İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə34/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   180

______________Milli Kitabxana_______________

7

Nə Sultanla  Səməd,  nə Xızr  Abı  ilə Çürük  Aşıq,  nə Məhərrəm,  nə də



"mühacirlər"  və bütün  "Pünhan"lar - helə heç  kəs  bilmirdi  ki,  "çesuyçalılar"

adlananlardan, əvvəllər  olduğu  kimi,  hər  beş  nəfərdən  biri  yox,  indi  hər  iki

nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-

dan  və respublika  KQB-sinin  özündən  də gizlində,  hər  cür  dünya  nemətləri  ilə

təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan

Muğannaları nəinki  addım-addım  izləyirdilər,  hətta,  imkan  olanda - şərait

yarananda  öz  şəxsi  təşəbbüsləri  ilə öldürürdülər.  Bu  təhlükəni  tək  bir  nəfər,

bütün  Dövlət  Təhlükəsizliyi  işçilərinin  sadəcə "Saşa"  adlandırdıqları  bir  nəfər

polkovnik  bilirdi.  Bu  bəstəboy,  son  dərəcə məlahətli  oğlanı  Muğannalardan

demək  olar  ki,  hamısı  oğul,  qardaş,  yaxın-əziz  qohum  kimi  sevirdi.  "Saşanın

üzündə şeytan tükü var" - deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin,

əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan "Muğ" -

Bağlardan  başlamış,  Şimali  Azərbaycanın ən  ucqar  rayonlarından  Lerikə qədər,

Muğannalardan  kim  həbs  olunurdusa,  Saşa,  yalnız  özünə məlum  möcüzə ilə

xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə

-həbsxanaya  gedib,  lazım  gələndə hətta əlini  yarımavtomat  naqanın üstünə

qoyub,  qısaca  "Azad  edin"  və ya  "mənim  şəxsi  işçimdir"  deyib  buraxdırırdı.

Sultan  nə qədər  kədərli,  sarsıntılı  olsa  da,  hətta  gecələrin  birində o  qalın  bağın

dərinliyindən  bəriyə güllə açılacağına  heç  bir  şübhəsi  olmasa  da, əmin  idi  ki,

Saşanın  kor  görünməz əli həmişə haralardasa - ətraflarda  dolana-dolana  onun

özünü  və Bircə balanı qoruyurdu  və sədr  Mədədin  ölümündən  sonra  bu  iki

nəfərin - əmi  ilə qardaşoğlunun  sağ  qalmağının səbəbi  də məhz  o  "əl"  idi.  Çox

təhlükəli  hallarda  isə o  "əl"  Saşanın  özü  idi.  Başında Əlləzoğlunun  "motal"

papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında

bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan

o  oğlanı  nə aşağıda - həyətdə olan  Sultan  gördü,  nə də Səməd:  polkovnik Saşa

məlahətlə qımışıb,  dabanı  üstə donüb  yoxa  çıxdı.  Səməd  onu  Sultanın  həyət-

bacasında  qulluq  eləyən  Seyid  kişi  kimi  adamlardan  biri  sayıb,  heç  diqqət  də

yetirmədi...

Hələ heç  kəs,  o  cümlədən  Saşa  özü  də bilmirdi  ki,  bu  ağ  daş  evin

yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum



______________Milli Kitabxana_______________

adam,  kababın ətrini  dəf  etmək  üçün  cibindəki  balıq  konservini  bıçaqla  açıb,

yeyə-yeyə Saşanı daimi "pod kolpakom"

1

saxlayırdı ki, lap tezliklə qanını axıtsın



və beləliklə,  qorunduğuna əmin  olan  Sultanla  birlikdə Səmədin  həyatını  da

tükdən  asılı qoysun.  Hər  gecə Moskva  vaxtı  ilə səhər  saat  dörddə bağın dal

hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb

keçib,  orada  vaxtı  ilə Rəhim  Qudalının  işlədiyi  "Rayon  yun  idarəsi,  Alınma,

satılma  məntəqəsinin  künc  otağında  "priyomnik"in  "nauşniklərini"  başına

keçirəndə o  adamın  eşitdiyi  ilk  sözlə "Ya  Saşa!  Ya  Saşa..."  olurdu.  Yəni,

Moskvadan  danışan  adamın  "kliçkası"  da  "Saşa"  idi...  Bu  gecə o  Moskvalı səs,

vaxtından  xeyli əvvəl,  yəni  Sultanla  Səmədin  evə qalxdıqları  dəqiqələrdə əmr

etdi:  "Ya  Saşa...  Ya  Saşa...  pora  vzyat  moyeqo  tyozku...  pora  vzyat  moyu

tyozku"


2

çox  keçmədi  ki,  arxadan  içəriyə daha  iki  qaraltı  girdi.  Saşanın  başının

dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...

8

Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.



Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ

təzə düşdükləri  günlərdə, əzələ qayğısından  başqa  heç  bir  qayğıları olmayan

çağlarda  sədr  Mədədin ərköyünü  ilə Cəfər əmi - Lüt  Cəfərin  qaynı  Yusif,

Sudüşənlə meşənin  arasında  kərpickəsənlərin  sarı torpaq  çıxartmaq  üçün

qazdıqları dərə kimi dərin qaznağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün

məktəbdən  çıxanda  birbaş  o  gölün  qırağına  yüyürərdilər,  kitab-çantalarını bir

yana, paltarlarını o biri yana atıb, suya baş vurardılar, "eşmə" üzə-üzə çıxıb, canı

sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini

üçün  köklənmiş  sahə

kənarında  kötükləri  ştanqa  çevirərdilər,  turnikdə

oynamaqdan,  ştanq qaldırmaqdan  pörtəndə isə bir  də suya  baş  vurub  çıxıb,

paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı

bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya

Gülgəzin  həmişə hazır  saxladıqları süfrənin  qırağında  çıl-çılpaq  oturub,  bir əllə

çörək  yeyib,  o  biri əllə "Ədəbiyyat  müntəxəbatının",  "Cəbrin",  "Həndəsənin"-

filanın vərəqlərini o yan-buyana

"Mən Saşayam... Mən Saşayam... Mənim adaşımı tutmağın vaxtı çatıb".

Nəzarət altında.




______________Milli Kitabxana_______________

aşırandan  sonra  yenə gölə cumardılar.  Ömrün  necə şirin  çağları  varmış! Əmma

elə gün  olmazdı  ki,  Qıllı Qeybalı şirinə acı  qatmasın.  Dantes  Qeybalı  yox,  o

vaxtlar  Qıllı  Qeybalı  və "Ataman"  deyilən  pələpüsür  oğlan  suyun  altında  qara

camış  kimi  peyda  olub  Səmədin  ayaqlarından  asılanda,  Qudalı  uşaqları da

cinşəyatin  kimi  qaynaşa-qaynaşa  Yusifin əl-qoluna  sarılardılar.  Sudan  kənarda

sədr  Mədəd  vardı,  Qılınc  Qurban  vardı,  adı  Lüt  qoyulsa  da  partkomluğunda

qalan  Cəfər əmi  vardı,  orda  sədrin ərköyünü  ilə partkomun  qaynına  yaxın

düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-

çəngə qopartmaq  olardı,  "Yusif  kimi  gözəl  Yusifin"  ağzını  cırmaq,  burnunu

burub əzmək,  şişirtmək  olardı.  Odur  ki,  suyun  altında  nə qədər  qalmaq

mümkündürsə,  bir  o  qədər  qalıb,  lap  boğulunca  vuruşardılar.  Xüsusən  sədr

Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun

altında  vuruşma  çox  çəkərdi.  Elə çox  ki,  qıllı  camışla  cinşəyatin  dəstəsinin

ardınca  sudan  çıxanda  göl  dibinin  həyəcanla  dolu,  uğultulu  sükutu  Səmədin

beynindən getməzdi.

Qıllı Qeybalı  Dantes  Qeybalı oldu.  Göl  qurudu.  Bayaqkı  "motal  papaqlı,

arxalıqlı adam  qapıda  görünüb  yoxa  çıxandan  sonra,  zalda  tək  qalanda  Səməd

göl  dibinin  uğultulu  sükutunu  xatırladı.  İllər  keçəndən  sonra, əmisinin  yemək

otağında - yetmiş  kvadrat  metrlik  zalda  Səməd  özünü  həmin  göl  dibində hiss

etdi. O göl dibi ilə bu zalın fərqi bircə bunda idi ki, burda ayaqdan asılan, çəngə-

çəngə saç  qopardan,  ağız  cıran,  burun  buran  yoxdu,  həyəcanla  dolu,  uğultulu

sükut içində Səməd özü könüllü boğulurdu.

Sükutu əvvəlcə Sultan əminin səsi pozdu:

- Nə oldu orda? Yenə yandırmısınız?

Sonra Əlləzoğlunun səsi:

- Yandırmamışıq,  dərdin  alım.  Közün  üstə qalıb  qurumuşdu.  Təzədən

çəkirəm.  Özü  də bel ətindən,  uc  qabırğasından!  Gətirrəm  indi,  gətirrəm.  Siz

başlayın. Gətirrəm!

Səməd əlini süfrəyə uzatdı. Nimçələrin, araq, konyak şüşələrinin, qədəhlərin

parıltıları içində göyümtül  qrafində qaraya  çalan  çaxır  gördü,  qrafinin

boğazından yapışıb, ağzına söykədi.

Haradasa,  deyəsən  "revkom  kabineti"  tərəfdə Sultan əminin  qəh-qəhəsi

eşidildi:

- Barakallah, qardaşoğlu! Ə, yıxar səni çaxır. Qoy yemək gətirsin kişi!



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə