İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə36/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   180

______________Milli Kitabxana_______________

Səməd  sevincindən,  lap  axmaq-axmaq  danışmaq  da  olsa,  mütləq  nə isə

demək, danışmaq istəyirdi.

- Yox, bu dəfə Məlhəm içəcəksən əmi, məlhəm!

- Niyə axı?

- Nə bilim, - Səməd  başını  azca  yana əyib  yumşaq,  ağrılı,  dərin  gözlərlə

əmisinə baxdı. - Bircə balanın könlü belə istəyir!

"Bircə bala..." Bunu qardaşı oğlu özü dedi və bundan əminin gözlərinə əlavə

işıq  gəldi.  Sarsıntılarla  dolu,  yanıqlı  məhəbbət  isığı  Sultanın  sifəti  ilə birgə

səsində də titrədi:

- Bircə balama qurban olum... Tək gəlsin! İkimiz də Məlhəm içirik bu gün!

Səməd  ayağa  qalxdı,  adi  stəkanlara  həyat sarsrntılan  ilə mənalanmış  çaxır

tökdü,  stəkanın  birini əmisinə verib,  o  birini  özü  götürdü.  Bayaqdan  gözü

Stalinin portretinə sataşanda, fikri o ətrafda dolanırdı.

- Sağlığım  var, - dedi. - Məhv  olsun  Mirqəzəblər!  Yaşasın, əbədi olsun

"Bezobraziye"ni qamçılayan kişilər!.. Bunun barəsində atamdan da yaxşı-yaman

eşitmişəm  səndən  də.  Partiya  məktəbində də bir  sicilləmə nitq  dedilər

"şəxsiyyətinə pərəstişin" cəmiyyətə zərərləri haqqında.  Açığı, beynimə girmədi,

düz-əməlli  dinləmədim  də,  bir  Ucarlı yolaşımnan sivişdik  çıxdıq  zaldan,  getdik

içdik  o  möhtəşəm  şəxsin  sağlığına.  Düzü,  mən  bağlıyam  bütün  sosializm,

kommunizm  korifeylərinə, əmi!  Qara lent  yaraşmır  bu  kişiyə.  İcazə ver  o lenti

qopardım.

Səməd  portretin  çərçivəsinə dörd  xırda,  iynəvari  mıxla  sancaqlanmış  lenti

asanlıqla ayırıb, ovcunda büküb-büküb pəncərədən o yana atdı.

- İçək  "xüsusi  materiyadan  biçilmiş"lərin  sağlığına!  O  kişi  boş- boşuna

deməyib bu sözləri. Məgər əmim xüsusi materiyadan biçilməyib?

Məgər  atam  xüsusi  materiyadan  biçilməmişdi?  Babamı  demirəm.  Şeyx

əmilərimi demirəm, bolşevik deyildilər onlar. Əmma bir yana baxanda, onlar da

biz əqidəli  deyildilərmi, əmi?  Oğullarım  nə üçün  güllənin  qabağına  göndərirdi

babam?  Xeyrin  şər  üzərində qələbəsi  naminə göndərmirdimi?  Bəs əmilərim  nə

uğrunda  qurban  verdilər  özlərini?  Maxizmi tənqid  eləyirəm  mən,  cünki

xoşbəxtliyi bəşəriyyətin fövqündən gözləmirəm! Öz əlimnən yaratmaq istəyirəm

öz səadətimi! Əmilərim də belə düşünmürdülərmi, əmi?

Pəncərədən  görünürdü  ki,  həyətdə,  tut  ağacının  altında,  ocağın qırağında

Çürük  Aşıq  yəqin  ki,  yağışa  düşüb  nəmlənmiş  qara  cürəsinin  döşünü  alovun

üstündə o yan-bu yana gəzdirə-gəzdirə, yaylıqla sürtürdü,




______________Milli Kitabxana_______________

kökləyirdi  Səmədin  lap  uşaqlıqdan  eşitdiyi  ağır,  dərin  kədərli  "Divani"  havası

çalırdı və asta-asta mızıldanırdı:

"...Beş gözəlin vurğunuyam..."

Hansı məclisdənsə Səmədin qulağında ötüb keçib getmişdi ki, "beş gözəl də

rəmzdi;  Aşıqlar  Bağ  Ata  ilə dörd  oğlunu  nəzərdə tuta-tuta  məclisi  çox  vaxt  bu

sözlərlə başlayırdılar.

Səməd Çürüyün mızıltısını ötəri dinləyib, beyni qıjıltılı:

- Əlbəttə,  el  atasız  olmamalıdı.  Yetim  qalmamalıdı.  Lap  nə cür  nöqsanları

olsa  da  Stalin  el  atası  deyildimi?!  Mənim  atam,  Şeyx əmilərim  el  ataları

deyildilərmi? Sən özün!..

- Bircə dəqiqə, bircə bala, bircə dəqiqə...

Sözünü  kəsmək  istəmirəm. Əmma  bircə dəqiqə... - Sultan  stəkanı  stolun

küncünə qoyub,  barmaqları titrəyə-titrəyə kitelin  yaxasını açdı.  Səməd  narahat

oldu:

- Həyəcanlandırdım səni?!



- Yox,  yox... Kaş  həmişə belə həyəcanlanaydım... - Sultan papiros  yandırdı,

ağır-ağır  yeriyib, əlini  portretin  arxasına  uzadıb,  ordan  kiçik  formatlı  bir  şəkil

çıxartdı. Sifəti avazımışdı. Dərin, uzun qırışlarla doğranmış hündür alnında narın

tər  işıldayırdı. - Dünya  dəyişir,  vulqar  sosiologiyanın  dövranı  qurtarır,  Bircə

bala.  Ömrümdə təsəvvürümə gətirməzdim  ki, partiya  məktəbinin  müdavimləri

belə açıq siyasi mübahisələr eləyə bilərlər. Deyəsən doğrudan da dəyişir dünya...

O murdar, o Çax-çux hələ müharibədən qabaq hardasa görübmüş bu şəkli, xəbər

veribmiş  o  birisi  murdarlara- Gülənova,  Persə,  onlar  da  dübarə çatdırıbmışlar

Mirqəzəbə ki, Əmirlilər şeyx qardaşlarının şəkillərini saxlayırlar evlərində. Guya

namaz  qılıram  mən!  Belə əcaib-əcaib  böhtanlar  içində keçib  ömrüm,  oğul!..

Dünən  Bakıdan  ifşa  xəbəri  eşidəndə bayram  eləməliydim  mən  Mirqəzəbin

ifşasını.  Dünəndən burdadı  bu  içki.  Sevinəmmədim,  içəmmədim...  Çoxdan

bilirdik  onun  düşmənçiliyini. Əmma  arxası  elədi  ki,  açığı,  ifşa  olunduğuna  indi

heç  kəs  inanmırdı.  Dünən  sən  qatarda  olanda  tutulub  Mirqəzəb  Mir  Cəfər

Bağırov! Həbs olunub. Sultan Əmirlinin qələbəsidi bu. Korifey-filan, öz yerində.

Qələbə şərəfinə iç!

- Yox, əmi! - Səmədin  ürəyi  sökülürdü.  Həyəcanla,  ehtirasla,  stəkanını

qaldırıb əmisinin  stəkanına  vurdu. - Korifeylərdən  sağ  qalmış  Sultan Əmirlinin

sağlığına!  Ah-uf  yaraşmır  sənə, əmi.  Mirqəzəb  də rədd  olsun,  zülm  də.  Mətin

Sultan Əmirlinin sağlığına içirəm! Qalib Sultan Əmirlinin sağlığına!




______________Milli Kitabxana_______________

Sultan dikəldi. Solğun, bozumtul üzünə pul-pul qızartı çıxdı. Gözləri gülürdü.

- Xeyli  vaxtdı  eşitmirdim  belə sözləri.  Dağ  götürdün  çiynimdən!.. Gəl  belə

danışaq.  Sən iç  mətin əmi  sağlığına,  mən  içim  mətin  qardaş- oğlu  sağlığına!

Mirqəzəbin bezobraziye sürüsü içində əmisinin qolundan tutan, əmisiynən çiyin-

çiyinə addımlayan dirəkli oğul - arxa sağlığına!..

Səməd həyəcandan stəkanmı bir də stəkana vurdu.

- Məndə az-çox  yetkinlik  varsa,  o  da  sənin  xidmətindi, əmi.  Sənin

şəxsiyyətinnən  fəxr  edirəm  mən.  Sənin  uca  şəxsiyyətinnən,  ideallarınnan!..

Gözəl insanlığınnan!..

- Mən də sənnən fəxr edirəm, Bircə balam! Varisim! Hələ dərk eliyəmməzsən

kimlərin, nəyin varisisən. Elmimiz batmır beyninə. Abıynan burda kobud rəftarın

göstərir  ki,  hələ çox,  çox  uzaqsan  Varislikdən. Ərraflı  söhbətlərdən  sonra  Yer

üzündə misli  olmuyan  bir xəzinə verəcəm  sənə.  "Süleyman  peyğəmbərin

xəzinəsi"ni!

İçdilər.


Hər  şey  yaxşı  gedirdi. Əlləzoğlu  içəriyə qulaq  verə-verə,  pillələri  lap  pişik

kimi  səssiz  qalxsa  da,  Sultan  qeyri-adi  həssaslıqla,  qayınatasının  gəlişini  duyub

qabağına  getdi,  zəhmli  pıçıltı  ilə: - Qayıt,  qayıt! - deyib,  sinidə yuxaya  bükülü

kababı ondan alıb, gətirib ortalığa qoydu. İlk addımı Sultan yolda atmışdı. İkinci

addım - çətin,  ağır  addım  burda -evdə yox,  başqa  şəraitdə atılmalı idi,  Sultan

Səmədlə tamam açıq danışmalı idi. O açılışmadan sonra, başı yanları qayınata da

yaxın  gələ bilərdi,  bəlkə hətta  Gülgəz  də gözə dəyə bilərdi.  Hələlik isə Sultan

maksimum ehtiyatlı olmalı və addımı öz vaxtında atmalı idi.

- Çox içmə hələ. Çesuyçalı "korifeylər"lə görüş təyin eləmişəm bu gecə, saat

on ikiyə. Lap qısa söhbət olacaq. İstəyirəm sən də iştirak eləyəsən. Görəsən...

Sultan  sözünü  tamamlaya  bilmədi.  Qapıda,  nəhəng,  qalanın  üstündə iri

qırmızı  ulduz-toqqalı,  qırmızı  dəri  kəmər,  tərli  at  sifəti  və nəhəng  at  gözləri

parıldadı.

- Nuş  olsun!  Axşamınız  xeyir,  yoldaş Əmirlilər!  Gəldim  ki,  həm  o  qar?

Düşməniniz  Mərqəzəbin,  axır  ki,  ağzıbirə salındığına  görə təbrik  eləyim  sizi,

həm də... aranızda nələr olub keçdiyinə baxmayaraq, bu cür istəkli ata-oğul təki,

belə süfrə arxasında  oturmağınıza  görə təbrik  eləyim,  şadlığımı  bildirim  və...

rüsxət olsa siznən bir az düzəldim bu əyri başımı.




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə