İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə40/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   180

______________Milli Kitabxana_______________

Səməd əlini  qrafinə atdı,  stəkanı  doldurub,  təkbaşına  içdi.  Cəmisi  bir  neçə

dəqiqə əvvəl, "Elə bir qüvvə yoxdu" deyəndə nə qədər ayıqdısa, indi bir o qədər

sarxoşdu.

Qalın duz layının üstünə çıxan qızartıdan başqa heç nə görmürdü.

O  qızartıya  "Dəli  Səmədi"  yuxudan  oyadıb  hadisə yerinə - saqqız  ağacının

yanına  aparan  Cəfər əmi - Lüt  Cəfərin  və Gülonovun  səsləri  həkk  olunmuşdu:

"Qəsd  işi  yoxdu!..  Qəsd  işi  yoxdu!"  Qapağının  hər  küncündə bir  mismar

işıldayan  tabutun  yanında  dayanmış  Sultan əminin  səsi  də Cəfər əmi  ilə

Gülənovun səslərinin arasında idi: "Qəsd işi yoxdu!"

Bu səslər çoxdan açılmış bir sirri yenidən açırdı.

O  sirri ki,  Səməd  hələ "avariya"  günü əmisinə məhəbbətinin  altında

basdalayıb  gizlətmişdi.  Elə indinin  özündə də basdalayırdı,  mürəkkəb  hiss  və

duyğular  çəlpəşiyində saxlayıb,  aydın sözə-fikrə çevirmək  istəmirdi, əmma

əmisinin  süfrəsində qan  ləkəsinə həkk  olunmuş  səslər  məhz  o  sirri  sözə-fikrə

çevirirdi:  "Öldürülüb!.."  "Öldürülüb!"  "Öldürülüb!.."  "Qəsd  işi  yoxdu", - deyib

özündən əvvəlkilərin  sözünü  təsdiq  edən,  "Açma" - deyib  qapağı qaldırmağa

qoymayan  qardaş  bilir  ki,  qardaşı  öldürülüb, əmma  sirri  qardaşoğluna  açmır,

çünki  o  sirri  açsa,  yəni  qardaşına  sui-qəsddən  xəbərdar  olduğunu  etiraf etsə,

gərək qəsd işinin gizlədilməyində iştirakını da və bu hərəkətinin səbəbini də açıb

desin...

Süfrədə qan duzu yedi. Kim isə zalın o baş-bu başındakı çilçıraqlardan əlavə

işıq  yandırdı,  stolun  üzərindəki  parıldayan  çilçırağın altında  ləkə açıq  qırmızı

rəngə düşdü,  ordan - ləkədən  çıxan  səslərdən  biri  son  dəfə "Açma" - dedi.

"Açma!  Bircə bala,  açma!" - dedi  və susdu.  Səmədə elə gəldi  ki,  bu  axırıncını

heç də ordan - ləkədən yox, əmisinin özündən eşitdi. Diksinib, hövl içində başını

qaldırıb baxdı. Əmma əmisi yerində deyildi.

Sultan, əlində çaxırla dolu  stəkan, əyri-üyrü addımlarla qapı tərəfdən  gəlirdi

və gələ-gələ zalın yuxarı başında kiməsə üz tutub: - Ağlıyammıram, - deyirdi.

- Düz yeddi il səkkiz aydı yaş düyünlənib qalıb, ağlıyammıram, -deyirdi.

Səməd ancaq indi gördü ki, içəridə tək deyil.

Yuxarı başda  döşəməyə xalça  salınmışdı,  döşəkçə,  mütəkkə qoyulmuşdu.

Xalçanın bir  tərəfində,  sinidə Seyid  kişinin  samovarı buğlanırdı,  o  biri  başda -

döşəkçənin  üstündə Abı  ilə Çürük  Aşıq,  ayaqlarında  qara-qırmızı  naxışlarla

bəzəkli corablar, bardaş qurub yanaşı oturmuşdular.



______________Milli Kitabxana_______________

Çürük  Aşığın  qabağında,  stəkanınm  yanında  özü  kimi  qədim,  xırda,  qonur-

qara cürəsi işıldayırdı. Abının çay stəkanının yanında isə, "iç adamının" özü kimi

qədim yastıbalabanı qaralırdı.

Vaxtilə Suranı o  taydan - Təbrizdən  gətirib  kəndə özünə toy  eləyəndə sədr

Mədəd, daha doğrusu, o vaxtkı "Bedkom

1

Mədəd" öz halal dədə-baba malından



bir  axça  Çürük  Aşığa  bağışlamışdı,  bir  axça  da  Xızr  Abıya.  Səməd  qocaların  o

axçaları xərcləməyib,  birini  saza,  birini  də balabana  yapışdırdıqlarını  eşitmişdi.

Əmma  görməmişdi.  Çünki  Çürüyün  haçansa  bütün  mahalda  məşhur  aşıqlığı,

toylarda, şənliklərdə otuzluq lampanın altında dayanıb öz cəkkiltisi ilə lampanın

alovunu oynatması lap çoxdan nağıl kimi, əfsanə kimi bir şey olmuşdu. Xızr Abı

isə,  Aşıq  qardaşı  sazı  yalnız  hərdən  qocaların  təkidilə üzə çıxardığına  görə,

"axçalı-pullu"  balabanını  sandığın dibinə atıb,  mollalıq  eləyirdi,  daha  doğrusu,

arxalığının  ciblərini  çərəklərlə doldurub  divarlar  dibində,  qəlyanlı qocaların

arasında  qəlyanını  tüstülədə-tüstülədə oturub,  oraya  gəlib ƏsƏlim  deyənlərin

cavabında  "ƏlEy ƏsƏUm"  deyə-deyə "Təhlə"dən,  "Qaraçöpdən,  Qarayazıdan

2

gələn müridlərin



3

hamısının toplaşmasını gözləyəndən sonra hərəsinə bir Təbriz

çapı  kitabça  paylayıb,  "Süleyman  padşah"dan,  "Xəzinə"dən  hədis  deməyə

başlayır,  o  yığnağa  kənar  adam  qoşulardısa,  o  dəqiqə "Qurani  Şərif"dən,

Şəriətdən  söz  salırdı.  Yad  adam  gedəndən  sonra  isə, öz əvvəlki  ovqatını

təzələmək  üçün  hökmən  Çürüklə baş-başa  verib,  bəzən  hər  ikisinin  qələmindən

çıxan qəzəl, gəraylı, qoşma oxuyurdu:

"...Mən Əlhəm oğluyam Əlvənd

4

dağında..."



Abıya,  Çürüyə aid  belə-belə qəribə,  anlaşılmaz  söz-söhbətləri  xatırlayıb,

haqqında bu qədər danışılan SafAğ Elmini "boş bir şey" adlandırıb, hətta bundan

qəmlənəndə birdən  Səməd  son  dərəcə anlaşılmaz  bir  aydınlıqla  atasını  Abı  ilə

yanaşı  gordü,  o,  üşütmə içində tir-tir əsdi.  Eyni  anda  içərisində qışqırtı  titrədi:

"Bu nədi, bu nədi'?!" Bədbəxt hardan

Kasıblar komitəsinin sədri (1930-cu ilə, kolxoz qurulana qədərki rəhbər vəzifə).

Gürcüstan SSR-nə verilən ərazilərdən.

Şagirdlərə şərti olaraq "mürid" də deyirdilər.

"Əlvənd" - ƏlEv Ün dağı (Ulu Bağ ƏsƏlMənin Olam "Olimp" ərazisində -"saray"ı - SarEyi

olan dağ). Hal-hazırda ziyarətgah sayılır.




______________Milli Kitabxana_______________

biləydi ki, uzaq OdAğÜz BağOdƏr planetindən SafAğ İşıq içində göndərilən bu

canlı  insan  qədər  canlı  şəkil  tək-tək  adamlara  nəsib  bir  xoşbəxtliyin  başlanğıcı

idi.


Görüntü tezcə yox oldu.

Sultanın səsi eşidildi:

- Özünüzə məlumdu hər şey. Çıxardın içimdən bu düyünü!

Çürük dilləndi:

- Abıya çoxdan ayandı sənin düyünün. Hazır gəlmişiz biz, oğul. O əlindəkini

bir qırağa qoy. Əyləş, başlayaq.

- Başlayın,  başlayın!.. - Sultan  stəkanı  boş  qrafinin  yanına  qoyub,  keçib

portretin  altında  oturdu,  qollarını  sinəsində çarpazlayıb,  başını  arxaya - divara

söykədi,  göz  qapaqlarını  endirdi.  "Açma!  Bircə bala,  açma!" – deyən  o  asta,

xırıltılı  səs  hələ də Səmədin  beynində idi.  Bu  səsin təhriki  ilə,  Səməd  gecədən

indiyə qədər keçən müddətdə birinci dəfə əmisinin üzünə diqqətlə baxdı. "Açma"

- deyən,  içərisi  düyünlü əminin  qapqara  yanmış,  qurumuş  göz  qapaqlarında

yeddi  il  səkkiz  ayın  yuxusuzluğunu  gördü.  Səməd, əlbəttə,  açmayacaq,  hər

küncündə bir mismar işıldayan qapaq necə əbədi örtülü qalıbsa, bu açıq sirri də

elə qalacaq.

Qarayanıq  göz  qapaqları  titrədi,  çal,  pırpız  qaşlar  düyünlənib  daha  da

pırpızlaşdı.  Həmin  bu  anda  da  yastıbalabanın  bəmi  cürənin  cingiltili  zilinə

qarışıb  qarmon  səsinə çevrildi.  İllərin  uzaqlığından  bir  sehr  gəldi,  Səmədin

ürəyini  ovcuna  alıb  apardı.  Bu  sehr  "Zarıncı"  idi.  O  "Zarıncı"  ki,  hamının,  o

cümlədən  Səmədin  də pislədiyi  Gəzəyən  Şənbənin  barmaqlarından  çıxmışdı,

qara  geyimli,  göy  örtüklü  gəlinləri  ağlatmışdı. O  "Zarıncı"  indi  Çürük  Aşıqla

Xızr Abının barmaqlarından çıxırdı.

Aşxana,  kababxana  künclərində "lotu-potu  üçün  çalan",  "gündə bir  kişinin

altında uzanan", o bədnam Gəzəyən bu sehri hardan alırdı?!

Bu quru-taqqanaq qocalar bu sehri hardan alırdılar?!

Səməd əmisini də unutmuşdu, özünü də.

Birdən  balaban  susdu.  Çürüyün  quru,  uzun  barmaqları  on  bəm-baş  pərdədə,

"Baş  Divani"  üstündə ağır-ağır  tərpənib,  "Zarıncı"  göynərtisindəki  sehri

ciddiləşdirdi. Eyni  vaxtda qocaların başları əsə-əsə bir-birinə doğru əyildi. Zəif,

üzgün-heysiz, əmma  bulaq  suyu  kimi  tərtəmiz  zil  Abının  məxmər  bəmi  ilə

qoşalaşdı, iki səs bir-birinə elə qovuşdu  ki, daha üçüncü səs-cürə lazım olmadı;

Çürük əlini saxladı ki, sözlər aydın eşidilsin:




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə