qədər,  bu  küçəyə

raykomun,  icraiyyə

komitəsinin,  milis  şöbəsinin,

prokurorluğun  və maarif  şöbəsinin  maşınlarından  başqa,  at,  araba  buraxılmırdı.

Günün bu vədələrində yanğın idarəsinin maşını bu başdan o başa gedib, o başdan

bu  başa  gəlib  su  çiləyəndən  sonra  isə ümumiyyətlə nəqliyyat  kəsilirdi.

Çesuyçalıların səkiyə yığışması, cərgələnməsi, beşbir-üçbir baş-başa verməsi də

elə bu  vaxt  başlanırdı.  Odur  ki,  Səməd  anbar  məscidin  dövrəsindəki  cökəli,

çinarlı  yaşıllıqdan  bu  yana  ilk  addımını  atandaca,  dərhal  çesuyçalıların

ağartılarını  gördü  və əmisinin  küçə boyunca  irəli  boylanan  gözlərinin

dəyişməyinin səbəbini anlayıb, istər-istəməz özü də dəyişdi.

Solda,  mərkəzin  göstərişi  ilə əkilmiş,  qaralıb-boğulub  boy  atmayan  "Rus

ağaclarının", yolkaların qaraltıları arxasında, geniş həyətli bir-mərtəbə binalarda

yerləşən  RİK-lə milis  şöbəsinin  və prokurorluğun  səkilərində heç  kəs  yoxdu.

Sağda - kazarmasayağı binaların səkiləri isə beşbir-üçbir ağartılarla dolu idi. Lap

yaxşı! Qoy baxsınlar! Əmi ilə qardaşoğlunun münasibətini görsünlər! Ölsünlər!

Səmədin  içərisi  tərpəndi:  ağartılara  yaxınlaşdıqca  bu  adamlara  köhnə kini

necə qaynadısa,  heç  cür  özünü  saxlaya  bilməyib,  nümayişkaranə hərəkətlə

əmisinin qoluna girdi.

- Afərin!.. - Sultan ovcunu onun əlinin üstünə sıxdı və küçənin tən ortası ilə

getdiyi halda, birdən yolunu dəyişib səkiyə qalxdı. Sağ səkiyə!

- Süleyman  nəslisən!  Məhəmməd Əmirsən!  Ağ Əmir,  Boz  Əmirsən!

Mədədsən!  Sultansan!..  Xızr  Abı  mənim  tapşırığımnan  danışıb  sənnən...  Gizlin

"Muğlar"

-

Bağlar  övladısan  sən,  Bircə



balam!  Gizlinlər  tülki-sifət

olmamalıdılar. Sənin ən adi hərəkətin də düşmənin gözünə iynə kimi batmalıdı,

sarsıtmalıdı ki, çox da fəallıq eləməsinlər. "Düşmən" deyirəm. Əslində düşmən-

zad  deyillər.  Bu  çesuyçalıların çoxunu  Zəngəzurdan  Naxçıvanın Sədərək

rayonundan  köçürdüblər.  Göyçə

gölünün  dövrəsindən,  dağ  kəndlərdən

köçürüblər.  Bu  adnan  ki,  bəs,  Azərbaycanın hər  yerindən  Almanlar  sürgün

olunublar, Stalin yoldaşın öz əmridir ki, Naxçıvan, Zəngəzur səmtində nə qədər

"türk"  adıynan  tanınanlar  varsa,  hamısı  Kür  çayı  boyuna  köçürülsünlər.  Bu  ağ

ipək geyilib sal-




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə