İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə39/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   180

______________Milli Kitabxana_______________

Yaxşı  oğlandı  Müslüm.  Açığı,  özüm  də birtəhər  oldum,  oğul,  yaş  boğdu

məni. O tayda qardaşlarımın taleyi elə, bu tayda Mədədimin taleyi belə, özümün

də axırım  bu  cür!  Doğrudan  da,  niyə bir  züryət  qalmasın?!  Səməd  də sağ

qalmasa, bədbəxt "Muğ", "Mağ" Bağlarının varisi kim olar?!

Elə birdəncə ciddi  fikrə düşdüm.  "Sür,  Müslüm, - dedim, - sür".  "Sultan

Əmirli  yoxdu  daha, - dedim, - Arşınmalçıyam!  Sür  gedək  bir  Gülçöhrə tapaq

gətirək evimizə".

Baxtıma o çıxdı. Qara baxtıma... Danışılası deyil.

Necə oldu məhz Xəlvət Rəhimin həyətinə düşdüm o günü? Kim apardı? Niyə

getdim?  Axı,  ömrümdə qapısını  açmazdım  o  "Xəlvət  Rəhim - Agent  Rəhimin,

möhtəkirlər  ağsaqqalının!  Bilirdim  ki,  Xudiyev  də o  evdə görüşür  Xalıqnan,

dəstəsi  də daimi  qonağıdı  Rəhimin.  Getdim  içə-içə azı  bir  saat  danışdım,

çalışdım  Elm  verim,  təsir  eləyim...  Yadımda  deyil  məhz  nə baş  verdi.  Səhərisi

gözümü  açanda  gördüm  zaks  müdiri  gəlib  zaldan  baş əyir  yataq  otağına:

"Sabahınız xeyir olsun, yoldaş Əmirli. Gəlmişəm təbrik eləyim, həm də zaksınızı

kəsim.  Zəhmət  olmasa,  gəlin  bu  anketə qol  çəkin. Özüm  doldurmuşam  anketi,

qol  çəkməyiniz  qalıb".  Deyirəm  "Danışılası  deyil". Əmma  danışıram...  Beşcə

gün

ərzində


Tiflisin  o  tərəflərindən,  Borjomi  yolunun  sağ-solundakı

kəndlərimizdən,  Borçalı çökəyindən,  Baş  keçiddən  başlamış  Lerikə qədər

gəzdim, Ərdəbildə olanlarımızdan  adam  çağırdım,  sərhədçilərin  köməyiynən

xəbərdarlıq elədim ki, Şahnan Moskvadakılar eyni siyasət itləridi, ayıq olsunlar.

Kür-Araz boyunda Muğannalardan kimi tapdunsa, hamısına xəbərdarlıq elədim.

Lerikdəkilərin  çoxu  da  Muğan  düzünün  duzlaq basmış  yerlərinə sürülmüşdülər.

Stalinin  xüsusi  göstərişiynən,  Mirqəzəbin  şəxsən  iştirakıynan,  dağ əhalisi

cəhənnəm  bürküsünə salınmışdı  ki,  qırılsın  bədbəxtlərimiz.  "Ermənistan"

adlandırdıqları ƏrMən  torpağımızdan  sürülənlərimiz  duzlaq  bürküsündə nəfəs

çəkəmmirdilər. Gəzdim... SafAğ carçısı Aşıq Ah Ağ Bizənli sazı qucağında, son

nəfəsdə gəl "Gəl, ey ı Şeşpayi Behrim" oxuya-oxuya can verib. Ne deməkdi, nə

rəmzdi  bu  "Şeşpayi  Bəhrim",

1

"Altıayaqlı dəniz  atı"?  Altı  qitəli  Yer - EyƏrin



sahibi Ulu Bağ ƏsƏlMəndi. Alı əmimiz, yəni Aşıq Alı AğBizənli nur

Elmin xalq variantında "Şeşpayi Bəhr" - "Altı ayaqlı dəniz atı", - "Altı qitəli Yerin "at"ı - Odu

(Həqiqəti)  Ulu  Bağ ƏsƏlMən - "Süleyman  padşah".  Xalq  variantında rəmzlər,  adətən  farscadır;

Nizamidən qalan ənənəyə görə,  rəmzi  məna  fars dili  altında  gizlədilir,  yalnız  Türkcəyə tərcümədən

və şərhdən  sonra  rəmz  açılır.  Məs:  "Nuşab"ə - "içməli  su" - "dirilik  suyu" - OdƏr  dili  (Bərdə

hakiminin rəmzi rütbəsi).




______________Milli Kitabxana_______________

mücəssəməsiydi.  Yandım,  oğul.  Daxilən  sındım.  Həftənin  axırında  maşını

sürdürdüm "Şüşəli" pavilyona - restorana.

Dörd  aydı  nə gecəm  var,  nə gündüzüm.  "Gülgəz"  deyirəm,  ağzımda  dilim

yanır. Üzünə baxıram bədbəxtin, üzüm yanır. İçirəm, nə çərənləyirəm, özüm də

bilmirəm, guya dərs deyirəm bədbəxtə.

Dörd  aydı  Qurban  gəlir  kabinetə:  "Boşa!  Qaytar".  "Nə qədər  ki,  bu  qancıq

burdadı,  Səməd  adında  qardaşoğlun  yoxdu" - belə deyir.  Axırda  məcbur  oldum

Saşaya ismarladım ki, vaxt tapsın, Qılınc Qurbannan söhbət eləsin.

"Qaytar bu qancığı!" Hm...

Qaytarsam guya nəsə dəyişəcək! Nə dəyişə bilər axı?!

Əksinə!..  Axşam  dedim  sənə...  Çax-çux  Xalıq  xüsusi  gedibmiş  Bakıya.

Əhvalat  çatıb  yuxarıya.  Daha  doğrusu,  yuxarıdan  gəlir  hər  şey.  Qaytarsam,

demək, öz əlimnən təsdiq eləyirəm bədbəxtliyimizi.

İndi gör nə çəkir bədbəxt əmin. Təsəvvür elə, gör nə halda olmuşam dalınca

mehmanxanaya  gedəndə.  O  cür  abırsız,  həyasız!.. - Sultan  stəkanı  boşaldıb

yenidən doldurdu.

- İçirəm ey, içirəm! Yoxam mən!.. Yoxam!.. RİK Atamalının təşəbbüsüynən

Azərittifaq  tikdirib  o  "Şüşəli'ni,  Tahirliynən  Qonaqlının  arasında.  Adı  internat-

məktəb  yeməkxanasıdı,  özü  Gülənovun  qardaşı  Molla  Gülənoğlunun  traktiridi,

həm  Erməni,  Sovet  casuslarının görüş  yeridi,  açıq-açığına!  Həm  də Mirqəzəb

toxumlarının kef  yeridi.  "Şüşəli  pavilyon"da  Sayılov  "pastayannı  tamadadı",

Gülənov  tamadanın  birinci  müavini,  Atamalı  ikinci  müavini.  Moskvadan  necə

göstəriş  alıblarsa,  hər  həftənin  altıncı  günü  gecəykən  sərhəddi  açırlar  Culfada.

Tehranda  yaşayan  "xüsusi  dəstə"  adlanan  cəllad  rusları  göndərirlər  düz  bu

Şüşəliyə, 

Moskvadan, 

İrəvandan 

xüsusi 

intruksiyalaman 



yığışırlar.

"Arşınmalçılar  nəsli"  barədə topladıqları məlumatı  müzakirə edirlər.  Sənin

xəbərin  yoxdu,  "Ermənistan"  adlandırılan ƏrMən  torpağında  qalıb  hələ

Muğannalar.  Bir  etibarlı adamımızın,  gizlətmirəm,  həmin  Saşanın  məlumatına

görə,  Xudiyev  agentlərinin  Türkiyədə də agentləri  çoxdular,  deyir, türk

ordusunun içinə göndəriblər, Türkiyənin ən məsul işçilərinə çevriliblər, asta-asta

dağıdırlar  ölkəni  daxildən.  Belə bədbəxtliyimiz  var,  Bircə bala.  Şüşəli

pavilyondan qərar yayılır hər yerə: harda, kim, nə vaxt öldürülsün. Tək bir nəfər

nəzarətçimiz var bizim o pavilyonda. Lap cavanca rus qızıdı: Marina. "Məryəm

ana" deyirik. Tam. Lazım olacaq. Başqa nə deyim sənə?




______________Milli Kitabxana_______________

Rayonun  belə müsibətli  vəziyyətində,  köhnə qayda  üzrə səfərbərlik  aparıb

pambıq  yığımını  təşkil  eləyirəm.  İclasın  yarısında,  birdən  elə bil  yuxudan

ayılıram,  görürəm  dilim  o  sürüynən  danışıb,  özüm  sənin  yanında  olmuşam.  Bu

dörd ayda, bu divarların arasında ancaq sənnən oturub-durmuşam. Üçüncü adam

olmayıb burda. İnanırsanmı mənə? Başını qaldır, üzümə bax, gözümün işığı! De

görüm inanırsanmı  mənə?! Səni  məndən,  məni  səndən ayıra biləsi qüvvə varmı

bu dünyada?!

Səməd başını qaldıra bilmədi. Çünki gözləri dolmuşdu.

- Yoxdu əmi! - dedi. - Elə bir  qüvvə yoxdu!  Sən  incə adamsan, böyük

insansan, əmi! Gör nə qədər casus, terrorist arasında işləyirsən!

Əgər  bu  vaxt Əlləzoğlu  görünməsəydi,  məhəbbəti  Səmədə çox  söz

dedirdəcəydi.  Çit  sarğının üstündən  başına  həmin  qıllı,  boz  "motal"  papaqda,

Göbələk, hər əlində bir şiş kabab, yox  yerdən peyda olan  şeytan kimi, birdəncə

stolun böyründə peyda olub, Səmədin sözlərinin qabağına tıxac kimi tıxandı.

- Köhnə əyyamın kəlamıdı; əvvəl təam,  sonra  kəlamı. Əvvəl yeyin,  sonra

danışın,  dərdin  alım... - Qara,  gödək  barmaqlar  şişin  birini Sultanın  nimçəsinə

çəkdi, ikincisini Səmədin nimçəsinə.

Sultan bu müdaxilədən nə qədər tutulmuşdusa, Səməd bir o qədər sarsılmışdı.

Stəkanı  ovcunda  sıxıb,  kirpiklərini  endirib, Əlləzoğlunun  burdan  rədd  olmağını

gözləyirdi. Yox, vəziyyətə alışmırdı Səməd!

Sultan əllərinin titrədiyini görə-görə, öz nimçəsindən yuxa parçası ilə bir tikə

götürüb ona verdi, birini də özü götürdü.

- Düz deyir, əvvəl təam...

Alovlu ocağa su tökülən kimi bir şey oldu. Dolu stəkan Səmədin  birdən-birə

barmaqlarının  arasından  sürüşüb  böyrü  üstə düşdü.  qara- qırmızı  çaxır  yayılıb

dümağ süfrədə qan ləkəsinə çevrildi və Səmədin gözləri o ləkəyə dirənib qaldı.

Dumanlı  bir  hiss,  içərisinə çöküb  qalmış  o  lil-palçıqdan  da  qatı,    köhnə bir

çöküntü tərpənib Sultanı tələsdirdi ki, duz qabını tezcə götürüb süfrədəki "qan"ın

üstünə duz töksün, - Ye, ye! Çörəyini ye! - deyib qardaşoğlunu yeməyə məcbur

eləsin.

Səməd  başını endirib,  üzünü  gizlətməyə çalışıb  yeməyə başladı, əmma



gözləri dolanıb yenə o ləkəyə dirəndi.

- Hə, meylinizə yarayırmı, dərdin alım?.. Yaxşı iççalat da var. Bəlkəm gedim

bir-iki şiş də iççalatdan çəkim?

- Hə, get, get! - Sultan qayınatasını açıq- açığına qovdu.




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə