İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə33/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   180

______________Milli Kitabxana_______________

Sonra sövq-təbii, söhbəti uzatdı:

- Təyinnamə alanda  soruşdular  ki,  rayonunuzun  perspektiv  işləri  barədə nə

bilirsən?  Şişdim  qaldım...  Zabitlər  evinə aparmışdılar  o  günü.  Sən  daha  yaxşı

bilirsən necə zabitlər evidi ora. Orqanın

1

məxfi guşələrindən biridi. Sual verdilər.



Leninin  maxizmi

2

tənqidi  haqqında.  Kimsə bilirdi  kiməm  mən,  elə ona  görə



məhz maxizmə aid sual verdilər. Mən də açıqca, hərtərəfli danışdım, başa saldım

ki, maxizmin dəxli yoxdu mənim şeyx əmilərimə. Dini kommunizm, materiyanın

fövqündə olan ədalət  yaddı  Ağ Əmirlə Boz Əmirə.  Təhrif  dillərdə "Allahı"

tənqid  eləyiblər  şeyxlər, ƏlAğı,  yəni  Safİnsan Əli - Oğlunu,  insanı  təbliğ

eləyiblər. Onu da dedim ki, "İsa" təhrif addı Ərəb dilində. Əsli EySardı dedim;

qısası  köhnə söhbətlərimdən  yadımda  az-çox  nə qalmışdısa, dedim  orda.  Biri

qışqırdı ki, "İisus adı ilə məşhurdu Sın Boqa! Sən niyə türkə çəkirsən?!" Dedim

"Türkə çəkənlər  yox"  həqiqəti  deyənlər  məndən əvvəl  deyiblər.  Mən  istəyirəm

ki,  o əmilərim  Şeyx  Ağ Əmirlə Şeyx  Boz Əmir  "Sın  Boqa"nı  Yerlə sıx əlaqəli

şəkildə,  materiya  ilə bağlı biliblər,  kasıb əhali  ilə əlaqələrini  bizim  proletar

ideyaları ilə əlaqəli  götürüblər.  Din  yoxdu  burda!  Özümün  də xoşum  gəldi

cavabımdan. Əmma  rayonumuzun  perspektiv  işlərinə gələndə köpdüm.  Etiraf

elədim  ki,  cari  ilin  plan  göstəricilərindən  başqa  heç nəynən  maraqlanmamışam.

Yaman sərtləşdilər. Dedilər "rayonun sabahına laqeydsənsə, partiya işçisi demək

olmaz  sənə!.."  Başa  düşdüm  ki,  anketimə görədi  hamısı.  Zabitlər  evində o  sual

da  anketimə görə idi,  bu  da...  Bilirsən  nə dedim?..  "Bezobraziye"  barədə

danışdım.  Sədr  Mədədin  ölümü  barədə.  Teleqram  barədə!  Stalin  yoldaşın

internasionalizm  prinsiplərini  anlamayan,  məhdud  dünyagörüşlü  kadrlara  nə ki

var  döşədim!  Xudiyevə,  Gülənova!  Dedim  "nə qədər  ki,  orda  elə adamlar  var,

Sosialist Əməyi  Qəhrəmanı  Sultan Əmirlinin  rəhbərlik  etdiyi  rayonda  planların

ödənilməyinin  özü  də qəhrəmanlıq  sayılmalıdı.  Perspektiv  işlər  məni  o  vaxt

maraqlandırar ki, kadr sağlam olsun. Sultan Əmirlinin ətrafında, gələcəyə baxan

adamlar olsun. Pıçhapıç düşdü aralarında. Sonra zarafata düzdülər dalmı: "Kadr -

sən! Bir də əmin Əmirli! Başqa qohumun varsa, de onu da göndərək, Əmirlilər

partiyası təşkil eləyin orda". Belə... Daxili  vəziyyəti belə görürəm  mən. Sənnən

sənin beş-üç dostundan, bir də təzə kadrından başqa

KeQeBe nəzərdə tutulur.

Dini kommunizm




______________Milli Kitabxana_______________

kadr görmürəm...  Bakı  mühitindən  gəlir  bunun  hamısı.  "Bezobraziya"nın  kökü

ordadı, əmi, yerli kadr neyləsin?! Daha nə deyim?.. Açığı, ən səmimisi budu ki,

başım  dumanlıdı... - Səməd  qızardı,  öz  səmimiyyəti  üzündən  artıq  danışdığını

duyub pörtdü.

Sultan  ona  baxıb  dərhal  gözünü  yayındırdı.  Eynilə mehmanxanadakı  kimi,

ciddiləşməyi ilə gülməyinin arası bir şey çəkmədi:

- Yoldaş Əmirlinin  tənqid  atəşindən  başları  xarab  olanda  çesuyçalılar

deyirlər:  "Gedək  başımızı  düzəldək",  yəni  içək,  qəmlər  dağılsın.  İçirdəcəm bu

gün  səni,  Bircə bala.  Özüm  də möhkəm  içəcəm.  Mədədin  vəsiyyətini  Abının

diliynən  mən  xatırlatmışam  sənə...  Heyif,  Elm  barədə

kifayət  qədər

danışmamışıq sənə. Abı təsir eləməyib sənə. Deyir əvvəllər eşitdiyini də unudub.

Rayonda  zurna  çalınır:  "Qardaşı  oğlunun,  Bircə balasının  istəklisini  gətirib

özünə arvad eyləyib"!..

Düşmən qəvidi, canım-ciyərim.

Qazağın Dağ  Kəsəmənində köhnə Pünhanlarımızdan  Fətəli  Xan  Xoynan

1

qohumları  qalmışdı.  Köçürdüm  o  yan-bu  yana,  dağılışdılar,  kömək  elədim



pasportlarını  da  dəyişdirdilər. Əmma əlaqələrini  kəsmirlər  mənnən...  Aşıq

Hüseyn Cavanın başına yığışmışdıq Qarayazıda –Qaratəpədə. Biri dedi: "Dilünlə

deyil, dilim-dilim olan, ay ustad, elimdi!" Dedik: "fərqi nədi?" Dedi: Tatarları da

sürmüşdülər  Krımdan,  Tatarıstandan,  Balkanları,  Qaraçayları da!  Yazdılar,

yazdılar  Kremlə,  axır  odu  bax  qayıdırlar  öz  vətənlərinə!  Bizi  it  unu  kimi

dağıdıblar hər yerə, bos biz neyləyirik?! Yığışırıq, öz aramızda sızıldaşırıq: "Ay

dilim-dilim dilim! Nolsun?!"

Düz deyir o kişi.

Sözdən işə keçməyin vaxtı çoxdan çatıb, Bircə bala. Əmma hanı  Fətəli Xan

kimi, Nərimanov kimi kadrlarımız?!

"Bezobraziye" dəridən çıxır, hazırlaşır ki, bu il mütləq yeşikdə qoysun məni.

Professorun  Məhərrəm  zəng  vurmuşdu  Bakıdan. İki  ildə sənin  orda  kefin-

Fətəli xan Xoylu, Qazax qəzasında məskunlaşan Muğannalarla əlaqə yaratmışdı, SafAğ Elmi

əsasında, bütöv Azərbaycan ərazisində dövlət yaratmaq niyyətində idi: Şimali, Qərbi, Şərqi, Cənubi

Azərbaycan  arasında  çəkilmiş,  sərhəd  sədlərini  möhkəmləndirmək  və Rusiyanın  himayəsi  altında,

yalnız Şimali Azərbaycanda hakimiyyəti almaqla kifayetlənən "Müsavat" dövləti ilə gizlin rəqabətdə

idi.  Buna  görə də qızı  Məstanəni  indi  "Ermənistan"  adlandırılan ərazinin  AğBizən  kəndində gizlin

adla  yaşayan  İsmayıl  ağa  Muğannanın  oğluna ərə verib  qohumlaşmışdı  ki,  Muğannalarla əlaqəsini

sırf  qohumluqla  pərdələsin.  Sultan Əmirlinin  Fətəli  xanı  da  "Pünhan"  adlandırması,  Azərbaycan

tarixinin nə qədər gizlin məcralarla axdığını göstərir.




______________Milli Kitabxana_______________

əhvalın,  oxumağın,  dolanman  barədə hər  ayın başında  məlumat  verib  o  mənə.

Yoxsa  rahat  olammazdım.  İndi  dediyin  "maxizm" əhvalatını  da  səndən  qabaq

professorun deyib mənə. Fəxrnən danışırdı: "Safdı, mərddi, prinsipialdı!.." Sonra

səsi  dəyişdi,  dedi  qohumum  Çax-çux  buralarda  hərlənir,  Xudiyevnən  görüşür...

Povışeniye  alıb  Xudiyev,  nə isə yeni  vəzifəsi  var...  Onun  vasitəsiynən  Mərkəzi

Komitədə kiminsə qəbulunda  olublar  "dostlarım",  məsələ qaldırıblar  ki,  Sultan

Əmirli  daha  yaramır  katibliyə.  Belə işlər  var,  yoldaş  təzə kadr...  Gedərik  indi

dincələrik,  danışarıq.  Kişi  bir  dəfə evlənmılidi  ömründə.  Mənim  o  platonik

sevgim də dildə-ağızdadı. Dostlarım deyirlər doğrudan platonik olub Qıymatnan,

düşmənlərim  deyirlər  elə əvvəlcədən  pozğun  adamdı  Sultan,  hər  küncdə bir

arvad  saxlayıb,  uşaq-zad  da  istəməyib  ki, əl-ayağına  dolaşmasın,  kam  alsın  bu

dünyadan.  Çox  söz  deyəcək  qulağına,  ömründə eşitmədiyin  sözlər  eşidəcəksən

əmiyin  barəsində.  Dözmək  lazımdı.  Səbr  eləmək,  dözmək!  Yeri  gələndə də elə

davranmaq  lazımdı  ki,  gözü  kəlləsinə çıxsın  düşmənin!  Bayaq  qolunu  qoluma

salanda  dədələrini  yandırdın.  Çəyirtkədilər!  Sarança!  Nə danışırlar,  boğaznan,

qarınnan  bağlıdı  hamısı.  Sabah  yığım  kompaniyası  başlanır,  kababxanaların

çoxunu  bağlatmışam,  içkini  qadağan  eləmişəm.  Ta  yığım  qurtaranacan  qarın

söhbəti  eləyəcəklər  mənim  bu  fəallarım,  kababa  görə despot  adlandıracaqlar

məni.  Hələlik  bu  qədər.  Dalını evdə danışarıq.  Konkret  təklifim  var  yeni

kadrıma.  Harda,  hansı  postda  kimlərnən  və necə işləyəcəksən?  Hamısı  qət

olunub.  Çox  təəssüf,  öz  həyatın  proqram üzrə getmədi.  Mirqəzəb  adlı  iblisin

pəncəsində sıxıldım, Elm verəmmədim səne. Əmma ətrafın boş deyil. Məhərrəm,

Abı,  Cənubdan  gələnlər.  "Mühacir"  adlandırırlar  hamısını;  guya  yad  ölkəyə

qaçıblar!  Onlarla əlaqə yaradacaqsan,  başqa  cür  yaşayacaqsan.  Şəxsi  həyatın,

evin-eşiyin də, şübhəsiz başqa cür olmalıdı.

Səməd  suya  batmışdı.  Boz  triko  kostyumun  altından  qolsuz  köynəyin  ancaq

boyunluğu  quru  idi. Əmma  tər  yüngüllük  gətirmədi.  Kiminsə taybatay  açdığı

darvazadan da əmisi ilə yanaşı keçib, bağı, həyəti yenə tüstülü görüb, başı sarğılı

Əlləzoğlunu da tüstünün içində görəndən sonra nə hala düşdüsə, Səməd hara və

necə getdiyini  bilmədi.  Bir  də o  vaxt  ayıldı  ki,  evdə,  həmin  yetmiş

kvadratmetrlik zalda, stolun arxasında təkcə oturmuşdu.




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə