İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə26/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   180

______________Milli Kitabxana_______________

qapısında yeri ölçüləcək, nə heyvanı sananacaq, "qəpik qısmaq, köpük qusmaq"

əvəzinə fıravanlıq,  xoşbəxtlik  tapacaq?!  Bu  müsibətin  içində də "xeyir-

bərəkətdən" danışırdısa, evinin suvaqsız divarlarında işıldaşan saman çöpləri ilə

bu  adamın  nə fərqi  vardı?  Yoxdusa,  Səməd  burda  nə üçün  otururdu?!  Saman

çöpü ilə nə danışmaq istəyirdi?!

- Ay  Hənifə,  nə oldu əriştən?  Süzmədinmi?  Yağ əritmə,  qovurma çıxart.

Əmlik  kəsəmmirik  dərdini  aldığıma,  heç  olmasa  qovurmaynan çıxaq əvəzini.

Köhnə qovurmaynan əriştə yaxşı  tutur,  dərdin  alım.  Xızr Abıya  da,  o  eşikdəki

çürümüş Çürüyə də elə əriştə yaxşıdı. Diş sarıdan da kasaddılar, ağıllan təki, bu

alimi biəməllər...

Səmədbaşını qaldırabilmirdi.  Təhqirdən,  xəcalətindən,  öz  ləyaqəti,  ucalığı

qarşısında utandığından ölüb yerə girirdi.

Ayaq  səsləri - çəkələk  şappıltısı  eşidildi.  Hənifə arvad  gəlib,  Səmədin

sözlərindən dəhşətlənib, birdən yenə qurumuşdu.

- Əriştə yeməyəmi  gəlmişəm  mən  bura?!  Sağ  söz  deyəmmirsən demə!

Cəhənnəmə,  goracan  demə!  Mən  hiss  eləyirəm,  duyuram,  görürəm  ki,  nə isə

qurğu  qurublar.  Abı  da  etiraz  eləmir  buna.  Bə sən  niyə bir şey  demək

istəmirsən?! Qızını raykom katibinə verib xoşbəxt olmusan?!

Yəni güman eləyirsən ki, binələnib qalacaq qızın orda?!

"Armud  saplağı"  yenə də çiyinlərin  arasına  çəkilmişdi, Əlləzoğlunun

hülqumu gedib gəlirdi.

- Diyəsən  yaman  yorulubsan,  dərdin  alım.  Çox  yorulanda  adam heç

danışığını  da  bilmir...  Ay  arvad,  tərpənsənə!..  O  ki  qaldı  qızın orda binələnib-

binələnməməsinə,  onu  Həqq-təala  bilər,  dərdin  alım.  Olan olub,  keçən  keçib.

Cavansan sən, ömrün hələ qabaqdadı. Qayıdarsan Bakıya, inşallah, ad-san sahibi

olarsan. Yaxşı qulluqdu, ixtiyaratdı bu zamanınkı, dərdin alım. Onda hər şey öz-

özünə yağacaq  başından  aşağı, mən  təki  çulucırıq  kəndçiynən  heç  danışmaq  da

istəmiyəcəksən. 

Saman


çöpüynən 

yandırdım 

qəlyanı, 

dedim 


görüm

neyniyəcəksən?  Buludtəki tutaldu  qaşqabağın.  Niyə?  Çünki  şəhər  adamısan  sən

daha, dərdin alım, qəpik qısarınan oturub-durammazsan sən daha. Düz deyir Xızr

Abı, ləyaqət-zad  hardadı  bizdə?!  Üz-gözümə, əlimə-ayağıma  fikir  verirsən

bayaqdan.  Həftədə bir  kərə ülgüc  dəymir  üzümə.  Dırnağımı  da  vaxtlı- vaxtında

kəsəmmirəm. Sədr bir yana buyurur, partkom o biri yana, ispalkom bu biri yana.

Briqadirnən  manqabaşı  da əlahiddə buyurur. Hamısına  "bəli"  deyəsən  gərək,

hamısını  razı  salasan,  üstəlik,  qapı- bacanda  da  qurtdalanasan  gərək  ki,  çörəyin

olsun bir tikə. Ayının,



______________Milli Kitabxana_______________

deyir,  yüz əlli iki oyunu  var, hamısı da bir armud ağacının başında. Neynəsəm,

nə iş  görsəm,  hamısı  qəpiyə bağlanır,  dərdin  alım.  İyirmi  ildən  artıqdı

kolxozçuluq alıb insanlığımızı. Evin divarına suvaq da vurammıram ki, deyərlər

manatı artıq düşüb!..

Səməd yenə tüstü görürdü və yenə də nə isə pis qoxu hiss edirdi.

Hənifə qazanı  içəri  gətirib  birbaş  yerə - torpaq  döşəməyə qoydu, ətəyilə

sininin üstündən külü sildi. Gülgəzin "qaynar bulaq gözlü" anası əvəzinə, Səməd

eynilə bu cırtdan kişinin  yatımında,  yad-yabançı bir qadının  süni  gümrah  səsini

eşitdi:


- Ay  kişi,  nə "qəpik-qəpik"  başlayıbsan  yenə?  Hökmətdimi,  divan-dərədimi

Səməd,  nədi  ki,  bu  qədər  ah-zar  eləyirsən?  Öz  balan  deyilmi!  Ah-zardansa,

Bakıdan-zaddan soruşsan, görək qurbanı olduğum nə danışır?

- Çox  yorulub,  arvad,  yaman  birtəhərdi  dərdini  aldığım.  Yoldan  gəlib,  axı!

Əvvəl gərək adamın canı dincəlsin ki, sonra da boğazına çörək getsin. O tası-zadı

bəri elə, isti su gətir, bir ayağını, başını yuyaq yaxşı-yaxşı...

Hənifə yenə eşiyə yüyürdü.

Əlləzoğlu "hə, hm" elədi.

- Yuyaq  ayağını,  başını.  Dincəl,  qal  gecəni.  Sonrasını  özün  bilərsən, dərdin

alım. Eşikdə Çürük dəydi gözümə. Hələ də elə bilirsən qumrovdu səsi batmışın.

İçəri  çağırram  indi,  çalar,  oxuyar.  Məndən  olsa,  heç görükmə bu  kənddə.

Qudalılardı  indi  bu  kəndin  ağası.  Başda  Rəhimnən Qeybalı,  ayaqda  Çax-çux

Xalıqnan  yeniyetmələr...  Qurbanlıdan  o yanda  razyezd

1

var,  poyezd  gah  bir



dəqiqə dayanır  o  razyezddə,  gah  da eləcə yavaşıyıb  keçir.  Elə ki,  bu  Qudalı

yeniyetmələri  maşınnan  gedib dururlar  o  razyezddə,  bil  ki,  Çax-çux  Xalıq

gəlməlidi.  Poyezd  yavaşıyanda  çamadanlar,  bağlamalar  dolu  təki  yağır

vaqondan.  Bu  yeniyetmələr  göydə tururlar,  doldururlar  maşına,  Xalıqı  da

oturdurlar  kabınkada. Ordan  sürürlər əvvəl  Qurbanlıya,  mal  paylayırlar  Xalıqın

adamlarına. Sonra  Tahirlidə paylayırlar,  sonra  da  burda.  Belə pullu  adamlardı

indi burda  dövran  sürən,  dərdin  alım.  Hökumət-zad  sayan  yoxdu  daha. "Dünya

bizimdi" deyirlər bu alver adamları. Açığı, sənin kimilərin yeri deyil daha bura.

Hayıf deyilmi sədr Mədədin belə pəhləvan oğlu, gəlsin bu Qudalıya-zada yoldaş

olsun burda? Get otur Bakıda, böyü! Yaxşı

Dəmir yoldan keçid.



______________Milli Kitabxana_______________

sədan gəlsin qulağımıza, biz də sevinək, fəxr eliyək o sədan-sorağınnan! Sultana

yol vermiyənlər sənnən də yola getməzlər, dərdin alım!...

Səməd boğulurdu. Eyhamlarla dolu, hiyləli sözlərdən başqa, həm də çox pis

iylənmiş dəri qoxusundan boğulurdu. Döşəmənin ortasında buğlanan qazanın ətri

də bu qoxunu dəf eləmirdi.

Təngnəfəslikdən istər-istəməz dikəldi. Gözləri taxtın ayaq tərəfində cərgə ilə

düzülmüş boz taxıl çuvallarının, qədim kirkirə daşlarının üstündə motalın, yağla

dolu,  ağzı  çilikli  mal  qaranın,  qovurma  küpünün,  bir  az  o  yanda  divara

söykədilmiş qara sacın, içində qurumuş xəmirdə barmaq izləri görünən teştin və

oxlovun  üzərində gəzdi.  Nəhayət,  nəzəri  küncə dikilib  qaldı.  Orda,  qapağından

yumruq irilikdə qıfil  asılmış  dəmir  sandıq,  sandığın üstündə bir  cüt  qara  xrom

çəkmə,  bəridə - yerdə isə bir  cüt  çarıq  vardı.  Çəkmələrin  üstünü  toz  basmışdı.

Çarıqların isə yəqin ki, altı deşildiyinə görə içinə gön parçaları qoyulmuşdu.

Səməd  nifrətlə üzünü  yana çevirdi,  çarıqların  üfunətinə təmizlənməyən

qəlyanın qətran iyi də qarışmışdı. "Sirlə dolu sinə"nin biri də burda idi, qır kimi

qatı  nikotinlə dolduğuna  görə qoxusundan  baş  çatlayan  qəlyanını  sümürə-

sümürə, cücən gözlərini qıyıb, tüstünün arxasından Səmədə baxırdı.

Hənifə bir əlində tas, o biri əlində isti su ilə dolu vedrə və mis dolça, tövşüyə-

tövşüyə içəri gəldi. Çənəsindən tər tökülürdü.

Əlləzoğlu qəlyanı stolun küncünə söykəyib, tası çəkişdirdi.

- Bəri ver. Son su tök, özüm yuyacam!

Çöməlib, iki bükülüb, qonağın palçıqlı tuflilərindən yapışdı.

- Qaldır ayağını, dərdin alım...

Səməd  mat-məəttəl,  tutulub  qalmışdı.  Abı  isə daha  dözə bilməyib,  qalxıb

Səmədə açıq qəzəblə baxırdı:

- Bu  rəzilləri  niyə rəzilləşdirirsən?!  Nə qədər  oturacaqsan  bu  heyvanat

töyləsində?! Nə eşitmək istəyirsən axı bunlardan?!

Hiddəti  coşanda  dəyirmilənib  doğrudan  da  "bayquş  gözləri"ni  xatırladan,

əslində isə qeyri-adi  işığı,  sözün əsil  mənasında  parıltısı  ilə valehlik,  səcdə

oyadan  gözləri  yana-yana  yeriyib  Səmədin  üstünə qışqıranda  Abının sifətində

qan qalmadı, qara qarmon qırışları dümağ ağarıb soyuq tərdən islandı.

- Qalx, cahil! Qalx, min maşına! - Yaşıla çalan bozumtul brezent çəkməsinin

burnu  ilə Səmədin  qıçına  necə sərt  təpik  ilişdirdisə,  Səməd, sümüyə işləyən

ağrıdan dik atıldı, üfunətlə, alçaqlıq və rəzalətlə dolu



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə